Məhkəmə qərarları › İş №e-2-2(113)-1315/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1315/2024

04.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1315/2024 04.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və "xxxx" MMC-yə qarşı qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, Cavabdeh2 MMC-nin nümayəndəsi oğlunun, cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Cavabdeh2 MMC (alıcı) ilə X2 (satıcı) arasında bağlanmış xx.xx.2022-ci il taixli, 06/5483/İLİZ saylı alqı-satqı müqaviləsinə əsasən X2 “Hyundai Elantra” markalı, Ban: 5NPDH4AE6DH171792, 2012 buraxılış ili olan avtomobilini Cavabdeh2 MMC-nin mülkiyyətinə vermişdir. Alqı-satqı müqaviləsi Cavabdeh2 MMC-nin imzası və möhürü, satıcının isə imzası ilə təsdiq edilmişdir.

2. Cavabdeh2 MMC (lizinq verən) ilə “X13” MMC (lizinq alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 06/5483/İLİZ saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh2 MMC “Hyundai Elantra” markalı, Ban: 5NPDH4AE6DH171792 olan, 2012-ci il buraxılışı avtomobilini “X13” MMC-yə lizinqə vermişdir. Daxili lizinq müqaviləsi tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən müəyyən edilir ki, **-PU-*** dövlət qeydiyyat nömrəli, Ban: 5NPDH4AE6DH171792 olan avtomobil Cavabdeh2 MMC tərəfindən “X13” MMC-yə təhvil verilmişdir. Akt təhvil verən və təhvil alanın imzası və möhürü ilə təsdiq edilmişdir.

4. 06/NG nömrəli etibarnaməyə əsasən müəyyən edilir ki, Cavabdeh2 MMC “Hyundai Elantra” minik markalı, **-PU-*** dövlət qeydiyyat nömrəli, Ban: 5NPDH4AE6DH171792 olan avtomobilin sublizinq və icarə müqaviləsi əsasında idarə edilməsi hüququnun sürücülük vəsiqəsi olan fiziki şəxslərə ötürülməsi səlahiyyətini xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-yə vermişdir. Etibarnamə Cavabdeh2 MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.

5. xx.xx.2023-cü il tarixli yol verəqəsinə əsasən müəyyən edilir ki, “Hyundai Elantra” markalı, Ban: 5NPDH4AE6DH171792 olan, **-PU-*** dövlət qeydiyyat nömrəli avtomobil idarə etmək üçün "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixədək Cavabdeh1 verilmişdir.

6. İcbari sığorta müqavilələrin mövcudluğunun yoxlanılması barədə çıxarışa əsasən müyyən edilir ki, **-PU-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobil üzrə sığorta müqaviləsi barədə məlumat yoxdur.

7. Avtomobillərinin tam sığortası üzrə ********** saylı sığorta şəhadətnaməsi və onun 1 saylı əlavəsi olan cədvəlindən görünür ki, BOKT Finans Kredit MMC (sığortalı) mülkiyyətində olan “Chevrolet Cruze minik” markalı, **-PK-*** dövlət qeydiyyat nömrəli, 2015-ci ilin buraxılışı olan avtomobili "xxxx" ASC-də xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək sığorta məbləği 13.000 manat (azadolma məbləği 250 manat) müəyyən edilməklə “kasko” növü üzrə sığortalanmışdır.

8. Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən müəyyən edilir ki, “Hyundai Elantra minik” markalı, **-PU-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 xx.xx.2023-cü il tarixdə Ziya Bünyadov və Azadlıq prospektlərinin kesişməsində hərəkətdə olan zaman AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmiş, yol nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Cruze minik” markalı, **-PK-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi zədələnmişdir.

9. Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə **-PU-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı nəqliyyat vasitəsini idarə edərkən AR İnzibati Xətalar Məcəlləsinin 327.2 və 469.3-cü maddələri ilə nəzərdə tutulmuş xəta törətmişdir və inzibati məsuliyyətə cəlb edilmişdir. 10.“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan (Forma 4) müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə **-PU-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı və **-PK-*** dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobillərin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli şəxs **-PU-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobilin sürücüsü Cavabdeh1 olmuşdur.

11. xx.xx.2023-cü il tarixli 1082 nömrəli etibarnaməyə əsasən müəyyən edilir ki, BOKT Finans Kredit MMC-nin mülkiyyətində olan “Chevrolet Cruze minik” markalı, **-PK-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək idarə edilməsi üçün X1 etibar edilmişdir. Etibarnamə Cəmiyyətin direktorunun imzası və Cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. 12.xx.xx.2023-cü il tarixli zərərin hesablanması aktına əsasən X3 (sığortalı) mülkiyyətində olan “Chevrolet Cruze minik” markalı, **-PK-*** dövlət qeydiyyat nömrəli avtomobilinin ehtiyat hissələrinə tələb olunan xərc 3037,83 manat, əmək haqqı 3717,71 manat olmaqla yekunda endirimli məbləğ 6755,54 manat təşkil edir. 13.03.10.2023-cü il tarixli CMS4S/23 nömrəli sığorta aktına əsasən sığorta predmeti olan “Chevrolet Cruze minik” markalı, **-PK-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinə dəymiş 6755,54 manat məbləğində müəyyən edilmiş, 250 manat məbləğində çıxılmış azadolma məbləği nəzərə alınmaqla maddi zərərə görə ödənilməli olan sığorta ödənişin məbləği 6505,54 manat təşkil etmişdir. 14.xx.xx.2023-cü il tarixli ödəniş sənədindən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən X10 MMC-nin həmin bankda olan hesabına 6505,54 manat məblğində pul vəsaiti köçürülmüşdür. (ödənişin təyinatı: sığorta aktı)

15. "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə müraciət edərək, sığorta hadisəsi üzrə tələb olunan pulun 5 gün müddətində ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. 16.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3409 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındaki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışı olan avtomobilin dəyişilməli hissələrin qiyməti 3037 manat, təmir-bərpa işlərinin qiyməti 2435 manat, baş verən tarixə cəmi 5472 manat məbləğində müəyyən edilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

17. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və "xxxx" MMCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və Cavabdeh3 MMC-dən müştərək qaydada 6505,54 manat məbləğində sığorta ödənişi, 100 manat mediasiya xərci, 10 manat poçt xərci və 0,4 manat məbləğində xidmət haqqının,cəmi 6615,94 manat pul tutulub iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Z.Bünyadov prospektində baş vermiş sığorta hadisəsi nəticəsində Cavabdeh2 MMC-yə məxsus olan, xx.xx.2023-cü il tarixli sublizinq və icarə müqaviləsi əsasında Cavabdeh3 MMC-nin istifadəsinə verilmiş və Cavabdeh1 idarə etdiyi “Hyundai Elantra” markalı, ** PU *** dövlət nömrə nişanlı avtomobillə "xxxx" ASC-də “əmlak sığortası” qaydasında sığortalanmış “Chevrolet Cruze” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinərək, AR İXM-in 469.3 və 327.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçı tərəfindən “Chevrolet Cruze” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 6505.54 manat məbləğində qiymətləndirilmiş və həmin məbləğdə sığorta ödənişi edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı müqavilədən görünür ki, “Chevrolet Cruze” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil ASC-də “əmlak sığortası” qaydasında sığortalanmışdır. Cavabdeh2 MMC-dən ASC-yə daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, “Hyundai Elantra” markalı, ** PU *** dövlət nömrə nişanlı avtomobil X8 müqaviləsinə əsasən lizinqə verilmişdir. Cavabdeh3 MMC-nin xx.xx.2023-cü il tarixli 128 saylı yol vərəqəsindən müəyyən edilir ki, “Hyundai Elantra” markalı, ** PU *** dövlət nömrə nişanlı avtomobil yol vərəqəsi əsasında X4 istifadəsinə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinərək, AR İXMin 469.3 və 327.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş İSB.az portalından çıxarışdan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi baş verən anda “Hyundai Elantra” markalı, ** PU *** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti icbari qaydada sığortalanmamışdır. İddia ərizəsinə əlavə edilmiş zərərin hesablanması aktından və sığorta aktından müəyyən olunur ki, hadisə nəticəsində “Chevrolet Cruze” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 6505.54 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, “Chevrolet Cruze” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 6505,54 manat məbləğində sığorta ödənişi edilmişdir. xx.xx.2023-cü il tarixli, BS-S- 23/2400 saylı pretenziya məktubundan və həmin məktubun cavabdehlərə çatdırılmasını təsdiq edən poçt xəbərnamələrindən, həmçinin,”elektron məhkəmə” informasiya sistemində yerləşdirilmiş pretenziya məktubundan müəyyən olunur ki, mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün tərəflərindən cavabdehlərə müraciət edilmişdir. “Onlayn kargüzarlıq” sistemindən çıxarışdan müəyyən olunur ki,“onlayn kargüzarlıq” sistemi vasitəsilə Cavabdeh2 MMC-yə və Cavabdeh3 MMCyə pretenziyalar göndərilmişdir. İddia ərizəsinə əlavə edilmiş poçt xəbərnaməsinin surətindən müəyyən olunur ki, iddia ərizəsinin surəti cavabdehlərə təqdim edilmişdir. 19.İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 430, 448 459, 888, 897, 936, 1096, 1097, 1108 və 1114-cü maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6maddəsinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

20. Cavabdeh2 MMC iddiaya qarşı etiraz təqdim etmişdir. 21.Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin mülkiyyətində olan “Hyundai Elantra” markalı **-PU-*** qeydiyyat nişanlı avtomobil X8 müqaviləsinə əsasən xx.xx.2022ci il tarixdən etibarən "X13" MMC-nin istifadəsinə verilmişdir. Qəzanı törədən şəxsin hər hansı MMC-nin işçisi olması əsası kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən əmək müqaviləsi bildirişinin olması ilə müəyyən edilir. Belə ki, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Sözügedən məsələdə isə qəza törədən şəxs cavabdeh şirkətin əməkdaşı deyildir və aralarında münasibətlər müqavilə əsasında tənzimlənir. Hadisənin törədilməsi tarixində cavabdeh tərəfindən müqavilədə göstərilən MMC-yə etibarnamə verilmişdir. Belə olan halda mülkiyyətçinin iş üzrə məsuliyyəti yaranmır 22.Cavabdeh etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1099, 1108-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə və AR Konstitusiya Məhkəməsinin 18.04.22-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli səkildə sərh edilməsinə dair qərarına istinad etmişdir.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

23.Məhkəmə iclasında iştiak edən Cavabdeh2 MMC-nin nümayəndəsi iddia tələbinin Cavabdeh2 MMC-yə aid hissədə rədd edilməsini xahiş etdi. 24.Cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbinin iddia tələbinin onlara aid hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq "xxxx" MMC-nin qanuni təmsilçisi mübahisəli avtomobilin Cavabdeh1 iki gün müddətinə icarəyə verildiyini bildirdi.

25. İddiaçı və digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin iddiaçı ərizə ilə müraciət edərək məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilmsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 26.Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə işdə iştirak edən digər şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

27. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

28. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

29. AR Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. -898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. -926.1.-ci maddəsinə görə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. - 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. -936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edilə bilər. - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 30.AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 31.“Dövlət rüsumu haqqında” AR Qanununun: - 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 32.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun 8 aprel 2022-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

33.Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. 34.Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Z.Bünyadov prospektində Cavabdeh2 MMC-yə məxsus olan, sublizinq müqaviləsi əsasında Cavabdeh3 MMC-nin istifadəsinə verilmiş və Cavabdeh1 idarə etdiyi “Hyundai Elantra” markalı, ** PU *** dövlət nömrə nişanlı avtomobil və "xxxx" ASC-də avtomobilərin sığortası (“kasko”) növü üzrə sığortalanmış “Chevrolet Cruze” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində “Chevrolet Cruze” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində “Hyundai Elantra” markalı, ** PU *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh1 təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir.

35. İddiaçı "xxxx" ASC tərəfindən “Chevrolet Cruze” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 6755,54 manat məbləğində qiymətləndirilmiş və sığorta müqaviləsində nəzərdə tutulmuş 250 manat məbləğində azadolma məbləği çıxılmaqla 6.505,54 manat məbləğində pul vəsaiti avtomobilin təmir edilməsi üçün avtomobil servisinə ödənilmişdir. 36.Hazırda iddiaçı "xxxx" ASC sığorta ödənişinin subroqasiya qaydasında müştərək qaydada Cavabdeh2 MMC-dən, Cavabdeh3 MMC və avtomobili idarə edən şəxs Cavabdeh1 tutulmasını tələb edir.

37. Məhkəmə ilk növbədə qeyd edir ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi Cavabdeh1 “Chevrolet Cruze” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən törətdiyi mülki hüquq pozuntusu (delikt) nəticəsində zərərçəkmiş şəxs BOKT Finans Kredit MMC-yə məxsus “Chevrolet Cruze” markalı avtomobilinə maddi zərər vurulduğundan zərərçəkmiş şəxsin mülki hüquq-pozuntusuna görə məsuliyyət daşımalı olan şəxsə (və ya şəxslərə) qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. 38.Chevrolet Cruze” markalı avtomobili əmlak sığortası növü üzrə sığortalamış iddiaçı "xxxx" ASC tərəfindən hadisə nəticəsində həmin avtomobilə dəymiş zərərin əvəzi olaraq sığorta ödənişi ödənildikdən sonra zərərçəkmiş şəxsin mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyan şəxsə qarşı tələb hüququ sığorta ödənişi həddində subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-yə keçmişdir. 39."xxxx" ASC-yə subroqasiya qaydasında keçmiş tələb hüququnun həcminə gəldikdə məhkəmə qeyd edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Sportage” markalı avtomobilə dəymiş zərərin məbləğini müəyyən etmək üçün iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə hadisə zamanı “Kia Sportage” markalı avtomobilə dəymiş zərər 5472 manat məbləğində müəyyən edilmişdir. 40.Odur ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış “kasko” sığorta müqaviləsində 250 manat azadolma məbləği müəyyən edildiyindən iddiaçının tələb etmək hüququna malik olduğu məbləğ 5222 manat təşkil edir. 41.Subroqasiya tələbinin yönəldilməli olan şəxsə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 1108-ci maddəsinə istinad etmişdir. Həmin maddənin məzmunundan göründüyü kimi yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) fiziki və ya hüquqi şəxslər təqsirli olub-olmamasından asılı olmayaraq daşıyırlar.

42. Hazırkı hala mübahisəli avtomobil Cavabdeh2 MMC-nin mülkiyyətində olsa da, 06/NG nömrəli etibarnaməyə əsasən Cavabdeh3 MMC-nin sahibliyinə verilmiş, Cavabdeh3 MMC tərəfindən isə öz növbəsində Cavabdeh1 avtomobili idarə etmək üçün yol vərəqəsi verilmişdir. 43.Məhkəmə qeyd edir ki, Cavabdeh3 MMC tərəfindən avtomobilə dair idarəetmə hüququnun Cavabdeh1 verilməsi yol vərəqəsi ilə rəsmiləşdirilsə də, sonuncunun Cavabdeh3 MMC-nin işçisi olması və ya avtomobilin idarə edilməsi ilə bağlı MMC-nin tapşırığını icra etməsi iş materialları ilə öz təsdiqini tapmır. 44.Bundan əlavə tərəflərin məhkəmə iclaslarında verdiyi izahatlarından göründüyü kimi Cavabdeh3 MMC avtomobilin icarəyə verilməsi ilə məşğul olan şirkət olmaqla mübahisəli avtomobili Cavabdeh1 icarəyə vermişdir. Odur ki, hadisə baş verərkən avtomobil Cavabdeh1 icarəsində olduğundan avtomobilin qanuni sahibi də Cavabdeh1 olmuşdur. Belə olan halda isə cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 MMC-nin Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən avtomobildən istifadə nəticəsində dəymiş zərərə görə məsuliyyət daşıması istisna olunur. 45.Beləliklə, Cavabdeh1 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs, eləcə də avtomobilin qanuni sahibi olduğundan həmin hadisə nəticəsində dəymiş zərərə görə Mülki Məcəllənin 1197.1-ci və 1108-ci maddələrinin tələblərinə əsasən məsuliyyət daşıyır. Odur ki, iddiaçı "xxxx" ASC subroqasiya qaydasında tələbini Cavabdeh1 qarşı yönəltməkdə haqlı olmuşdur. Cavabdeh2 MMC-yə və Cavabdeh3 MMC-yə qarşı olan hissədə isə iddia əsassız olduğundan rədd edilməlidir. 46.Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı 100 manat məbləğində mediasiya xərci və 10 manat məbləğində poçt xərci ödənilmişdir. 47.Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 85,05 manat təşkil edir. 48.Hazırkı halda mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunun ödəməkdən azad edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 80 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh1 5222 məbləğində pul vəsaiti və mediasiya xərcinin əvəzi olaraq 80 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar