Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-130/2020 03.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, iddiaçı Nümayəndə və ortaqlarının tam ortaqlıq “Tac” kredit ittifaqının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Nümayəndə və ortaqlarının Tam ortaqlıq “Tac” kredit ittifaqının (bundan sonra - “Tac” kredit ittifaqı) cavabdeh X3 qarşı “Kredit müqaviləsi üzrə borcun tutulması” tələbi ilə bağlı kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Tac” kredit ittifaqı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 5000,00 manat, faiz borcu 1325,00 manat, cərimə 2650,00 manat olmaqla cəmi 8975,00 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı “Tac” Kredit İttifaqının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “TAC” Kredit İttifaqı ilə cavabdeh X4 (VÖEN **********) arasında “56 SKMF 35” nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən kreditverən həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kreditalana 5000 (beş min) manat krediti SKMF-nun vəsaiti hesabına illik 6%-lə və güzəşt müddəti 18 (on səkkiz) ay olmaq şərtilə 36 (otuz altı) ay müddətinə verir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən kreditalan “TAC” Kİ qarşısında müqavilədə nəzərdə tutulmuş qaydada şərtlərlə aldığı vəsaiti 36 (otuz altı) ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən kreditalan kredit məbləğini kreditin verilmə tarixindən sonra bu Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş ödəmə cədvəli ilə müəyyən olunmuş qaydada ödənilməsini həyata keçiriləcəkdir. Həmin əlavə üzrə ödəniş o halda vaxtında ödənilmiş hesab edilir ki, müvafiq dövr üçün müəyyən olunmuş gün Bankın əməliyyat saatlarında kreditalanın cari hesab hesabına daxil edilmiş olsun. Əgər ödəniş iş günü hesab olunmayan günə təsadüf edərsə, ödəniş həmin gündən sonra gələn növbəti iş günü ödənilməlidir. Lakin borclu bugünədək həmin məbləğdən heç bir ödəniş etməmişdir. Bununla əlaqədar olaraq kreditor borcluya borcun qaytarılması barədə bildiriş göndərsə də, borclu tərəfindən borcun ödənilməsi istiqamətində hər hansı addım atılmamışdır. Müqavilənin 5.1-ci bəndinə əsasən “TAC” Kİ tarif cədvəlinə uyğun olaraq kreditalan kreditverənə kreditin təhsis edilməsinə, müvafiq hesabların açılmasına və verilən kreditin nağd çıxarılmasına görə müvafiq komisyon haqqı ödəyir. Kreditalan kredit üzrə hesablanmış faiz borcunu kredit müddəti bitənədək hər ay öz öhdəsinə götürür. Müqavilənin 5.3-cü bəndinə əsasən kredit üzrə faizlər illik faiz dövrü şərti olaraq 360 gün götürülməklə, illik 6% (altı) faiz dövründə kreditin istifadə edildiyi günlərin faktiki sayına görə hər gün üçün günün əvvəlinə olan qalığa hesablanır. Faizlər kreditin verildiyi gündən hesablanır. Müqavilənin 6.1-ci bəndinə əsasən Müqaviləyə 1 saylı Əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabər cərimə ödəyir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Tac” kredit ittifaqının nümayəndəsi Nümayəndə iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat vermiş, iddianı müdafiə etdiyini bildirərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxx 2014-cü il tarixli, № 56 SKMF 35 saylı kredit müqaviləsindən görünür ki, “Tac” kredit ittifaqı tərəfindən fiziki şəxs sahibkar (VÖEN: **********) X3 güzəşt müddəti 18 ay olmaq şərti ilə 36 ay müddətində illik 6 faiz dərəcəsi ilə SKMF-nin vəsaiti hesabına 5000 manat məbləğində kredit verilməsi barədə aralarında müqavilə bağlanmışdır. Həmçinin sözügedən müqavilənin 5.3-cü bəndindən görünür ki, kredit üzrə faizlər illik faiz dövrü şərti olaraq 360 gün götürürlməklə illik 6 faiz faiz dövründə kreditin istifadə edildiyi günlərin faktiki sayına görə hər gün üçün günün əvvəlinə olan qalığa hesablanır və faizlər kreditin verildiyi gündən hesablanır. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, SKMF-nin vəsaiti hesabına X3 5000 manat məbləğində pul vəsaiti verilmişdir. xx xxxxxx 2014-cü il tarixli, № 56 SKMF 35 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, X4 “Tac” kredit ittifaqına olan 5000 manat əsas borcu güzəşt müddəti 18 ay (ilk 18 ay ərzində hər ay ancaq 25 manat faiz ödənişi həyata keçirillməklə) olmaq şərti ilə 36 ay ərzində illik 6 faiz dərəcəsi ilə 687,50 manat faiz borcu ilə birlikdə (ümumilikdə 5687,54 manat olmaqla) ödəməli idi. “Tac” kredit ittifaqı tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından və kassa mədaxil orderlərindən görünür ki, Tac” kredit ittifaqı ilə X4 arasında bağlanmış № 56 SKMF 35 saylı kredit müqaviləsinə əsasən (müqavilə müddəti xx.xx.2014-xx.xx.2017) illik 6 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmiş, verilmiş kredit üzrə 300 manat ödəniş aparılmış və xx.xx.2019-cu il tarixinə X2 “Tac” kredit ittifaqına olan borcu 5000 manat əsas, tələb qaldırılan günə 1325 manat faiz, o cümlədən, kredit müqaviləsinin müddətinin bitdiyi (xx.xx.2017) tarixə 600 manat faiz, tələb qaldırılan günə hesablanmış 2650 manat cərimə, o cümlədən, kredit müqaviləsinin müddətinin bitdiyi tarixə əsas kredit borcunun gecikdirilməsinə görə hesablanmış 1200 manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra əsas kredit borcuna görə hesablanmış 1450 manat cərimə borcu olmaqla, cəmi 8975 manat təşkil edir. xx xxxxxx 2020-ci il tarixli 31969 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, X2 “Tac” kredit ittifaqına xx xxxxxx 2017-ci il tarixə (müqavilə müddətinin sonuna) olan borcu 4946,46 manat əsas, 646,07 manat faiz borcu olmaqla ümumilkdə 5592,53 manat məbləğində olmuşdur. Həmçinin kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən ekspertiza zamanı kredit müqaviləsi üzrə cərimə borcu hesablanmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manatdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilən hüquq normalarına əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.7, 462.1, 465.2 və 467-ci maddələrinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur, Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi kreditor və borclu arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, “Tac” kredit ittifaqı X1 5000 manat əsas borc tələb etsə də, ekspertiza rəyinə əsasən həmin məbləğ 4946,46 manat miqdarında müəyyən edilməlidir. Həmçinin “Tac” kredit ittifaqı kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixəndən sonra faizi müqavilədə göstərilən 6%-lə hesablasa da, məhkəmə hesab edir ki, müqavilənin müddəti bitəndən sonra olan dövr üçün faiz borcu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə əsasən 5%-lə hesablamalıdır. Belə ki, müqavilənin müddəti bitəndən sonra olan dövr üçün faiz borcu hər ay üçün 20,61 manat (4946,46:100x5:12) olmaqla, ümumilikdə isə 597,69 (20,61x29) manat təşkil edir. Odur ki, iddia əsas və faiz borcu tələbi hissəsində qismən təmin edilərək müqavilənin müddətinin bitdiyi tarixədək olan dövr üçün 600 manat, müqavilənin müddəti bitəndən sonra olan dövr üçün 597,69 manat olmaqla faiz borcu cəmi 1197,69 manat, əsas borc isə 4946,46 məbləğində müəyyən edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin dəbbə pulu hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu (cərimə) tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 55,85 manat məbləğində müəyyən edilməlidir. Odur ki, iddia qismən təmin edilməli, “Tac” kredit ittifaqı ilə cavabdeh X1 xx xxxxxx 2014-cü il tarixli, № 56 SKMF 35 saylı kredit müqaviləsi üzrə 4946,46 manat məbləğində əsas borc, 1197,69 manat məbləğində faiz borcu, 55,85 manat məbləğində cərimə olmaqla, cəmi 6200 manat məbləğində pul tutularaq “Tac” kredit ittifaqına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 69,08%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 69,08%-i, yəni 20,72 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pulun 69,08 manatı X1, 30,92 manatı isə “Tac” kredit ittifaqından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ 013601**********3944 SWİFT BİK: CTREAZ22 hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 xx xxxxxx 2014-cü il tarixli, № 56 SKMF 35 saylı kredit müqaviləsi üzrə 4946,46 manat məbləğində əsas borc, 1197,69 manat məbləğində faiz borcu, 55,85 manat məbləğində cərimə olmaqla, cəmi 6200 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20,72 manat məbləğində pul tutularaq Nümayəndə və ortaqlarının tam ortaqlıq “Tac” kredit ittifaqına ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 69,08 manatı X1, 30,92 manatı isə “Tac” kredit ittifaqından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ 013601**********3944 SWİFT BİK: CTREAZ22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-130/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-130/2020
03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver