Məhkəmə qərarları › İş №e-2-2(113)-1304/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1304/2021

30.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1304/2021 30.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi , iddiaçının nümayəndəsi və vəkili X4 cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun olmaması faktının müəyyən edilməsi və müdaxilənin qadağan hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC-nin İddiaçı sahibkarlıq fəaliyyətinə müdaxiləsinin və maneələrinin qanunsuz hesab edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən müəssisənin enerji istehlakına görə cavabdehə borcunun olmaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahibkarlıq fəaliyyəti üçün istifadə etdiyi binanın elektrik enerjisi ilə təchiz olunmasından ötrü tələb olunan texniki şərtləri yerinə yetirmiş, lazımi avadanlıqları əldə etmiş və müvafiq qaydada istismarı üçün aktla və müqavilə əsasında cavabdeh “xxxx” Açıq Şəhmdar Cəmiyyətinə təhvil vermiş və enerji təchizatına qoşularaq istifadə olunan enerjinin haqqını vaxtında və tam ödəmişdir. Buna baxmayaraq, naməlum səbəbdən cavabdeh xx xxxxxx 2021-ci il tarixdə “müəssisənin xx.xx.2021-ci il tarixli NDQ 008696 saylı aktına əsasən xx xxxxxx 2021-ci il tarixə 42965,55 manat məbləğində debitor borcu vardır” qeyd etməklə borcun ödənilməsi tələb edərək, əks təqdirdə müəssisənin enerji təchizatı əlavə xəbərdarlıq edilmədən xx xxxxxx 2021-ci il tarixdən etibarən dayandırılacağı ilə yazılı surətdə təhdid etmişdir. Cavabdeh öz tələbinin əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na istinad etmişdir. Cavabdehin tələbinin və mövqeyinin heç bir faktiki və hüquqi əsası yoxdur. Belə ki,- 1. xx xxxxxx 2020-ci il – xx xxxxxx 2021-ci il dövrü üzrə cavabdeh ilə Hesablaşma Cədvəlindən və əlavə olunan hesab-fakturalardan və ödəniş sənədlərindən açıq-aşkar şəkildə görünür ki, enerjidən istifadəyə görə bütün məbləğlər vaxtında: xx.xx.2021-ci ildə 3888 manat, xx.xx.2020- ildə 3888 manat, xx.xx.2020-ci ildə 3564 manat, xx.xx.2020-ci ildə 2916 manat, xx.xx.2020-ci ildə 2916 manat, xx.xx.2020-ci ildə 3240 manat, xx.xx.2020-ci ildə 5184 manat, xx.xx.2020-ci ildə 8424 manat, xx.xx.2020-cu ildə 5832 manat, xx.xx.2020-ci ildə 4536 manat, xx.xx.2020ciildə 3564 manat, xx.xx.2020-ciildə 3564 manat, xx.xx.2021-ciildə 4212 manat olmaqla, cəmi 55.728 manat ödənilmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxx 2021-ci il tarixli, NDQ № 008693 nömrəli və xx xxxxxx 2021-ci il tarixli, 213853 nömrəli Aktlarının, xx xxxxxx 2021-ci il tarixli, ********* saylı hesab ödəniş vərəqəsinin və xx xxxxxx 2021-ci il tarixli xəbərdarlığının İddiaçı sahibkarlıq fəaliyyətinə müdaxiləsinin və maneələrinin, xx xxxxxx 2021-ci ildə saat 10:30-dan 16:30-dək; xx xxxx 2021-ci ildə saat 14:30-dan-18:40-dək; xx xxxx 2021-ci il saat 21:15-dək; xx xxxx 2021-ci il saat 17:00-dək cavabdehin ünvan 1 ünvanında yerləşən müəssisəyə (binaya) enerji təchizatını dayandırmasının qanunsuz hesab edilməsi, eyni zamanda iddiaçının enerji istehlakına görə cavabdehə borcunun olmaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin xəbərdarlıq məktubunda istinad olunan xx.xx.2021-cı ıl tarixli, NDQ 008693 saylı aktın nə zaman, hansı şəraitdə və hansı əsasla tərtib olunması və yalnız cavabdehin işçilərinin müxtəlif izahlarından məlum olmuşdur ki, sayğacın qoşulma sxemində cavabdeh səhv etmişdir və indi həmin səhvi tapmışdır və buna görə əlavə sərfiyyat hesablamışdır. Aktların surətini iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən və cavabdeh tərəfindən artıq bir neçə dəfə enerji təchizatı qanunsuz olaraq dayandırıldıqdan sonra əldə etmək mümkün olmuşdur. Cavabdeh tərəfindən tərtib olunmuş xx xxxxxx 2021 -ci il tarixli, NDQ № 008693 nömrəli və xx xxxxxx 2021 -cı ıl tarixli, 213853 nömrəli Aktlar, xx xxxxxx 2021 ci il tarixli, ********* saylı hesab ödəniş vərəqəsi və xx xxxxxx 2021 -ci ıl tarixli xəbərdarlıq cavabdehin öz hərəkətləri səbəbindən yaranmış sərfıyyata görə tərtib olunduğundan Cəmiyyətdən pul tələbinə əsas ola, hər hansı məhdudlaşdırım tədbirə məruz qoyula bilməz. Cavabdehin əlavə sərfıyyata görə iddiaçı- Cəmiyyətdən ödəniş tələb etməsinin heç bir hüquqi əsası yoxdur. Bundan əlavə bildirdi ki, transformator məntəqəsi qapalı yerdə yerləşdiyindən və normalara uyğun olaraq həmin sahəyə yalnız “xxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının girişinə icazə verildiyindən, cavabdehin xx xxxxxx 2021-ci il tarixli, NDQ № 008693 nömrəli və xx xxxxxx 2021-ci il tarixli, 213853 nömrəli aktlarının doğruluğunu şübhə altına salır və həqiqəti əks etdirmir. Qeyd edilənlərə əsasən, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini əsassız hesab edərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir, əlavə olaraq bildirdi ki, qeyd edilən ünvanda normadan artıq qoşulma olduğundan sayğacın qoşulma sxemdə nasazlıq yaranmış və qaydalar uyğun məbləğ hesablanmışdır. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: -"xxxx" ASC ilə istehlakçı "xxxx" MMC arasında Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 34 ünvanında çoxmərtəbəli ofis binaları və ofis binaları və ticarət mərkəzi kompleksinin elektrik təchizatı üçün xx.xx.2017-ci il tarixdə Ms-17/0103 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən "xxxx” ASC tərəfindən verilmiş TX-14/0195 saylı xx.xx.2014-cü il tarixli texniki şərtə müvafiq olaraq tikintisi başa çatmış 2x2500 kVA gücündə 6/0,4 kV-luq transformator məntəqəsi (TM 3236) avadanlıqları ilə birlikdə İddiaçı MMC-nin balansından “xxxx” ASC-nin balansına əvəzsiz olaraq verilmişdir. -690442700 nömrəli xx.xx.2020-ci il tarixli ödəniş sənədinə əsasən, "xxxx" MMC-nin “xxxx” ASC-yə xx.xx.2020-ci il tarixə qalıq borc 3.888 AZN, xx.xx.2020-ci il tarixə 3.888 AZN, xx.xx.2020-ci il tarixə 3.564 AZN, xx.xx.2020-ci il tarixə 2.916 AZN, xx.xx.2020-ci il tarixə 2.916 AZN,xx.xx.2020-ci il tarixə 3.240 AZN, xx.xx.2020-ci il tarixə 5.184 AZN, xx.xx.2020-ci il tarixə 8.424 AZN, xx.xx.2020-ci il tarixə 5.832 AZN, xx.xx.2020-xx.xx.2021ci il tarixə 4.212 AZN, xx.xx.2021-ci il tarixə 42.965,55 AZN, xx.xx.2021-ci il tarixə 47.178,42 AZN, xx.xx.2021-ci il tarixə 47.826,42 AZN təşkil edir. -İddiaçı tərəfindən “xxxx” ASC-nin bank hesabına 150 nömrəli xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 3569,49 AZN, 151 nömrəli xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 642,51 manat pul vəsaiti köçürülmüşdür. -Abunə haqqında bildirişdən görünür ki, abonent kodu 07/200-027 olan Bakı İddiaçı X1 etməsi ilə bağlı “xxxx” ASC-yə ümumilikdə 42965,55 manat borcu yaranmışdır. -xx.xx.2021-ci il tarixli, NDQ 008693 saylı aktdan məlum olur ki, “xxxx” ASC-nin Nəsimi RETSİ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 34 ünvanında yerləşən iddiaçıya məxsus obyektə baxış keçirilmiş və bildirilmişdir ki, baxış zamanı şəbəkəyə qoşulma sxemi səhvdir, sayğac sərf olunan elektrik enerjisini düzgün qeyd etmir. Ölçmə zamanı sayğac sxemində axan yüklər ölçülmüş, qoyulmuş güc, güc transformatorunun nominalına əsasən S=2500 kva təşkil edir. -EBAX seriyalı 600221 nömrəli elektron qaimədən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər istifadə olunan elektrin enerjisinin dəyəri 4212,00 manat təşkil etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq tərəflərin nümayəndələrini dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 Qaydaları"nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X1 zamanı pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini də məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd apanlır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən baxış keçirilən zaman şəbəkəyə qoşulma sxeminin səhv olması, sayğaca sərf olunan elektrik enerjisini düzgün qeyd etməməsi müəyyən olunmuşdur . Ölçmə zamanı sayğac sxemində axan yüklər ölçülmüş, qoyulmuş güc, güc transformatorunun nominalına əsasən S=2500 kva təşkil edir. Nəticədə cavabdeh tərəfindən iddiaçıya həmin akta əsasən borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, abonent İddiaçı MMC barəsində xx xxxxxx 2021-ci il tarixli, NDQ № 008693 nömrəli və xx xxxxxx 2021-ci il tarixli, 213853 nömrəli aktların hüquqi nəticələri qanunsuz hesab edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, abonent İddiaçı MMC-nin “xxxx” Açıq Səhmdar Cəmiyyətinə NDQ № 008693 nömrəli akt əsasında yaranmış borcunun olmaması müəyyən edilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin“ 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə “ QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC-nin “xxxx” Açıq Səhmdar Cəmiyyətinə NDQ № 008693 nömrəli akt əsasında yaranmış borcunun olmaması müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.“ Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar