Məhkəmə qərarları › İş №e-2-2(113)-1291/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1291/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1291/2024 22.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə müqaviləsinə əsasən 641.753,32 manat əsas borc, 64.175,33 manat dəbbə pulu, mediasiya üçün çəkilmiş xərc 400 manat və 597 manat dövlət rüsumu olmaqla, ümumilikdə 706.925,65 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 22 may 2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında tərəflər barışıq sazişi təqdim etmiş, onun təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və hüquqi şəxsin möhürü ilə təsdiqlənmiş 22 may 2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: .....

4. Tərəflər arasında aparılan danışıqların nəticəsi olaraq xx.xx.2024-cü ildə imzalanmış üzləşmə aktına əsasən xx.xx.2024-cü il tarixinə Cavabdeh MMC-nin (VÖEN **********) İddiaçı ASC-yə (VÖEN **********) ƏDV daxil 633.105,11 (altıyüz otuz üç min yüz beş manat on bir qəpik) manat borcu olduğu müəyyən edilmişdir. 4.1 Öz növbəsində Azenco” ASC (VÖEN **********) Cavabdeh MMC-yə (VÖEN **********) üzləşmə aktı ilə müəyyən edilmiş borc məbləğindən ƏDV daxil 174.265,52 (yüz yetmiş dörd min iki yüz altmış beş manat əlli iki qəpik) manat məbləğini güzəştə gedir, Cavabdeh MMC (VÖEN **********) isə güzəşt edilən məbləğ çıxıldıqdan sonra yerdə qalan ƏDV daxil 458539,59 (dörd yüz əlli səkkiz min beş yüz otuz doqquz manat əlli doqquz qəpik) manat məbləği və tərəflər arasında bağlanmış müqavilə üzrə cari borcları 2024-cü ilin avqust ayının sonuna qədər tam şəkildə ödəməyi öz öhdəsinə götürür. 4.2 Sazişin 4.1-ci bəndində göstərilən və Cavabdeh MMC (VÖEN **********) tərəfindən Azenco” ASC-yə (VÖEN **********) ödəniləcək 458539,59 (dörd yüz əlli səkkiz min beş yüz otuz doqquz manat əlli doqquz qəpik) manat məbləğ aşağıdakı qaydada həyata keçiriləcək: 1-ci ödəniş: iyun 2024-cü ildə - ƏDV daxil 152.846,52 (yüz əlli iki min səkkiz yüz qırx altı manat əlli iki qəpik) manat üstəgəl 2024-ci ilin aprel ayının cari borcu; 2-ci ödəniş: iyul 2024-cü ildə - ƏDV daxil 152.846,52 manat üstəgəl 2024-cü ilin may ayının cari borcu; 3-cü ödəniş avqust 2024-cü ildə - ƏDV daxil 152.846,52 manat üstəgəl iyun ayının borcu. 4.3. Cavabdeh MMC (VÖEN **********) bu Sazişin 4.1-ci bəndi ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədikdə Tərəflər arasında bağlanmış müqaviləyə avtomatik xitam verilir və Cavabdeh MMC (VÖEN **********) icarəyə götürdüyü texnikaları saz vəziyyətdə öz hesabına İddiaçı ASC-yə (VÖEN ********* 1) geri qaytarır. ...... Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunda olan 22 may 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin: .....

4. Tərəflər arasında aparılan danışıqların nəticəsi olaraq xx.xx.2024-cü ildə imzalanmış üzləşmə aktına əsasən xx.xx.2024-cü il tarixinə Cavabdeh MMC-nin (VÖEN **********) İddiaçı ASC-yə (VÖEN **********) ƏDV daxil 633.105,11 (altıyüz otuz üç min yüz beş manat on bir qəpik) manat borcu olduğu müəyyən edilmişdir. 4.1 Öz növbəsində Azenco” ASC (VÖEN **********) Cavabdeh MMC-yə (VÖEN **********) üzləşmə aktı ilə müəyyən edilmiş borc məbləğindən ƏDV daxil 174.265,52 (yüz yetmiş dörd min iki yüz altmış beş manat əlli iki qəpik) manat məbləğini güzəştə gedir, Cavabdeh MMC (VÖEN **********) isə güzəşt edilən məbləğ çıxıldıqdan sonra yerdə qalan ƏDV daxil 458539,59 (dörd yüz əlli səkkiz min beş yüz otuz doqquz manat əlli doqquz qəpik) manat məbləği və tərəflər arasında bağlanmış müqavilə üzrə cari borcları 2024-cü ilin avqust ayının sonuna qədər tam şəkildə ödəməyi öz öhdəsinə götürür. 4.2 Sazişin 4.1-ci bəndində göstərilən və Cavabdeh MMC (VÖEN **********) tərəfindən Azenco” ASC-yə (VÖEN **********) ödəniləcək 458539,59 (dörd yüz əlli səkkiz min beş yüz otuz doqquz manat əlli doqquz qəpik) manat məbləğ aşağıdakı qaydada həyata keçiriləcək: 1-ci ödəniş: iyun 2024-cü ildə - ƏDV daxil 152.846,52 (yüz əlli iki min səkkiz yüz qırx altı manat əlli iki qəpik) manat üstəgəl 2024-ci ilin aprel ayının cari borcu; 2-ci ödəniş: iyul 2024-cü ildə - ƏDV daxil 152.846,52 manat üstəgəl 2024-cü ilin may ayının cari borcu; 3-cü ödəniş avqust 2024-cü ildə - ƏDV daxil 152.846,52 manat üstəgəl iyun ayının borcu. 4.3. Cavabdeh MMC (VÖEN **********) bu Sazişin 4.1-ci bəndi ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədikdə Tərəflər arasında bağlanmış müqaviləyə avtomatik xitam verilir və Cavabdeh MMC (VÖEN **********) icarəyə götürdüyü texnikaları saz vəziyyətdə öz hesabına İddiaçı ASC-yə (VÖEN ********* 1) geri qaytarır. ...... İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar