Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-131/2020 11.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının qanuni təmsilçisi Nümayəndə iştirakı ilə, İddiaçı Nümayəndə və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqının cavabdeh X5 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Nümayəndə və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqı (bundan sonra “Tac” Kredit İttifaqı) cavabdeh X5 qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, X2 5000 manat məbləğində kredit, 1325 manat məbləğində faiz, 2650 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8975 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “TAC” Kredit İttifaqı ilə cavabdeh X7 (VÖEN **********) arasında “55 SKMF 34” nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən kredit verən həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kredit alana 5000 manat krediti SKMF-nin vəsaiti hesabına illik 6%-lə və güzəşt müddəti 18 ay olmaq şərtilə 36 ay müddətinə verir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən kredit alan “TAC” Kİ qarşısında müqavilədə nəzərdə tutulmuş qaydada şərtlərlə aldığı vəsaiti 36 ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən kredit alan kredit məbləğini kreditin verilmə tarixindən sonra bu Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş ödəmə cədvəli ilə müəyyən olunmuş qaydada ödənilməsini həyata keçiriləcəkdir. Həmin əlavə üzrə ödəniş o halda vaxtında ödənilmiş hesab edilir ki, müvafiq dövr üçün müəyyən olunmuş gün bankın əməliyyat saatlarında kredit alanın cari hesab hesabına daxil edilmiş olsun. Əgər ödəniş iş günü hesab olunmayan günə təsadüf edərsə, ödəniş həmin gündən sonra gələn növbəti iş günü ödənilməlidir. Lakin borclu bugünədək həmin məbləğdən heç bir ödəniş etməmişdir. Bununla əlaqədar olaraq kreditor borcluya borcun qaytarılması barədə bildiriş göndərsə də, borclu tərəfindən borcun ödənilməsi istiqamətində hər hansı addım atılmamışdır. Müqavilənin 5.1-ci bəndinə əsasən “TAC” Kİ tarif cədvəlinə uyğun olaraq kredit alan kredit verənə kreditin təhsis edilməsinə, müvafiq hesabların açılmasına və verilən kreditin nağd çıxarılmasına görə müvafiq komisyon haqqı ödəyir. Kredit alan kredit üzrə hesablanmış faiz borcunu kredit müddəti bitənədək hər ay öz öhdəsinə götürür. Müqavilənin 5.3-cü bəndinə əsasən kredit üzrə faizlər illik faiz dövrü şərti olaraq 360 gün götürülməklə, illik 6% dövründə kreditin istifadə edildiyi günlərin faktiki sayına görə hər gün üçün günün əvvəlinə olan qalığa hesablanır. Faizlər kreditin verildiyi gündən hesablanır. Müqavilənin 6.1-ci bəndinə əsasən Müqaviləyə 1 saylı Əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabər cərimə ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, cavabdehin həmin tarixə 5000 manat məbləğində əsas borcu, 1325 manat məbləğində faiz borcu və 2650 manat məbləğində cərimə borcu vardır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçı Nümayəndə və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqı cavabdeh X5 qarşı kredit müqaviləsi üzrə borcun tutulmasının tələbinə dair kiçik iddiaya dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: xx xxxxxx 2014-cü il tarixli, 55/SKMF-34 saylı “Tac” Kredit İttifaqı (kredit verən) ilə X7 (kredit alan) arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit verən tərəfindən kredit alana həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə SKMF-nin vəsaiti hesabına illik 6%-lə və güzəşt müddəti 18 ay olmaq şərtilə 36 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Kredit alan həmin müqavilə ilə aldığı krediti qaytarmağı, kreditə hesablanmış faizləri ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6.1-ci bəndinə əsasən həmin müqaviləyə 1 saylı Əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək müqavilənin 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabər cərimə ödəməlidir. xx xxxxxx 2014-cü il tarixli, 392 saylı kassa məxaric orderi ilə müəyyən edilir ki, X7 “Tac” Kredit İttifaqından 5000 manat məbləğində vəsaiti almışdır. Ödəniş cədvəlindən görünür ki, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən E.Bayramova verilmiş kredit məbləği və həmin məbləğə müqavilə şərtlərinə uyğun olaraq hesablanmış faizlər müqavilənin bağlandığı vaxtdan 18 ay ərzində hər ay 25 manat, növbəti 18 ay ərzində isə hər ay azalan həcmdə ödəniş edilməklə E.Bayramov tərəfindən “Tac” Kredit İttifaqına qaytarılmalı idi. xx xxxx 2019-cu il tarixli maliyyə arayışından müəyyən olunur ki, X3 “Tac” Kredit İttifaqı ilə bağladığı xx xxxxxx 2014-cü il tarixli, 55/SKMF-34 saylı kredit müqaviləsi üzrə tələb qaldırılan günə əsas kredit borcu 5000 manat, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə faiz borcu 600 manat, tələb qaldırılan günə faiz borcu 1325 manat, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış cərimə 1200 manat, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən sonra əsas kredit borcuna görə hesablanmış cərimə 1450 manat, tələb qaldırılan günə hesablanmış cərimə 2650 manat, borc üzrə tələbin məbləği ümumilikdə 8975 manat təşkil edir. xx xxxxxx 2014-cü il tarixli, CXS seriyalı, 383815 saylı kassa mədaxil orderi ilə müəyyən edilir ki, E.Bayramov tərəfindən 500 manat üzvlük payı ödənişi edilmişdir. xx xxxxxx 2014-cü il tarixli, CXS seriyalı, 383825 saylı kassa mədaxil orderi ilə müəyyən edilir ki, E.Bayramov tərəfindən 100 manat komission haqqı ödənilmişdir. xx xxxx 2014-cü il tarixli, CXS seriyalı, 383924 saylı kassa mədaxil orderi ilə müəyyən edilir ki, E.Bayramov tərəfindən 25 manat kredit faizi ödənişi edilmişdir. xx xxxxx 2014-cü il tarixli, CXS seriyalı, 383980 saylı kassa mədaxil orderi ilə müəyyən edilir ki, E.Bayramov tərəfindən 25 manat kredit faizi ödənişi edilmişdir. xx xxx 2014-cü il tarixli, CXS seriyalı, 384074 saylı kassa mədaxil orderi ilə müəyyən edilir ki, E.Bayramov tərəfindən 25 manat kredit faizi ödənişi edilmişdir. xx xxxx 2014-cü il tarixli, CXS seriyalı, 383866 saylı kassa mədaxil orderi ilə müəyyən edilir ki, E.Bayramov tərəfindən 25 manat kredit faizi ödənişi edilmişdir. xx xxxx 2014-cü il tarixli, CXS seriyalı, 383863 saylı kassa mədaxil orderi ilə müəyyən edilir ki, E.Bayramov tərəfindən 25 manat kredit faizi ödənişi edilmişdir. xx xxxxxx 2014-cü il tarixli, CXS seriyalı, 384231 saylı kassa mədaxil orderi ilə müəyyən edilir ki, E.Bayramov tərəfindən 25 manat kredit faizi ödənişi edilmişdir. xx xxxxxxx 2014-cü il tarixli, CXS seriyalı, 384335 saylı kassa mədaxil orderi ilə müəyyən edilir ki, E.Bayramov tərəfindən 50 manat kredit faizi ödənişi edilmişdir. xx xxxxxx 2015-ci il tarixli, CXS seriyalı, 384597 saylı kassa mədaxil orderi ilə müəyyən edilir ki, E.Bayramov tərəfindən 75 manat kredit faizi ödənişi edilmişdir. xx xxxx 2015-ci il tarixli, CXS seriyalı, 746387 saylı kassa mədaxil orderi ilə müəyyən edilir ki, E.Bayramov tərəfindən 25 manat kredit faizi ödənişi edilmişdir. “Tac” Kredit İttifaqı tərəfindən X5 ünvanlanmış xx xxxx 2019-cu il tarixli bildirişdən görünür ki, sonuncuya 5000 manat kredit, 575 manat faiz, 1150 manat cərimə borcunun bir ay ərzində ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun verilmiş güzəştli kreditin qaytarılması üçün prokurorluğa və məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 27727 saylı ekspert rəyindən görünür ki, cavabdeh X3 mübahisəli kredit müqaviləsi üzrə iddiaçı “Tac” Kredit İttifaqına xx xxxxxx 2017-ci il tarixə (müqavilə müddətinin sonuna) borcu 5.606,94 manat: əsas borc üzrə 4.959,15 manat, faiz borcu üzrə 647,79 manat; xx xxxxxxxx 2019-cu il tarixə (iddia ərizəsinin verilmə tarixinə 5%-lə hesablanmaqla) borcu 6.248,19 manat - əsas borc üzrə 4.959,15 manat, faiz borcu üzrə 1.289,04 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Tac” Kredit İttifaqı ilə X7 arasında xx xxxxxx 2014-cü il tarixdə 55/SKMF-34 saylı kredit müqaviləsi bağlanmışdır. “Tac” Kredit İttifaqı göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğini və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəliklərini pozmuşdur. Nəticədə X4 “Tac” Kredit İttifaqına borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə olan halda məhkəmə cavabdeh X3 xx xxxxxx 2014-cü il tarixli, 55/SKMF-34 saylı kredit müqaviləsi üzrə “Tac” Kredit İttifaqı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin kredit ittifaqına borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı “Tac” Kredit İttifaqı kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehdən tutulmalı olan borcun məbləğinə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, iddiaçı cavabdehdən mübahisəli kredit müqaviləsi üzrə 5000 manat əsas borcun tutulmasını tələb etdə də, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə cavabdehin əsas borcunun 4.959,15 manat təşkil etməsi müəyyən edildiyindən əsas həmin hissədə iddia qismən təmin edilməli və cavabdehdən 4.959,15 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının faiz borcunun tutulması tələbinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri sayır ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi mübahisəli kredit müqaviləsinin müddəti xx.xx.2017-ci ildə bitdiyi halda iddiaçı tələbin qaldırıldığı tarixə hesablanmış 1325 manat məbləğində faiz borcunun cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin Plenumun yuxarıda göstərilən qərarının məzmunundan göründüyü kimi, kreditorun yalnız kreditin verilmə müddəti bitənədək olan dövr üçün müqavilənin şərtlərinə əsasən hesablanmış faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu, habelə Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəydə xx xxxxxx 2017-ci il tarixə, yəni müqavilə müddətinin sonuna cavabdeh iddiaçıya 647,79 manat məbləğində faiz borcunun olmasının müəyyən edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, faiz borcunun tutulması tələbinə dair hissədə iddia qismən təmin edilməli, cavabdehdən müqavilə müddətinin bitdiyi tarixə hesablanmış 647,79 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin əsas borcun ödənilməsinin gecikdirilməsinə görə 2650 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdeh X1 müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 260 manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X2 4.959,15 manat məbləğində əsas borc, 647,79 manat məbləğində faiz borcu, 260 manat məbləğində cərimə, cəmi 5866,94 manat məbləğində borc tutularaq iddiaçı Nümayəndə və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul məbləğinin 25 manat hissəsi iddiaçıdan, qalan 75 manat hissəsi isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 4.959,15 manat (dörd min doqquz yüz əlli doqquz manat on beş qəpik) məbləğində əsas borc, 647,79 (altı yüz qırx yeddi manat yetmiş doqquz) manat məbləğində faiz borcu, 260 (iki yüz altmış) manat cərimə, cəmi 5866,94 manat (beş min səkkiz yüz altmış altı manat doxsan dörd qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Nümayəndə və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqına ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsi iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul məbləğinin 25 manat hissəsi iddiaçıdan, qalan 75 manat hissəsi isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-131/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-131/2020
11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver