Məhkəmə qərarları › İş №e-2-2(113)-1303/2022

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1303/2022

19.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1303/2022 19.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin xitam olunması, əmlakın qaytarılması və borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05.08.2020-ci il tarixli 06/3174/DLİZ saylı X1 Müqaviləsinin xitam olunması; İddiaçı MMC-yə məxsus 1 (bir) ədəd, 2012-ci il buraxlışı olan, “Jeep Wrangler” markalı, mühərrik 1C4HJWAGXCL265400 **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz mülkiyyətçisinə qaytarılması və İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05.08.2020-ci il tarixli 06/3174/DLİZ saylı X1 Müqaviləsinə əsasən yaranmış 29557,94 manat əsas borc, 7835,71 manat mükafat borcu, 33,89 manat cərimə faizi olmaqla, cəmi 37427,54 manat lizinqi borcu məbləğinin, iddiaçı tərəfindən ödənilmiş 200 manat ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş xərcin və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh Ağaşiri oğlu arasında bağlanmış 05.08.2020-ci il tarixli, 06/3174/DLİZ saylı X1 Müqaviləsinə əsasən İddiaçı MMC təsviri bü müqavilədə göstərilən 1 (bir) ədəd, 2012-ci il buraxlışı olan, “Jeep Wrangler” markalı, mühərrik 1C4HJWAGXCL265400 nəqliyyat vasitəsini Cavabdeh Ağaşiri oğlunun istifadəsinə vermişdir. Sözügedən müqavilənin 9.4-cü bəndinə əsasən Lizinq alanın “Lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 44371 manat təşkil edir. Bu ümumi məbləğdən 13371 manat “lizinq verən”nin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında ödənişlər bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Müqavilə üzrə cavabdeh hər ay 1232,55 manat ödəniş etməlidir. Lizinq müqaviləsi üzrə illik faiz dərəcəsi 25 (iyirmi beş) %, müddət 36 (otuz altı) ay müəyyən edilmişdir. Cavabdeh müqaviləyə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh 05.08.2020ci il tarixdən etibarən hər ay 1232,55 manat olmaqla, ödənişlər etməli olduğu halda, 27.01.2021-ci il tarixdən etibarən heç bir ödəniş etməmişdir. Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Jeep Wrangler” markalı **-PK-*** qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edərək özündə saxlamaqdadır. Yaranmış borcla bağlı İddiaçı MMC tərəfindən Cavabdeh Ağaşiri oğlu ilə əlaqə saxlanılaraq şifahi xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin birtərəfli qaydada xitam olunması və yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - “Lizinq verən” İddiaçı MMC ilə “Lizinq alan” Cavabdeh arasında 05.08.2020-ci il tarixli 06/3174/DLİZ saylı X1 müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər arasında imzalanmış maliyyə Lizinqi müqaviləsinə əsasən lizinq verənə əvvəlcədən lizinq vermək məqsədilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya lizinq alan tərəfindən seçilmiş. Lizinq verənlə satıcı arasında bağlanılan alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 (bir) ədəd, 2012-ci il buraxlışı olan, “Jeep Wrangler” markalı, CL265400 mühərrik, 1C4HJWAGXCL265400 ban nömrəli nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür. Lizinq alan isə bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 4.1.2-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər lizinq alan tərəfindən vaxtında icra edilmədiyi təqdirdə hər gecikdirilən gün üçün ödənilməmiş məbləğin 0,3 % həcmində cərimə tələb etmək; 4.1.3-cü bəndinə əsasən tərəflər arasındakı müqavilə münasibətlərinə lizinq alan tərəfindən vaxtında və lazımi qaydada icra edilməməsi ilə bağlı xitam verildiyi zaman lizinq obyekti lizinq alan tərəfindən geri qaytarılmazsa və ya vaxtında geri qaytarılmazsa ödənilməmiş ümumi məbləğin hər günü üçün 3% məbləğində ödəniş tələb etmək lizinq verənin hüququdur. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən lizinq obyektinin, habelə onun ayrılmaz hissəsini təşkil edən bütün ləvazimat və sənədlərin təhvil-təslimi maliyyə lizinqi müqaviləsi ilə müəyyən edilmiş yerdə, müddətdə və şərtlərlə həyata keçirilir. Lizinq obyektinin təhvil-təslimi “Təhvil-təslim aktı” ilə rəsmiləşdirilir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən tərəflər arasında təhvil-təslim aktı imzalandıqda lizinq verənin lizinq obyektini lizinq alanın sahiblik və istifadəsinə verilməsi öhdəliyi icra edilmiş sayılır. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən lizinq ödənişləri lizinq müddətinin hər ayı üçün hesablanır. Lizinq müddətinin hər ayı üçün lizinq ödənişinin məbləği, habelə lizinq ödənişlərinin ödənilməsi qaydası lizinq ödənişləri qrafiki (bu müqaviləyə Əlavə № 1) ilə müəyyən edilir. Həmin müqavilənin 9.4-cü bəndinə əsasən lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 44371 (qırx dörd min üç yüz yetmiş bir) manat təşkil edir. Bu ümumi məbləğdən 13371 (on üç min üç yüz yetmiş bir) manat lizinq verənin mükafatını təşkil edir. Tərəflər razılaşır və qəbul edirlər ki, lizinq ödənişləri lizinq alan tərəfindən maliyyə lizinq müqaviləsi və təhvil-təslim aktı imzalandıqdan sonra bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçiriləcəkdir. Həmin müqavilənin 11.1.4-cü bəndinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə və ya iki dəfədən artıq ödənişləri gecikdirirsə; 11.1.7-ci bəndinə əsasən lizinq alan lizinq verənlə bağlanmış bu müqavilə və ona edilmiş əlavələr üzrə öhdəliklərini pozduğu halda, lizinq verənin maliyyə lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektini geri almaq hüququ vardır. Həmin müqavilənin 11.3-cü bəndinə əsasən lizinq verənin müəyyən etdiyi müddət ərzində lizinq obyekti, onun ayrılmaz hissəsi olan ləvazimat və sənədlər lizinq verənə təhvil verilməyibsə, lizinq verən lizinq obyektini məcburi qaydada geri ala bilər və onların təhvil verilməsinin hər gecikdirilmiş günü üçün lizinq obyektinin cari dəyərinin 0,5% (sıfır tam onda beş faizi) məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. - Müqaviləyə edilən 1 nömrəli Əlavə - ödəniş cədvəlinə əsasən lizinq alan tərəfindən lizinq verənə 05.08.2020-ci il tarixdən 05.08.2023-cü ilədək hər ay 1232,55 manat məbləğində ödənişlərin edilməsi nəzərdə tutulmuşdur. - 05.08.2020-ci il tarixli təhvil-təslim aktında qeyd olunmuşdur ki, İddiaçı MMC-yə məxsus “Jeep Wrangler” markalı, 1C4HJWAGXCL265400 şassi, CL265400 mühərrik, **- PK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verildi. Akt tərəflərin imzası və möhürlə təsdiq edilmişdir. - 11.02.2022-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05.08.2020-ci il tarixli 06/3174/DLİZ saylı X1 Müqaviləsinə əsasən Cavabdeh 11.02.2022-ci il tarixə 29557,94 manat əsas borc, 7835,71 manat mükafat borcu, 33,89 manat cərimə faizi olmaqla, cəmi 37427,54 manat lizinqi borcu vardır. - İddiaçı MMC pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh müraciət edərək, borcun ödənilməsini xahiş etmiş, əks təqdirdə lziinq müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz, dəbbə pullarının tam şəkildə ödənilməsi və müqaviləyə xitam verilərək avtomobilin öz mülkiyyətçisinə qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafiklərinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı müqaviləyə xitam verilməsi, lizinq obyekti olan avtomobilin geri qaytarılması və pul tələbi ilə bağlı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə müqavilədən birini Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır (Mülki Məcəllənin 748-1.12.4. maddəsi). Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri (748-11-ci maddə). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Lizinq verən” İddiaçı MMC ilə “Lizinq alan” Cavabdeh arasında 05.08.2020-ci il tarixli 06/3174/DLİZ saylı X1 müqaviləsinin: 3.1-ci bəndinə əsasən hazrkı Маliууə lizinqi müqaviləsi 36 ay müddətinə bağlanılmaq şərtilə lizinq obyektinin lizinq alana təhvil-təslim aktının imzalanmaqla təhvil verildiyi andan hüquqi qüvvəyə minir və 05.08.2023-cü ilədək qüvvədədir. 4.1.2-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər lizinq alan tərəfindən vaxtında icra edilmədiyi təqdirdə hər gecikdirilən gün üçün ödənilməmiş məbləğin 0,3 % həcmində cərimə tələb etmək lizinq verənin hüququdur. 4.1.3-cü bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər lizinq alan tərəfindən vaxtında icra edilmədiyi təqdirdə hər gecikdirilən gün üçün ödənilməmiş məbləğin 0,3 % həcmində cərimə tələb etmək; 4.1.3-cü bəndinə əsasən tərəflər arasındakı müqavilə münasibətlərinə lizinq alan tərəfindən vaxtında və lazımi qaydada icra edilməməsi ilə bağlı xitam verildiyi zaman lizinq obyekti lizinq alan tərəfindən geri qaytarılmazsa və ya vaxtında geri qaytarılmazsa ödənilməmiş ümumi məbləğin hər günü üçün 3% məbləğində ödəniş tələb etmək, lizinq verənin hüququdur. 4.4.1-ci bəndinə əsasən Маliууə lizinqi müqaviləsinə 01 saylı Əlavə olan Ödəniş qrafikinə əsasən dövri olaraq müəyyənləşdirilmiş lizinq ödənişlərini vaxtında və tam şəkildə icra etmək lizinq alanın vəzifəsidir. 6.1-ci bəndinə əsasən lizinq obyektinin, habelə onun ayrılmaz hissəsini təşkil edən bütün ləvazimat və sənədlərin təhvil-təslimi maliyyə lizinqi müqaviləsi ilə müəyyən edilmiş yerdə, müddətdə və şərtlərlə həyata keçirilir. Lizinq obyektinin təhvil-təslimi “Təhvil-təslim aktı” ilə rəsmiləşdirilir. 6.2-ci bəndinə əsasən tərəflər arasında təhvil-təslim aktı imzalandıqda lizinq verənin lizinq obyektini lizinq alanın sahiblik və istifadəsinə verilməsi öhdəliyi icra edilmiş sayılır. 9.2-ci bəndinə əsasən lizinq ödənişləri lizinq müddətinin hər ayı üçün hesablanır. Lizinq müddətinin hər ayı üçün lizinq ödənişinin məbləği, habelə lizinq ödənişlərinin ödənilməsi qaydası lizinq ödənişləri qrafiki (bu müqaviləyə Əlavə № 1) ilə müəyyən edilir. Həmin müqavilənin 9.4-cü bəndinə əsasən lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi 44371 (qırx dörd min üç yüz yetmiş bir) manat təşkil edir. Bu ümumi məbləğdən 13371 (on üç min üç yüz yetmiş bir) manat lizinq verənin mükafatını təşkil edir. Tərəflər razılaşır və qəbul edirlər ki, lizinq ödənişləri lizinq alan tərəfindən maliyyə lizinq müqaviləsi və təhvil-təslim aktı imzalandıqdan sonra bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçiriləcəkdir. 11.1.4-cü bəndinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə və ya iki dəfədən artıq ödənişləri gecikdirirsə; 11.1.7-ci bəndinə əsasən lizinq alan lizinq verənlə bağlanmış bu müqavilə və ona edilmiş əlavələr üzrə öhdəliklərini pozduğu halda, lizinq verənin maliyyə lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektini geri almaq hüququ vardır. 11.3-cü bəndinə əsasən lizinq verənin müəyyən etdiyi müddət ərzində lizinq obyekti, onun ayrılmaz hissəsi olan ləvazimat və sənədlər lizinq verənə təhvil verilməyibsə, lizinq verən lizinq obyektini məcburi qaydada geri ala bilər və onların təhvil verilməsinin hər gecikdirilmiş günü üçün lizinq obyektinin cari dəyərinin 0,5% (sıfır tam onda beş faizi) məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05.08.2020-ci il tarixli 06/3174/DLİZ saylı X1 Müqaviləsinə xitam verilməli, İddiaçınə məxsus 1 (bir) ədəd, 2012ci il buraxılışı olan, “Jeep Wrangler” markalı, mühərrik 1C4HJWAGXCL265400, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçınə qaytarılmalı və Cavabdeh 29557,94 manat (iyirmi doqquz min beş yüz əlli yeddi manat doxsan dörd qəpik) məbləğində əsas borc, 7835,71 manat (yeddi min səkkiz yüz otuz beş manat yetmiş bir qəpik) mükafat borcu, 33,89 manat (otuz üç manat səksən doqquz qəpik) cərimə borcu, 200 (iki yüz) manat mediasiya xərci, 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 37657,54 manat (otuz yeddi min altı yüz əlli yeddi manat əlli dörd qəpik) məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05.08.2020-ci il tarixli 06/3174/DLİZ saylı X1 Müqaviləsinə xitam verilsin. İddiaçınə məxsus 1 (bir) ədəd, 2012-ci il buraxılışı olan, “Jeep Wrangler” markalı, mühərrik 1C4HJWAGXCL265400, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçınə qaytarılsın. Cavabdeh 29557,94 manat (iyirmi doqquz min beş yüz əlli yeddi manat doxsan dörd qəpik) məbləğində əsas borc, 7835,71 manat (yeddi min səkkiz yüz otuz beş manat yetmiş bir qəpik) mükafat borcu, 33,89 manat (otuz üç manat səksən doqquz qəpik) cərimə borcu, 200 (iki yüz) manat mediasiya xərci, 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 37657,54 manat (otuz yeddi min altı yüz əlli yeddi manat əlli dörd qəpik) məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar