Məhkəmə qərarları › İş №e-2-2(113)-1295/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1295/2023

09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1295/2023 09.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı Cavabdeh4 ilə bağlanmış KE/88799/71 saylı, xx.xx.2019cu il tarixli Kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən həmin Kredit müqaviləsi üzrə iddiaçının xeyrinə 26286.23 manat əsas borcun, 8171.16 manat faiz borcunun, cəmi 34457.39 manat borcun və ödənilmiş 200 manat dövlət rüsumunun tutulması, tələbin Cavabdeh4 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsində mülkiyyətində olan 0.00687 ha torpaq sahəsi və üzərində yerləşən 51d fərdi yaşayış evi (50 kv.m ümumi sahədən ibarət) ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehlərin banka olan borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 mənzildən çıxarılması və əmlakı boşaldaraq banka təhvil verilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı Cavabdeh4 ilə bağlanmış KE/88799/71 saylı, xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən həmin Kredit müqaviləsi üzrə iddiaçının xeyrinə 26286.23 manat əsas borcun, 8171.16 manat faiz borcunun, cəmi 34457.39 manat borcun və ödənilmiş 200 manat dövlət rüsumunun tutulması, tələbin Cavabdeh4 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsində mülkiyyətində olan 0.00687 ha torpaq sahəsi və üzərində yerləşən 51d fərdi yaşayış evi (50 kv.m ümumi sahədən ibarət) ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehlərin banka olan borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 mənzildən çıxarılması və əmlakı boşaldaraq banka təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Mülki Qanunvericiliyin yuxarıda göstərilən normasında (Mülki Məcəllənin 423-cü maddəsi) imperativ qaydada müəyyən edilmişdir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Lakin iddiaçı qanunvericiliyin qeyd olunan imperativ göstərişinə və həmin normanın qeyd olunan şərtlərinə əməl etmədən bilavasitə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl Cavabdeh4 KE/88799/71 saylı xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinin ləğv edilməsi barədə təklif irəli sürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 149.2.4-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində öz əksini tapmalıdır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı Cavabdeh4 ilə bağlanmış KE/88799/71 saylı, xx.xx.2019cu il tarixli Kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən həmin Kredit müqaviləsi üzrə iddiaçının xeyrinə 26286.23 manat əsas borcun, 8171.16 manat faiz borcunun, cəmi 34457.39 manat borcun və ödənilmiş 200 manat dövlət rüsumunun tutulması, tələbin Cavabdeh4 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsində mülkiyyətində olan 0.00687 ha torpaq sahəsi və üzərində yerləşən 51d fərdi yaşayış evi (50 kv.m ümumi sahədən ibarət) ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehlərin banka olan borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 mənzildən çıxarılması və əmlakı boşaldaraq banka təhvil verilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar