Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1284/2022 07.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı 03 aprel 2018-ci il tarixli 238611-1-30928 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 13.428,97 manat məbləğində əsas borcun, ümumilikdə 13.428,97 manat məbləğində pulun, həmçinin mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərcin, həmçinin 6,42 manat məbləğində məhkəmə üçün və 40 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumlarının müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması, iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, (Dmitrov) Eldar Xəlilov küçəsində istifadədə olan 0,8673 ha torpaq sahəsində yerləşən, 10 saylı, 5 mərtəbəli binada 100,58 kv.m. ümumi sahədən ibarət 5 otaqlı 4 saylı mənzilin ilkin satış qiymətini 115.000 manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin həmin mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin iddiaçıya ödənilməsi, daşınmaz əmlaka tutma yönəldildikdən və mənzil satıldıqdan sonra ipoteka qoyan Cavabdeh3 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, (Dmitrov) Eldar Xəlilov küçəsində yerləşən 10 saylı evin 4 saylı mənzilini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda onun mənzildən məcburi qaydada çıxarılmasına və mənzilin boşaldılması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlərə qarşı 03 aprel 2018-ci il tarixli 238611-1-30928 saylı kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə Banka borclu olduğu 32.340,70 manat məbləğində əsas borc, 6.479,94 manat məbləğində faiz borcu, ümumilikdə isə 38.820,64 manat məbləğində pulun, həmçinin mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərcin, həmçinin 6,42 manat məbləğində məhkəmə üçün və 40 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumlarının müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması, bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, (Dmitrov) Eldar Xəlilov küçəsində istifadədə olan 0,8673 ha torpaq sahəsində yerləşən, 10 saylı, 5 mərtəbəli binada 100,58 kv.m. ümumi sahədən ibarət 5 otaqlı 4 saylı mənzilin ilkin satış qiymətini 115.000 manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin həmin mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin iddiaçıya ödənilməsi, daşınmaz əmlaka tutma yönəldildikdən və mənzil satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvü Cavabdeh4 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, (Dmitrov) Eldar Xəlilov küçəsində yerləşən 10 saylı evin 4 saylı mənzilini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına və mənzilin boşaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 03 aprel 2018-ci il tarixli 238611-1-30928 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 21.428,97 manat məbləğində əsas borcun, ümumilikdə 21.428,97 manat məbləğində pulun, həmçinin mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərcin, həmçinin 6,42 manat məbləğində məhkəmə üçün və 40 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumlarının müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması, iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, (Dmitrov) Eldar Xəlilov küçəsində istifadədə olan 0,8673 ha torpaq sahəsində yerləşən, 10 saylı, 5 mərtəbəli binada 100,58 kv.metr ümumi sahədən ibarət 5 otaqlı 4 saylı mənzilin ilkin satış qiymətini 115.000 manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin həmin mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin iddiaçıya ödənilməsi, daşınmaz əmlaka tutma yönəldildikdən və mənzil satıldıqdan sonra ipoteka qoyan Cavabdeh3 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, (Dmitrov) Eldar Xəlilov küçəsində yerləşən 10 saylı evin 4 saylı mənzilini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda onun mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 03 aprel 2018-ci il tarixli 238611-1-30928 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 13.428,97 manat məbləğində əsas borcun, ümumilikdə 13.428,97 manat məbləğində pulun, həmçinin mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərcin, həmçinin 6,42 manat məbləğində məhkəmə üçün və 40 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumlarının müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması, iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, (Dmitrov) Eldar Xəlilov küçəsində istifadədə olan 0,8673 ha torpaq sahəsində yerləşən, 10 saylı, 5 mərtəbəli binada 100,58 kv.m. ümumi sahədən ibarət 5 otaqlı 4 saylı mənzilin ilkin satış qiymətini 115.000 manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin həmin mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin iddiaçıya ödənilməsi, daşınmaz əmlaka tutma yönəldildikdən və mənzil satıldıqdan sonra ipoteka qoyan Cavabdeh3 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, (Dmitrov) Eldar Xəlilov küçəsində yerləşən 10 saylı evin 4 saylı mənzilini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda onun mənzildən məcburi qaydada çıxarılmasına və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 03 aprel 2018-ci il tarixli 238611-1-30928 saylı “Kommersiya krediti müqaviləsi”nə əsasən Cavabdeh2 illik 19 faiz hesablanması şərti ilə 36 ay müddətinə 76.500 manat məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş kreditin təminatı kimi Cavabdeh3 özünə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, (Dmitrov) Eldar Xəlilov küçəsində istifadədə olan 0.8673 ha torpaq sahəsində yerləşən, 10 saylı, 5 mərtəbəli binada 100,58 kv.m. ümumi sahədən ibarət 5 otaqlı 4 saylı mənzil 03 aprel 2018-ci il tarixli 238611-NEDVİJ-4615 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi” əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni zamanda, kredit razılaşması üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx.xx.2018-ci il tarixdə Mirzəyev Arif ilə Bank arasında 238635-7-10940 saylı zaminlik müqaviləsi, Cavabdeh4 ilə Bank arasında 238634-7-10941 saylı zaminlik müqaviləsi və Cavabdeh3 ilə Bank arasında 238680-7-10942 saylı zaminlik müqaviləsi əsasında Cavabdeh2 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşlər. Lakin borclu şəxs Cavabdeh2 öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2020-ci il tarixdən icra etməmiş və nəticədə Cavabdeh2 Banka ümumilikdə 13.428,97 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Bundan əlavə, Bank ilə zaminlər arasında bağlanmış zaminlik müqaviləsinin tələbinə görə «kredit alan» kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etmədikdə «zamin» «kredit alan» ilə birlikdə «Bank» qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin və qanunvericiliyin tələblərinə əsasən cavabdehlər Bank qarşısında birgə məsuliyyət daşıyırlar. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Eyni zamanda, Bank ilə ipoteka qoyan arasında bağlanmış ipoteka müqaviləsinin tələbinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. İddiaçı tələbin ipoteka ilə yüklü edilmiş əmlaka tutma yönəldilməsini və yaşayış sahəsinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsini ən gec bir ay ərzində tərk etməsini tələb etməkdə haqlıdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin və iddia tələbinin həcminin azaldılması barədə ərizənin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 03 aprel 2018-ci il tarixli 238611-1-30928 saylı “Kommersiya krediti müqaviləsi”ndən görünür ki, iddiaçı Cavabdeh2 illik 19 faiz hesablanması şərti ilə 36 ay müddətinə 76.500 manat məbləğində kredit vermişdir. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 03 aprel 2018-ci il tarixli 238611- NEDVİJ-4615 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi”ndən görünür ki, 03 aprel 2018-ci il tarixli 238611-1-30928 saylı “Kommersiya krediti müqaviləsi” üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, (Dmitrov) Eldar Xəlilov küçəsində istifadədə olan 0.8673 ha torpaq sahəsində yerləşən, 10 saylı, 5 mərtəbəli binada 100,58 kv.m. ümumi sahədən ibarət 5 otaqlı 4 saylı mənzil iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 238635-7-10940 saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 03 aprel 2018-ci il tarixli 238611-1-30928 saylı “Kommersiya krediti müqaviləsi”ndən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşımaqları və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 238634-7-10941 saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 Cavabdeh2 03 aprel 2018-ci il tarixli 238611-1-30928 saylı “Kommersiya krediti müqaviləsi”ndən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşımaqları və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 238680-7-10942 saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 Cavabdeh2 03 aprel 2018-ci il tarixli 238611-1-30928 saylı “Kommersiya krediti müqaviləsi”ndən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşımaqları və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməyi öhdəsinə götürmüşdür. RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilin iddiaçı qarşısında ipoteka ilə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli 5453P saylı “Kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair” bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********07 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. xx.xx.2021-ci il tarixli Girovların qiymətləndirilməsi və monitorinqi şöbəsinin ekspert rəyindən görünür ki, Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilin dəyəri 115000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3291 saylı rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan təqdim olunmuş hesabdan çıxarış məlumatları və 03 aprel 2018-ci il tarixli 238611-1-30928 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə maliyyə arayışında borcun hesablandığı xx.xx.2021-ci il tarixə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixlərə olan borcu xx.xx.2021-ci il tarixə əsas borcu 32298,03 manat, faiz borcu 6648,01 manat, xx.xx.2021ci il tarixə əsas borcu 32298,03 manat, faiz borcu 5136,97 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli Maliyyuə arayışından görünür ki, Cavabdeh2 03 aprel 2018-ci il tarixli 238611-1-30928 saylı kredit müqaviləsinə əsasən yaranmış borcu 13428,97 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 03 aprel 2018-ci il tarixli 238611-1-30928 saylı “Kommersiya krediti müqaviləsi”nə əsasən iddiaçı Cavabdeh2 illik 19 faiz hesablanması şərti ilə 36 ay müddətinə 76.500 manat məbləğində kredit vermişdir. İddiaçı ilə Cavabdeh3 arasında 03 aprel 2018-ci il tarixli 238611-NEDVİJ-4615 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi” bağlanmış və müqaviləyə əsasən 03 aprel 2018-ci il tarixli 238611-1-30928 saylı “Kommersiya krediti müqaviləsi” üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, (Dmitrov) Eldar Xəlilov küçəsində istifadədə olan 0.8673 ha torpaq sahəsində yerləşən, 10 saylı, 5 mərtəbəli binada 100,58 kv.m. ümumi sahədən ibarət 5 otaqlı 4 saylı mənzil iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı və cavabdehlər arasında xx.xx.2018-ci il tarixli 238635-7-10940 saylı, xx.xx.2018-ci il tarixli 238634-7- 10941 saylı və xx.xx.2018-ci il tarixli 238680-7-10942 saylı Zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 Cavabdeh2 03 aprel 2018-ci il tarixli 238611-1-30928 saylı “Kommersiya krediti müqaviləsi”ndən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşımaqları və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməyi öhdələrinə götürmüşlər. Cavabdeh2 tərəfindən kredit üzrə ödənişlər aparılmamış, Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit ödənilməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdehə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə tədqiqatı zamanı sənədlərlə Cavabdeh2 03 aprel 2018-ci il tarixli 238611- 1-30928 saylı “Kommersiya krediti müqaviləsi” üzrə iddiaçıya olan 13.428,97 manat məbləğində əsas borcu iş materialları və ekspert rəyi ilə təsdiq olunduğundan həmin məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin ödənilməsi üçün tutmanın tərəflər arasında bağlanmış 03 aprel 2018-ci il tarixli 238611-NEDVİJ-4615 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi” ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, (Dmitrov) Eldar Xəlilov küçəsində istifadədə olan 0.8673 ha torpaq sahəsində yerləşən, 10 saylı, 5 mərtəbəli binada 100,58 kv.m. ümumi sahədən ibarət 5 otaqlı 4 saylı mənzilə yönəldilməsi barədə iddiaçının iddia tələbi Cavabdeh2 müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri 145 manat məbləğində ekspertiza xərcləri cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 03 aprel 2018-ci il tarixli 238611-1-30928 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 13.428,97 manat məbləğində əsas borc, mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərc, 6,42 manat məbləğində məhkəmə üçün və 40 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumları Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma, ilkin likvid qiyməti 115000 manat müəyyən edilməklə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, (Dmitrov) Eldar Xəlilov küçəsində istifadədə olan 0,8673 ha torpaq sahəsində yerləşən, 10 saylı, 5 mərtəbəli binada 100,58 kv.metr ümumi sahədən ibarət 5 otaqlı 4 saylı mənzilə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın və satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, daşınmaz əmlaka tutma yönəldildikdən və mənzil satıldıqdan sonra ipoteka qoyan Cavabdeh3 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, (Dmitrov) Eldar Xəlilov küçəsində yerləşən 10 saylı evin 4 saylı mənzili ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda mənzildən məcburi qaydada çıxarılsın və mənzil boşaldılsın. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri 145 manat məbləğində ekspertiza xərcləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1284/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1284/2022
07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver