Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-132/2022 21.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh Firmasına qarşı “nizamnamə kapitalındakı payına uyğun əmlak dəyərinin cavabdehdən tutulması və firmadan çıxarılma” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh Firmasına (bundan sonra – cavabdeh) qarşı “nizamnamə kapitalındakı payına uyğun əmlak dəyərinin cavabdehdən tutulması və firmadan çıxarılma” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının cavabdeh Firmadan çıxma tələbinin təmin edilməsi, iddiaçının Firmadan çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilən nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 1000 manat məbləğində hüquqi yardıma görə xərc, 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, iddiaçının cavabdeh Firmadan çıxma tələbinin təmin edilməsini, iddiaçının cavabdehin iştirakçılarının tərkibindən çıxarılaraq bununla əlaqədar cavabdehin nizamnaməsinə müvafiq dəyişiklik edilməsi, cavabdehin əmlakının (bölüşdürülməmiş mənfəət daxil olmaqla) balansının tərtib edilməsi (iddiaçının çıxdığı məqama) və cavabdehin əmlakının (bölüşdürülməmiş mənfəət daxil olmaqla) həmin balans üzrə 25%-nin iddiaçının mülkiyyətinə dərhal verilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, 200 manat mediasiya xərci və 30 manat məbləğindəki dövlət rüsumu, cəmi 230 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini yenidən dəqiqləşdirərək, iddiaçının cavabdeh Firmadan çıxma tələbinin təmin edilməsini və onun cavabdeh Firmadan çıxarılması, iddiaçının çıxdığı məqama cavabdehin əmlakının müəyyən edilməsi və həmin əmlakın 25%-inin iddiaçının mülkiyyətinə dərhal naturada verilməsi, bu mümkün olmasa dəyərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, 200 manat mediasiya xərci və 30 manat məbləğindəki dövlət rüsumu, cəmi 230 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh (VÖEN:**********) Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.1998-ci il tarixli 606 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2011-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X3 Qeydiyyatı İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış cavabdehin nizamnaməsində edilmiş dəyişikliklərə görə, cavabdeh öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və bu nizamnamə əsasında həyata keçirir. xx.xx.2012-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X3 Qeydiyyatı İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış cavabdehin nizamnaməsində edilmiş dəyişikliklərə görə, Firmanın təsisçilərinin hamısı Türkiyə Respublikası vətəndaşı olub, onların əmlak məsuliyyəti aşağıdakı kimidir: 1) Türkiyə Respublikasının vətəndaşı İddiaçı (pasport No: U02840028, verilmə tarixi xx.xx.2011) – 62 500 (altmış iki min beş yüz) manat, 62,5 pay, 25 %, əmlak şəkilində. 2) Türkiyə Respublikasının vətəndaşı P.A. – 177 500 (yüz yetmiş yeddi min beş yüz) manat, 177,5 pay, 62,5 pay, 71%, əmlak şəkilində. 3) Türkiyə Respublikasının vətəndaşı A.O. – 5 000 (beş min) manat, 5 pay, 2%, əmlak şəkilində. 4) Türkiyə Respublikasının vətəndaşı P.M.S. – 5 000 (beş min) manat, 5 pay, 2%, əmlak şəkilində. Hal-hazırda cavabdehin cəmi nizamnamə kapitalı 250 000 (iki yüz əlli min) manat, cəmi payları isə hər biri 1000 olmaqla 250 paydır. Kommersiya qurumunun X3 reyestrinə daxil edilmiş məlumatlarından məlum olur ki, cavabdehin təşkilati hüquqi forması “digər kommersiya təşkilatıdır”. Cavabdehin nizamnaməsinin məzmununa baxanda bu şirkətin Mülki Məcəllənin 87-ci və digər normaları ilə tənzimlənmiş Məhdud məsuliyyəti cəmiyyət ilə eyni hüquqi xarakterdə olduğunu və bu səbəblə Məhdud məsuliyyəti cəmiyyətə dair normaların Şimşek LTD Firmasına da tətbiqinin Mülki Məcəllənin 11-ci və digər normalarının tələbi olduğunu təsdiq edir. Bundan başqa cavabdehin balansında, firmanın adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmiş Abşeron rayonu Masazır kəndində 0,6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. Cavabdeh uzun müddət yüksək gəlir ilə işləməsinə baxmayaraq (hələ də gəlir ilə işləyir) təsis edildiyi tarixdən bu günə qədər 1 manat da olsun İddiaçı mənfəət (dividend) ödəməyib. Bu isə haqlı narazılıqlara səbəb olur. Bu səbəblə iddiaçı Şirkətdən çıxmaq üçün iddia ərizəsini imzalamışdır. İddiaçının iddia tələbi, cavabdeh Firmadan çıxma iradəsinin təmin edilməsi və onun çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilən nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin dəyərinin ona ödənilməsidir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məlum olduğu kimi, bu iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert əvvəl sənədlərin çatışmadığını bəhanə edərək, sonra isə tələb etdiyi sənədlər təmin edildiyi halda bu sənədlər üzrə rəy verilməsinin mümkün olmadığını bəhanə edərək ekspert rəyi verməkdən qanunsuz olaraq imtina etmişdir. Bütün bu proseslər səbəbi ilə iddia tələblərinin bir daha dəqiqləşdirilməsi ehtiyacı əmələ gəlmişdir. Hazırda iddiaçının cavabdeh Firmadan çıxma tələbinin təmin edilməsini və onun cavabdeh Firmadan çıxarılması, iddiaçının çıxdığı məqama cavabdehin əmlakının müəyyən edilməsi və həmin əmlakın 25%-inin iddiaçının mülkiyyətinə dərhal naturada verilməsi, bu mümkün olmasa dəyərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, 200 manat mediasiya xərci və 30 manat məbləğindəki dövlət rüsumu, cəmi 230 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasının cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.1998-ci il tarixdə qeydə alınmış Cavabdeh Firmasının Nizamnaməsindən görünür ki, Firmanın təsisçisi və əmlakının mülkiyyətçisi Türkiyə Respublikasının vətəndaşı Ali Şimşekdir. Firma Bakı şəhəri Tbilisi prospekti 100 ünvanında yerləşir. Nizamnamənin 4.2-ci bəndinən görünür ki, Firmanın fəaliyyətini təmin etmək üçün təsisçisinin vəsaiti (əmlakı) hesabına 3000 ABŞ dolları (cari kursa görə manatla) həcmində Nizamnamə fondu yaradılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.2011-ci il tarixdə qeydə alınmış Cavabdeh MMC-nin nizamnaməsinə edilmiş dəyişiklikdən görünür ki, Firmanın təsisçisi və əmlakın mülkiyyətçisi Turan Gençdir. Dəyişikliyin 1.5-ci maddəsindən görünür ki, Firmanın hüquqi ünvanı ünvan 2iş dəyişikliyin 4.2-ci bəndinə görə firmanın nizamnamə kapitalı 250.000 manat həcmindədir və hər biri 1000 manat olmaqla 250 paydan ibarətdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamenti Kommersiya X4 Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə qeydə alınmış Cavabdeh MMC-nin nizamnaməsinə edilmiş dəyişiklikdən görünür ki, Firmanın təsisçiləri və əmlakın mülkiyyətçiləri Türkiyə Respublikasının vətəndaşı İddiaçı 62500 manat, 62,5 pay, 25 %, əmlak şəklində, Türkiyə Respublikasının vətəndaşı Parmaksızoğlu Alaaddin 177500 manat, 177,5 pay, 71 %, əmlak şəklində, Türkiyə Respublikasının vətəndaşı Alkazak Oğuzhan 5000 manat, 5 pay 2%, əmlak şəklində, Türkiyə Respublikasının vətəndaşı X2 5000 manat, 5 pay, 2 % əmlak şəklində. Nizamnaməyə edilmiş dəyişikliyin 4.2-ci maddəsindən görünür ki, Firmanın nizamnamə kapitalı 250.000 manat həcmindədir, hər biri 1000 manat olmaqla 250 paydan ibarətdir və təsisçilərin nizamnamə kapitalındakı payları aşağıdakı kimidir: Türkiyə Respublikasının vətəndaşı İddiaçı 62500 manat, 62,5 pay, 25 %, əmlak şəklində, Türkiyə Respublikasının vətəndaşı Parmaksızoğlu Alaaddin 177500 manat, 177,5 pay, 71 %, əmlak şəklində, Türkiyə Respublikasının vətəndaşı Alkazak Oğuzhan 5000 manat, 5 pay 2%, əmlak şəklində, Türkiyə Respublikasının vətəndaşı X2 5000 manat, 5 pay, 2 % əmlak şəklində. 27 noyabr 2015-ci il tarixli Cavabdeh Firmasının təsisçilərinin ümumi yığıncağının 1 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Bakı şəhərində qurulan Cavabdeh Firmasının Abşeron rayonu, Masazır Qəsəbəsindəki xüsusi mülkiyyətində olan 0,60 ha torpaq sahəsinin 500 m2 Muammer oğlu xx.xx.1981 Bayram Yazara verilməsinə, 500 m2 Kenan oğlu xx.xx.1980 X1 verilməsinə, 500 m2 Bəyzar oğlu xx.xx.1975 Yusif Abazarova verilməsinə, 500 m2 Cihangir oğlu xx.xx.1974 Oğuzhan Alkazaka verilməsinə, 500 m2 Muhlis oğlu xx.xx.1957 Turan Gençe verilməsinə, 500 m2 Rıza oğlu xx.xx.1964 Alaaddin Parmaksız oğluna verilməsinə, qeydiyyatda şirkətin haqq sahiblərinin paylarına baxmayaraq yuxarıdakı paylaşdırmaya əsasən pay edilməsinə, həmin torpaq üzərində torpaqla bağlı olaraq alınacaq qərarlarda çoxluğun verəcəyi qərara tabe olunmasına, həmin torpaqla bağlı xərclərin hissələrə uyğun payçılar tərəfindən ödənilməsinə qərar verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş "xxxx" Firmasının təsisçilərinin ümumi yığıncağının keçirilməsinə dair bildirişdən görünür ki, təsisçi Turan Gəncin müraciətinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 95 və 96-cı maddələrinin tələbləri nəzərə alınmaqla T.Gəncin firmanın təsisçiliyindən çıxarılması ilə əlaqədar məsələnin müzakirə edilməsi üçün "xxxx" firmasının təsisçilərinin/iştirakçılarının Ümumi yığınçağının çağrılması məqsədəmüvafiq hesab edilmiş, ümumi yığıncağın keçirilmə vaxtı xx.xx.2022-ci il saat 11:00-a təyin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********93 nömrəli məktubdan görünür ki, Cavabdeh Firmasının adına Abşeron rayonu, Masazır kəndində 0,6 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətdədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13 iyul 2022-ci il tarixli 9/4861 nömrəli əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi barədə ekspert vəsatətindən görünür ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən e-2-2(113)-132/2022 nömrəli mülki iş üzrə xx.xx.2022-ci il tarixdə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının aparılması üçün Cavabdeh firmasının balansı, illik balans hesabatları, aktivləri barədə məlumat, kapital qoyuluşları barədə məlumat və sənədlər, aktivlərin alınmasına dair sənədlər, müəssisənin fəaliyyət dövründə illik gəlirlərininin əldə edilməsinə dair mühasibat sənədləri (xərclər də daxil olmaqla), yoxlama aktları və s.; Cavabdeh firmasının balansında olan aktivlərin hazırkı bazar qiymətinin müəyyən edilməsi barədə mütəxəssis rəyi”nin təqdim edilməsi xahiş olunmuşdur. Azırbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 693 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə verilmiş ekpert vəsatəti təmin edilmədiyindən mülki iş materialları xx.xx.2022-ci il tarixdə rəy verilmədən geri qaytarılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 29 avqust 2022-ci il tarixli 9/4861 nömrəli məlumatdan görünür ki, məhkəmə-mühasibat eksperti qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə materialların təqdim olunması barədə məhkəməyə xx.xx.2022-ci il tarixli vəsatət göndərilmişdir. Lakin həmin vəsatət təmin edilməmişdir. Odur ki, ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********262900 nömrəli qərardadın icra edilməsi barədə məlumatdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 31 may 2022-ci il tarixli e-2-2(113)-132/2022 saylı qərardadının icrası ilə bağlı qanunamüvafiq tədbirlər görülmüşdür. Qərardadda qeyd olunan sənədlər məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 18 mart 2022-ci il tarixli 9/1769 nömrəli əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi barədə ekspert vəsatətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixdə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertiazasının aparılması üçün Cavabdeh firmasının balansı, illik balans hesabatlar, aktivləri barədə məlumat, kapital qoyuluşları barədə məlumat və sənədlər, aktivlərin alınmasına dair sənədlər, müəssisənin fəaliyyət dövründə illik gəlirlərinin əldə edilməsinə dair mühasibat sənədləri (xərclər də daxil olmaqla) yoxlama aktları, qərarlar,əmrlər, çıxarışlar və s.” materialların təqdim olunması xahiş olunmuşdur. Azərbaycan Respublikasının Ədəliyyə Nazirliyi Məhkəmə Eksperiza Mərkəzi tərəfindən verilmiş 17 may 2022-ci il tarixli 9/1769 nömrəli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, ekspert qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə materialların təqdim olunması barədə məhkəməyə xx.xx.2022-ci il tarixli vəsatət göndərilmiş, lakin həmin vəsatət təmin edilməmişdir. Odur ki, ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız gergi qaytarılmışdır. Hüquqi dəyərləndirmə: Belə ki, materiallardan görünür ki, iddiaçı cavabdeh Firmada 25 % paya sahibdir, iddia tələbləri iki hissədən ibarətdir: MMC-dən çıxarılma; iddiaçının çıxdığı məqama cavabdehin əmlakının müəyyən edilməsi və həmin əmlakın 25%-inin iddiaçının mülkiyyətinə dərhal naturada verilməsi, bu mümkün olmasa dəyərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması. Məhkəmə iddia tələbinin birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Kommersiya qurumlarının X3 reyestrinə daxil edilmiş məlumatlarına əsasən cavabdeh Firmanın təşkilati hüquqi forması “digər kommersiya təşkilatıdır”. Məhkəmə mülki qanunvericiliyin məhdud məsuliyyətli cəmiyyətinə aid müddəalarını analogiya əsasında hazırkı işə tətbiq edilməsini mümkün hesab edir. Belə ki, cavabdehin Nizamnaməsinin 3.6-cı bəndinə əsasən təsisçi müəssisəsinin öhdəliklərinə görə ancaq Nizamnamə fonduna qoyduğu pay həcmində məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. 90.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. 95-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər. Göründüyü kimi, məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxmaq hüququna malik olduğundan iddia tələbi iddiaçının cavabdeh Firmadan çıxarılma hissəsində əsaslı olduğundan təmin edilməlidir. Belə ki, materiallardan görünür ki, iddiaçı cavabdehə həmin tələbin təmin edilməsi məqsədilə bir neçə dəfə müraciət etməsinə baxmayaraq iddiaçının həmin tələbi cavabdeh tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iddia tələbinin ikinci hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 96.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir. 96.2-ci maddəsinə əsasən əgər məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalına maya kimi əmlakdan istifadə hüququ verilmişdirsə, müvafiq əmlak cəmiyyətdən çıxan iştirakçıya qaytarılır. Həmin əmlakın normal aşınma nəticəsində dəyərinin azalmasının əvəzi ödənilmir. Cəmiyyətin əmlakının Firmadan çıxan iddiaçıya düşən hissəsi və ya onun dəyərinin müəyyən edilməsi üçün iştirakçının çıxdığı məqamda cavabdehin əmlakının balans dəyərinin müəyyənləşdirilməsi xüsusi bilik tələb etdiyindən, balans dəyərinin məhkəmə tərəfindən digər vasitə ilə müəyyənləşdirilməsi mümkün olmadığından Məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəməyə göndərdiyi vəsatətlərində tələb edilən sənədlər, məlumatlar iddiaçının vəsatəti əsasında Azərbaycan Respublikası Dövlət Vergi Xidmətindən əldə edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə təqdim edilmiş, lakin məhkəmənin ekspert qarşısında qoyduğu məsələlər üzrə rəy verilməsindən imtina edilmiş, səbəbinin müəyyən edilməsi üçün ekspertin məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq hazırkı iş üzrə rəy verilmədiyindən ekspertin məhkəmə iclasında iştirakının təmin edilməsindən imtina olunmuşdur. Bu səbəbdən cavabdehin mülkiyyətində olan əmlakın hazırkı vaxta balans (həqiqi) dəyərinin, habelə iddiaçının cavabdehin nizamnamə kapitalında olan payının hazırkı vaxta olan həqiqi qiymətinin müəyyənləşdirilməsi mümkün olmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi iddiaçının çıxdığı məqama cavabdehin əmlakının müəyyən edilməsi və həmin əmlakın 25%-inin iddiaçının mülkiyyətinə dərhal naturada verilməsi, bu mümkün olmasa dəyərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının cavabdeh Firmadan çıxma tələbi təmin edilməli, iddiaçı cavabdeh Firmadan çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Materiallardan göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2021-ci il tarixli 2021-001812 nömrəli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat mediasiya xərci və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçıin Cavabdeh Firmasından çıxma tələbi təmin edilsin və İddiaçı Cavabdeh Firmasından çıxarılsın. Ödənilmiş 230 (iki yüz otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh Firmasından tutularaq İddiaçıə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-132/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-132/2022
21.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver