Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1285/2025 15.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) X5 Rövşən qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 oğlunun iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh İB-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz İB tərəfindən"xxxx" MMC-yə aktlar əsasında hesablanmış 21527,35 manat ümumi məbləğin 2024-cü ilin yanvar ayından iyun ayınadək hesablanmış 10809,16 manat məbləğində borcun **********05600 nömrəli abonent hesabından silinməsinə və ümumi məbləğdən ödənilmiş 10718,19 manat pulun **********05600 nömrəli abonent hesabına geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvandayerləşən, "xxxx" MMCyəməxsus qeyri yaşayış sahəsi xx.xx.2015- ci il tarixli, 1746-11-15 saylı müqavilə əsasında **********00000 saylı abonent hesabı verilərək təbii qazla təchiz edilir. 2023-cü ilin oktyabr ayına qədər iddiaçı tərəfindən yol verilmiş qanunsuzluqlardan məlumatsız olduğumuzdan tərəflər arasında hərhansı mübahisə olmamışdır. İstifadə edilmiş qazın dəyəri daim tərəfimizdən vaxtlı vaxtında ödənilmişdir. 2023-cü ildə isə cavabdehlə aramızda mübahisə yaranmışdır. Belə ki, sonradan bizə məlum olduğu kimi 2015-ci ilin noyabr ayından 2023-cü ilin dekabr ayınadək ümumilikdə 32742,87 manat məbləğində sayğac göstəricisindən əlavə aktlar əsasında borc hesablanmışdır. Bununla bağlı tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-583/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək 22024,68 manat borcun silinməsi qət edilmişdir. Tələbin qismən təmin edilməsinə əsas mübahisələndirilən borcun 10718,19 manat hissəsinin ödənilməsi olmuşdur. Məhkəmə belə qənaətə gəlmişdir ki, ödənilmiş borcun silinməsi qeyri mümkündür. Bundan başqa məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, 2024-cü ilin yanvar ayından iyun ayınadək olan müddətdə, yəni məhkəmə mübahisəsi gədən zamanda cavabdeh təşkilat tərəfindən daha 5 akt tərtib edilərək ümumilikdə 10809,16 manat məbləğində eyni əsaslarla, aktlarla əlavə borc hesablanmışdır. Göründüyü kimi aktlar əsasında iddiaçıya ümumilikdə 21527,35 manat məbləğində əsassız borc hesablanmışdır və bu borcun 10718,19 manat hissəsi ödəniş kimi cavabdehdən alınmış 10809,16 manat hissəsi isə ödənilməmiş qalmışdır. Mübahisələndirilən ümumi məbləğin ödənilmiş hissəsi ilə bağlı məhkəmənin nəzərinə onu da çatdırmaq istəyirik ki, bizə hər ay təqdim edilən hesab fakturalarda borcun aktlar əsasında hesablandığı qeyd edilmir. Hesab fakturada əks olunan borc sırf sayğac göstəricilərinə əsasən hesablandığı kimi qələmə verilir. Təbii qazdan istifadəyə görə tərəfimizdən edilən ödənişlərdən qanunsuz olaraq cavabdeh həmin aktların ödənişinə pul çıxır. Sözügedən aktlarla bağlı tərəfimizdən cavabdeh təşkilata müraciət edildikdə bizə bildirdilər ki, güya aktlar tərtib edilən aylarda istifadəmizdə olan qaz sayğacının elektron hissəsi işləmədiyi üçün cavabdeh təşkilat tərəfindən sayğac göstəricisindən əlavə hesabat aparılmış və əlavə borc müəyyən edilərək bizim qaz hesabımıza işlənmişdir. Bundan başqa aktlar əsasında hesablanmış borcu tərəfimizdən ödənilməsi tələb edilirdi. Belə bir halın mümkün olmadığını və anlaşılmazlıq olduğu tərəfimizdən bildirildi. Cavabdeh təşkilatın əməkdaşları məsələ ilə bağlı araşdırma aparacaqlarını və araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyini (əgər artıq ödəniş olarsa pulun geri qaytarılacağını) bildirdilər lakin hesablanmış borc hazırda ödənilməsə qazın verilməsinin dayandıracaqlarını da qeyd etdilər.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, M Azəriqaz İB tərəfindən "xxxx" MMC-yə aktlar əsasında 2024-cü ilin yanvar ayından 2024-cü ilin iyun ayınadək hesablanmış 10809,16 manat məbləğində borcun **********05600 nömrəli abonent hesabından silinməsinə, həmçinin aktlar əsasında hesablanmış borc üzrə ödənilmiş 10718,19 manat pulun **********05600 nömrəli abonent hesabına geri qaytarılmasına, habelə məhkəmədə iddia qaldırılmasına görə iddiaçı tərəfindən ödənilmiş 155 manat dövlət rüsumu məbləğinin və iddiaçının məhkəmədə peşəkar hüquqi xidmət ilə təmin edilməsinə görə vəkil üçün ödədiyi 300 manat xidmət haqqı məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri:
4. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.
5. Cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri yaşayış sahəsində yoxlama keçirilən zaman Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”yə uyğun qeydiyyat aparılmamışdır, lakin aktlar əsasında yazılmış borc əsaslıdır və silinməməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
8. Cavabdeh İB ilə istehlakçı qismində "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixli, 1746-11-15 saylı “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı” müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.
9. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* nömrəli Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktda qeyd edilmişdir ki, 2024-cü ilin aprel ayı üzrə abonent "xxxx" MMC-yə (abonent kodu: **********00000) qaz sayğacının işləmədiyi dövr ərzində hesablanmış qaz sərfinin həcmi 2670 m3 , qaz sərfinin məbləği isə 440.55 manat olmuşdur.
10. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* nömrəli Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktda qeyd edilmişdir ki, 2024-cü ilin mart ayı üzrə abonent "xxxx" MMC-yə (abonent kodu: **********00000) qaz sayğacının işləmədiyi dövr ərzində hesablanmış qaz sərfinin həcmi 27622 m3 , qaz sərfinin məbləği isə 4557.63 manat olmuşdur.
11. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* nömrəli Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktda qeyd edilmişdir ki, 2024-cü ilin fevral ayı üzrə abonent "xxxx" MMC-yə (abonent kodu: **********00000) qaz sayğacının işləmədiyi dövr ərzində hesablanmış qaz sərfinin həcmi 89.75 m3 , qaz sərfinin məbləği isə 1480.8 manat olmuşdur.
12. 13.06.2024-cü tarixli abonentin saldosundan müəyyən olunur ki, "xxxx" MMC-nin (abonent kodu: **********00000) qeyd edilən tarixə ümumilikdə borcu 86411.96 manat (sayğac oxunması: 1117227,02 manat + aktlar: 43823,40 manat – ödəmələr: 1074638,46 manat – güzəşt: 0 manat = son borc: 86411.96 manat) təşkil edir.
13. 19167 nömrəli qəbzdən görünür ki,X3 tərəfindən Bakı şəhəri 13 saylı vəkil bürosunun hesabına 300 manat ödənilmişdir.
14. İddiaçı "xxxx" tərəfindən pretenziya məktubu ilə Cavabdeh İB-yə müraciət edilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 2 ünvanında yerləşən istehsalat müəssisəsi üçün quraşdırılmış qaz sayğacına görə **********00000 saylı abonent koduna yazılmış 10718,19 manat vəsaitin abonent hesabına geri qaytarılmasına və 10809,16 manat pulun isə abonent hesabından 3 gün müddətində silinməsini tələb edilmişdir.
15. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən "xxxx" MMC-yə aktlar əsasında hesablanmış 28019,09 manat məbləğində borcun **********05600 nömrəli abonent hesabından silinməsi və ilkin mediasiya sessiyasina görə ödənilmiş 200 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-583/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən hesablanmış 22024,68 manat (iyirmi iki min iyirmi dörd manat altmış səkkiz qəpik) məbləğində borc "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin **********00000 saylı abonent hesabından silinməsi qət edilmişdir.
V. Tətbiq edilən hüquq:
16. AR Mülki Məcəllənin: - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
17. “Qaz təchizatı haqqında” AR Qanununun 3.5-ci maddəsinə görə Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir.
18. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
19. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
20. AR MPM-in: 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 113.1-ci maddəsinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır.
VI. Məhkəmənin mövqeyi:
21. Məhkəmə hesab edir ki,iddia ərizəsi təmin edilməlidir.
22. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən, "xxxx" MMC-yə məxsus qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən müqavilə əsasında təbii qazla təchiz edilir. İddiaçı təbii qazdan istifadə etmiş, sərf olunan sərfiyyata uyğun sərfin məbləği hesablanmış və iddiaçı tərəfindən müvafiq ödənişlər həyata keçirilmişdir. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, debitor borcla yanaşı, müxtəlif vaxtlarda cavabdeh tərəfindən aktlar tərtib olunaraq, iddiaçıya əlavə borclar hesablanmışdır. Abonent saldosundan göründüyü kimi, 2024-cü ildə tərtib olunmuş aktlara əsasən iddiaçıya 10809.16 manat məbləğində borc hesablanmışdır. Həmçinin iş materiallarından , tərəflərin məhkəmə iclaslarında verdiyi izahatlarla müəyyən olunur ki, iddia tələbində qyd edilən 2024-cü ilin yanvar ayından 2024-cü ilin iyun ayınadək hesablanmış 10809,16 manat məbləğində borc, həmçinin iddia ərizəsində abonent hesabına qaytarılması xahiş edilən və ididaçı tərəfindən cavabdehə ödənilən 10718,19 manat məbləğində yazılmış borclar aktlar əsasənda hesablanmış borclardır, həmçinin cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan da göründüyü kimi həmin aklar tərtib olunan zamanCavabdeh tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır.
23. Məhkəmə qeyd edir ki, Cavabdeh İB təbii qaz ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
24. Göründüyü kimi iddiaçı "xxxx" MMC-nin silinməsini tələb etdiyi 10809.16 manat məbləğində borcun hesablanmasına səbəb olmuş abonentə məxsus obyektdə qaz sayğacına Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixində keçirilmiş yoxlamanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınması müəyyən edilmir.
25. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.
26. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc hesablamaqla haqlı olmamışdır.
27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən tərtib olunmuş aktlara əsasən iddiaçıya hesablanmış 10809.16 manat məbləğində borc iddiaçının abunə hesabından (kod: **********00000) silinməlidir.
28. Bunda əlavə iddiaçı ərizəsində 10718.19 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya qaytarılmasını xahiş etmişdir.
29. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-583/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunur ki, həmin borc iddiaçıya akt əsasında hesablanmış və həmin akt üzrə borc iddiaçı tərəfindən ödənildiyinə görə ərizə həmin hissədə təmin edilməmişdir.Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.
30. Qeyd olunan qanunvericilik normalarını işin müəyyən olunan hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh heç bir qanuni əsas olmadan iddiaçının (məhrum olanın) hesabına əmlak, yəni pul vəsaiti əldə etdiyindən, mübahisə predmeti olan 10718.19 manat pul vəsaiti üzərində iddiaçının mülkiyyət hüququ olduğundan və mülkiyyətçinin özgəsinin, yəni hazırkı halda cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququ olduğundan iddiaçı qeyd olunan məbləğdə pul vəsaitinin ona qaytarılmasını cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə də həmin məbləğ iddiaçıya geri qaytarılmalıdır.
31. Məhkəmə xərclərinə gəldikdə dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 155 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
32. Məhkəmə hazırkı qətnamə ilə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, dövlət rüsumu cavabdehə aid edilməlidir.
33. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 300 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh tərəfindən akt əsasında hesablanmış 10809.16 (on min səkkiz yüz doqquz manat on altı qəpik) manat cərimə "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən istehsalat müəssisəsinin abonent kodu **********20000 olan hesabından silinsin,10718.19 (on min yeddi yüz on səkkiz manat on doqquz qəpik) manat pul "xxxx" MMC-nin **********20000 saylı abonent hesabına geri qaytarılsın, 300 manat (üç yüz) manat vəkil xərci Cavabdehndən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Ödənilmiş 155 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova