Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1305/2020 18.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi X1 Baş İdarəsinin Cavabdeh qarşı aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış tütün məmulatlarının və alkoqollu içkilərin müsadirə edilməsi tələbi barədəbarədə kommersiya mübahisəsinə dair işə,məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi X1 Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış alış dəyəri 129,50 manat olan 49 qutu siqaret və alış dəyəri 165 manat olan 15 ədəd alkoqollu içkilərin satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədəqətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2019-cu il tarixli **********1915 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarı”na əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cavad Xan, Tağızadə küçələrinin kəsişməsi, ticarət cərgəsi ünvanında yerləşən fiziki şəxs Cavabdeh məxsus mağazada operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş və obyektdə aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 129,50 manat olan 49 qutu siqaret və alış dəyəri 165 manat olan 15 ədəd alkoqollu içki aşkar edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi X1 Baş İdarəsinin nümayəndəsi isə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasını vergi orqanının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5 və 185.6-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********1915 nömrəli qərarın surətindən görünür ki, aksiz markası ilə markalanmalı olan malların aşkar edilməsi məsələsi üzrə xx xxxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək cavabdehə məxsus mağazada operativ vergi nəzarət tədbirinin həyata keçirilməsi qərara alınmışdır. “Aksiz markası ilə markalanmalı olan malların aşkar edilməsi barədə” xx.xx.2019-cu il tarixli VN-2 seriyalı 002794 nömrəli aktın surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə həyata keçirilmiş operativ vergi nəzarət tədbiri zamanı obyektdə 49 ədəd aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış tütün məmulatları və 15 ədəd alkoqollu içkilər aşkar edilmişdir. “Aksiz markası ilə markalanmalı olan markalanmamış məmulatların vergi ödəyicisindən götürülməsi haqqında” xx.xx.2019-cu il tarixli VN-4 seriyalı 000195 nömrəli protokolun surətindən görünür ki, aşkar edilmiş tütün məmulatları cavabdehdən götürülmüşdür. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.15-ci və 23.1.15-4-cü maddələrinə əsasən məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil edilməsi, həmçinin aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 89.13-cü maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların siyahıya alınması aşağıdakı qaydada həyata keçirilir: 89.13.1. Aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması vergi ödəyicisinin həmin mallar barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış mallara sahiblik, onlardan istifadə etmək və sərəncam vermək hüququna malik deyildir. Həmin Məcəllənin 24.0.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı tərəfindən “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********1915nömrəli qərarla aksiz markası ilə markalanmalı olan malların satışının, satış məqsədi ilə saxlanılmasının və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasının aşkar edilməsi məsələsi üzrə xx xxxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək iddiaçı operativ vergi nəzarət tədbirinin həyata keçirilməsi qərara alınmışdır. İddiaçı tərəfindən cavabdehə məxsus mağazada xx.xx.2019-cu il tarixdə həyata keçirilmiş operativ vergi nəzarət tədbiri zamanı obyektdə alış dəyəri 129,50 manat olan 49 qutu aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış tütün məmulatları və alış dəyəri 165 manat olan 15 ədəd aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış alkoqollu içki aşkar edilərək “Aksiz markası ilə markalanmalı olan malların satışının, satış məqsədi ilə saxlanılmasının və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasının aşkar edilməsi barədə” xx.xx.2019-cu il tarixli VN-2 seriyalı 002794 nömrəli akt tərtib olunmuşdur. İddiaçı tərəfindən aşkar edilmiş tütün məmulatları cavabdehdən götürülmüş və bu barədə “Aksiz markası ilə markalanmalı olan markalanmamış malların vergi ödəyicisindən götürülməsi haqqında xx.xx.2019-cu il tarixli VN-4 seriyalı 000195 nömrəli protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehdən dövlət büdcəsinin nəfinə 10 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh (VÖEN **********) məxsus aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış ümumi alış dəyəri 129,50 manat olan 49 qutu siqaret və alış dəyəri 165 manat olan 15 ədəd alkoqollu içkinin satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilsin. Cavabdeh 10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə təqdim olunan gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1305/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1305/2020
18.06.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver