Məhkəmə qərarları › İş №e-2-2(113)-1303/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1303/2025

25.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1303/2025 25.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Qanuni nümayəndə, Cavabdeh1 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, borcun tutulması) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Qanuni nümayəndə, Cavabdeh1 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh3 (Cavabdeh3 MMC), Qanuni nümayəndə, Cavabdeh1 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2024-cü il tarixli, 6280***-*******01L saylı kredit limitinin açılmasına dair razılaşma çərçivəsində bağlanmış xx.xx.2024-cü il tarixli razılaşma üzrə 38351,57 manat əsas kredit borcu, 2234,39 manat faiz borcu, 940,68 manat cərimə olmaqla, cəmi 41526,64 manat borc; xx.xx.2024-cü il tarixli razılaşma üzrə 82288,16 manat əsas kredit borcu, 4465,54 manat faiz borcu, 1691,70 manat cərimə olmaqla, cəmi 88446 manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 419,97 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 6280***-*******01L saylı kredit limitinin açılmasına dair razılaşmaya əsasən sonuncuya 120 ay müddətinə, illik faiz dərəcəsi 30%-dən yuxarı olmamaq şərti ilə 500000 (beş yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limitinin açılmasına dair razılaşma üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər Qanuni nümayəndə ilə 6FİZAM203279301 saylı, xx.xx.2024-cü il tarixli, Cavabdeh1 ilə 6FİZAM139078201 saylı, xx.xx.2024-cu il tarixli, Cavabdeh4 ilə 6FİZAM115088501 saylı, xx.xx.2024-cü il tarixli zaminlik müqavilələri bağlanmış və onlar kredit limitinin açılmasına dair razılaşma üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin kredit limitinin açılmasına dair razılaşma çərçivəsində xx.xx.2024-cü il tarixli razılaşmaya əsasən İddiaçı ASC tərəfindən dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədilə Cavabdeh3 MMC-yə 12 ay müddətinə illik 16% dərəcəsi ilə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. Kredit limitinin açılmasına dair razılaşma çərçivəsində xx.xx.2024-cü il tarixli razılaşmaya əsasən İddiaçı ASC tərəfindən əsas vəsaitlərin artırılması məqsədilə Cavabdeh3 MMC-yə 12 ay müddətinə illik 14% dərəcəsi ilə 100000 (yüz min) manat məbləğində kredit verilmişdir. Cavabdeh3 MMC onunla bağlanmış razılaşmaların şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcə də öhdəlik üzrə zaminlər Qanuni nümayəndə, Cavabdeh1 və Cavabdeh4 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditlərin ödənilməsi üçün tədbir görülməmiş, razılaşmalardan irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. xx.xx.2024-cü il tarixli razılaşma üzrə xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 38351,57 manat əsas, 2234,39 manat faiz, 940,68 manat cərimə olmaqla, cəmi 41526,64 manat borc, xx.xx.2024-cü il tarixli razılaşma üzrə xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 82288,16 manat əsas, 4465,54 manat faiz, 1691,70 manat cərimə olmaqla, cəmi 88446 manat borc mövcuddur.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 421.2, 443.1, 443.2, 472.1, 472.2, 472.3, 739.3, 743.2-ci maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə verərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2024-cü il tarixli, 6280***-*******01L saylı kredit limitinin açılmasına dair razılaşması çərçivəsində bağlanmış xx.xx.2024-cü il tarixli razılaşma üzrə 28351,57 manat əsas kredit borcu, 2234,39 manat faiz borcu, 940,68 manat cərimə borcu olmaqla, cəmi 31526,64 manat borc, xx.xx.2024-cü il tarixli razılaşma 72288,76 manat əsas kredit borcu, 4465,54 manat faiz borcu, 1691,70 manat cərimə olmaqla, cəmi 78446 manat borc, həmçinin iddia qaldırılması üçün ödənilmiş 419,97 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, iş məhkəmənin icraatında olduğu dövrdə xx.xx.2025-ci il tarixdən etibarən kredit üzrə ödənişlər edilmişdir. Belə ki, cavabdehlərdən Cavabdeh4 hesabı vasitəsilə kredit borcu üzrə ümumilikdə 20000 manat ödəniş edilmişdir. Bütün ödənişlər əsas borcdan silinmişdir. Ona görə də sözügedən iddia tələbinin həcminin azaldılması ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

6. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.

7. İş üzrə cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

8. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsi və iddia tələbinin azaldılması barədə ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq qeyd etdi ki, ödənişlər olunmuş, silinmələr ancaq əsas borcdan aparılmış, faiz borcu olduğu kimi qalmışdır.

9. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə kredit alan Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 6280***-*******01L nömrəli kredit limitinin açılmasına dair razılaşmanın məzmunundan müəyyən olunur ki, kreditverən borcalana 500000 (beş yüz min) manat məbləğində, illik faiz dərəcəsinin yuxarı həddi 30 (otuz) faiz olmaqla, 120 (yüz iyirmi) ay müddətinə kredit limiti ayırır və kredit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmanı (bundan sonra razılaşma) imzalamaqla kredit verməyi öhdəsinə götürür. Razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. İddiaçı ASC ilə kredit alan Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 6280***-*******01L saylı kredit limitinin açılmasına dair razılaşma çərçivəsində bağlanmış xx.xx.2024-cü il tarixli birdəfəlik kreditin verilməsinə dair razılaşmanın məzmunundan müəyyən olunur ki, kreditverən tərəfindən boracalana 50000 (əlli min) manat məbləğində, illik faiz dərəcəsi 16 (on altı) faiz olmaqla, 12 (on iki) ay müddətinə kredit verilməsi tərəflər arasında razılaşdırılmışdır. Razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. İddiaçı ASC ilə kredit alan Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 6280***-*******01L saylı kredit limitinin açılmasına dair razılaşma çərçivəsində bağlanmış xx.xx.2024-cü il tarixli birdəfəlik kreditin verilməsinə dair razılaşmanın məzmunundan müəyyən olunur ki, kreditverən tərəfindən boracalana 100000 (yüz min) manat məbləğində, illik faiz dərəcəsi 14 (on dörd) faiz olmaqla, 12 (on iki) ay müddətinə kredit verilməsi tərəflər arasında razılaşdırılmışdır. Razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. Cavabdeh3 MMC ilə İddiaçı ASC arasında imzalanmış xx.xx.2024-cü il tarixli razılaşmaya əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 MMC tərəfindən müqavilə üzrə ödənilməli olan məbləğ 50000 manat əsas, 4520,2 manat faiz borcu olmaqla, ümumilikdə 54520,2 manat təşkil edir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. Cavabdeh3 MMC ilə İddiaçı ASC arasında imzalanmış xx.xx.2024-cü il tarixli razılaşmaya əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 MMC tərəfindən müqavilə üzrə ödənilməli olan məbləğ 100000 manat əsas, 7762,05 manat faiz borcu olmaqla, ümumilikdə 107762,05 manat təşkil edir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

14. İş materiallarına İddiaçı ASC ilə kredit alan Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ******* nömrəli qoşulma razılaşması əlavə edilmişdir.

15. xx.xx.2024-cü il tarixli, 6FİZAM203279301 nömrəli zaminlik müqaviləsinin məzmunundan müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 6280***-*******01L nömrəli kredit limiti razılaşması və həmin razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər xərclərin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. Müqavilə tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.

16. xx.xx.2024-cü il tarixli, 6FİZAM115088501 nömrəli zaminlik müqaviləsinin məzmunundan müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 6280***-*******01L nömrəli kredit limiti razılaşması və həmin razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər xərclərin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. Müqavilə tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.

17. xx.xx.2024-cü il tarixli, 6FİZAM139078201 nömrəli zaminlik müqaviləsinin məzmunundan müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 6280***-*******01L nömrəli kredit limiti razılaşması və həmin razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Zaminlik müqavilələrinin 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər xərclərin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. Müqavilə tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.

18. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, “kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında” arayışdan müəyyən olunur ki, Cavabdeh3 MMC-nin xx.xx.2024-cü il tarixli, 6280***-*******01L saylı kredit limiti daxilində xx.xx.2024cü il tarixli birdəfəlik kreditin verilməsinə dair razılaşma üzrə İddiaçı ASC-yə olan borcu 82288,76 manat əsas borc məbləği, 4465,54 manat faiz borcu və 1691,7 manat cərimə borcu olmaqla, ümumilikdə 88446 manat təşkil edir.

19. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, “kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında” arayışdan müəyyən olunur ki, Cavabdeh3 MMC-nin xx.xx.2024-cü il tarixli, 6280***-*******01L saylı kredit limiti daxilində xx.xx.2024cü il tarixli birdəfəlik kreditin verilməsinə dair razılaşma üzrə İddiaçı ASC-yə olan borcu 38351,57 manat əsas borc məbləği, 2234,39 manat faiz borcu və 940,68 manat cərimə borcu olmaqla, ümumilikdə 41526,64 manat təşkil edir.

20. İş materiallarına İddiaçı ASC tərəfindən hesabdan çıxarış əlavə olunmuşdur.

21. İddiaçı ASC-nin Cavabdeh3 MMC, Qanuni nümayəndə, Cavabdeh1, Cavabdeh4 ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktublarında qeyd olunur ki, xx.xx.2024-ci il tarixli razılaşma üzrə xx.xx.2024-cü il tarixə banka 38351,57 manat əsas, 1742,65 manat faiz, 499,98 manat cərimə olmaqla, cəmi 40594,20 manat borc var. xx.xx.2024-ci il tarixli razılaşma üzrə xx.xx.2024-cü il tarixə banka 84288,1,6 manat əsas, 3433,22 manat faiz, 908,53 manat cərimə olmaqla, cəmi 88630,51 manat borc var. Öhdəliyinizi pozduğunuz üçün kredit razılaşmalarını birtərəfli qaydada ləğv etdiyimizi nəzərinizə çatdırırıq ve 3 (üç ) gün müddətində göstərilən məbləğdə borcu Banka ödəməyi tələb edirik. Əks halda, sizə qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunacaq.

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1418 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh3 MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 6280***- *******01 saylı kredit müqaviləsi üzrə kreditora ödənilməli olan kredit borcu xx.xx.2024-cü il tarixinə (pretenziya məktubunda qeyd olunan tarix) əsas borc üzrə 38679,91 manat, faiz borcu üzrə 1770,68 manat, xx.xx.2024-cü il tarixinə (maliyyə arayışında qeyd olunan) əsas borc üzrə 38679,91 manat, faiz borcu üzrə 2733,38 manat, xx.xx.2024-cü il tarixli, 6040***-*******01 saylı kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh3 MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 6040***-*******01 saylı kredit müqaviləsi üzrə kreditora ödənilməli olan kredit borcu xx.xx.2024-cü il tarixinə (pretenziya məktubunda qeyd olunan tarix) əsas borc üzrə 83003,78 manat, faiz borcu üzrə 3272,65 manat, xx.xx.2024-cü il tarixinə (maliyyə arayışında qeyd olunan) əsas borc üzrə 83003,78 manat, faiz borcu üzrə 5123,06 manat təşkil edir. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi

26. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ASC ilə kredit alan Cavabdeh3 MMC arasında xx.xx.2024-cü il tarixli, 6280***-*******01L nömrəli kredit limitinin açılmasına dair razılaşma bağlanmış və həmin razılaşmaya əsasən kreditverən borcalana 500000 manat məbləğində, illik faiz dərəcəsinin yuxarı həddi 30 (otuz) faiz olmaqla, 120 (yüz iyirmi) ay müddətinə kredit limiti ayırmağı və kredit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmanı imzalamaqla kredit verməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, 6280***-*******01L nömrəli kredit limitinin açılmasına dair razılaşma çərçivəsində xx.xx.2024-cü il tarixli birdəfəlik kreditin verilməsinə dair razılaşma imzalanmış və həmin razılaşmaya əsasən kreditverən tərəfindən boracalana 50000 manat məbləğində, illik faiz dərəcəsi 16 faiz olmaqla, 12 ay müddətinə kredit verilmişdir. xx.xx.2024-cü il tarixli, 6280***-*******01L nömrəli kredit limitinin açılmasına dair razılaşma çərçivəsində xx.xx.2024-cü il tarixli birdəfəlik kreditin verilməsinə dair razılaşma imzalanmış və kreditverən tərəfindən boracalana 100000 manat məbləğində, illik faiz dərəcəsi 14 faiz olmaqla, 12 ay müddətinə kredit verilmişdir. İddiaçı ASC ilə Qanuni nümayəndə, Cavabdeh4, Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli zaminlik müqavilələrinə əsasın İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 6280***-*******01L nömrəli kredit limiti razılaşması və həmin razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə, Cavabdeh4 və Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı müqavilələr üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər (borclu və zaminlər) müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməmiş, ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

27. İddia tələbinin bir hissəsini cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə xx.xx.2024cü il tarixli razılaşma üzrə 28351,57 manat əsas, 2234,39 manat faiz borcu, xx.xx.2024-cü il tarixli razılaşma üzrə 72288,76 manat əsas, 4465,54 manat faiz borcunun müştərək qaydada tutulması təşkil edir.

28. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin müqavilə (borcalan və zaminlər) öhdəliklərini lazımınca icra etmədiyini, cavabdehlərin aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş faizləri ilə borcverənə qaytarmaq vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1418 saylı ekspert rəyini, AR MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcunun tutulması hissəsində tam və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Qanuni nümayəndə, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada xx.xx.2024-cü il tarixli, 6280***-*******01L saylı kredit limitinin açılmasına dair razılaşması çərçivəsində bağlanmış xx.xx.2024-cü il tarixli razılaşma üzrə 28351,57 manat (iyirmi səkkiz min üç yüz əlli bir manat əlli yeddi qəpik) əsas borc, 1770,68 manat (min yeddi yüz yetmiş manat altmış səkkiz qəpik) faiz borcu, xx.xx.2024-cü il tarixli razılaşma üzrə 72288,76 manat (yetmiş iki min iki yüz səksən səkkiz manat yetmiş altı qəpik) əsas borc, 3272,65 manat (üç min iki yüz yetmiş iki manat altmış beş qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalı, faiz borcunun tutulmasına dair iddia qalan hissədə təmin olunmamalıdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən tələb olunan əsas kredit borcu məbləği (ilkin iddia ərizəsində qeyd olunan əsas borc məbləğləri də) ekspert rəyində qeyd edilən məbləğdən azdır. İddiaçı iddia tələbinin azaldılması barədə ərizə ilə cavabdeh tərəfindən ödənişlərin edildiyini bildirmiş, kredit razılaşmaları üzrə mövcud borcun yuxarıda qeyd edilən məbləğdə olduğunu vurğulamışdır. Ödənişlər olunmuş və hər iki razılaşma üzrə əsas borcdan ayrı-ayrılıqda 10000 manat silinmişdir. Ona uyğun iddia tələbinin həcmi azaldılmışdır.

29. Məhkəmə iddia tələbinin faiz borcunun tutulması hissəsinə münasibətdə hazırkı nəticəyə gələrkən nəzərə alınmışdır ki, cavabdehlərə ünvanlanan pretenziya məktublarında hər iki müqavilə üzrə öhdəliklər pozulduğu üçün bank tərəfindən kredit razılaşmalarının birtərəfli qaydada ləğv edildiyi cavabdehlərin nəzərinə çatdırılmış və xx.xx.2024-cü il tarixə hesablanan borcların ödənilməsi tələb edilmişdir. Ona görə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında əks olunan hüquqi mövqe və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli, 9/1418 saylı ekspert rəyi də nəzərə alınaraq hər iki razılaşma üzrə xx.xx.2024cü il tarixə hesablanan faiz borclarının (müvafiq olaraq 1770,68 manat və 3272,65 manat) tutulmalı olmasına qənatinə gəlinmişdir.

30. İddia tələbinin digər hissəsini cavabdehlərdən xx.xx.2024-cü il tarixli razılaşma üzrə 940,68 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli razılaşma üzrə 1691,70 manat cərimə borcunun tutulması təşkil edir.

31. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, cavabdehlərdən xx.xx.2024-cü il tarixli razılaşma üzrə 940,68 manat (doqquz yüz qırx manat altmış səkkiz qəpik) cərimə, xx.xx.2024-cü il tarixli razılaşma üzrə 1691,70 manat (min altı yüz doxsan bir manat yetmiş qəpik) cərimə iddiaçının xeyrinə tutulmalıdır.

32. Eləcə də, iddiaçı 419,97 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.

33. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 393,9 manat (üç yüz doxsan üç manat doxsan qəpik) (azalmaya uyğun) məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

34. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun 49,25 manat hissəsi cavabdehlər Cavabdeh3, Qanuni nümayəndə, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada, 0,75 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Qanuni nümayəndə, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada xx.xx.2024-cü il tarixli, 6280***-*******01L saylı kredit limitinin açılmasına dair razılaşması çərçivəsində bağlanmış xx.xx.2024-cü il tarixli razılaşma üzrə 28351,57 manat (iyirmi səkkiz min üç yüz əlli bir manat əlli yeddi qəpik) əsas borc, 1770,68 manat (min yeddi yüz yetmiş manat altmış səkkiz qəpik) faiz borcu, 940,68 manat (doqquz yüz qırx manat altmış səkkiz qəpik) cərimə, xx.xx.2024-cü il tarixli razılaşma üzrə 72288,76 manat (yetmiş iki min iki yüz səksən səkkiz manat yetmiş altı qəpik) əsas borc, 3272,65 manat (üç min iki yüz yetmiş iki manat altmış beş qəpik) faiz borcu, 1691,70 manat (min altı yüz doxsan bir manat yetmiş qəpik) cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 393,9 manat (üç yüz doxsan üç manat doxsan qəpik) olmaqla, ümumilikdə 108709,94 manat (yüz səkkiz min yeddi yüz doqquz manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun 49,25 manat hissəsi cavabdehlər Cavabdeh3, Qanuni nümayəndə, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada, 0,75 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar