Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-129/2020 18.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO QSC “xxxxxxxxxxxxx” KB-nin cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinədair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı LPO QSC “xxxxxxxxxxxxx” KB-nin cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dairiddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən-xx xxx 2015-ci il tarixli 1xx/xx/3651/15 saylı kredit müqaviləsi üzrə 20705.86 (iyirmi min yeddi yüz beş, səksən altı qəpik) ABŞ dolları məbləğində əsas borc, 11158.66 (on bir min bir yüz əlli səkkiz, altmış altı qəpik) ABŞ dolları cərimə üzrə borc, 2246.40 (iki min iki yüz qırx altı, qırx qəpik) ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 34110.92 (otuz dörd min bir yüz on, doxsan iki qəpik) ABŞ dolları məbləğində pulun, 30 (otuz) manat dövlət rüsümunun və 30 (otuz) manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 60 (altmış) manat pulun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxxxxxxxxxxx” Kommersiya Bankının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 1370 000.00 (bir milyon üç yüz yetmiş min) manat məbləğində müəyyən edilməklə tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 28-30-cu km-də istifadədə olan 0.12911 ha torpaq sahəsində yerləşən 1623.2 kv.m ümumi, 1272.3 kv.m əsas, 350.9 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinə yönəldilməsi və açıq hərracdan satılması, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka predmetinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə Qapalı Səhmdar Cəmiyyəti “xxxxxxxxxxxxx” Kommersiya Bankı arasında xx xxx 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/3651/15 saylı müqavilə bağlanmış və Kredit Müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə illik 19 faiz dərəcəsi ilə, 24 ay müddətinə 200 000 ABŞ dolları məbləğində kredit xətti verilmişdir. Bundan başqa, xx xxxxxxxx 2015-ci il tarixində xx xxx 2015-ci il tarixli 1xx/xx/3651/15 saylı kredit müqaviləsinin 01 saylı əlavə sazişinə əsasən cavabdehə əlavə olaraq 100.000 ABŞ dolları məbləğində kredit xətti verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 28-30-cu km-də istifadədə olan 0.12911 ha torpaq sahəsində yerləşən 1623.2 kv.m ümumi, 1272.3 kv.m əsas, 350.9 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəni xx xxx 2015-ci il tarixli 1xx/xx/3651/15 saylı ipoteka müqaviləsi əsasında (qeydiyyat tarixi: xx.xx.2015; qeydiyyat nömrəsi:**********) Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun Banka 20705.86 ABŞ dolları məbləğində əsas borc, 11158.66 ABŞ dolları cərimə üzrə borc, 2246.40 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 34110.92 ABŞ dolları məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da Kredit Müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Eyni zamanda, cavabdeh tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi Banka zərər dəyməsi ilə nəticələnir. Bu səbəbdən də öhdəliyin tam icra olunması gününədək hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Bundan başqa, Bank ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini və ekspert rəyinin nəzərə alınmamasını, bank tərəfindən təqdim edilən maliyyə arayışındakı məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qismən qəbul edərək bildirdi ki, iş 2 dəfə ekspertizada olmuş, 2 dəfə rəy verilmişdir. Rəylərdən birində qeyd olunub ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən 350000 ABŞ dolları, digərinə əsasən isə 352000 ABŞ dolları pul qaytarılıb. Ödənişlərin böyük hissəsi faizə silinib. Yenə də MMC-dən 34000 ABŞ dolları pul istənilir. İkinci ekspert rəyində 2000 dollar artıq məbləğ göstərilib. Birinci ekspert rəyini İqtisad ekspertizaları şöbəsinin aparıcı eksperti, ikinci dərəcəli ədliyyə qulluqçusu Rüfət Sultanov, ikinci rəyi isə İqtisad ekspertizaları şöbəsinin eksperti, 3-cü dərəcəli ədliyyə qulluqçusu vermişdir. Birinci ekspert ikinci ilə müqayisədə daha üstün vəzifəlidir. Hesab edir ki, birinci rəyə üstünlük verilməlidir. İddiaçı 11000 cərimə istəyir. Bu az deyilmiş kimi, ekspert rəyi ilə də razı deyil. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -QSC “xxxxxxxxxxxxx” KB ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC arasında bağlanan xx.xx.2015-ci il tarixli 1xx/xx/3651/15 saylı kredit müqaviləsindən görünür ki, kreditor borc alana 200.000 ABŞ dolları məbləğində kredit xətti verir. Borc alan bu müqavilə ilə müəyyən edilmiş məbləğdə verilən krediti qəbul edir və həmin kreditə görə hesablanan faizləri ödəyir. Kredit 24 ay müddətinə verilir. Kreditin ödənilməli olduğu son tarix xx.xx.2017-ci ildir. Kredit dövriyyə vəsaitlərinin artırılması və tikinti işlərinin aparılması məqsədi ilə verilir. -Birinci tərəf QSC “xxxxxxxxxxxxx” KB ilə ikinci tərəf “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanan xx.xx.2015-ci il tarixli 1xx/xx/3651/15 saylı müqaviləsinə 01 saylı əlavə sazişin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, müqavilənin 2-ci bəndinin 2.1 yarımbəndinə aşağıdakı dəyişiklik edilmişdir: kreditor borcalana 200.000 (iki yüz min) ABŞ dolları və əlavə olaraq 100.000 (yüz min) ABŞ dolları məbləğində kredit xətti verir. Bu xx xxxxxxxx 2015-ci il tarixli 01 saylı əlavə saziş xx xxx 2015-ci il tarixli 1xx/xx/3651/15 saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab edilir, digər qəbul edilmiş şərtlər qüvvədə qalmış sayılır. -QSC “xxxxxxxxxxxxx” KB (ipoteka saxlayan) ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC (ipoteka qoyan) arasında bağlanan xx.xx.2015-ci il tarixli 1xx/xx/3651/15 saylı ipoteka müqaviləsindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən ipoteka saxlayanla ipoteka qoyan arasında bağlanan xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə müvafiq olaraq ipoteka saxlayan ipoteka qoyana xx.xx.2017-ci il tarixinədək 200.000 ABŞ dolları məbləğində kredit verir. Müqavilənin 1.2-ci bəndinə əsasən, kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 28-30-cu km-də istifadədə olan 0.12911 ha torpaq sahəsində yerləşən 1623.20 kv.m ümumi, 1272.30 kv.m əsas, 350.90 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəni ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü edir. Müqavilənin 2.1-ci maddəsinə görə “MBA LTD” tərəfindən hazırlanmış xx.xx.2015-ci il tarixli qiymətləndirici aktına əsasən, ipoteka predmetinin dəyəri 1.370.000 manat məbləğində müəyyən edilir. -Birinci tərəf QSC “xxxxxxxxxxxxx” KB ilə ikinci tərəf “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC arasında bağlanan xx.xx.2015-ci il tarixli 1xx/xx/3651/15 saylı müqaviləsinə 01 saylı əlavə sazişin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, müqavilənin 1-ci bəndinin 1.1 yarımbəndinə aşağıdakı dəyişiklik edilmişdir: ipoteka saxlayanla ipoteka qoyan arasında bağlanan xx.xx.2015-ci il tarixli 1xx/xx/3651/15 saylı kredit müqaviləsinə müvafiq olaraq ipoteka saxlayan ipoteka qoyana xx.xx.2017-ci il tarixinədək 300.000 ABŞ dolları məbləğində kredit xətti verib. Kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədilə ipoteka qoyan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 28-30-cu km-də istifadədə olan 0.12911 ha torpaq sahəsində yerləşən 1623.20 kv.m ümmi, 1272.30 kv.m əsas, 350.90 kv.m köməkçi sahə ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü edilir. -xx xxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin xx xxx 2015-ci il tarixli 1xx/xx/3651/15 saylı kredit müqaviləsi üzrə 20705.86 (iyirmi min yeddi yüz beş, səksən altı qəpik) ABŞ dolları məbləğində əsas borc, 11158.66 (on bir min bir yüz əlli səkkiz, altmış altı qəpik) ABŞ dolları cərimə üzrə borc, 2246.40 (iki min iki yüz qırx altı, qırx qəpik) ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 34110.92 (otuz dörd min bir yüz on, doxsan iki qəpik) ABŞ dolları borcu vardır. - xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019cu il tarixli, 27726 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli 1xx/xx/3651/15 saylı kredit xətti müqaviləsi və xx xxxxxxxx 2015-ci il tarixli, 01 əlavə sazişin şərtlərinə müvafiq olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin banka olan borcu xx.xx.2017-ci il tarixə (müqavilə müddətinin sonuna) 52.889.48 ABŞ dolları əsas borc üzrə 49922,18 ABŞ dolları, faiz borcu üzrə 2977,30 ABŞ dolları, xx.xx.2019-cu il tarixə (iddia tarixinə 5 faizlə hesablanmaqla) əsas borc üzrə 17567.47 ABŞ dolları, faiz borcu üzrə 324.51 ABŞ dolları olmaqla ümumulikdə 17891.98 ABŞ dolları təşkil edir. - xx.xx.2020-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/3253 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, maliyyə arayışı və tərəflər arasında bağlanmış 1xx/xx/3651/15 saylı, xx xxx 2015-ci il tarixli kredit xətti müqaviləsinin və xx xxxxxxxx 2015-ci il tarixli, 01 əlavə Sazişin qeyd olunan şərtləri əsas götürülməklə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) və xx xxxxxxxx 2019-cu il tarixə (iddia ərizəsinin verildiyi tarixə) iddiaçı “xxxxxxxxxxxxx” ASC-yə olan borcu aşağıdakı qaydada müəyyən olunur. xx.xx.2017-ci il tarixə əsas borc üzrə 51833.78 ABŞ dolları, faiz borcu üzrə 3091.31 ABŞ dolları, xx.xx.2019-cu il tarixə əsas borc üzrə 19777.20 ABŞ dolları, faiz borcu üzrə 576.83 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, QSC “xxxxxxxxxxxxx” KB ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC arasında xx.xx.2015-ci il tarixli 1xx/xx/3651/15 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, bank tərəfindən borcalana 24 ay müddətinə illik 19 faiz dərəcəsi (faktiki 20,10) ödənilməsi şərti ilə 200.000 ABŞ dolları məbləğində kredit xətti ayrılmışdır. Həmçinin QSC “xxxxxxxxxxxxx” KB (ipoteka saxlayan) ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC (ipoteka qoyan) arasında xx.xx.2015-ci il tarixli 1xx/xx/3651/15 saylı ipoteka müqaviləsi bağlanmış və görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən ipoteka saxlayanla ipoteka qoyan kredit müqaviləsinin təminatı olaraq Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 28-30-cu km-də istifadədə olan 0.12911 ha torpaq sahəsində yerləşən 1623.20 kv.m ümumi, 1272.30 kv.m əsas, 350.90 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.1-ci maddəsinə görə “MBA LTD” tərəfindən hazırlanmış xx.xx.2015-ci il tarixli qiymətləndirici aktına əsasən, ipoteka predmetinin dəyəri 1.370.000 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixdə kredit müqaviləsinə 01 saylı əlavə saziş imzalanmış və müqavilənin 2-ci bəndinin 2.1 yarımbəndinə dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən, kreditor borcalana 200.000 (iki yüz min) ABŞ dolları və əlavə olaraq 100.000 (yüz min) ABŞ dolları məbləğində kredit xətti verməsi razılaşdırılmışdır. Kredit müqaviləsinə əlavə saziş imzalanan tarixdə ipoteka müqaviləsinə də əlavə saziş imzalanmış və 300.000 ABŞ dolları məbləğində kreditin təminatı olaraq Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 28-30-cu km-də istifadədə olan 0.12911 ha torpaq sahəsində yerləşən 1623.20 kv.m ümmi, 1272.30 kv.m əsas, 350.90 kv.m köməkçi sahə ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü edilməsi razılaşdırılmışdır. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliklər yerinə yetirilməmiş və bu səbəbdəndə iddiaçı xx xxxx 2019-cu il tarixli maliyyə arayışına əsasən 20705.86 ABŞ dolları məbləğində əsas borc, 11158.66 ABŞ dolları cərimə üzrə borc, 2246.40 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 34110.92 ABŞ dolları borcun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Tərəflərin bərabərliyi prinsipi tərəflər arasında ədalətli balans baxımından ədalətli məhkəmə araşdırması hüququnun mühüm xüsusiyyətidir və prosessin çəkişmə xarakterinə xas olan cəhətidir. Mahiyyət etibarı ilə bu prinsip tələb edir ki: “Hər bir tərəf öz arqumentlərini, o cümlədən sübutlarını təqdim etmək üçün ağlabatan imkana malik olmalı və əks tərəfin qarşısında əlverişsiz vəziyyətə salınmamalıdır” (X5rşı, 1993-cü il tarixli qərarı). Mülki prosessual qanunvericiliyə görə hazırki iş üzrə tərəflərin bərabərlik prinsipinin təmin edilməsi məqsədi ilə müştərinin həqiqi borcunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsi baxımından, iddiaçının vəsatəti üzrə təkrar məhkəməekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC xx xxx 2015-ci il tarixli, 1xx/xx/3651/15 saylı kredit müqaviləsi və xx xxxxxxxx 2015-ci il tarixli 1 saylı əlavə saziş üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 27726 saylı ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 218.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən 17567.47 ABŞ dolları əsas, iddia tarixinə 5 faizlə hesablanmaqla faiz borcu üzrə 324.51 ABŞ dolları olmaqla, ümumilikdə 17891.98 ABŞ dolları məbləğində pul Mərkəzi Bankın ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulmalıdır. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, cərimənin 110 ABŞ dolları həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları): 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə qeyd edir ki, cavabdeh-borcalan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tələb xx.xx.2015-ci il tarixli 1xx/xx/3651/15 saylı ipoteka müqaviləsi və xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə 01 saylı əlavə saziş üzrə ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 28-30-cu km-də istifadədə olan 0.12911 ha torpaq sahəsində yerləşən 1623.2 kv.m ümumi, 1272.3 kv.m əsas, 350.9 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinə yönəldilməlidir. Əmlakın qiyməti ipoteka müqaviləsinə əsasən, 1.370.000 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin 200 manat ekspertiza xərci cavabdehdən və 150 manat ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən xx xxx 2015-ci il tarixli 1xx/xx/3651/15 saylı kredit müqaviləsi üzrə 17567,47 ABŞ dolları əsas, 324,51 ABŞ dolları faiz borcu, 110 ABŞ dolları cərimə olmaqla, cəmi 18001,98 ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq LPO “xxxxxxxxxxxxx” KB-nin xeyrinə ödənilməli, tutma ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 28-30-cu km-də istifadədə olan 0.12911 ha torpaq sahəsində yerləşən 1623.2 kv.m ümumi, 1272.3 kv.m əsas, 350.9 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsiyə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 1.370.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən xx xxx 2015-ci il tarixli 1xx/xx/3651/15 saylı kredit müqaviləsi üzrə 17567,47 (on yeddi min beş yüz altmış yeddi ABŞ dolları qırx yeddi sent) ABŞ dolları əsas, 324,51 (üç yüz iyirmi dörd ABŞ dolları əlli bir sent) ABŞ dolları faiz borcu, 110 (yüz on) ABŞ dolları cərimə olmaqla, cəmi 18001,98 (on səkkiz min bir ABŞ dolları doxsan səkkiz sent) ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq LPO “xxxxxxxxxxxxx” KB-nin xeyrinə ödənilsin. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat və ipotekanın qeydə alınması üçün ödənilmiş pulnu əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 60 (altmış) manat pul tutularaq LPO “xxxxxxxxxxxxx” KB-nin xeyrinə ödənilsin. Tutma ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 28-30-cu km-də istifadədə olan 0.12911 ha torpaq sahəsində yerləşən 1623.2 kv.m ümumi, 1272.3 kv.m əsas, 350.9 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsiyə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 1.370.000 (bir milyon üç yüz yetmiş min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 200 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin İddiaçı LPO QSC “xxxxxxxxxxxxx” KB-dən 150 (yüz əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-129/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-129/2020
18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver