Məhkəmə qərarları › İş №e-2-2(113)-130/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-130/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-130/2025 28.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması və tələbin girov predmetlərinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, girov, maliyyə arayışı) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X2 katibliyi ilə, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, Cavabdehlərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması və tələbin girov predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlər Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli, RB/KM-1192 saylı kredit müqaviləsi və ona əlavələr üzrə kreditə görə ******* manat, faiz borcuna görə 213620,93 manat, dəbbə borcuna görə 32746,89 manat, cəmi 3506367,82 manat, xx.xx.2019-cu il tarixli, RB/KM-1237 saylı kredit müqaviləsi üzrə kreditə görə ******* manat, faiz borcuna görə 203778,36 manat, dəbbə borcuna görə 31522,15 manat, cəmi 4235300,51 manat, xx.xx.2019-cu il tarixli, RB/KM- 1230 kredit müqaviləsi üzrə kreditə görə 99999,7 ABŞ dolları, faiz borcuna görə 3208,22 ABŞ dolları, dəbbə borcuna görə 3188,2 ABŞ dolları, cəmi 106396,12 ABŞ dolları məbləğində pul, ödənilmiş mediasiya xərcinin əvəzi 410 manat və 4305 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, bütün tələblərin tam mülkiyyət hüququ ilə Cavabdeh MMC-yə məxsus və Daşınar Əmlakın Girov müqavilələrinin 2.1. bəndində öz əksini tapmış Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş yolu, SOCAR-ın X3 yerləşən daşınar əmlaka yönəldilməsi, həmin girov predmetlərinin açıq hərracdan satılması və əldə edilmiş vəsait hesabına cəmi 3506367,82 manat, cəmi 4235300,51 manat,cəmi 106396,12 ABŞ dolları pulun, mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş cəmi 4715 manat pulun ödənilməsi, girov predmetləri açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqavilələri üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada Cavabdeh MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, RB/KM-1192 saylı kredit müqaviləsinə əsasən, ödənişlərin aparılması məqsədilə illik 7 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə ******* (dörd milyon) manat məbləğində Bank vəsaiti vasitəsilə cavabdehə kredit kimi verilmişdir (kredit müqaviləsinin 2.1., 2.2. və 2.3. maddələri). Həmin kreditin verilməsinəCavabdeh MMC o zamankı təsisçilərin ümumi yığıncağının xx.xx.2018-ci il tarixli qərarı ilə razılıq verilmişdir. Həmin müqavilə üzrə öhdəliklər əsas və faiz məbləğlərinin ödənilməsinə dair Əlavə-1-ə əsasən hər ayın 2-dən gec olmayaraq 23333,33 manat olmaqla hər ay faiz borcundan ödənilməli və müqavilə müddətinin sonunda 24-cü ayda verilmiş kredit tam qaytarılmalı idi. Lakin bu öhdəliklərin icra müddəti cavabdehin təşəbbüsü ilə bir neçə dəfə artırılmışdır. Belə ki, xx.xx.2020-ci il tarixdə xx.xx.2018-ci il tarixli, RB/KM-1192 saylı kredit müqaviləsinin müddəti müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılmaqla 24 ay müddətinə xx.xx.2022-ci il tarixinə kimi tərəflər arasında bağlanmış əlavə razılaşma əsasında uzadılmışdır. Daha sonra Cavabdeh MMC-nin təsisçisi "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixli, RB/KM-1192 saylımüqavilənin müddəti daha 2 il müddətinə uzadılması qərara alınmış və bunun əsasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinin müddətinin uzadılması haqqında əlavə razılaşmaya əsasən müqavilənin digər şərtləri dəyişdirilmədən müddəti xx.xx.2024-cü ilə qədər uzadılmışdır. xx.xx.2018-ci il tarixli, RB/KM-1192 saylı kredit müqaviləsindən və ona əlavə razılaşmalardan irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh MMC-yə məxsus olan və Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş yolu, SOCAR-ın X3 yerləşən (Screwconveyor – Almaniya - 2019 - ədəd – 2, Preheating Container – Almaniya - 2019 - ədəd – 2, Pumpstation Lagune – Almaniya - 2019 - ədəd – 1, Shaker – Almaniya - 2019 - ədəd – 1, Centrifuge Container with 2 phase decanter – Almaniya - 2019 - ədəd – 1, Heatexchanger Container - Almaniya - 2019 - ədəd – 1, Centrifuge Container with 3 phase decanter – Almaniya - 2019 - ədəd – 1, Separator Container with 2 pieces separators – Almaniya - 2019 - ədəd – 1, X8 Polymer Systems – Almaniya - 2019 - ədəd – 1, Tool and Storage Box (Container) – Almaniya - 2019 - ədəd – 1, X9 – Almaniya - 2019 - ədəd – 1, Screw Hopper – Almaniya - 2019 - ədəd – 1, G: MAX B-Series - Almaniya - 2019 - ədəd – 1, Conveyors - Almaniya - 2019 - ədəd – 3, Hydro Flo – Almaniya - 2019 - ədəd – 1, Attrition Cells – Almaniya - 2019 - ədəd – 1, G: MAX C- Series – Almaniya - 2019 - ədəd – 1, Sənaye və yağış suları tullantıları üçün kompleks su təmızliyici sistem – Almaniya - 2019 - ədəd – 1) daşınar əmlak İddiaçı ASC qarşısında xx.xx.2021-ci il tarixli, RB/KM-1192 saylı Daşınar Əmlakın Girov Müqaviləsinə əsasən yüklü edilmiş və xx.xx.2022-ci il tarixdə bir daha yenilənmişdir. Həmçinin bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının Daşınar Əmlakın Yüklülüyünün Dövlət reyestrindən Çıxarış da əldə edilmişdir. Həmin avadanlıqların təsviri Daşınar Əmlakın Girov Müqaviləsinin 2.1. bəndindən sonra cədvəldə özəksini tapmışdır. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RB/KM-1237 saylı kredit müqaviləsinə əsasən, ödənişlərin aparılması məqsədilə illik 7 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə ******* (dörd milyon) manat məbləğində Bank vəsaiti vasitəsilə cavabdehə kredit kimi verilmişdir (kredit müqaviləsinin 2.1., 2.2. və 2.3. maddələri). Həmin kreditin verilməsinə Cavabdeh MMC o zamankı təsisçilərin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli qərarı ilə razılıq verilmişdir. Həmin müqavilə üzrə öhdəliklər əsas və faiz məbləğlərinin ödənilməsinə dair Əlavə-1-ə əsasən hər ayın 2-dən gec olmayaraq 23333,33 manat olmaqla hər ay faiz borcundan ödənilməli və müqavilə müddətinin sonunda 24-cü ayda verilmiş kredit tam qaytarılmalı idi. Lakin bu öhdəliklərin icra müddəti cavabdehin təşəbbüsü ilə bir neçə dəfə artırılmışdır. Belə ki, xx.xx.2021-ci il tarixdə xx.xx.2019-cu il tarixli, RB/KM-1237 saylı kredit müqaviləsinin müddəti müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılmaqla 24 ay müddətinə xx.xx.2023-cü il tarixinə kimi tərəflər arasında bağlanmış əlavə razılaşma əsasında uzadılmışdır. Daha sonra xx.xx.2019-cu il tarixli, RB/KM-1237 saylı müqavilənin müddəti daha 1 il müddətinə uzadılması qərara alınmış və bunun əsasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinin müddətinin uzadılması haqqında əlavə razılaşmaya əsasən müqavilənin digər şərtləri dəyişdirilmədən müddəti xx.xx.2024-cü ilə qədər uzadılmışdır. xx.xx.2019-cu il tarixli, RB/KM-1237 saylı kredit müqaviləsindən və ona əlavə razılaşmalardan irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh MMC-yə məxsus olan və Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş yolu, SOCAR-ın X3 yerləşən daşınar əmlak İddiaçı ASC qarşısında xx.xx.2021-ci il tarixli, RB/KM-1237 saylı Daşınar Əmlakın Girov Müqaviləsinə əsasən yüklü edilmişdir. Həmçinin bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının Daşınar Əmlakın Yüklülüyünün Dövlət reyestrindən Çıxarış da əldə edilmişdir. Həmin avadanlıqların təsviri Daşınar Əmlakın Girov Müqaviləsinin 2.1. bəndindən sonra cədvəldə öz əksini tapmışdır. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RB/KM-1230 saylı kredit müqaviləsinə əsasən, ödənişlərin aparılması məqsədilə illik 5 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 100000 (yüz min) ABŞ dolları məbləğində Bank vəsaiti vasitəsilə cavabdehə kredit kimi verilmişdir (kredit müqaviləsinin 2.1., 2.2. və 2.3. maddələri). Həmin kreditin verilməsinə Cavabdeh MMC o zamankı təsisçilərin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli qərarı ilə razılıq verilmişdir. Həmin müqavilə üzrə öhdəliklər müqavilə müddətinin sonunda 24-cü ayda tam icra edilməli idi. Lakin bu öhdəliklərin icra müddəti cavabdehin təşəbbüsü ilə bir neçə dəfə artırılmışdır. Belə ki, xx.xx.2021-ci il tarixdə xx.xx.2019-cu il tarixli, RB/KM-1230 saylı kredit müqaviləsinin müddəti müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılmaqla 24 ay müddətinə xx.xx.2023-cü il tarixinə kimi tərəflər arasında bağlanmış əlavə razılaşma əsasında uzadılmışdır. Daha sonra xx.xx.2019-cu il tarixli, RB/KM-1230 saylı müqavilənin müddəti daha 6 ay müddətinə uzadılması qərara alınmış və bunun əsasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinin müddətinin uzadılması haqqında əlavə razılaşmaya əsasən müqavilənin digər şərtləri dəyişdirilmədən müddəti xx.xx.2023-cü ilə qədər uzadılmışdır. xx.xx.2019-cu il tarixli, RB/KM-1230 saylı kredit müqaviləsindən və ona əlavə razılaşmalardan irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh MMC-yə məxsus olan və Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş yolu, SOCAR-ın X3 yerləşən daşınar əmlak İddiaçı ASC qarşısında xx.xx.2021-ci il tarixli, RB/KM-1230 saylı Daşınar Əmlakın Girov Müqaviləsinə əsasən yüklü edilmişdir. Həmçinin bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının Daşınar Əmlakın Yüklülüyünün Dövlət reyestrindən Çıxarış da əldə edilmişdir. Həmin avadanlıqların təsviri Daşınar Əmlakın Girov Müqaviləsinin 2.1. bəndindən sonra cədvəldə öz əksini tapmışdır. Kredit müqavilələrinin şərtlərinə görə cavabdeh kreditlər üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə Cavabdeh MMC-yə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışlar. xx.xx.2023-cü il tarixli X6 Barədə Təklif məktubuna əsasən cavabdehə mübahisənin məhkəmədən kənar qaydada mediasiya vasitəsilə həll edilməsi təklif edilmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasına dəvət edilsə də iştirak etməmiş və bu barədə 9 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli, MŞB\9\2023-02298 nömrəli Arayış təqdim edilmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehin xx.xx.2024-cü il tarixinə xx.xx.2018ci il tarixli, RB/KM-1192 saylıkredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə ******* manat, faiz borcuna görə 213620,93 manat, dəbbə borcuna görə 32746,89 manat, borcun cəmi məbləği 3506367,82 manat təşkiledir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehin xx.xx.2024-cü il tarixinə xx.xx.2019-cu il tarixli, RB/KM-1237 saylıkredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə ******* manat, faiz borcuna görə 203778,36 manat, dəbbə borcuna görə 32522,15 manat, borcun cəmi məbləği 4235300,51 manat təşkiledir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehin xx.xx.2024-cü il tarixinə xx.xx.2019-cu il tarixli, RB/KM-1230 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 99999,7 ABŞ dolları, faiz borcuna görə 3208,22 ABŞ dolları, dəbbə borcuna görə 3188,2 ABŞ dolları, borcun cəmiməbləği 106,396,12 ABŞ dolları təşkil edir.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli, RB/KM- 1192 saylı kredit müqaviləsi və ona əlavələr üzrə kreditə görə ******* manat, faiz borcuna görə 213620,93 manat, dəbbə borcuna görə 32746,89 manat, cəmi 3506367,82 manat, xx.xx.2019-cu il tarixli, RB/KM-1237 saylı kredit müqaviləsi üzrə kreditə görə ******* manat, faiz borcuna görə 203778,36 manat, dəbbə borcuna görə 31522,15 manat, cəmi 4235300,51 manat, xx.xx.2019-cu il tarixli, Bütün tələblərin tam mülkiyyət hüququ ilə Cavabdeh MMC-yə məxsus və Daşmar Əmlakın Girov müqavilələrinin 2.1. bəndində öz əksini tapmış Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş yolu, SOCAR-m X3 yerləşən daşınar əmlaka yönəldilməsi, həmin girov predmetlərinin açıq hərracdan satılması və əldə edilmiş vəsait hesabına cəmi 3506367,82 manat, cəmi 4235300,51 manat, cəmi 106396,12 ABŞ dolları pulun, mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş cəmi 4715 manat pulun ödənilməsi və girov predmetləri açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqavilələri üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada Cavabdeh MMC-dən tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun olaraq çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.

6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, RB/KM-1192 saylı kredit müqailəsinə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana əsas vəsaitlərinin artırılması məqsədilə ******* manat məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə uyğun olaraq borc verənə qaytarmğı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür.

10. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit 24 ay müddətinə verilir.

11. Müqavilənin 2.3-cü bəndinə əsasən kreditə görə illik 7% hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 8% təşkil edir.

12. Müqavilənin 2.13.1-ci borc alan tərəfindən öhdəliklər vaxtında və lazımınca icra edilmədikdə borc verən tərəfindən ödənilməmiş məbləğin 1 faizi gecikmənin birinci günündən başlayaraq cərimə hesablanır.

13. Müqavilənin 4.1-ci maddəsinə əsasən borc alanla borc verən arasında imzalanmış Baş Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsidir və bu müqavilə üzrə Borc alanın öhdəliklərinin icrasının təminatı Baş kredit müqaviləsi üzrə təminat qismində rəsmiləşdirilmiş təminatlardan ibarətdir.

14. Müqavilənin 6.2-ci bəndinə əsasə borc alan kreditin ödəniş cədvəlinə əsasən ödənşi gecikdirirsə, hər gecikdirilmiş günə görə hazırkı müqavilənin 2.13-cü bəndinə əsasən dəbbə pulu ödəməlidir.

15. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, RB/KM- 1192 saylı kredit verilməsinə dair razılaşmaya əsasən X10 və X13 borc verənin qarşısında borc alanın öz öhdəlikərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borc alan zaminlik təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borc alan borc verən qarşısında birgə məsuliyyət daşıyırlar.

16. xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinin müddətinin uzadılması haqqında Əlavə Razılaşmaya əsasən, xx.xx.2018-ci il tarixli, RB/KM-1192 saylı Kredit Müqaviləsinin müddəti digər şərtlər qalmaqla xx.xx.2022-ci il tarixinə qədər uzadılmışdır.

17. xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinin müddətinin uzadılması haqqında Əlavə Razılaşmaya əsasən, xx.xx.2018-ci il tarixli, RB/KM-1192 saylı Kredit Müqaviləsinin müddəti digər şərtlər qalmaqla xx.xx.2024-cü il tarixinə qədər uzadılmışdır.

18. Tərəflər arasında imzalanmış 27 noyabr 2020-ci il tarixli rb/km 1192 saylı Daşınmaz Əmlakın Girov Müqaviləsinə əsasən:

19. Müqavilənin 1.1-ci bəndinə əsasən yüklülük verən bu müqavilənin 2-ci bəndində göstərilən girov predmetini Rabitəbank ASC və Cavabdeh MMC arasında Bakı şəhərində bağlanmış 02 avqust 2018-ci il tarixli rb/km1192 saylı kredit xətti müqaviləsi üzrə yaranış öhdəliklərinin təminatı olaraq, mülkiyyət hüququ ilə ona məxsus olan və girov kimi çıxış edən, bu müqaviləyə 1 saylıəlavədə əlavə edilmiş və onun ayrılmaz hissəsini təşkil edən "xxxx" QSC və Cavabdeh MMC arasında imzalanmış 18 noyabr 2020-ci il tarixli, 01/05- 17/423 saylı müqavilə üzrə tələb və hüquqlarını yüklülük sahibinin xeyrinə girov qoyulur.

20. Müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə ilə aşağıdakı öhdəliklər təmin edilir:

21. Müqavilənin 1.4.1-ci bəndinə əsasən ******* manat təşkil edən kredit məbləği. Qeyd olunan məbləğ girovla təmin edilmiş öhdəliyin yuxarı həddini ifadə edir.

22. Müqavilənin 1.4.2-ci bəndinə əsasən 24 ay təşkil edən kreditin qaytarılma müddəti

23. Daşınar əmlakın xx.xx.2021-ci il tarixli, rb/km1192 saylı girov müqaviləsinə əsasən:

24. Müqavilənin 1.1-ci bəndinə əsasən yüklülük verən bu müqavilənin 2-ci bəndində göstərilən girov predmetini Rabitəbank ASC və Cavabdeh MMC arasında Bakı şəhərində bağlanmış 02 avqust 2018-ci il tarixli rb/km1192 saylı kredit xətti müqaviləsi üzrə yaranış öhdəliklərinin təminatı olaraq, mülkiyyət hüququ ilə ona məxsus olan və girov kimi çıxış edən, bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz hissəsini təşkil edən siyahıda göstərilən yüklülük verənə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş yolu, SOCAR-ın X1 yerləşən daşınar əmlak, qazma Şlamı emalı qurğusunun, sənaye və yağış suları tullantıları üçün kompleks su təmizləyici sistem (Xam neft məhsullarının təmizlənməsi avadanlıqları) yüklülük sahibinin xeyrinə girov qoyulur.

25. Müqavilənin 2.1-ci bəndinə əsasən yüklülük verən tərəfindən təqdim edilmiş sənədlərə və bu müqaviləyə əlavə edilmiş qoyulan əmlakın siyahılarına əsasən girov qoyulmuş predmetlərin dəyəri 12750000 manat təşkil edir.

26. Girov predmetinin dəyişdirilməsi barədə xx.xx.2021-ci il tarixli əlavə razılaşmaya əsasən tərəflər razılıq əldə etdilər ki, xx.xx.2018-ci il tarixli, rb/km1192 nömrəli kredit müqaviləsi üzrə 12750000 manat olan daşınar əmlak (xam neft məhsullarının təmizlənəsi avadanlıqları) girov götürülsün və X12 şəxsinə məxsus ******* USD məbləğində əmanətlər girovdan azad olunsun.

27. Daşınar əmlakın xx.xx.2022-ci il tarixli, rb/km1192 saylı girov müqaviləsinə əsasən:

28. Müqavilənin 1.1-ci bəndinə əsasən yüklülük verən bu müqavilənin 2-ci bəndində göstərilən girov predmetini Rabitəbank ASC və Cavabdeh MMC arasında Bakı şəhərində bağlanmış 02 avqust 2018-ci il tarixli rb/km1192 saylı kredit xətti müqaviləsi üzrə yaranış öhdəliklərinin təminatı olaraq, mülkiyyət hüququ ilə ona məxsus olan və girov kimi çıxış edən, bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz hissəsini təşkil edən siyahıda göstərilən yüklülük verənə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş yolu, SOCAR-ın X1 yerləşən daşınar əmlak, qazma Şlamı emalı qurğusunun, sənaye və yağış suları tullantıları üçün kompleks su təmizləyici sistem (Xam neft məhsullarının təmizlənməsi avadanlıqları) yüklülük sahibinin xeyrinə girov qoyulur.

29. Müqavilənin 2.1-ci bəndinə əsasən yüklülük verən tərəfindən təqdim edilmiş sənədlərə və bu müqaviləyə əlavə edilmiş qoyulan əmlakın siyahılarına əsasən girov qoyulmuş predmetlərin dəyəri 12750000 manat təşkil edir.

30. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RB/KM- 1230 saylı kredit xətti müqaviləsinə əsasən:

31. Müqavilənin 1.1-ci bəndinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana əsas vəsaitlərinin artırılması məqsədilə 100000 ABŞ məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə uyğun olaraq borc verənə qaytarmğı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür.

32. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit 24 ay müddətinə verilir.

33. Müqavilənin 2.3-cü bəndinə əsasən kreditə görə illik 5% hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 8% təşkil edir.

34. Müqavilənin 2.13.1-ci borc alan tərəfindən öhdəliklər vaxtında və lazımınca icra edilmədikdə borc verən tərəfindən ödənilməmiş məbləğin 1 faizi gecikmənin birinci günündən başlayaraq cərimə hesablanır.

35. Müqavilənin 4.1-ci maddəsinə əsasən borc alanın vəzifələri:

36. Müqavilənin 4.1.3-cü bəndinə əsasən müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında vəlazımi qaydada yerinə yetirmək.

37. Müqavilənin 6.2-ci bəndinə əsasə borc alan kreditin ödəniş cədvəlinə əsasən ödənşi gecikdirirsə, hər gecikdirilmiş günə görə hazırkı müqavilənin 2.13-cü bəndinə əsasən dəbbə pulu ödəməlidir.

38. Tərəflər arasında imzalanmış 27 noyabr 2020-ci il tarixli rb/km 1230 saylı Daşınmaz Əmlakın Girov Müqaviləsinə əsasən:

39. Müqavilənin 1.1-ci bəndinə əsasən yüklülük verən bu müqavilənin 2-ci bəndində göstərilən girov predmetini Rabitəbank ASC və Cavabdeh MMC arasında Bakı şəhərində bağlanmış 11 aprel 2019-cu il tarixli rb/km1230 saylı kredit xətti müqaviləsi üzrə yaranış öhdəliklərinin təminatı olaraq, mülkiyyət hüququ ilə ona məxsus olan və girov kimi çıxış edən, bu müqaviləyə 1 saylıəlavədə əlavə edilmiş və onun ayrılmaz hissəsini təşkil edən "xxxx" QSC və Cavabdeh MMC arasında imzalanmış 18 noyabr 2020-ci il tarixli, 01/05- 17/423 saylı müqavilə üzrə tələb və hüquqlarını yüklülük sahibinin xeyrinə girov qoyulur.

40. Müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə ilə aşağıdakı öhdəliklər təmin edilir:

41. Müqavilənin 1.4.1-ci bəndinə əsasən 100000 manat təşkil edən kredit məbləği. Qeyd olunan məbləğ girovla təmin edilmiş öhdəliyin yuxarı həddini ifadə edir.

42. Müqavilənin 1.4.2-ci bəndinə əsasən 24 ay təşkil edən kreditin qaytarılma müddəti

43. xx.xx.2019-cu il tarixli, RB/KM-1230 saylı kredit xətti müqaviləsinin müddətinin uzadılması haqqında əlavə razılaşma olan xx.xx.2021-ci il tarixli 1 saylı əlavəyə əsasən müqavilənin müddəti digər şərtlər qüvvədə qalmaqla xx.xx.2023-cü il tarixinə kimi uzadılır.

44. xx.xx.2019-cu il tarixli, RB/KM-1230 saylı kredit xətti müqaviləsinə xx.xx.2023-cü il tarixli əlavə sazişə əsasən kredit xətti müqaviləsinin digər şərtləri qalmaqla kreditin müddəti 6 ay uzadılır.

45. xx.xx.2019-cu il tarixli, RB/KM-1230 saylı kredit xətti müqaviləsinə xx.xx.2023-cü il tarixli 2 saylı əlavə sazişə əsasən xx.xx.2020-ci il tarixli, RB/KM-1230 nömrəli daşınar əmlakın girov müqaviləsinin müddəti digər şərtlər qalmaqla kreditin müddəti 6 ay uzadılmışdır.

46. Daşınar əmlakın xx.xx.2021-ci il tarixli, rb/km1230 saylı girov müqaviləsinə əsasən:

47. Müqavilənin 1.1-ci bəndinə əsasən yüklülük verən bu müqavilənin 2-ci bəndində göstərilən girov predmetini Rabitəbank ASC və Cavabdeh MMC arasında Bakı şəhərində bağlanmış 11 aprel 2019-cu il tarixli rb/km1230 saylı kredit xətti müqaviləsi üzrə yaranış öhdəliklərinin təminatı olaraq, mülkiyyət hüququ ilə ona məxsus olan və girov kimi çıxış edən, bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz hissəsini təşkil edən siyahıda göstərilən yüklülük verənə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş yolu, SOCAR-ın X1 yerləşən daşınar əmlak, qazma Şlamı emalı qurğusunun, sənaye və yağış suları tullantıları üçün kompleks su təmizləyici sistem (Xam neft məhsullarının təmizlənməsi avadanlıqları) yüklülük sahibinin xeyrinə girov qoyulur.

48. Müqavilənin 2.1-ci bəndinə əsasən yüklülük verən tərəfindən təqdim edilmiş sənədlərə və bu müqaviləyə əlavə edilmiş qoyulan əmlakın siyahılarına əsasən girov qoyulmuş predmetlərin dəyəri 12.750.000 manat təşkil edir.

49. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RB/KM- 1237 saylı kredit xətti müqaviləsinə əsasən:

50. Müqavilənin 1.1-ci bəndinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana əsas vəsaitlərinin artırılması məqsədilə ******* manat məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə uyğun olaraq borc verənə qaytarmğı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür.

51. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit 24 ay müddətinə verilir.

52. Müqavilənin 2.3-cü bəndinə əsasən kreditə görə illik 5% hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 8% təşkil edir.

53. Müqavilənin 2.13.1-ci borc alan tərəfindən öhdəliklər vaxtında və lazımınca icra edilmədikdə borc verən tərəfindən ödənilməmiş məbləğin 1 faizi gecikmənin birinci günündən başlayaraq cərimə hesablanır.

54. Müqavilənin 4.1-ci maddəsinə əsasən borc alanın vəzifələri:

55. Müqavilənin 4.1.3-cü bəndinə əsasən müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında vəlazımi qaydada yerinə yetirmək.

56. Müqavilənin 6.2-ci bəndinə əsasə borc alan kreditin ödəniş cədvəlinə əsasən ödənşi gecikdirirsə, hər gecikdirilmiş günə görə hazırkı müqavilənin 2.13-cü bəndinə əsasən dəbbə pulu ödəməlidir.

57. xx.xx.2019-cu il tarixli, RB/KM-1237 saylı kredit xətti müqaviləsinin müddətinin uzadılması haqqında əlavə razılaşma olan xx.xx.2021-ci il tarixli 1 saylı əlavəyə əsasən müqavilənin müddəti digər şərtlər qüvvədə qalmaqla xx.xx.2023-cü il tarixinə kimi uzadılır.

58. xx.xx.2019-cu il tarixli, RB/KM-1237 saylı kredit xətti müqaviləsinin xx.xx.2023-cü il tarixli əlavə sazişə əsasən kredit xətti müqaviləsinin digər şərtləri qalmaqla kreditin müddəti 12 ay uzadılır.

59. Daşınar əmlakın xx.xx.2020-ci il tarixli, rb/km1237 saylı girov müqaviləsinə əsasən:

60. Müqavilənin 1.1-ci bəndinə əsasən yüklülük verən bu müqavilənin 2-ci bəndində göstərilən girov predmetini Rabitəbank ASC və Cavabdeh MMC arasında Bakı şəhərində bağlanmış 17 may 2019-cu il tarixli rb/km1237 saylı kredit xətti müqaviləsi üzrə yaranış öhdəliklərinin təminatı olaraq, mülkiyyət hüququ ilə ona məxsus olan və girov kimi çıxış edən, bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz hissəsini təşkil edən siyahıda göstərilən yüklülük verənə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş yolu, SOCAR-ın X1 yerləşən daşınar əmlak, qazma Şlamı emalı qurğusunun, sənaye və yağış suları tullantıları üçün kompleks su təmizləyici sistem (Xam neft məhsullarının təmizlənməsi avadanlıqları) yüklülük sahibinin xeyrinə girov qoyulur.

61. Müqavilənin 2.1-ci bəndinə əsasən yüklülük verən tərəfindən təqdim edilmiş sənədlərə və bu müqaviləyə əlavə edilmiş qoyulan 1 saylı əlavəyə əsasən yüklülük verənə məxsus olan tələblər və hüuquqların tam dəyərindən ibarətdir.

62. Tərəflər arasında imzalanmış 30 iyul 2021-ci il tarixli rb/km 1237 saylı Daşınmaz Əmlakın Girov Müqaviləsinə əsasən:

63. Müqavilənin 1.1-ci bəndinə əsasən Müqavilənin 1.1-ci bəndinə əsasən yüklülük verən bu müqavilənin 2-ci bəndində göstərilən girov predmetini Rabitəbank ASC və Cavabdeh MMC arasında Bakı şəhərində bağlanmış 17 may 2019-cu il tarixli rb/km1237 saylı kredit xətti müqaviləsi üzrə yaranış öhdəliklərinin təminatı olaraq, mülkiyyət hüququ ilə ona məxsus olan və girov kimi çıxış edən, bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz hissəsini təşkil edən siyahıda göstərilən yüklülük verənə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş yolu, SOCAR-ın X1 yerləşən daşınar əmlak, qazma Şlamı emalı qurğusunun, sənaye və yağış suları tullantıları üçün kompleks su təmizləyici sistem (Xam neft məhsullarının təmizlənməsi avadanlıqları) yüklülük sahibinin xeyrinə girov qoyulur.

64. Müqavilənin 2.1-ci bəndinə əsasən yüklülük verən tərəfindən təqdim edilmiş sənədlərə və bu müqaviləyə əlavə edilmiş qoyulan əmlakın siyahılarına əsasən girov qoyulmuş predmetlərin dəyəri 12750000 manat təşkil edir.

65. Daşınar əmlakın xx.xx.2020-ci il tarixli, rb/km1237 saylı girov müqaviləsinə xx.xx.2021-ci il tarixli 1 saylı əlavə sazişinə əsasən müqavilə müddəti və digər şərtlər qalmaqla kreditin müddəti xx.xx.2023-cü il tarixinədək uzadılsın.

66. xx.xx.2020-ci il tarixli, RB/KM-1237 saylı kredit xətti müqaviləsinə xx.xx.2023-cü il tarixli 2 saylı əlavə sazişə əsasən xx.xx.2020-ci il tarixli, RB/KM-1237 nömrəli daşınar əmlakın girov müqaviləsinin müddəti digər şərtlər qalmaqla kreditin müddəti 12 ay uzadılmışdır.

67. Girov predmetinin dəyişdirilməsi barədə xx.xx.2021-ci il tarixli əlavə razılaşmaya əsasən tərəflər razılıq əldə etdilər ki, xx.xx.2019-cu il tarixli, rb/km1237 nömrəli kredit müqaviləsi üzrə 12750000 manat olan daşınar əmlak (xam neft məhsullarının təmizlənəsi avadanlıqları) girov götürülsün və X7 şəxsinə məxsus ******* USD məbləğində əmanətlər girovdan azad olunsun.

68. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli RB-02/PK-526 saylı arayışına əsasən Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli rb/km1192 saylı kredit müqaviləsi və ona əlavələr üzrə xx.xx.2024-cü il tarixə ******* manat əsas borc, 213620,93 manat faiz borcu, 32746,89 manat cərimə borcu olmaqla, cəmi 3506367,82 manat qeyd olunmuşdur.

69. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli RB-02/PK-524 saylı arayışına əsasən Cavabdeh MMC-nin 11 aprel 2019-cü il tarixli rb/km1230 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 99999,7 ABŞ dolları əsas borc, 3208,22 ABŞ dolları faiz borcu, 3188,2 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 106396,12 ABŞ dolları qeyd olunmuşdur.

70. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli RB-02/PK-525 saylı arayışına əsasən Cavabdeh MMC-nin 17 may 2019-cü il tarixli rb/km1237 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə ******* manat əsas borc, 203778,36 manat faiz borcu, 31522,15 manat cərimə borcu olmaqla, cəmi 4235300,51 manat qeyd olunmuşdur.

71. İddiaçı ASC-nin cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli RB/KM-1192 saylı kredit müqaviləsi üzrə ******* manat məbləğində əsas borcu, 213620,93 manat faiz borcu və 32746,89 manat cərimə borcu olmaqla cəmi 3506367,82 manat, xx.xx.2019-cu il tarixli RB/KM-1230 saylı kredit xətti müqaviləsi üzrə 99999,7 ABŞ dolları məbləğində əsas borcu, 3208,22 ABŞ dolları faiz borcu və 3188,2 ABŞ dolları cərimə borcu olmaqla cəmi 106396,12 ABŞ dolları və xx.xx.2019-cu il tarixli RB/KM-1237 saylı kredit xətti müqaviləsi üzrə ******* manat məbləğində əsas borcu, 203778,36 manat faiz borcu və 31522,15 manat cərimə borcu olmaqla cəmi 4235600,51 manat kredit borcunun olduğu, 3 gün müddətində Banka olan borcun ödənilməsinin təmin edilməsini, əks halda borcun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

72. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi qərara alınmış və ekspert qarşısında Rabitəbank” ASC ilə Cavabdeh MMC arasında bağlanmış 02 avqust 2018-ci il tarixli, rb/km1192 saylı müqavilə və əlavə razılaşmaların şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixə əsas, faiz və cərimə borcunun məbləğinin, 11 aprel 2019-cu il tarixli, rb/km1230 saylı müqavilə və əlavə razılaşmaların şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla ayrı-ayrılıqda müqavilə müddətinin bitdiyi tarixə və maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixə əsas, faiz və cərimə borcunun məbləğinin və 17 may 2019-cu il tarixli, rb/km1237 saylı müqavilə və əlavə razılaşmaların şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla maliyyə arayışında göstərilən xx.xx.2024cü il tarixə əsas, faiz və cərimə borcunun məbləği nə qədər təşkil etməsinin müəyyən edilməsi barədə suallar qoyulmuşdur.

73. MEM-in xx.xx.2024-cü il tarixli, 9/3616 saylı rəyində 02 avqust 2018-ci il tarixli, rb/km1192 saylı müqavilə üzrə əsas borc 3257664,5 manat, faiz borcu 213426,5 manat, 11 aprel 2019-cu il tarixli, rb/km1230 saylı müqavilə üzrə əsas borc 100000 ABŞ dolları və faiz borcu 10820,21 ABŞ dolları və 17 may 2019-cu il tarixli, rb/km1237 müqavilə üzrə əsas borc məbləği ******* manat, faiz borcu 203777,78 manat müəyyən edilmişdir.

74. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən ümumilikdə MMC tərəfindən banka manat ekvivalentində xx.xx.2024-cü il vəziyyətinə 13743227,74 manat (421554,55 manat + 5604513,64 USD) vəsait ödənilmişdir.

75. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2064/2024 saylı qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh MMC-nə qarşı “borcun tutulması və tələbin girov predmetlərinə yönəldilməsi” tələbinə dair iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

76. MEM-in xx.xx.2025-ci il tarixli, 9/8955 saylı rəyində 02 avqust 2018-ci il tarixli, rb/km1192 saylı müqavilə üzrə əsas borc 3257664,5 manat, faiz borcu 213426,5 manat, 11 aprel 2019-cu il tarixli, rb/km1230 saylı müqavilə üzrə əsas borc 100000 ABŞ dolları və faiz borcu 9264,59 ABŞ dolları, xx.xx.2024-cü il tarixə əsas borc 100000 ABŞ dolları və faiz borcu 10486,81 ABŞ dolları və 17 may 2019-cu il tarixli, rb/km1237 müqavilə üzrə əsas borc məbləği ******* manat, faiz borcu 203777,78 manat müəyyən edilmişdir.

77. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

78. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi Cavabdeh MMC mübahisəli kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur.

79. Kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Banklar haqqında Qanunun 1.0.9. Bank krediti (bundan sonra kredit) bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə və faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlər ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir.

80. Həmin Qanunun 36.6-cı maddəsinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir.

81. Azərbaycan Respublikasının Mülki Məcəlləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditin verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır.

82. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

83. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

84. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

85. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

86. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

87. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

88. Beləliklə, müəyyən olunur ki, iddiaçının RB/KM-1192 və RB/KM-1237 saylı kredit xətti müqaviləsi üzrə tələb etdiyi əsas borc məbləği və faiz məbləğləri ekspert rəyindən göstərilən məbləğdən yuxarı tələb edildiyindən məhkəmə hesab edir ki, əsas borc və faiz borcu ekspert rəyinə müəyyən edilən məbləğdə, RBKM-1230 saylı kredit xətti müqaviləsi üzrə tələb edilən əsas və faiz borcu məbləği ekspert rəyində müəyyən edilən məbəğədən daha aşağı həddə olduğundan iddia tələbində qeyd olunan məbləğlərdə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

89. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

90. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

91. Məhkəmə hesab edir ki, cavabdehin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

92. Məhkəmə hesab edir ki, dəbbə pulu məbləği tənasübsüz şəkildə yüksək olmadığından müqavilə üzrə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə məbəğlər iddia tələbində qeyd olunan məbləğdə cavabdehdən tutulmalıdır.

93. Bununla yanaşı iş materiallardan görünür ki, iddiaçı Cavabdeh MMC borc üzrə tutmanın girov predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür.

94. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışına əsasən 31 iyul 2021-ci il tarixli RB/KM-1237 saylı Girov Müqaviləsinin 2.1 bəndində göstərilən (Screwconveyor – Almaniya - 2019 - ədəd – 2, Preheating Container – Almaniya - 2019 ədəd – 2, Pumpstation Lagune – Almaniya - 2019 - ədəd – 1, Shaker – Almaniya - 2019 ədəd – 1, Centrifuge Container with 2 phase decanter – Almaniya - 2019 - ədəd – 1, Heatexchanger Container - Almaniya - 2019 - ədəd – 1, Centrifuge Container with 3 phase decanter – Almaniya - 2019 - ədəd – 1, Separator Container with 2 pieces separators – Almaniya - 2019 - ədəd – 1, X8 Polymer Systems – Almaniya - 2019 - ədəd – 1, Tool and Storage Box (Container) – Almaniya - 2019 - ədəd – 1, X9 – Almaniya - 2019 - ədəd – 1, Screw Hopper – Almaniya - 2019 - ədəd – 1, G: MAX B-Series - Almaniya - 2019 - ədəd – 1, Conveyors - Almaniya - 2019 - ədəd – 3, Hydro Flo – Almaniya - 2019 - ədəd – 1, Attrition Cells – Almaniya - 2019 - ədəd – 1, G: MAX C-Series – Almaniya - 2019 - ədəd – 1, Sənaye və yağış suları tullantıları üçün kompleks su təmızliyici sistem – Almaniya - 2019 - ədəd – 1) üzərində yüklülük haqqında bildiriş xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.

95. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

96. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

97. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.

98. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər.

99. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunun:

100. 3.1-ci maddəsinə əsasən daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir.

101. 13.1-ci maddəsinə əsasən yüklülük sahibi yüklülük predmetinə aşağıdakı qaydada tutma yönəldə bilər: - 13.1.1. yüklülük predmeti pul tələbidirsə (debitor borcdursa), pulun (debitor borcun) yüklülük sahibinə ödənilməsini tələb etmək; - 13.1.2. yüklülük predmeti borclunun və ya yüklülük verənin sahibliyindədirsə, yüklülük verənlə yazılı razılaşma əsasında yüklülük predmetini öz sahibliyə götürmək və ya yüklülük predmetinin məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında onun sahibliyinə verilməsi üçün müvafiq olaraq məhkəməyə və ya notariusa müraciət etmək; - 13.1.3. yüklülük predmeti yüklülük sahibinin sahibliyindədirsə, yüklülük predmetinin satışını təşkil etmək; - 13.1.4. yüklülük predmetini bu Qanunla müəyyən olunmuş şərtlərlə mülkiyyətinə götürmək; - 13.1.5. qanunvericiliklə müəyyən olunmuş digər hüquqi müdafiə vasitələrindən istifadə etmək.

102. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, Cavabdeh MMC kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna əsasən girov saxlayanın girov predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.

103. Belə olan halda məhkəmə hesab edir ki, girov predmetlərinə tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma xx.xx.2021-ci il tarixli RB/KM- 1237 saylı Girov Müqaviləsinin 2.1 bəndində göstərilən (Screwconveyor – Almaniya - 2019 - ədəd – 2, Preheating Container – Almaniya - 2019 - ədəd – 2, Pumpstation Lagune – Almaniya - 2019 - ədəd – 1, Shaker – Almaniya - 2019 - ədəd – 1, Centrifuge Container with 2 phase decanter – Almaniya - 2019 - ədəd – 1, Heatexchanger Container - Almaniya - 2019 - ədəd – 1, Centrifuge Container with 3 phase decanter – Almaniya - 2019 - ədəd – 1, Separator Container with 2 pieces separators – Almaniya - 2019 - ədəd – 1, X8 Polymer Systems – Almaniya - 2019 - ədəd – 1, Tool and Storage Box (Container) – Almaniya - 2019 - ədəd – 1, X9 – Almaniya - 2019 - ədəd – 1, Screw Hopper – Almaniya - 2019 ədəd – 1, G: MAX B-Series - Almaniya - 2019 - ədəd – 1, Conveyors - Almaniya - 2019 ədəd – 3, Hydro Flo – Almaniya - 2019 - ədəd – 1, Attrition Cells – Almaniya - 2019 - ədəd – 1, G: MAX C-Series – Almaniya - 2019 - ədəd – 1, Sənaye və yağış suları tullantıları üçün kompleks su təmızliyici sistem – Almaniya - 2019 - ədəd – 1) daşınar əmlaklara yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh MMC-yə qaytarılmalıdır. Satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehdən tutulmalıdır.

104. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 4351 manat məbləğində dövlət rüsumu və mediasiya xərcinin əvəzi olaraq 400 manat iddiaçı tərəfindən ödənilmişdir.

105. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

106. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

107. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

108. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

109. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

110. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 4715 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı və məhkəmə– mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.

V. Nəticə:

111. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli, RB/KM- 1192 saylı kredit müqaviləsi və ona əlavələr üzrə kreditə görə 3.257.664,5 manat əsas borc, faiz borcuna görə 213.426,5 manat, dəbbə borcuna görə 32.746,89 manat, xx.xx.2019-cu il tarixli, RB/KM-1237 saylı kredit müqaviləsi üzrə kreditə görə 4.000.000 manat əsas borc, faiz borcuna görə 203.777,78 manat, dəbbə borcuna görə 31.522,15 manat, xx.xx.2019-cu il tarixli RB/KM- 1230 saylı kredit müqaviləsi üzrə kreditə görə 99.999,7 ABŞ dolları əsas borc, faiz borcuna görə 3.208,22 ABŞ dolları, dəbbə borcuna görə 3.188,2 ABŞ dolları, mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 4.715 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Borcun ödənilməsi üçün tutma xx.xx.2021-ci il tarixli RB/KM-1237 saylı Girov Müqaviləsinin 2.1 bəndində göstərilən (Screwconveyor – Almaniya - 2019 - ədəd – 2, Preheating Container – Almaniya - 2019 - ədəd – 2, Pumpstation Lagune – Almaniya - 2019 - ədəd – 1, Shaker – Almaniya - 2019 - ədəd – 1, Centrifuge Container with 2 phase decanter – Almaniya - 2019 - ədəd – 1, Heatexchanger Container - Almaniya - 2019 ədəd – 1, Centrifuge Container with 3 phase decanter – Almaniya - 2019 - ədəd – 1, Separator Container with 2 pieces separators – Almaniya - 2019 - ədəd – 1, X8 Polymer Systems – Almaniya - 2019 - ədəd – 1, Tool and Storage Box (Container) – Almaniya - 2019 - ədəd – 1, X9 – Almaniya - 2019 - ədəd – 1, Screw Hopper – Almaniya - 2019 ədəd – 1, G: MAX B-Series - Almaniya - 2019 - ədəd – 1, Conveyors - Almaniya - 2019 ədəd – 3, Hydro Flo – Almaniya - 2019 - ədəd – 1, Attrition Cells – Almaniya - 2019 - ədəd – 1, G: MAX C-Series – Almaniya - 2019 - ədəd – 1, Sənaye və yağış suları tullantıları üçün kompleks su təmızliyici sistem – Almaniya - 2019 - ədəd – 1) daşınar əmlaklara yönəldilsin, həmin əmlaklar açıq hərracda satılsın. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh MMC-yə qaytarılsın. Girov predmetlərinin satışından əldə edilmiş vəsait qeyd olunan kredit müqavilələri üzrə iddiaçıya borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borc ümumi qaydada Cavabdeh MMC-dən tutulsun. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X5, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar