Məhkəmə qərarları › İş №e-2-2(113)-131/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-131/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-131/2021 20.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "Cavabdeh2" MMC və Cavabdeh1 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və digər tələbi ilə bağlı kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "Cavabdeh2" MMC-dən və Cavabdeh1 21.11.2019-cu il tarixli K3640 saylı Maliyyələşdirmə üçün ərizəyə əsasən 280096,65 manat əsas borc, 7368,72 manat faiz borcu, 6,08 manat cərimə borcu olmaqla, cəmi 287471,45 manat borcun, 21.11.2019-cu il tarixli K3641 saylı Maliyyələşdirmə üçün ərizəyə əsasən 198970,19 manat əsas borc, 5412,09 manat faiz borcu, 69,03 manat cərimə borcu olmaqla, cəmi 204451,31 manat borcun “xxxx” ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi məhəllə 360 ev 9 D, 2-ci girişdə yerləşən 98 saylı mənzilə yönəldilməsi, sözügedən mənzilin hərracdan ilkin satış qiyməti 722000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlər "Cavabdeh2" MMC-nin və Cavabdeh1 iddiaçı “xxxx” ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti "Cavabdeh2" MMC-nin və Cavabdeh1 iddiaçı “xxxx” ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borc "Cavabdeh2" MMC-dən və Cavabdeh1 birgə qaydada tutularaq “xxxx” ASC-nin hesabına ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat məbləğində xidmət haqqının cavabdehlər "Cavabdeh2" MMCdən və Cavabdeh1 birgə qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, “xxxx” ASC (bundan sonra “Bank”) ilə cavabdeh "Cavabdeh2" MMC (bundan sonra “Borcalan”) arasında 19.07.2019-cu il tarixli OnGTC-00389LE/2019 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X4 (bundan sonra “Müqavilə”) və 21.11.2019-cu il tarixli GL3640 saylı Kredit Limiti Müqaviləsi imzalanmışdır. Daha sonra GL3640 saylı Kredit Limiti Müqaviləsi çərçivəsində tərəflər arasında 21.11.2019-cu il tarixli K3641 saylı Maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən Borcalana digər bankdakı öhdəliyin yenidən maliyyələşdirilməsi məqsədilə 21.05.2022-ci il tarixinədək illik faiz dərəcəsi 16% (illik cərimə faizi 15%, gündəlik 0.04167%) olmaqla, 217000 manat məbləğində krеdit verilmişdir. Eyni zamanda 21.11.2019-cu il tarixli GL3640 saylı Kredit Limiti Müqaviləsi çərçivəsində tərəflər arasında 21.11.2019-cu il tarixli K3640 saylı Maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən Borcalana kapital xərcləri (CAPEX) məqsədilə 21.11.2022- ci il tarixinədək illik faiz dərəcəsi 16% (illik cərimə faizi 15%, gündəlik 0.04167%) olmaqla, 300000 manat məbləğində tranşlarla krеdit verilmişdir. 21.11.2019-cuil tarixli, GL3640 saylı Kredit Limiti Müqaviləsi üzrə Borcalanın Bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə: - Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi məhəllə 360 ev 9D, 2-ci girişdə yerləşən 98 saylı mənzil İddiaçı ASC-nin xeyrinə 21.11.2019-cu il tarixli İ3201 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 29.11.2019-cu il tarixli ********** qeydiyyat nömrəli (Reyestr nömrəsi: **********40-05301-093019) dövlət reyestrindən çıxarış verilmişdir. Bununla yanaşı 21.11.2019-cu il tarixli, GL3640 saylı Kredit Limiti Müqaviləsi üzrə Borcalanın Bank qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 (bundan sonra “Zamin”) arasında 21.11.2019-cu il tarixli, Z3713 saylı zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış 21.11.2019cu il tarixli K3641 saylı maliyyələşdirmə üçün Ərizə formasının məqsədi Borcalanın digər bankdakı kreditinin yenidən maliyyələşməsi olmasına baxmayaraq, "Cavabdeh2" MMC müqavilə üzrə öhdəliklərini pozaraq kredit vəsaitlərini təyinatı üzrə istifadə etməmişdir. Belə ki, bank tərəfindən əldə edilmiş məlumata əsasən "Cavabdeh2" MMC-nin “xxxx” ASC qarşısında aktiv kredit öhdəliyi qalmaqdadır. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Borcalana 11.03.2020-ci il tarixli PB/PBL-367 saylı xəbərdarlıq məktubu, zaminə isə 18.03.2020-ci il tarixli PB/PBL-432 saylı xəbərdarlıq məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Daha sonra iddiaçı “xxxx” ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər "Cavabdeh2" MMC-dən və Cavabdeh1 21.11.2019-cu il tarixli K3640 saylı Maliyyələşdirmə üçün ərizəyə əsasən 280096,65 manat əsas borc, 46080,16 manat faiz borcu, 6155,68 manat cərimə borcu olmaqla, cəmi 332332,49 manat borcun, 21.11.2019-cu il tarixli K3641 saylı Maliyyələşdirmə üçün ərizəyə əsasən 198970,19 manat əsas borc, 32923,27 manat faiz borcu, 5612,11 manat cərimə borcu olmaqla, cəmi 237505,57 manat borcun “xxxx” ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi məhəllə 360 ev 9 D, 2-ci girişdə yerləşən 98 saylı mənzilə yönəldilməsi, sözügedən mənzilin hərracdan ilkin satış qiyməti (likvid dəyəri) 650000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlər "Cavabdeh2" MMC-nin və Cavabdeh1 iddiaçı “xxxx” ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti "Cavabdeh2" MMC-nin və Cavabdeh1 iddiaçı “xxxx” ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borc "Cavabdeh2" MMC-dən və Cavabdeh1 birgə qaydada tutularaq “xxxx” ASC-nin hesabına ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat məbləğində xidmət haqqının cavabdehlər "Cavabdeh2" MMCdən və Cavabdeh1 birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsində və tələbin dəqiqləşdirilməsi barədə ərizədə qeyd edilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər "Cavabdeh2" MMC-nin nümayəndəsi və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehlər "Cavabdeh2" MMC-nin nümayəndəsi və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 21 noyabr 2019-cu il tarixli, GL3640 nömrəli kredit limiti müqaviləsindən görünür ki, “xxxx” ASC tərəfindən "Cavabdeh2" MMC-yə 21.11.2029-cu il tarixədək illik 25 faiz ödəmək şərti ilə kredit limiti üzrə gecikdirilmiş əsas məbləğə tətbiq olunan illik 40% (gündəlik 0,1111%) cərimə faiz dərəcəsi ilə 10000000 manat məbləğində kredit limiti verilməsi barədə aralarında razılığa gəlmişlər. 21.11.2019-cu il tarixli, K3641 saylı maliyyələşdirmə üçün ərizədən (21.11.2019-cu il tarixli GL3640 saylı kredit limiti müqaviləsinə əsasən kredit əməliyyatı üzrə) görünür ki, "Cavabdeh2" MMC“xxxx” ASC–dən 21.05.2022-ci il tarixinə qədər kreditin nominal illik dərəcəsi 16% (illik cərimə faizi 15%, gündəlik 0.04167%) olmaqla 217000 manat məbləğində birdəfəlik kredit götürmüşdür. 21.11.2019-cu il tarixli, K3641 nömrəli kredit müqaviləsinə qoşma olan ödəniş cədvəlindən görünür ki, "Cavabdeh2" MMC xxxx” ASC-yə olan 217000 manat əsas borcu 30 ay ərzində (21.11.2019-23.05.2022) 47829,35 manat faiz borcu ilə birlikdə (ümumilikdə 264829,35 manat olmaqla) ödəməlidir. 21.11.2019-cu il tarixli, K3640 saylı maliyyələşdirmə üçün ərizədən (21.11.2019-cu il tarixli GL3640 saylı kredit limiti müqaviləsinə əsasən kredit əməliyyatı üzrə) görünür ki, "Cavabdeh2" MMC“xxxx” ASC–dən 21.11.2022-ci il tarixinə qədər kreditin nominal illik dərəcəsi 16% (illik cərimə faizi 15%, gündəlik 0.04167%) olmaqla 300000 manat məbləğində tranşlarla kredit götürmüşdür. 21.11.2019-cu il tarixli, K3640 nömrəli kredit müqaviləsinə qoşma olan ödəniş cədvəlindən görünür ki, "Cavabdeh2" MMC xxxx” ASC-yə olan 300000 manat əsas borcu 36 ay ərzində (21.11.2019-21.11.2022) 79845,93 manat faiz borcu ilə birlikdə (ümumilikdə 379845,93 manat olmaqla) ödəməlidir. 21 noyabr 2019-cu il tarixli Z3713 nömrəli zaminlik müqaviləsindən görünür ki, kreditor – “xxxx”Açıq Səhmdar Cəmiyyəti ilə borcalan "Cavabdeh2" MMC ilə illik 25 faiz olmaqla, 21.11.2029-cu il tarixinədək 10000000 manat məbləğində kredit limiti verilməsi barədə müqavilə bağlanmış və kreditin təminatı kimi zamin - Cavabdeh1 borcalanın müqavilə üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür faiz, zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. məbləği həcmində məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. 21 noyabr 2019-cu il tarixli, İ3201 nömrəli (ipoteka saxlayan) “xxxx” ASC, (ipoteka qoyan) Cavabdeh1 və (borcalan) "Cavabdeh2" MMC ilə aralarında bağlanmış ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, “xxxx” ASC ilə "Cavabdeh2" MMC ilə arasında bağlanmış 21 noyabr 2019-cu il tarixli, GL3640 nömrəli kredit limiti müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyət huququ ilə məxsus olan tərəflər arasında bazar dəyəri 722000 manat məbləğində qiymətləndirilmiş Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi məhəllə 360 ev 9 D, 2-ci girişdə yerləşən 98 saylı mənzilin “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin çıxarışının surətindən görünür ki, Cavabdeh1 mülkiyyət hüquqi ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi məhəllə 360 ev 9 D, 2-ci girişdə yerləşən 98 saylı mənzil 21 noyabr 2019-cu il tarixli, GL3640 nömrəli kredit limiti müqaviləsi əsasında “xxxx” ASC-nin xeyrinə, hüququn əvvəlki yüklülüyünün olmaması və yüklülüyün müddəti 21.11.2029-cu il tarixi qeyd edilməklə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 3145 nömrəli reyestr kitabının 293752 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından o da görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 10 manat dövlət rüsumu və 20 manat məbləğində xidmət haqqı tutulmuşdur. 25 dekabr 2020-ci il tarixli 9/3682 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, "Cavabdeh2" MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 21 noyabr 2019-cu il tarixli, GL3640 saylı kredit limiti müqaviləsi və tərkib hissəsi olan 21.11.2019-cu il tarixli K3640 saylı maliyyələşdirmə üçün ərizə şərtləri əsas götürülməklə "Cavabdeh2" MMC-nin 08.06.2020-ci il tarixə olan borcu 280096,66 manat əsas, 12967,39 manat faiz borcu olmaqla ümumilkdə 293064,05 manat məbləğində müəyyən olmuş, "Cavabdeh2" MMC-yə müqavilə üzrə cərimə hesablanması mümkün olmadı. "Cavabdeh2" MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 21 noyabr 2019-cu il tarixli, GL3640 saylı kredit limiti müqaviləsi və tərkib hissəsi olan 21.11.2019-cu il tarixli K3641 saylı maliyyələşdirmə üçün ərizə şərtləri əsas götürülməklə "Cavabdeh2" MMC-nin 08.06.2020-ci il tarixə olan borcu 198970,19 manat əsas, 9455,97 manat faiz borcu olmaqla ümumilkdə 208426,16 manat məbləğində müəyyən olmuş, "Cavabdeh2" MMC-yə müqavilə üzrə cərimə hesablanması mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 200 manatdır. 08 fevral 2021-ci il tarixli, PR-KM/01-2020 nömrəli “xxxx” MMC tərəfindən təqdim edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, məhəllə 360 ev 9 D, 2-ci girişdə yerləşən 98 saylı mənzilin 25.01.2021-ci il tarixə bazar dəyəri 690000 manat, likvid dəyəri 650000 manat təşkil edir. 08 fevral 2021-ci il tarixli, PR-KM/01-2021 nömrəli “xxxx” MMC tərəfindən təqdim edilmiş məktubdan görünür ki, əmlak üzrə qiymətləndirmə işinin xidmət haqqısı ümumilikdə 250 manat təşkil edir. İddiaçı ASC tərəfindən təqdim edilmiş 09.03.2021-ci il tarixli, PB/PBL-OUT-00311- 2021 nömrəli maliyyə arayışından görünür ki, "Cavabdeh2" MMC-nin 04 mart 2021-ci il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri aşağıdakı kimidir: - K3640 nömrəli kredit müqaviləsinə əsasən 280096,65 manat əsas borc, 46080,16 manat faiz borcu, 6155,68 manat cərimə borcu olmaqla, cəmi 332332,49 manat. Gecikmə günün sayı – 340. - K3641 nömrəli kredit müqaviləsinə əsasən 198970,19 manat əsas borc, 32923,27 manat faiz borcu, 5612,11 manat cərimə borcu olmaqla, cəmi 237505,57 manat. Gecikmə günün sayı – 340. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci və 443.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2, 467 və 567-ci maddələrinə görə borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “İpoteka haqqında” Qanunun 39.3, 39.3.3-cü maddələrinin tələbinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cu maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq müqavilələr bağlanmış, kreditor tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin borc alan öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia əsas borc və faiz borcu tələbi hissəsində tam təmin edilməli, bununla yanaşı məhkəmə iddia tələbinin (cərimə) dəbbə pulu hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 21 noyabr 2019-cu il tarixli, GL3640 saylı kredit limiti müqaviləsi və tərkib hissəsi olan 21.11.2019-cu il tarixli K3640 saylı maliyyələşdirmə üçün ərizə üzrə 823,19 manat və 21 noyabr 2019-cu il tarixli, GL3640 saylı kredit limiti müqaviləsi və tərkib hissəsi olan 21.11.2019-cu il tarixli K3641 saylı maliyyələşdirmə üçün ərizə üzrə 606,54 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmçinin məhkəmə qeyd edir ki, ipoteka predmeti olan yuxarıda adı çəkilən daşınmaz əmlak 08.02.2021-ci il tarixli əmlakın qiymətləndirilməsi ilə bağlı hesabata əsasən müəyyən edilmiş likvid qiymətə uyğun hərraca çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər "Cavabdeh2" MMC və Cavabdeh1 21.11.2019-cu il tarixli K3640 saylı Maliyyələşdirmə üçün ərizəyə əsasən 280096,65 manat əsas borc, 46080,16 manat faiz borcu, 823,19 manat cərimə borcu olmaqla, cəmi 327000 manat borc, 21.11.2019-cu il tarixli K3641 saylı Maliyyələşdirmə üçün ərizəyə əsasən 198970,19 manat əsas borc, 32923,27 manat faiz borcu, 606,54 manat cərimə borcu olmaqla, cəmi 232500 manat borc “xxxx” ASC-nin xeyrinə tutulmalı, tutma Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi məhəllə 360 ev 9 D, 2-ci girişdə yerləşən 98 saylı mənzilə yönəldilməli, sözügedən mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 650000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsaitin cavabdehlər "Cavabdeh2" MMC-nin və Cavabdeh1 iddiaçı “xxxx” ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməli, daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılmalı, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti "Cavabdeh2" MMC-nin və Cavabdeh1 iddiaçı “xxxx” ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borc "Cavabdeh2" MMC və Cavabdeh1 birgə qaydada tutularaq “xxxx” ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia ərizəsinə əlavə edilən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat məbləğində çəkilmiş xərc cavabdehlərdən tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 98,18%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 98,18%-i, yəni 29,45 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddia tələbinin 98,18%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizasının xərci 200 manat məbləğində pulun 196,36 manatı "Cavabdeh2" MMC və Cavabdeh1 birgə qaydada, 3,64 manatı isə “xxxx” ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə, məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci 250 manat məbləğində pulun 245,45 manatı "Cavabdeh2" MMC və Cavabdeh1 birgə qaydada, 4,55 manatı isə “xxxx” ASC-dən tutularaq “xxxx” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər "Cavabdeh2" MMC və Cavabdeh1 21.11.2019-cu il tarixli K3640 saylı Maliyyələşdirmə üçün ərizəyə əsasən 280096,65 manat əsas borc, 46080,16 manat faiz borcu, 823,19 manat cərimə borcu olmaqla, cəmi 327000 manat məbləğində borc və 21.11.2019-cu il tarixli K3641 saylı Maliyyələşdirmə üçün ərizəyə əsasən 198970,19 manat əsas borc, 32923,27 manat faiz borcu, 606,54 manat cərimə borcu olmaqla, cəmi 232500 manat məbləğində borc “xxxx” ASC-nin xeyrinə tutulsun, tutma Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi məhəllə 360 ev 9 D, 2-ci girişdə yerləşən 98 saylı mənzilə yönəldilsin, sözügedən mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 650000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait cavabdehlər "Cavabdeh2" MMC-nin və Cavabdeh1 iddiaçı “xxxx” ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilsin, daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılsın, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti "Cavabdeh2" MMC-nin və Cavabdeh1 iddiaçı “xxxx” ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borc "Cavabdeh2" MMC və Cavabdeh1 birgə qaydada tutularaq “xxxx” ASC-nin hesabına ödənilsin, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat məbləğində xidmət haqqı və həmçinin dövlət rüsumu kimi ödənilmiş 29,45 manat məbləğində pul cavabdehlər "Cavabdeh2" MMC və Cavabdeh1 birgə qaydada tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilsin. Məhkəmə mühasibatlıq ekspertizasının xərci 200 manat məbləğində pulun 196,36 manatı "Cavabdeh2" MMC və Cavabdeh1 birgə qaydada, 3,64 manatı isə “xxxx” ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə, məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci 250 manat məbləğində pulun 245,45 manatı "Cavabdeh2" MMC və Cavabdeh1 birgə qaydada, 4,55 manatı isə “xxxx” ASC-dən tutularaq “xxxx” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar