Məhkəmə qərarları › İş №e-2-2(113)-130/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-130/2023

08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-130/2023 08.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı xx.xx.2020-ci il tarixli, NSBK-207 saylı müqavilə üzrə pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və digər tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13 fevral 2020- ci il tarixli, NSBK-207 saylı kredit müqaviləsi üzrə kreditə görə 93.387,43 manat, faiz borcuna görə 33.621,39 manat, cərimə borcuna görə 1.357,19 manat, cəmi 128.366,01 manat pulun, Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDXR Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun, mediasiya xərci kimi ödənilmiş 400 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 19 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması, kredit müqaviləsi üzrə tələbin mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0,089 ha torpaq sahəsində yerləşən, 195,9 kv.m. ümumi sahəsi olan 1286A saylı bağ evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin 13 fevral 2020-ci il tarixli, NSBK-207saylı kredit müqavilələri üzrə cəmi 128.366,01 manat borcunun və dövlət rüsumu kimi ödənilmiş cəmi 459 manat məbləğində pulun ödənilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0,089 ha torpaq sahəsində yerləşən, 195,9 kv.m. ümumi sahəsi olan 1286A saylı bağ evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh bağ evindən çıxarılması, əmlakın boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab olunması, ipoteka predmeti açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqavilələri üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh arasında bağlanmış 13 fevral 2020-ci il tarixli, NSBK-207 saylı kredit müqaviləsinə əsasən illik 18 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 120.000 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 1.1., 2.2. və 2.3. maddələri). 13 fevral 2020-ci il tarixli, NSBK-207saylı kredit müqaviləsinin şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışlarına əsasən cavabdehin xx.xx.2022-ci il tarixinə 13 fevral 2020-ci il tarixli, NSBK207 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 93387,43 manat, faiz borcuna görə 33621,39 manat, cərimə borcuna görə 1357,19 manat, borcun cəmi məbləği 128366,01 manat təşkil edir. 13 fevral 2020-ci il tarixli, NSBK-207saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0,089 ha torpaq sahəsində yerləşən, 195,9 kv.m. ümumi sahəsi olan 1286A saylı bağ evi İddiaçı ASC qarşısında İpoteka ilə yüklü edilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Daha sonra İddiaçı ASC iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh 13 fevral 2020-ci il tarixli, NSBK-207 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 83377,43 manat, faiz borcuna görə 39086,23 manat, dəbbə borcuna görə 1357,19 manat, cəmi 123820,85 manat pulun, Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDKR Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun, mediasiya xərci kimi ödənilmiş 400 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 19 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması; Kredit müqaviləsi üzrə tələbin mülkiyyət hüququ ilə Cavabdeh qızma məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0,089 ha torpaq sahəsində yerləşən, 195,9 kv.m. ümumi sahəsi olan 1286A saylı bağ evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 160000 manat müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin 13 fevral 2020-ci il tarixli, NSBK207 saylı kredit müqavilələri üzrə cəmi 123820,85 borcunun və dövlət rüsumu kimi ödənilmiş cəmi 459 manat məbləğində pulun ödənilməsi, İpoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0,089 ha toıpaq sahəsində yerləşən, 195,9 kv.m. ümumi sahəsi olan 1286A saylı bağ evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh bağ evindən çıxarılması, əmlakın boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab olunması; İpoteka predmeti açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqavilələri üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi iddia həcminin dəyişdiriləsi barədə ərizə təqdim edərək, Cavabdeh 13 fevral 2020-ci il tarixli, NSBK-207 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə olan kredit borcuna görə 78377,43 manat, faiz borcuna görə 48354,93 manat, dəbbə borcuna görə 1357,19 manat və illik 5%-lə hesablanmış əldən çıxmış faydaya görə 4240,28 manat, cəmi 132329,83 manat pulun, Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDKR Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun, mediasiya xərci kimi ödənilmiş 400 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 19 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması; kredit müqaviləsi üzrə tələbin mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0,089 ha torpaq sahəsində yerləşən, 195,9 kv.m. ümumi sahəsi olan 1286A saylı bağ evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 210.000 manat müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin 13 fevral 2020-ci il tarixli, NSBK-207 saylı kredit müqaviləsi üzrə cəmi 132.329,83 manat borcunun və dövlət rüsumu kimi ödənilmiş cəmi 459 manat məbləğində pulun ödənilməsi; ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0,089 ha torpaq sahəsində yerləşən, 195,9 kv.m. ümumi sahəsi olan 1286A saylı bağ evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh bağ evindən çıxarılması, əmlakın boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab olunması və ipoteka predmeti açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqavilələri üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsini və dəqiqləşmiş iddia tələbini müdafiə edib, iddia ərizəsinin və iddia ərizəsinə verilmiş dəqiqləşmiş iddia tələblərinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı əmlak satıldıqdan sonra cavabdehin həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması tələbinə məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İpoteka haqqında” AR Qanununun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göstərilən maddənin məzmunundan da göründüyü kimi ipoteka predmeti olan yaşayış sahəsi satıldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə həmin sahəni tərk etməyən ipoteka qoyanın həmin sahədən məcburi çıxarılaraq sahənin boşaldılması ayrıca məhkəmə qərarı olmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında həyata keçirilir. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, ipoteka qoyulmuş ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakın boşaldılması ilə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil. Odur ki, həmin hissədə iş üzrə icraata işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı ipoteka predmeti olan əmlak satıldıqdan sonra cavabdehin həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması tələbinə dair hissədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar