Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-132/2024 18.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 14881,34 manat əsas borc, 1278,33 manat faiz borcu, 332,18 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 16491,85 manat borcun və 200 manat dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh3 ilə xx.xx.2021-ci il tarixdə kredit limitinin ayrılmasına dair müqavilə bağlanmışdır. Həmçinin xx.xx.2021- ci il tarixdə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh3 xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 22 faizlə 24 ay müddətinə 25000 manat kredit götürmüşdür. xx.xx.2021-ci il tarixli Kredit Limitinin ayrılmasına dair müqaviləyə xx.xx.2021ci il tarixli Əlavə Sazişə əsasən Cavabdeh2 ikinci zamin kimi qəbul edilmiş və Cavabdeh2 ilə 26 oktyabr 2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 2023-cü il martın 24-dək Cavabdeh3 banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 14881,34 manat əsas borcu, 1278,33 manat faiz borcu, 332,18 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 16491,85 manat borcu vardır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmənin elektron sisteminə ərizə yükləyərək onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında faiz və cərimə borcu ilə razı olmadığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrin üzürlü səbəbləri barədə məlumat verməmişlər. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli 11-MZ-1-0-191-21 saylı kredit müqaviləsinin ayrılmasın adair müqaviləədn görünür ki, Cavabdeh3 İddiaçı ASC-dən 30 faizlə 120 ay müddətinə 100000 manat kredit götürmüşdür. xx.xx.2021-ci il tarixli 11-MZ-1-0-191-21 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh3 xx.xx.2021-ci il tarixli 11-MZ/10635/21 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin olaraq öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli Z/10635/21 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh3 İddiaçı ASC qarşısında öz öhdəliklərini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zamin olaraq öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli kreditin verilməsinə dair razılaşmadan görünür ki, Cavabdeh3 İddiaçı ASC-dən aylıq 1,83 faizlə 24 ay müddətinə 25000 manat kredit götürmüşdür. xx.xx.2023-cü il tarixli İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunan maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borc üzrə 14881,34 manat, faiz borc üzrə 1278,33 manat, cərimə borc üzrə 332,18 manat borcu var. xx.xx.2023-cü il tarixli 9/6474 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 11-MZ-1-0-191-21/2 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə əsas borcu 15505,44 manat, faiz borcu 653,81 manat, xx.xx.2023-cü il tarixə əsas borcu 15505,44 manat, faiz borcu 1236,65 manat müəyyən olunur. Tədqiqatın dəyəri 200 manatdır. xx.xx.2023-cü il tarixli 00775 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 9 saylı mediasiya təşkilatına 200 manat məbləğində pul ödəyib. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386.1 və 467-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İV.Məhkəmənin gəldiyi nəticə İş materiallarından da göründüyü kimi iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan öhdəliklərini yerinə yetirməyərək borcu ödəməmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir, belə ki, 26 oktyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc 14881,34 manat məbləğində, faiz borcu ekspert rəyində müəyyən edilmiş 653,81 manat məbləğində, həmçinin mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə 332,18 manat məbləğində cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 264,85 manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə xx.xx.2023-cü il tarixdə müraciət etsə də, Cavabdeh3 ilə “Yelo Bank" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borc xx.xx.2023-cü il tarixdək (maliyyə arayışın tərtib edildiyi tarix) olan dövr üçün hesablanmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 24 fevral 2023-cü il tarixə yaranmış 14881,34 manat əsas borc, 653,81 manat faiz borcu və 264,85 manat cərimə borcu olmaqla cəmi 15800 manat borc, həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia tələbinin 95,8%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, 200 manat ekspertiza xərcinin 191,60 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada, 8,40 manatı isə İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 24 fevral 2023-cü il tarixə yaranmış 14881,34 manat əsas borc, 653,81 manat faiz borcu və 264,85 manat cərimə borcu olmaqla cəmi 15800 manat borc, həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərcinin 191,60 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada, 8,40 manatı isə İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-132/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-132/2024
18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver