Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-134/2020 27.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” KB ASC-nin Cavabdeh MMC-yə qarşı əsas kredit borcun, faizin və cərimənin ödənilməsi, tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” KB ASC Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-dən iddiaçı “xxxx” KB ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 05B/15 saylı kredit müqaviləsi üzrə əsas kredit borcuna görə 4 152 586,84 (dörd milyon bir yüz əlli iki min beş yüz səksən altı manat 84 qəpik) AZN, faiz borcuna görə 324 885,29 (üç yüz iyirmi dörd min səkkiz yüz səksən beş manat 29 qəpik) AZN olmaqla, cəmi 4 477 472,13 (dörd milyon dörd yüz yetmiş yeddi min dörd yüz yetmiş iki manat 13 qəpik) AZN iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN,ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pulun tutulması; Tələbin girov predmetləri olan Cavabdeh MMC-nə məxsus 56 adda texnika və avadanlıqlara (1 ədəd GL34T növlü kartofsəpin aqreqatı; 1 ədəd (2 çən və nasos növlü) müxtəlif məhsulların verilməsi üçün qurğu; 1 ədəd GH4 növlü kartof cərgələrinin formalaşması üçün qurğu; 1 ədəd KS75-4 növlü alaq otların çıxarılması üçün asma qurğu; 1 ədəd SE75-30UB növlü kartof yığan kombayn; 1 ədəd RL1700 növlü kartof çıxaran aqreqat; 1 ədəd ehtiyat hissələrin paketi; 1 ədəd RH16-40E tipli qəbul bunkeri; 1 ədəd RB1025 növlü qabaqcadan çeşidləyici masa; 1 ədəd KRG5 növlü lentli transportyor; 1 ədəd BM908 növlü şotkalı aqreqat; 1 ədəd VS6 növlü çeşidləyici aqreqat; 1 ədəd S300 növlü mobil lentli transportyor; 1 ədəd S450 növlü mobil lentli transportyor; 1 ədəd GBF növlü kartof qutusunu doldurmaq üçün qurğu; 1 ədəd AM 322/25 380V növlü çəkib bükmə aqreqatı; 1 ədəd ehtiyat hissələrin paketi; 1 ədəd 395 M-tamdairə tipli Pivot sistemi; 1 ədəd 385 M- 235° tipli Pivot sistemi; 2 ədəd 2x100 kW növlü hava ilə soyudulan soyuq su yaratma qurğusu; 4 ədəd Hava 35°C növlü Etilen-Glikol soyutması; 4 ədəd LK 750 növlü soyuducu hissəsi, kompakt; 8 ədəd hava pəncərələri; 4 ədəd Şnek motorları mərkəzi hərəkətə gətirən privod; 16 ədəd diş ştanqları; 1 ədəd MC 32 növlü nəzarət modulu; 4 ədəd rele modulları; 1 ədəd PT-100 növlü açıq hava sensoru; 1 ədəd kənardan nəmişlik yaradan; 1 ədəd PC proqramı; 1 ədəd Dizel generatoru; 1 ədəd yük maşını çəkmək üçün tərəzi; 2 ədəd TOYOTA 7FBMF 25,80 Volt növlü yük qaldırıcı; 2 ədəd Beinlich, Monsun 3300S 125nun-640m növlü suvarma maşını; 1 ədəd JC 110-50FL növlü suvarma sisteminin dizel aqreqatı; 1 ədəd Ş159/133 növlü suvarma sisteminin sovurma və təzyiq avadanlığı; 1 ədəd JC 170-40FL növlü suvarma sisteminin dizel aqreqatı; 2 ədəd Ş 170/133 növlü suvarma sisteminin sovurma və təzyiq avadanlığı; 1 ədəd 400 kW növlü Transformator (kiçik); 1 ədəd 400 kW növlü Transformator; 1 ədəd John Deere növlü Sunasosu (Dizel); 1 ədəd İVECO növlü Su nasosu (Dizel); 2 ədəd SMT-50/80 Sunasosu (Dizel); 2 ədəd Su nasosu (Elektrik); 1 ədəd AKSA/450 kW növlü Generator (böyük); 2 ədəd BELARUS 89 növlü Traktor; 1 ədəd BELARUS 1221 növlü Traktor; 2 ədəd Kotan; 4 ədəd Traktor qoşqusu; 1 ədəd Aqrion növlü Zəhərsəpən; 1 ədəd Aqrion növlü gübrə səpən; 2 ədəd Aqrion növlü kartofçıxaran; 1 ədəd 15 tonluq tərəzi; 2 ədəd konteyner; 1 ədəd kompressor; 2 ədəd Climaveneta növlü soyuducu anbarın aqreqatları) yönəldilməsi, girov predmetlərinin hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh MMC-nin xx.xx.2015-ci il tarixli, 05B/15 saylı kredit müqaviləsi üzrə 4 477 472,13 AZN borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, girov predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pulun tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, Girov predmeti olan 56 adda texnika və avadanlıqların ümumi olaraq ilkin satış (likvid) qiymətinin 3 680 000,00 (üç milyon altı yüz səksən min) manat məbləğində müəyyən edilməsi, Azərbaycan Respublikası, Biləsuvar rayonu, Səmədabad bələdiyyəsinin mülkiyyətində olan Biləsuvar rayonu, Arazbarı kəndində yerləşən 88 ha torpaq sahəsinin icarə hüququnun iddiaçıya verilməsi və həmin torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin AR MPM-nin 53-cü maddəsinə əsasən dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək, Cavabdeh MMC-dən iddiaçı “xxxx” KB ASC-nin xeyrinə xx.xx.2015- ci il tarixli 05B/15 saylı kredit müqaviləsi üzrə əsas kredit borcuna görə 4.152.586,84 AZN, faiz borcuna görə 324.885,29 AZN olmaqla, cəmi 4.477.472,13 AZN iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutulması; Tələbin girov predmetləri olan Cavabdeh MMC-nə məxsus 56 adda texnika və avadanlıqlara: 1 ədəd GL34T növlü kartof-səpin aqreqatı, 1 ədəd (2 çən və nasos növlü) müxtəlif məhsullann verilməsi üçün qurğu, 1 ədəd GH4 növlü kartof cərgələrinin formalaşması üçün qurğu, 1 ədəd KS75-4 növlü alaq otların çıxarılması üçün asmaqurğu, 1 ədəd SE75-30UB növlü kartof yığan kombayn, 1 ədəd RL1700 növlü kartof çıxaran aqreqat, 1 ədəd ehtiyat hissələrin paketi, 1 ədəd RH16-40E tipli qəbul bunkeri, 1 ədəd RB1025 növlü qabaqcadan çeşidləyici masa, 1 ədəd KRG5 növlü lentli transportyor, 1 ədəd BM908 növlü şotkalı aqreqat, 1 ədəd VS6 növlü çeşidləyici aqreqat, 1 ədəd S300 növlü mobil lentli transportyor, 1 ədəd S450 növlü mobil lentli transportyor, 1 ədəd GBF növlü kartof qutusunu doldurmaq üçün qurğu, 1 ədəd AM 322/25 380V növlü çəkib bükmə aqreqatı, 1 ədəd ehtiyat hissələrin paketi, 1 ədəd 395 M-tam dairə tipli Pivot sistemi, 1 ədəd 385 M-235° tipli Pivot sistemi, 2 ədəd 2x100 kW növlü hava ilə soyudulan soyuq su yaratma qurğusu, 4 ədəd Hava 35°C növlü Etilen-Glikol soyutması, 4 ədəd LK 750 növlü soyuducu hissəsi, kompakt, 8 ədəd hava pəncərələri, 4 ədəd Şnek motorları mərkəzi hərəkətə gətirən privod, 16 ədəd diş ştanqları, 1 ədəd MC 32 növlü nəzarət modulu, 4 ədəd rele modulları, 1 ədəd PT-100 növlü açıq hava sensoru, 1 ədəd kənardan nəmişlik yaradan, 1 ədəd PC proqramı, 1 ədəd dizel generatoru, 1 ədəd yük maşını çəkmək üçün tərəzi, 2 ədəd TOYOTA 7FBMF 25,80 Volt növlü yük qaldırıcı, 2 ədəd Beinlich, Monsun 3300S 125nun-640m növlü suvarma maşını, 1 ədəd JC 110-50 FL növlü suvarma sisteminin dizel dizel aqreqatı, 1 ədəd Ş159/133 növlü suvarma sisteminin sovurma və təzyiq avadanlığı, 1 ədəd JC 170-40FL növlü suvanna sisteminin dizel dizel aqreqatı, 2 ədəd Ş 170/133 növlü suvarma sisteminin sovurma və təzyiq avadanlığı, 1 ədəd 400 kW növlü Transformator (kiçik), 1 ədəd 400 kW növlü Transformator, 1 ədəd John Deere növlü Su nasosu (Dizel), 1 ədəd İVECO növlü Su nasosu (Dizel), 2 ədəd SMT-50/80 Su nasosu (Dizel), 2 ədəd Su nasosu (Elektrik), 1 ədəd AKSA/450 kW növlü Generator (böyük), 2 ədəd BELARUS 89 növlü Traktor, 1 ədəd BELARUS 1221 növlü Traktor, 2 ədəd Kotan, 4 ədəd Traktor qoşqusu, 1 ədəd Aqrion növlü Zəhər səpən, 1 ədəd Aqrion növlü Gübrə səpən, 2 ədəd Aqrion növlü kartof çıxaran, 1 ədəd 15 tonluq tərəzi, 2 ədəd konteyner, 1 ədəd kompressor, 2 ədəd Climaveneta növlü soyuducu anbarın aqreqatları (1000 kv.metrlik anbar sahəsi üçün nəzərdə tutulub) yönəldilməsi, girov predmetlərinin hərracda satılması və onlarin satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh MMC-nin xx.xx.2015-ci il tarixli 05B/15 saylı kredit müqaviləsi üzrə 4.477.472,13 AZN borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, girov predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, Girov predmeti olan 56 adda texnika və avadanlıqların ümumi olaraq ilkin satış (likvid) qiymətinin 3.680.000 (üç milyon altı yüz səksən min) manat məbləğində müəyyən edilməsi, Azərbaycan Respublikası, Biləsuvar rayonu, Səmədabad bələdiyyəsinin mülkiyyətində olan Biləsuvar rayonu, Arazbarı kəndində yerləşən 88 ha torpaq sahəsinin icarə hüququnun iddiaçıya verilməsi və həmin torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” KB ASC ilə borclu Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 05B/15 saylı kredit müqaviləsinə əsasən sizə xx.xx.2018-ci il tarixədək, illik 6% ödəmək şərtilə 4 600 000,00 (dörd milyon altı yüz min) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi «xxxx» Kommersiya Bankı ilə Cavabdeh MMC arasında bağlanmış: xx.xx.2015-ci il tarixli, 05BG/15saylı girov müqaviləsinə və həmin müqaviləyə bağlanmış xx.xx.2018-ci il tarixli sazişə əsasən Cavabdeh MMC-yə məxsus olan xx.xx.2015-ci il tarixli, 05BG/15saylı girov müqaviləsinə bağlanmış xx.xx.2018-ci il tarixli Sazişin ayrılmaz tərkib hissəsi olan əlavədə qeyd olunmuş 56 adda texnika və avadanlıqlar (1 ədəd GL34T növlü kartof-səpin aqreqatı; 1 ədəd (2 çən və nasos növlü) müxtəlif məhsulların verilməsi üçün qurğu; 1 ədəd GH4 növlü kartof cərgələrinin formalaşması üçün qurğu; 1 ədəd KS75-4 növlü alaq otların çıxarılması üçün asmaqurğu; 1 ədəd SE75-30UB növlü kartof yığan kombayn; 1 ədəd RL1700 növlü kartof çıxaran aqreqat; 1 ədəd ehtiyat hissələrin paketi; 1 ədəd RH16-40E tipli qəbul bunkeri; 1 ədəd RB1025 növlü qabaqcadan çeşidləyici masa; 1 ədəd KRG5 növlü lentli transportyor; 1 ədəd BM908 növlü şotkalı aqreqat; 1 ədəd VS6 növlü çeşidləyici aqreqat; 1 ədəd S300 növlü mobil lentli transportyor; 1 ədəd S450 növlü mobil lentli transportyor; 1 ədəd GBF növlü kartof qutusunu doldurmaq üçün qurğu; 1 ədəd AM 322/25 380V növlü çəkib bükmə aqreqatı; 1 ədəd ehtiyat hissələrin paketi; 1 ədəd 395 M-tam dairə tipli Pivot sistemi; 1 ədəd 385 M- 235° tipli Pivot sistemi; 2 ədəd 2x100 kW növlü hava ilə soyudulan soyuq su yaratma qurğusu; 4 ədəd Hava 35°C növlü Etilen-Glikol soyutması; 4 ədəd LK 750 növlü soyuducu hissəsi, kompakt; 8 ədəd hava pəncərələri; 4 ədəd Şnek motorları mərkəzi hərəkətə gətirən privod; 16 ədəd diş ştanqları; 1 ədəd MC 32 növlü nəzarət modulu; 4 ədəd rele modulları; 1 ədəd PT-100 növlü açıq hava sensoru; 1 ədəd kənardan nəmişlik yaradan; 1 ədəd PC proqramı; 1 ədəd Dizel generatoru; 1 ədəd yük maşını çəkmək üçün tərəzi; 2 ədəd TOYOTA 7FBMF 25,80 Volt növlü yük qaldırıcı; 2 ədəd Beinlich, Monsun 3300S 125nun-640m növlü suvarma maşını; 1 ədəd JC 110-50 FL növlü suvarma sisteminin dizel dizel aqreqatı; 1 ədəd Ş159/133 növlü suvarma sisteminin sovurma və təzyiq avadanlığı; 1 ədəd JC 170-40FL növlü suvarma sisteminin dizel dizel aqreqatı; 2 ədəd Ş 170/133 növlü suvarma sisteminin sovurma və təzyiq avadanlığı; 1 ədəd 400 kW növlü Transformator (kiçik); 1 ədəd 400 kW növlü Transformator; 1 ədəd John Deere növlü Su nasosu (Dizel); 1 ədəd İVECO növlü Su nasosu (Dizel); 2 ədəd SMT-50/80 Su nasosu (Dizel); 2 ədəd Su nasosu (Elektrik); 1 ədəd AKSA/450 kW növlü Generator (böyük); 2 ədəd BELARUS 89 növlü Traktor; 1 ədəd BELARUS 1221 növlü Traktor; 2 ədəd Kotan; 4 ədəd Traktor qoşqusu; 1 ədəd Aqrion növlü Zəhər səpən; 1 ədəd Aqrion növlü Gübrə səpən; 2 ədəd Aqrion növlü kartof çıxaran; 1 ədəd 15 tonluq tərəzi; 2 ədəd konteyner; 1 ədəd kompressor; 2 ədəd Climaveneta növlü soyuducu anbarın aqreqatları); xx.xx.2018-ci il tarixli girov müqaviləsinə əsasən Cavabdeh MMC-yə məxsus olan Azərbaycan Respublikası, Biləsuvar rayonu, Səmədabad bələdiyyəsinin mülkiyyətində olan Biləsuvar rayonu, Arazbarı kəndində yerləşən 88 ha torpaq sahəsinin icarə hüququnu «xxxx» KB ASC-yə girov qoyulmuşdur. Girov müqavilələri və ona imzalanmış Sazişlər dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq “xxxx” Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixə xx.xx.2015-ci il tarixli 05B/15 saylı kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 4 152 586,84 (dörd milyon bir yüz əlli iki min beş yüz səksən altı manat 84 qəpik) AZN, faiz borcu üzrə 324 885,29 (üç yüz iyirmi dörd min səkkiz yüz səksən beş manat 29 qəpik) AZN olmaqla, cəmi 4 477 472,13 (dörd milyon dörd yüz yetmiş yeddi min dörd yüz yetmiş iki manat 13 qəpik) AZN təşkil edir. xx.xx.2015-ci il tarixli 05BG/15girov müqaviləsinə bağlanmış xx.xx.2018-ci il tarixli Sazişin ayrılmaz tərkib hissəsi olan əlavəyə və “FM Consalting” qiymətləndirmə şirkəti tərəfindən tərtib olunmuş 2016-cı il tarixli №259/UF saylı qiymətləndirmə hesabatına əsasən 56 adda qeyd olunmuş texnika və avadanlıqların ümumi olaraq ilkin satış (likvid) qiyməti 3 680 000,00 (üç milyon altı yüz səksən min) manat məbləğində qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz borcları, həmçinin cərimə borcludan iddiaçının xeyrinə tutulmalı, öhdəliyin icrasını təmin etmək məqsədilə girov predmetlərinə tutma yönəldilməli, kredit müqaviləsinin icrasının təminat üsulu kimi çıxış edən icarə hüququ borcluya məxsus olan əmlak boşaldılmalı və onun icarə hüququ iddiaçıya keçməli, girov predmeti olan əmlak hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına borclunun iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz və cərimə borcları, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, həmçinin direktoru X1 məhkəmə iclasında izahat verərək, həmçinin ərizə ilə müraciət edərək “xxxx” KB ASC-nin “xxxx” MMC-yə qarşı olan iddiasını tam olaraq qəbul etdiyini və bununla əlaqədar iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəni və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: xx.xx.2015-ci il tarixli, 05B/15 nömrəli “xxxx” KB ASC (borc verən) ilə “xxxx” MMC (borc alan) arasında kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə “Borcverən” dövriyyə vəsaitlərin artırılması məqsədli 4 600 000 AZN (dörd milyon altı yüz min) manat məbləğdə və xx.xx.2018-ci il tarixinədək illik 6% (altı faiz) ödəmək şərtilə krediti “Borcalan”ın mülkiyyətinə verir və “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Borcverən”ə qaytarmağı öhdəsinə götürür. xx.xx.2015-ci il tarixli 05BG/15 nömrəli Girov müqaviləsinə əsasən, Girov qoyan xxxx MMC xx xxxxxx 2015-ci il tarixli 05B/15 saylı kredit müqaviləsi (bundan sonra Kredit müqaviləsi adlandırılacaqdır) üzrə öhdəliklərinin təminatı olaraq Cavabdeh MMC-yə məxsus olan və girov kimi çıxış edən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavə spesifikasiyada qeyd olunan əmlakı (bundan sonra “Girov predmeti” adlandırılacaqdır) “Girov saxlayana” “xxxx” KB ASC-yə girov qoyur. Girov saxlayanla Girov qoyan arasında Bakı şəhərində bağlanmış xx xxxxxx 2015-ci il tarixli 05B/15 saylı kredit müqaviləyə görə Borcverən xx xxxxxxx 2018-ci il tarixinədək, illik 6 (altı) faiz ödəmək şərtilə “Borcalan”a 4 600 000 (dörd milyon altı yüz min) Manat məbləğində kredit verir, Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsində nəzərdə tutulmuş müddətdə və annuitet cədvəlinə uyğun olaraq Borcverənə qaytarmağı öhdəsinə götürür. Tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli xx-xx-2015-cı il tarixli, 05B/15 saylı kredit müqaviləsinə “müqaviləyə dəyişikliklər edilməsi haqqında” Sazişə əsasən, 05B/15 saylı xx/xx/2015-ci il tarixli kredit müqaviləsinin bitmə tarixi uzadılaraq xx/xx/2019 tarixinə təyin edilməsi, Kredit proseduru üçün komissiya haqqı tutulmaması barədə tərəflər razılığa gəlmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli xx-xx-2015-cı il tarixli, 05BG/15 saylı girov müqaviləsinə “müqaviləyə dəyişikliklər edilməsi haqqında” Sazişə əsasən tərəflər razılaşmışdır ki, girov müqaviləsinin bitmə tarixi xx-xx-2019-cu il müəyyən edilsin, Girov qismində təqdim olunan avadanlıq, daşınan əmlak reyestrina qəydiyyata alınsın, Girov predmetinin ümümilikdə likvid dəyəri 3 680 000 (üç milyon altı yüz səksən min manat) müəyyən olunur. Tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli Girov müqaviləsinə əsasən, Bu müqavilə “Girov qoyanın” “xxxx” MMC-nin “Girov saxlayan” “xxxx” KB ASC qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə “Girov qoyan”ın xx xxxxx 2018-ci il tarixdən xx xxxxx 2067-ci il tarixinədək, 49 (qırx doqquz) il müddətinə Biləsuvar rayonu Səmədabad bələdiyyəsinin xx xxxxx 2018-ci il tarixli 04 saylı qərarı və xx xxxxx 2018-ci il tarixli 02 saylı Torpaq icarəsi müqavilə əsasında “Girovqoyan“a icarəyə verilmiş Biləsuvar rayonu, Arazbarı kəndində yerləşən 88 ha torpaq icarə hüququnu Girov saxlayan"a girov qoyulmasını və bu girovla təmin olunmuş pul öhdəliyi “Girov qoyan” tərəfindən xx.xx.2015ci il tarixində Bakı şəhərində bağlanmış 05B/15 saylı kredit müqaviləsinə və ona edilmiş xx.xx.2017-ci il tarixli Sazişdə müəyyən onunan müddətdə icra edilmədikdə və ya lazımınca icra edilmədikdə “Girov saxlayan”ın “Girov qayan’’a qarşı olan tələbinin girov qoyulmuş icarə hüququnun hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir. xx.xx.2015-ci il tarixli 05B/15 saylı Kredit Müqaviləsi və ona edilmiş xx.xx.2017-ci il tarixli Saziş üzrə öhdəliklərin təminatı olaraq Biləsuvar rayonu, Arazbarı kəndində yerləşən 88 hektar torpaq sahəsinə dair icarə hüququnu “Girovsaxlayan”a girov qoyur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən 4.600.000 manat məbləğində kredit öhdəliyi üzrə Biləsuvar rayonu, Arazbarı kəndində yerləşən 88 ha torpaq “xxxx” KB ASC-nin xeyrinə yüklü edilmişdir. “xxxx” KB ASC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsinə ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş göndərmiş, həmin ərizə xx.xx.2019-cu il tarixdə Reyestr Xidmətində qeydə alınmışdır. xx.xx.2019-cu il tarixli, maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə borcu 4.152.586,84 manat, faiz üzrə borcu 324.885,29 manat, cəmi borc 4.477.472,13 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 9/1377 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış, maliyyə arayışı məlumatları, xx xxxxxx 2015-ci il tarixli, 05B/15 saylı kredit müqaviləsinin, xx xxxxxxxx 2017-ci il tarixli əlavə “Saziş”-in şərtləri nəzərə alınmaqla Cavabdeh MMC-nin xx xxxxxxx 2018-ci il və xx xxxxxxxx 2019-cu il tarixlərə xx xxxxxx 2015-ci il tarixli, 05B/15 saylı kredit müqaviləsi üzrə “xxxx” KB ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2018-ci il tarixə (sualda qeyd edilən tarixə): əsas kredit borcu 4.145.572,42 manat, faiz borcu 207.969,55 manat; xx.xx.2019-cu il tarixə (maliyyə arayışı tarixinə): əsas kredit borcu 4.145.572,42 manat, faiz borcu 324.154,45. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. “FM Consalting” qiymətləndirmə şirkəti tərəfindən tərtib olunmuş 2016-cı il tarixli №259/UF saylı qiymətləndirmə hesabatına əsasən 56 adda qeyd olunmuş texnika və avadanlıqların ümumi olaraq ilkin satış (likvid) qiyməti 3 680 000,00 (üç milyon altı yüz səksən min) manat məbləğində qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin kredit müqaviləsi əsasında bankdan kredit almaq hüququ olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri banka qaytarmalı olmasına dair vəzifələri olmuşdur. Buna baxmayaraq, cavabdeh kredit müqaviləsi əsasında bankdan kredit vəsaitini almış, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olsa da, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, bank cavabdehdən borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh bank qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Məhkəmə tələbin girov predmetləri olan Cavabdeh MMC-nə məxsus 56 adda texnika və avadanlıqlara yönəldilməsi, girov predmetlərinin hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh MMC-nin xx.xx.2015-ci il tarixli 05B/15 saylı kredit müqaviləsi üzrə 4.477.472,13 AZN borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, girov predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, Girov predmeti olan 56 adda texnika və avadanlıqların ümumi olaraq ilkin satış (likvid) qiymətinin 3.680.000 (üç milyon altı yüz səksən min) manat məbləğində müəyyən edilməsinə və Azərbaycan Respublikası, Biləsuvar rayonu, Səmədabad bələdiyyəsinin mülkiyyətində olan Biləsuvar rayonu, Arazbarı kəndində yerləşən 88 ha torpaq sahəsinin icarə hüququnun iddiaçıya verilməsi və həmin torpaq sahəsinin boşaldılması dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, AR MM-nin 279-cu maddəsinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. AR MM-nin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “İpoteka haqqında” AR Qanununun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. “İpoteka haqqında” AR Qanununun 39.1-ci maddəsinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Belə işlərə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 39.3.3-cü maddəsinə əsasən Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsas hissəsi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən əsas kredit borcuna görə 4 152 586,84 (dörd milyon bir yüz əlli iki min beş yüz səksən altı manat 84 qəpik) manat, faiz borcuna görə 324 885,29 (üç yüz iyirmi dörd min səkkiz yüz səksən beş manat 29 qəpik) manat olmaqla, cəmi 4 477 472,13 (dörd milyon dörd yüz yetmiş yeddi min dörd yüz yetmiş iki manat 13 qəpik) AZN iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pul vəsaiti “xxxx” KB ASC-nin xeyrinə tutulsun. Tələbin girov predmetləri olan 1 ədəd GL34T növlü kartof-səpin aqreqatı, 1 ədəd (2 çən və nasos növlü) müxtəlif məhsulların verilməsi üçün qurğu, 1 ədəd GH4 növlü kartof cərgələrinin formalaşması üçün qurğu, 1 ədəd KS75-4 növlü alaq otların çıxarılması üçün asmaqurğu, 1 ədəd SE75-30UB növlü kartof yığan kombayn, 1 ədəd RL1700 növlü kartof çıxaran aqreqat, 1 ədəd ehtiyat hissələrin paketi, 1 ədəd RH16-40E tipli qəbul bunkeri, 1 ədəd RB1025 növlü qabaqcadan çeşidləyici masa, 1 ədəd KRG5 növlü lentli transportyor, 1 ədəd BM908 növlü şotkalı aqreqat, 1 ədəd VS6 növlü çeşidləyici aqreqat, 1 ədəd S300 növlü mobil lentli transportyor, 1 ədəd S450 növlü mobil lentli transportyor, 1 ədəd GBF növlü kartof qutusunu doldurmaq üçün qurğu, 1 ədəd AM322/25 380V növlü çəkib bükmə aqreqatı, 1 ədəd ehtiyat hissələrin paketi, 1 ədəd 395 M-tam dairə tipli Pivot sistemi, 1 ədəd 385 M-235° tipli Pivot sistemi, 2 ədəd 2x100 kW növlü hava ilə soyudulan soyuq su yaratma qurğusu, 4 ədəd Hava 35°C növlü Etilen-Glikol soyutması, 4 ədəd LK 750 növlü soyuducu hissəsi, kompakt, 8 ədəd hava pəncərələri, 4 ədəd Şnek motorları mərkəzi hərəkətə gətirən privod, 16 ədəd diş ştanqları, 1 ədəd MC 32 növlü nəzarət modulu, 4 ədəd rele modulları, 1 ədəd PT-100 növlü açıq hava sensoru, 1 ədəd kənardan nəmişlik yaradan, 1 ədəd PC proqramı, 1 ədəd Dizel generatoru, 1 ədəd yük maşını çəkmək üçün tərəzi, 2 ədəd TOYOTA 7FBMF 25,80 Volt növlü yük qaldırıcı, 2 ədəd Beinlich, Monsun 3300S 125nun-640m növlü suvarma maşını, 1 ədəd JC 110-50 FL növlü suvarma sisteminin dizel dizel aqreqatı, 1 ədəd Ş159/133 növlü suvarma sisteminin sovurma və təzyiq avadanlığı, 1 ədəd JC 170-40FL növlü suvarma sisteminin dizel dizel aqreqatı, 2 ədəd Ş 170/133 növlü suvarma sisteminin sovurma və təzyiq avadanlığı, 1 ədəd 400 kW növlü Transformator (kiçik), 1 ədəd 400 kW növlü Transformator, 1 ədəd John Deere növlü Su nasosu (Dizel), 1 ədəd İVECO növlü Su nasosu (Dizel), 2 ədəd SMT-50/80 Su nasosu (Dizel), 2 ədəd Su nasosu (Elektrik), 1 ədəd AKSA/450 kW növlü Generator (böyük), 2 ədəd BELARUS 89 növlü Traktor, 1 ədəd BELARUS 1221 növlü Traktor, 2 ədəd Kotan, 4 ədəd Traktor qoşqusu, 1 ədəd Aqrion növlü Zəhər səpən, 1 ədəd Aqrion növlü Gübrə səpən, 2 ədəd Aqrion növlü kartof çıxaran, 1 ədəd 15 tonluq tərəzi, 2 ədəd konteyner, 1 ədəd kompressor, 2 ədəd Climaveneta növlü soyuducu anbarın aqreqatlarına yönəldilsin. Girov Predmeti olan 56 add texnika və avadanlıqların ümumi olaraq satış qiyməti 3.680.000 (üç milyon altı yüz səksən min) manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikası Biləsuvar rayonu, Səmədabad bələdiyyəsinin mülkiyyətində olan, Biləsuvar rayonu, Arazbarı kəndində yerləşən 88 ha torpaq sahəsinin icarə hüququ “xxxx” KB ASC-yə verilsin və həmin torpaq sahəsi boşaldılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-134/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-134/2020
27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver