Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1324/2024 03.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: icarə müqaviləsi üzrə pul tələbi; qarışıq müqavilə; maddi zərərin əvəzinin ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı icarə müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Nikah haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci ildə Kərimov X8 Günay Mais qızı ilə rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir.
2. İddiaçı (icarəyə verən) ilə Cavabdeh MMC (icarədar) arasında 03 dekabr 2022-ci il tarixli 01 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən icarəyəverən, qanuni əsaslarla ona məxsus olan və mülki etibarnamə əsasında icarəyə vermək, alqı-satqı etmək hüququ olan minik nəqliyyat vasitələrini (mülki etibarnamə əsasında (reyestr № 7E-13269) Dövlət qeydiyyat nişanı **- TY-***; Ban № JTDKB20U887744658, mülki etibarnamə əsasında (reyestr № 7E-13269) Dövlət qeydiyyat nişanı **-DJ-***; Ban № JTDKB20UX73273165, Dövlət qeydiyyat nişanı **-BJ-***; Ban № JTDKB20U373208903, Dövlət qeydiyyat nişanı **-TA-***; Ban № JTDKB20U287696865, (reyestr № 7E-13269) Dövlət qeydiyyat nişanı **-UV-***; Ban № JTDKB20U987733796, (reyestr № 7E-13269) Dövlət qeydiyyat nişanı **-OJ-***; Ban № JTDKB20U9********) (sonradan «Nəqliyyat vasitəsi» adlandırılır) icarəçiyə alqı-satqı ilə sonlanan icarəyə verir. İcarə müddəti (36 ay) bitdikdən sonra avtomobil icarəyəverən və icarəçi arasında alqı-satqı müqaviləsi imzalanır və «Nəqliyyat vasitələri» icarəçiyə təhvil verilir. Müqavilə qüvvəyə mindiyi gündən icarəçi nəqliyyat vasitəsi üzərində qismən mülkiyyət sahibi hesab olunur. Müqavilə müddəti bitdikdən və tərəflər öhdəliklərini tam icra etdikdən sonra nəqliyyat vasitəsinin tam mülkiyyət hüququ İcarəçiyə keçir. 2.1.2-ci bəndinə əsasən nəqliyyat vasitəsinin icarəsinə görə nəzərdə tutulan icarə haqqını bu Müqavilədə qeyd edilən müddətdə və məbləğdə ödəmək icarəçinin vəzifəsidir. 2.2.8-ci bəndinə əsasən icarəyə verən yalnız aylıq ödənişlərin gecikməsi səbəbilə icarə müqaviləsinə xitam vermək hüququna malikdir. Gecikmə halı keçərli olması üçün gecikmə müddətinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq qaydalarına uyğun olaraq ən az 15 iş günü olması lazımdır. 2.2.9-cu bəndinə əsasən icarəyəverən müqaviləyə xitam vermək üçün ən az 15 iş günü öncədən yazılı bildirişlə icarəçiyə bu barədə məlumat verməlidir. Əks halda İcarəçi məlumatı aldığı tarixdən 15 iş günü müddətində icarəyə götürdüyü Nəqliyyat vasitəsini ödənişsiz əsaslarla istismar etmək hüququna malikdir. 2.2.11-ci maddəsinə görə icarəçi icarəyəverənin ona təqdim etdiyi etibarnamədə qeyd edilən alqı-satı, pavermə, bağışlama hüquqlarından icarəyəverəni məlmatlandırmaq və ya şifahi və ya yazılı razılaşma əldə etdikdən sonra istifadə edəcəyinə zamin durur. Əks halda icaərəçi bu öhdəliyinin icra edilməməsinə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunivericiliyinə əsasən məsuliyyət daşıyır. 3.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən icarəçi icarəyə götürdüyü hər nəqliyyat vasitəsi üçün icarəyəverənə 750 manat ödəyir. 3.2-ci bəndinə əsasən ödəniş istismar müddəti başladığı tarixdən etibarən ayda bir dəfə olmaqla, növbəti ayın ilk 5 iş günü ərzində bütöv şəkildə nağd və ya köçürmə yolu ilə ödənilir. 3.1-ci bəndinə əsasən bu Müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərətə vurduğu maddi və mənəvi zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. 3.2-ci bəndinə əsasən bu Müqavilə üzrə müəyyən olunmuş vəzifələrinin icra müddəti “İcarəçi” tərəfindən gecikdirildiyi halda, o, hər gecikdirilən gün üçün vaxtında ödənilməyən məbləğin 1%-i həcmində icarəyəverənə cərimə ödəyir. 6.1-ci bəndinə əsasən bu Müqavilə Tərəflərin imza və möhürü ilə təsdiq edildiyi tarixdən etibarən qüvvəyə minir və 36 (otuz altı) ay müddətində qüvvədə qalır. Müqavilə hər iki tərəfin imzası və icarəçinin möhürü ilə təsdiq edilmişdir.
3. İddiaçı (sahibkar) ilə Cavabdeh MMC (sığortaçı) arasında 05 dekabr 2022-ci il tarixli 02 nömrəli icarə əsaslı sığorta müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən sahibkar, qanuni əsaslarla ona məxsus olan minik nəqliyyat vasitələrini (mülki etibarnamə əsasında (reyestr № 7E-13269) Dövlət qeydiyyat nişanı **- TY-***; Ban № JTDKB20U887744658, mülki etibarnamə əsasında (reyestr № 7E-13269) Dövlət qeydiyyat nişanı **-DJ-***; Ban № JTDKB20UX73273165, Dövlət qeydiyyat nişanı **-BJ-***; Ban № JTDKB20U373208903, Dövlət qeydiyyat nişanı **-TA-***; Ban № JTDKB20U287696865, (reyestr № 7E-13269) Dövlət qeydiyyat nişanı **-UV-***; Ban № JTDKB20U987733796, (reyestr № 7E-13269) Dövlət qeydiyyat nişanı **-OJ-***; Ban № JTDKB20U9********), Sığortaçı ilə bağladığı bu müqavilə əsasında sığortalayır. Sığortaçı həmin Nəqliyyat vasitəsini bu müqavilənin qüvvədə olduğu müddətdə (36 ay) şirkətdaxili sığortalayır. Sığorta şərtləri bu müqavilənin 2-ci bölməsində əks olunur. 2.1-ci bəndinə əsasən sığortaçının öhdəliləri aşağıdakılardır: 2.1.5. Sığortaçı istismar zamanı baş vermiş və nəqliyyat vasitəsinə birbaşa təsir göstərən, yararsız vəziyyətinə salan və ya tamamilə məhv olması ilə nəicələnən istənilən hadisə zamanı sahibkar qarşısında tam məsuliyyət(avtomobilin mövcud bazar dəyərində hesablamalar əsasında – 12.500 manat) daşıyır. 2.2-ci bəndinə əsasən sahibkarın öhdəlikləri aşağıdakılardır: 2.2.1. Bu Müqavilənin 1.1. bəndində qeyd edilmiş nəqliyyat vasitəsini «5» dekabr 2022 tarixdə Sığortaçıya təhvil vermək. 2.2.2. Bu müqavilə üzrə tələb olunan sığorta məbləğini öncədən tam şəkildə ödəmək. 3.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən Sahibkar hər Nəqliyyat vasitəsi üçün Sığortaçıya 821 manat ödəyir. 3.2-ci bəndinə əsasən ödəniş müqavilə müddəti başladığı tarixdən etibarən bir dəfə olmaqla, nağd və ya köçürmə yolu ilə ödənilir. 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. 3.2-ci bəndinə əsasən bu Müqavilə üzrə müəyyən olunmuş vəzifələrinin icra müddəti “Sığortaçı” tərəfindən gecikdirildiyi halda, o, hər gecikdirilən gün üçün vaxtında ödənilməyən məbləğin 1 %-i həcmində Sahibkara cərimə ödəyir. 6.1-ci bəndinə əsasən bu Müqavilə Tərəflərin imza və möhürü ilə təsdiq edildiyi tarixdən etibarən qüvvəyə minir və 36 ay müddətində qüvvədə qalır. Müqavilə hər iki tərəfin imzası və icarəçinin möhürü ilə təsdiq edilmişdir.
4. 26.11.2021-ci il tarixli BB seriyalı 171656 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-DJ-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X28 olmuşdur.
5. 09.06.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı - X28 **-DJ-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsini alıcı - X20 8000 manata satmışdır.
6. 09.06.2022-ci il tarixli BA seriyalı 186116 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-DJ-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X29 olmuşdur.
7. “Elektron notariat” X1 çıxarışdan görünür ki, **-DJ-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X29, etibar edən İddiaçı sözügedən nəqliyyat vasitəsinə dair sərəncam vermək (bağışlamaq, satmaq və s.) hüququnu xx.xx.2023-cü ilədək Cavabdeh MMC-yə etibar etmişdir.
8. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən **-DJ-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X29 (etibarnamə ilə onun adından Cavabdeh MMC (adından Qanuni nümayəndə) sözügedən nəqliyyat vasitəsi barəsində sərəncam vermək (bağışlamaq, satmaq və s.) səlahiyyətlərini xx.xx.2023-cü ilədək X16 vermişdir. (Qeyd: xx.xx.2022-ci il tarixli etibarnaməyə xx.xx.2023-cü ildə xitam verilib).
9. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı - X29 (onun adından etibarnamə ilə müqaviləni Ağayev imzalamaqla) **-DJ-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsini alıcı - X4 12.750 manata satmışdır.
10. xx.xx.2023-cü il tarixli BB seriyalı 354022 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-DJ-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X9 olmuşdur.
11. 15.04.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı - X9 **-DJ-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsini alıcı – X5 6000 manata satmışdır.
12. 29.10.2021-ci il tarixli BB seriyalı 158008 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-OJ-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X12muşdur.
13. 31.05.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı - X21 **-OJ-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsini alıcı - X20 11.500 manata satmışdır.
14. 31.05.2022-ci il tarixli BA seriyalı 183553 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-OJ-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X29 olmuşdur.
15. “Elektron notariat” X1 çıxarışdan görünür ki, **-OJ-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X29, etibar edən İddiaçı sözügedən nəqliyyat vasitəsinə dair sərəncam vermək (bağışlamaq, satmaq və s.) hüququnu xx.xx.2023-cü ilədək Cavabdeh MMC-yə etibar etmişdir.
16. “Elektron notariat” X1 çıxarışdan görünür ki, **-OJ-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X29, etibar edən Cavabdeh MMC sözügedən nəqliyyat vasitəsinə dair sərəncam vermək (bağışlamaq, satmaq və s.) hüququnu xx.xx.2023-cü ilədək X6 etibar etmişdir.
17. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən **-OJ-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X29 (etibarnamə ilə onun adından X13) sözügedən nəqliyyat vasitəsi barəsində sərəncam vermək (bağışlamaq, satmaq və s.) səlahiyyətlərini xx.xx.2023-cü ilədək X14 vermişdir. (Qeyd: xx.xx.2023-cü il tarixli etibarnaməyə xx.xx.2023-cü ildə qüvvədən düşüb).
18. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı - X29 (onun adından etibarnamə ilə müqaviləni Mürsəlov imzalamaqla) **-OJ-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsini alıcı – X17 13.000 manata satmışdır.
19. xx.xx.2023-cü il tarixli BA seriyalı 257771 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-OJ-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X23 olmuşdur.
20. 25.09.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı - X23 **-OJ-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsini alıcı – X7 9000 manata satmışdır.
21. 14.03.2022-ci il tarixli BA seriyalı 164687 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-UV-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X24 olmuşdur.
22. 13.06.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı - X24 **-UV-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsini alıcı - X20 11.500 manata satmışdır.
23. 13.06.2022-ci il tarixli BA seriyalı 186903 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-UV-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X29 olmuşdur.
24. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən **-UV-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X29 (etibarnamə ilə onun adından Cavabdeh MMC (adından Qanuni nümayəndə)) sözügedən nəqliyyat vasitəsi barəsində sərəncam vermək (bağışlamaq, satmaq və s.) səlahiyyətlərini xx.xx.2023-cü ilədək X16 vermişdir. (Qeyd: xx.xx.2023-cü il tarixli etibarnaməyə xx.xx.2023-cü ildə xitam verilib).
25. “Elektron notariat” X1 çıxarışdan görünür ki, **-UV-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X29, etibar edən Cavabdeh MMC sözügedən nəqliyyat vasitəsinə dair sərəncam vermək (bağışlamaq, satmaq və s.) hüququnu xx.xx.2023-cü ilədək X16 etibar etmişdir.
26. 25.02.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı - X29 (onun adından etibarnamə ilə müqaviləni Ağayev imzalamaqla) **-UV-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsini alıcı – X17 12.500 manata satmışdır.
27. 05.03.2021-ci il tarixli AE seriyalı 009789 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-TY-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X30 olmuşdur.
28. 20.05.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı - X30 **-TY-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsini alıcı - X20 11.700 manata satmışdır.
29. 20.05.2022-ci il tarixli BA seriyalı 181051 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-TY-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X29 olmuşdur.
30. “Elektron notariat” X1 çıxarışdan görünür ki, **-TY-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X29, etibar edən İddiaçı sözügedən nəqliyyat vasitəsinə dair sərəncam vermək (bağışlamaq, satmaq və s.) hüququnu xx.xx.2023-cü ilədək Cavabdeh MMC-yə etibar etmişdir.
31. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən **-TY-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X29 (etibarnamə ilə onun adından Cavabdeh MMC (adından Qanuni nümayəndə)) sözügedən nəqliyyat vasitəsi barəsində sərəncam vermək (bağışlamaq, satmaq və s.) səlahiyyətlərini xx.xx.2023-cü ilədək X16 vermişdir. (Qeyd: xx.xx.2023-cü il tarixli etibarnamə xx.xx.2023-cü ildə qüvvədən düşüb).
32. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı - X29 (onun adından etibarnamə ilə müqaviləni Ağayev imzalamaqla) **-TY-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsini alıcı – X4 12.750 manata satmışdır.
33. xx.xx.2023-cü il tarixli BB seriyalı 354023 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-TY-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X9 olmuşdur.
34. 11.04.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı - X9 **-TY-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsini alıcı X10 10.500 manata satmışdır.
35. 16.05.2021-ci il tarixli AE seriyalı 106528 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-TA-*** dövlət qeydiyyat nişanlı Toyota Prius minik markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı olmuşdur.
36. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən **-TA-*** dövlət qeydiyyat nişanlı Toyota Prius minik markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı (etibarnamə ilə onun adından Cavabdeh MMC (adından Qanuni nümayəndə) sözügedən nəqliyyat vasitəsi barəsində sərəncam vermək (bağışlamaq, satmaq və s.) səlahiyyətlərini xx.xx.2023-cü ilədək X16 vermişdir. (Qeyd: xx.xx.2022-ci il tarixli etibarnamə xx.xx.2023-cü ildə qüvvədən düşüb).
37. “Elektron notariat” X1 çıxarışdan görünür ki, **-TA-*** dövlət qeydiyyat nişanlı Toyota Prius minik markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı sözügedən nəqliyyat vasitəsinə dair sərəncam vermək (bağışlamaq, satmaq və s.) hüququnu xx.xx.2023-cü ilədək Cavabdeh MMC-yə etibar etmişdir.
38. 17.12.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı - İddiaçı (onun adından etibarnamə ilə müqaviləni Ağayev imzalamaqla) **-TA-*** dövlət qeydiyyat nişanlı Toyota Prius minik markalı nəqliyyat vasitəsini alıcı – X18 12.800 manata satmışdır.
39. 17.12.2022-ci il tarixli BA seriyalı 238575 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-TA-*** dövlət qeydiyyat nişanlı Toyota Prius minik markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X25 olmuşdur.
40. 29.03.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı - X25 (onun adından etibarnamə ilə müqaviləni Laişov imzalamaqla) **-TA-*** dövlət qeydiyyat nişanlı Toyota Prius minik markalı nəqliyyat vasitəsini alıcı – X15 11.000 manata satmışdır.
41. 11.11.2021-ci il tarixli BB seriyalı 163570 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-BJ-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı olmuşdur.
42. “Elektron notariat” X1 çıxarışdan görünür ki, **-BJ-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı sözügedən nəqliyyat vasitəsinə dair sərəncam vermək (bağışlamaq, satmaq və s.) hüququnu xx.xx.2023-cü ilədək Cavabdeh MMC-yə etibar etmişdir.
43. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən **-BJ-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı (etibarnamə ilə onun adından Cavabdeh MMC (adından Qanuni nümayəndə) sözügedən nəqliyyat vasitəsi barəsində sərəncam vermək (bağışlamaq, satmaq və s.) səlahiyyətlərini xx.xx.2023-cü ilədək X16 vermişdir. (Qeyd: xx.xx.2022-ci il tarixli etibarnamə xx.xx.2023-cü ildə qüvvədən düşüb).
44. “Elektron notariat” X1 çıxarışdan görünür ki, **-BJ-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı, etibar edən Cavabdeh MMC sözügedən nəqliyyat vasitəsinə dair sərəncam vermək (bağışlamaq, satmaq və s.) hüququnu xx.xx.2023-cü ilədək X16 etibar etmişdir.
45. 28.01.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı - İddiaçı (onun adından etibarnamə ilə müqaviləni Ağayev imzalamaqla) **-BJ-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsini alıcı – X18 12.800 manata satmışdır.
46. 28.01.2023-cü il tarixli BA seriyalı 240429 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-BJ-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X25 olmuşdur.
47. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən **-BJ-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X2 nəqliyyat vasitəsi barəsində sərəncam vermək (bağışlamaq, satmaq və s.) səlahiyyətlərini xx.xx.2023-cü ilədək X3 vermişdir. (Qeyd: xx.xx.2023-cü il tarixli etibarnamə xx.xx.2023-cü ildə qüvvədən düşüb)
48. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı - X25 (onun adından etibarnamə ilə müqaviləni Məmmədov imzalamaqla) **-BJ-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı nəqliyyat vasitəsini alıcı – X3 12.000 manata satmışdır.
49. İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ünvanlanaraq pul ödənilməsi öhdəliyini 3 gün ərzində yerinə yetirilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
50. 20.05.2024-cü il tarixdə İddiaçı Cavabdeh MMC-yə bildiriş ünvanlayaraq öhdəliklərin pozulması əsası ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləni birtərəfli ləğv etdiyini bildirmişdir. İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
51. İddiaçı Cavabdeh MMC-yə qarşı icarə müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən iddiaçın məhrum edildiyi 6 nəqliyyat vasitəsinin əvəzi olaraq hər maşın üçün 12.500 manat olmaqla ümumilikdə 75.000 manat pul vəsaitinin, özgəsinin əmlakından qanunsuz istifadəyə və şəxsi mülkiyyətindən məhrumetmə faktına görə 5.000 manat, ödənilməyən icarə haqqına görə 35.538 manat,eləcə də mənəvi ziyan olaraq 5.000 manat, həmçinin pozuntuya görə 9.450 manat dəbbə pulunun məhkəmə üçün ödənilmiş rüsumun və vəkil üçün ödənilmiş 1.000 manatın cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
52. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı oğlu ilə Cavabdeh MMC arasında 03 dekabr 2022-ci ildə icarə müqaviləsi bağlanıb. Müqavilənin predmetinə görə, iddiaçı 6 nəqliyyat vasitəsini cavabdehin istifadəsinə verir, cavabdeh isə hər bir avtomobilə görə aylıq 750 manat icarə haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.1-ci bəndində qeyd edilir ki, icarə müddəti olan 36 ay bitdikdən sonra icarəyəverən və icarəçi arasında alğısatqı müqaviləsi imzalanır və nəqliyyat vasitələri icarəçiyə təhvil verilir. İddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra edərək maşınları cavabdehin istifadəsinə verib və ona etibarnamə verib. Cavabdeh ilk bir neçə ay ərzində müqavilə üzrə öhdəliklərini yerinə yetirib aylıq icarə haqqını verib. Ümumilikdə cavabdeh iddiaçıya 13510 manat (3 ayın icarə haqqı-dekabr, yanvar, fevral) icarə haqqı ödəyib. İddiaçı ilə cavabdeh arasında olan anlaşmaya görə iddiaçı 6 nəqliyyat vasitəsi üçün kasko sığorta pulunu ödəməli idi və iddiaçı 4962 manat kasko sığorta üçün pul ödəyib və bu məbləği 4500 manat mart ayı üçün və 462 manat aprelayı üçün icarə pulundan çıxıb. Bundan sonra cavabdeh icarə haqqını verməyi dayandırıb. Hazırda ödənilməli olan icarə haqqı üçün məbləğ 35538 manat təşkil edir. İddiaçının əldə etdiyi məlumata əsasən onun mülkiyyətində olan avtomobillər başqa şəxslərin adına özəlləşdirilib. İddiaçı cavabdehlə məsələni həll etməyə çalışsa da nəticəsi olmayıb. İddiaçı 14 noyabr 2013-cü il tarixində cavabdehə pretenziya məktubu göndərərək cavabdehi müqavilə üzrə öhdəliyini yerinə yetirməyə və maşınların dəyərini ödəməyə çağırıb. İddiaçı mediasiya sessiyası üçün təklif göndərmiş ancaq cavabdeh 25 yanvar 2024-cü il tarixinə təyin edilmiş mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyətindən və onun faydalarından məhrum olub. Hər iki tərəf müqavilə üzrə öhdəliklərini müəyyən edərək, müqaviləni imzalayıblar. Müqavilə bağlandığı andan qüvvəyə minib və tərəflər üçün məcburi olub. İddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etdiyi halda, cavabdeh öz öhdəliyini yerinə yetirməyib və müqavilə şərtini pozub. Cavabdeh müqavilədə göstərilən avtomobilləri iddiaçının razılığı və xəbəri olmadan başqa şəxslərə satıb, həmçinin 2023-cü ilin may ayından etibarən icarə haqqını ödəməyib. Cavabdeh müqavilə tərəfi kimi hüquqlarından və imkanlarından sui-istifadə edərək iddiaçıya ziyan vurmaqla fayda əldə etməyə çalışıb. Cavabdeh mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozub.
53. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh MMC-dən iddiaçın məhrum edildiyi 6 nəqliyyat vasitəsinin əvəzi olaraq hər maşın üçün 12.500 manat olmaqla ümumilikdə 75.000 manat pul vəsaitinin, özgəsinin əmlakından qanunsuz istifadəyə və şəxsi mülkiyyətindən məhrumetmə faktına görə 5.000 manat, ödənilməyən icarə haqqına görə 58.038 manat, eləcə də mənəvi ziyan olaraq 5.000 manat, həmçinin pozuntuya görə 9.450 manat dəbbə pulunun, məhkəmə üçün ödənilmiş rüsumun və vəkil üçün ödənilmiş 1.000 manat cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
54. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının, Əsas İnsan Hüquqları və Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının (protokolunun), Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinə və Avropa Məhkəməsinin bir sıra işlər üzrə qəbul etmiş qərarlarına istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
55. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
56. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsində və tələbin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Vəkil məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, cavabdehə etibarnamə üzrə sərəncam hüququ da verilmişdir. 5000 manat məbləğini əldən çıxmış fayda olaraq tələb edirlər. İddiaçı cavabdehlə icarə müqaviləsi bağlayarkən X27 Kərimova verdiyi etibarnaməsi olmuşdur. Avtomobillər birgə nikah dövründə alınmışdır.
57. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, qeyd edilən avtomobillərin ikisi onun, dördü həyat yoldaşı Günay Kərimovanın mülkiyyətində idi. Etibarnamə şirkətin adına notarial qaydada verilib. Baş etibarnamənin verilməsinə səbəb sürücülərin taksi fəaliyyətinə görə yol vərəqəsinin yazılması olub. Cavabdeh tərəfindən cəmi üç ay ödəniş edilmişdir. Ödənişin edilməsi ilə bağlı dəfələrlə həm rəsmi, həm şifahi qaydada müraciət etmişdir. Müraciətində icarə haqqının ödənilməsini tələb etmişdir. Cavabdeh avtomobilin satılmasını etiraf edir.
58. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi iddia tələbi ilə qismən razıdır. Avtomobillərin 2 ədədi tərəfindən iddiaçıya məlumat verilmədən satılmış, bununla pozuntuya yol vermişdir. Digər avtomobillərin satılması barədə qarşı tərəf tam məlumatsız sayıla bilməz. Hər avtomobilə görə aylıq 750 manat məbləğ avtomobillərin müqavilə müddəti bitəndən onların mülkiyyətinə keçməsi şərti ilə formalaşıb. Avtomobilin dəyəri olaraq 12500 manat ödəməyə razıdılar. Amma icarə haqqı və digər tələblərdə mümkün qədər güzəşt edilməsini xahiş edir. İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
59. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
60. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ AR Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -390.4-ci maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. -398.3-cü maddəsinə görə əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 443.4-cü maddəsinə görə Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. - 443.7-ci maddəsinə görə Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -606.1-ci maddəsinə görə əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. - 606.4-cü maddəsinə görə alğı-satqı müqaviləsində alıcıya verilmiş əşyaya mülkiyyət hüququnun mal ödənilənədək satıcıda qaldığı nəzərdə tutulduqda alıcı mülkiyyət hüququ ona keçənədək əşyanı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya əşyanın təyinatından və xassələrindən ayrı qayda irəli gəlmirsə, özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
61. AR MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -113.2-ci maddəsinə görə iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
62. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
63. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına görə Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
64. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında 12 mart 2024-cü il tarixli Ali Məhkəmənin Plenumunun qərarının 3.6-ci bəndinə əsasən əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. V. MƏHKƏMƏNİN MÖVQEYİ
65. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
66. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında 03 dekabr 2022-ci il tarixli 01 nömrəli “icarə müqaviləsi” bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı mülkiyyət hüququ adına qeydiyyata alınmış Toyota Prius (Hibrid) markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı; Toyota Prius markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilləri, eləcə də mülkiyyət hüququ X19 adına qeydiyyata alınmış Toyota Prius (Hibrid) markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı; Toyota Prius (Hibrid) markalı, Toyota Prius (Hibrid) markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı;Toyota Prius (Hibrid) markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı;dövlət qeydiyyat nişanlı;Toyota Prius (Hibrid) markalı, Toyota Prius (Hibrid) markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilləri Cavabdeh MMC-nin istifadəsinə və sahibliyinə verilmişdir. Müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC İddiaçı 36 ay ərzində hər avtomobil üçün hər ay 750 manat məbləğində ödəniş etməli; müqavilə müddəti bitdikdən və sözügedən öhdəliklər tam icra edildikdən sonra isə alqı-satqı müqaviləsi rəsmiləşdirilərək avtomobillər Cavabdeh MMC-nin mülkiyyətinə keçməli idi.
67. Hazırda İddiaçı müqavilənin predmeti olan avtomobillərin 2022-ci ilin dekabr- 2023-cü ilin fevral ayları arasındakı dövrdə Cavabdeh MMC tərəfindən üçüncü şəxslərə satıldığını, nəticədə ona maddi zərər vurulduğunu əsas göstərərək real maddi zərərin əvəzi olaraq hər avtomobilə görə 12.500 manat olmaqla cəmi 75.000 manat, eləcə də əldən çıxmış faydanın əvəzi olaraq 5000 manat, mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pul vəsaitinin, eləcə də cavabdehin uzun müddət ərzində mübahisəli icarə müqaviləsi üzrə icarə haqqını ödəmədiyini əsas göstərərək icarə haqqı borcunun və icarə haqqının ödənilməsinin gecikdirilməsinə görə dəbbə pulun tutulmasını tələb edir.
68. Məhkəmə iddiaçı tərəfindən cavabdehə verilmiş avtomobillərin cavabdeh tərəfindən satılması nəticəsində dəymiş maddi zərərin (real zərər və əldən çıxmış fayda formalarında) və mənəvi zərərin tutulması tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələblərinə baxılarkən məhkəmə tərəfindən cavabdeh tərəfindən müqavilə öhdəliklərinin təqsirli pozuntusuna yol verilməsi, iddiaçıya zərər vurulması faktları, eləcə də iddiaçıya dəymiş zərərlə müqavilə öhdəliklərinin pozuntusu arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir.
69. Hazırkı halda cavabdehin qanuni təmsilçisi məhkəmədə verdiyi izahatında icarə müqaviləsi bağlandıqdan bir neçə ay sonra müqavilənin predmeti olan avtomobilləri tərəflərindən satıldığını etiraf etmişdir.
70. Odur ki, məhkəmə mübahisəli müqavilədə tərəflərin avtomobillər üzərində mülkiyyət hüququnun yalnız müqavilə müddəti bitdikdən və bütün öhdəliklər icra edildikdən sonra cavabdehə keçəcəyi barədə razılığa gəldiklərini, eləcə də müqavilənin şərtlərinə əsasən avtomobillərin cavabdeh tərəfindən etibarnamə əsasında satılmasına isə yalnız iddiaçının razılığı ilə yol verildiyini nəzərə alaraq mübahisəli avtomobillərin cavabdeh tərəfindən müqavilə müddəti ərzində iddiaçının məlumatı və razılığı olmadan satılmasını müqavilə öhdəliklərinin təqsirli pozuntusu kimi qiymətləndirir.
71. Bununla bağlı məhkəmə bəzi avtomobillərin satılması barədə iddiaçıya məlumat verməsinə dair cavabdehin dəlillərinə gəldikdə qeyd edilməlidir ki, cavabdeh avtomobillərin satılması barədə iddiaçıya məlumat verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, sözügedən dəlillər əsassızdır.
72. Məhkəmə tərəfindən müəyyən edilməli olan ikinci məsələyə - iddiaçıya maddi zərər vurulub-vurulmaması məsələsinə münasibətdə məhkəmə qeyd edir ki, müqavilənin predmeti olan 6 ədəd avtomobildən 2 ədədi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyatda olan avtomobillər olduğundan həmin avtomobillərin cavabdeh tərəfindən satılması nəticəsində iddiaçının mülkiyyətində olan əmlakdan məhrum edilməsi və belə olan iddiaçıya maddi zərər vurulması şübhə doğurmur.
73. Müqavilənin predmeti olmuş qalan 4 ədəd avtomobillərə gəldikdə qeyd edilməlidir ki, həmin avtomobillər müqavilə bağlanarkən iddiaçının arvadı X19 adına qeydiyyatda olmuşlar.
74. Bununla bağlı məhkəmə qeyd edir ki, X19 adına dövlət qeydiyyatına alınmış 4 ədəd avtomobil G.Kərimova tərəfindən alqı-satqı müqaviləsi əsasında iddiaçı ilə birgə nikah dövründə əldə edildiyindən və hazırkı halda ər-arvad arasında fərqli rejimin (müqavilə rejiminin) mövcudluğu müəyyən edilmədiyindən həmin avtomobillər ər-arvadın birgə mülkiyyəti hesab edilir. Odur ki, İddiaçı sözügedən 4 avtomobilin birgə mülkiyyətçisi olduğundan həmin avtomobillərin satılması nəticəsində dəymiş maddi zərərin əvəzini tələb etməyə dair subyektiv hüquqa malikdir.
75. Dəymiş real maddi zərərin məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında icarə müqaviləsindən 2 gün sonra bağlanmış “icarə əsaslı sığorta müqaviləsi” adlandırılmış müqavilədə tərəflər icarə müqaviləsinin predmeti olmuş avtomobillərin bazar dəyərinin 12.500 manat olması barədə razılaşmışlar. Digər tərəfdən iş materiallarına əlavə edilmiş avtomobillərin Cavabdeh MMC tərəfindən üçüncü şəxslərə satılmasına dair alqısatqı müqavilələrindən də həmin avtomobillərin orta hesabla həmin qiymətə satılması müəyyən edilir. Bundan əlavə cavabdehin qanuni təmsilçisi məhkəmədə verdiyi izahatında avtomobillərin satılması nəticəsində dəymiş zərərin əvəzi olaraq ödəniləcək pul məbləğinin avtomobilin hər birinin bazar dəyərinin 12.500 manat olması əsas götürülməklə müəyyən edilməsinə razı olduğunu bildirmişdir.
76. Odur ki, məhkəmə hesab edir ki, avtomobillərin satılması nəticəsində dəymiş real maddi zərərin əvəzinin ödənilməsi hissəsində iddia tam təmin edilməli, cavabdehdən hər avtomobilə görə 12.500 manat olmaqla cəmi 75.000 manat məbləğində pul vəsaiti tutulmalıdır.
77. Əldən çıxmış faydaya görə pulun tutulması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulması nəticəsində adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirdən məhrum olmasını sübuta yetirə bilməmişdir. Odur ki, həmin hissədə iddia rədd edilməlidir.
78. İddianın mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddiaçının qanunla qorunan hüquqlarının cavabdeh tərəfindən pozulması faktının məhkəmə tərəfindən təsdiq edilməsi və vurulmuş maddi zərərin əvəzi olaraq pulun tutulması yolu ilə iddiaçının pozulmuş hüquqlarının bərpa edilməsi sözügedən pozuntu nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin kompensasiya edilməsi üçün də yetərlidir. Odur ki, mənəvi zərərin kompensasiyası olaraq pulun tutulması tələbinə dair hissədə iddia rədd edilməlidir.
79. İddianın icarə haqqının tutulması hissəsinə münasibətdə qeyd edilməlidir ki, İddiaçı 2023-cü ilin aprel ayından 2024-cü ilin may ayınadək olan 13 aylıq müddət üçün mübahisəli müqavilədə hər avtomobil üçün 750 manat məbləğində müəyyənləşdirilmiş aylıq ödənişlərin, cəmi 58.038 manat məbləğində pulun icarə haqqı qismində cavabdehdən tutulmasını tələb edir.
80. Həmin tələblə bağlı məhkəmə qeyd etməyi zəruri sayır ki, mübahisəli müqavilədə nəzərdə tutulmuş aylıq ödənişlər “icarə haqqı” adlandırılsa da, mübahisəli müqavilə alqısatqı müqaviləsi ilə icarə müqaviləsinin ünsürlərini birləşdirən qarışıq tipli müqavilə olmaqla müqavilədə nəzərdə tutulmuş hər avtomobil üçün aylıq 750 manat məbləğində, 36 ay üçün cəmi 27.000 manat məbləğində ödənişlərə avtomobillərdən istifadəyə görə icarə haqqı ilə yanaşı mübahisəli avtomobillərin alqı-satqı qiyməti də daxil edilmişdir.
81. Odur ki, mübahisəli avtomobillərin bazar dəyərinin iddiaçıya dəymiş maddi zərərin kompensasiyası kimi cavabdehdən tutulmasının qət edildiyi hazırkı halda, müqavilə üzrə aylıq ödənişlərə daxil edilmiş avtomobillərin dəyərinin icarə haqqı adı altında cavabdehdən yenidən tutulması iddiaçının əsassız varlanmasına səbəb olacaqdır. Odur ki, cavabdehdən aylıq ödənişlərin yalnız avtomobillərdən istifadəyə görə haqq olan hissəsinin tutulması üçün əsaslar mövcuddur.
82. Müqavilənin şərtlərindən isə görünür ki, aylıq ödənişlərə daxil edilmiş icarə haqqı və avtomobillərin alqı-satqı qiyməti məbləğləri müqavilədə ayrı-ayrılıqda müəyyənləşdirilməmişdir. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 398.3-cü maddəsinin tələblərinə əsasən əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir.
83. Odur ki, məhkəmə Mülki Məcəllənin 398.3-cü maddəsinin tələblərini, eləcə də hazırkı qətnamə ilə müqavilənin predmeti olmuş avtomobillərin (1 ədədinin) bazar dəyərinin 12.500 manat məbləğində müəyyənləşdirildiyini və həmin avtomobillərdən məhrum etməyə görə kompensasiya olaraq məhz həmin məbləğin ödənilməsinin qət edildiyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, müqavilədə 36 aya bölünməklə hər avtomobil üçün ödənilməli olan 27.000 manat məbləğinin 12.500 manat hissəsi avtomobilin alqı-satqı qiymətini, qalan 14.500 hissəsi isə 36 aylıq müddət üçün icarə haqqını təşkil edir. Belə olan halda isə, müqavilə şərtlərinə əsasən hər avtomobil üçün bir aylıq icarə haqqı 403 manatdır (14.500manat/36 ay).
84. Digər tərəfdən cavabdeh tərəfindən mübahisəli icarə müqaviləsi üzrə 4 ay üçün (2022-ci ilin dekabr- 2023-cü ilin mart ayı üçün ödənişlərin tam şəkildə ödənilməsi və 2023-cü ilin aprel ayı üçün icarə haqqından 462 manat məbləğində ödəniş edilməsi işin mübahisəsiz hallarıdır. Odur ki, 2023-cü ilin aprel ayı üçün edilmiş 462 manat ödəniş nəzərə alınmaqla iddiaçı 2023-cü ilin aprel ayından 2024-cü ilin may ayınadək olan müddət üçün icarə haqqı qismində 30.972 manat (403manatx13 ay x 6 (avtomobillərin syı) – 462 manat) tutulmasını tələb etməkdə haqlıdır.
85. Dəbbə pulu tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh MMC tərəfindən müqavilə üztə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən dəbbə pulunun tutulması tələbi əsaslıdır.
86. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas görürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1500 manat məbləğində müəyyən edilməlidir.
87. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 22 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
88. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia (artırılmış həcmdə) üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 442 manat təşkil edir.
89. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumu mediasiya xərclərindən artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı həmin xərclər həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
90. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri iddia tələblərinin təmin edilmiş hissələrinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 300 manat, dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Dövlət rüsumunun kəsiri olan 20 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. 91.Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 1000 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.
92. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən dəymiş maddi zərərin əvəzi olaraq 75.000 manat məbləğində pul vəsaiti, 03 dekabr 2022-ci il tarixli 01 nömrəli icarə müqaviləsi üzrə 30.972 manat icarə haqqı borcu və 1500 manat məbləğində dəbbə pulu, cəmi 107.472 manat, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 1000 manat və çəkilmiş mediasiya xərcinin əvəzi olaraq 300 manat və dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Dövlət rüsumunun kəsiri olan 20 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva