Məhkəmə qərarları › İş №e-2-2(113)-1323/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1323/2021

15.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1323/2021 15.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, X1 ilə, tərəflərin iştirakı olmadan, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “X3” MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin açıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh “X3” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 133.398,78 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 26.430,62 manat və İşsizlikdən sığorta fonduna ödənilməmiş 379,84 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 138.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmənin iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə baxış iclasını tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, hazırkı işdən başqa Bakı Kommersiya Məhkəməsinin icraatında iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “X3” MMC-yə qarşı siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair e- 2-2(113)-1296/2021 saylı kommersiya mübahisəsi vardır. 43.1 və 43.2-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, hazırkı iş və Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1296/2021 saylı iş eyni tərəflərin iştirak etdiyi eyni növlü işlər olduğundan həmin işlərə birgə baxılması ədalət mühakiməsinin düzgün və ağlabatan müddətə həyata keçirilməsi baxımından məqsədəmüvafiqdir. Belə olan halda hazırkı iş iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh «X3» MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair e-2-2(113)- 1296/2021 saylı işə birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “X3” MMC-yə MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair e-2-2(113)-1323/2021 saylı iş iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “X3” MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iş e-2-2(113)-1296/2021 saylı kommersiya mübahisəsinə dair işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Leyla Əliyeva İş № e-2-2(113)-555/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, X1 ilə, tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh «xxxx» MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair kommersiya mübahisəsinə xx xxxxxx 2021ci il tarixdə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında məhkəmənin açıq iclasında baxılır. Məhkəmə iclası saat 16:55-də açılır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 178-ci maddəsinə əsasən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə yerində müşavirə edib qərara alır: Məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsi mümkün hesab edilsin. Məhkəmə müşavirə otağına gedir. Məhkəmə müşavirə otağında iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh «xxxx» MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair e-2-2(113)-555/2021 saylı işin iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh «xxxx» MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iş e-2-2(113)-386/2021 saylı mülki işlə bir icraatda birləşdirilməsi barədə qərardadı qəbul edir. Məhkəmə iclası saat 17:05-də bağlı elan olunur. Məhkəmə iclas protokolu xx xxxxxx 2021-ci il tarixdə tərtib edilmiş və imzalanmışdır. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar