Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-134/2024 28.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X6 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X2 qarşı borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, açıq hərracda satılma və s. tələblərə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, X5 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3, cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı “X6 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X2 qarşı borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, açıq hərracda satılma və s. tələblərə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı “X6 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (“X6 Olmayan Kredit Təşkilatı” MMC) cavabdehlər Cavabdeh1 (Cavabdeh1 MMC) və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən ipotekaya qoyulmuş, Cavabdeh2 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 84 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin (reyestr nömrəsi **********09-05301-083016, qeydiyyat nömrəsi **********, seriya RX, № 0787363) satılması, satışdan əldə edilən puldan iddiaçı “X6 Olmayan Kredit Təşkilatı” MMC-yə olan 83519,58 manat məbləğində əsas kredit borcu, qətnamə çıxarılan günə hesablanmış 8518,99 manat faiz borcu və 7680,52 manat cərimə olmaqla, ümumilikdə 99719,09 manat məbləğində borcun, eyni zamanda satışdan əldə edilən pul məbləği bütün hesablanmış kredit borcunun (faiz və cərimələr də daxil olmaqla) ödənilməsi üçün kifayət etmədikdə, Cavabdeh1 MMC-nin digər əmlakları hesabına kredit borcunun ödənilməsi, həmçinin mediasiya prosesi ilə bağlı 400 (dörd yüz) manat xərcin iddiaçı “X6 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X6 Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh1 MMC arasında 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “X6 Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh1 MMC-yə maksimal 60 (altmış) ay müddətinə, maksimal faiz dərəcəsi 28 (iyirmi səkkiz) faiz olmaqla, 170000 (bir yüz yetmiş min) manat məbləğinədək kreditlər verə bilər. 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsinin 18 fevral 2022-ci il tarixli, 1 nömrəli əlavəsi üzrə “X6 Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh1 MMC-yə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 85000 (səksən beş min) manat məbləğində pul vəsaitini 18 (on səkkiz) ay müddətinə kredit vermişdir. Qeyd olunan əsas kredit müqaviləsinin 2 nömrəli əlavəsi üzrə “X6 Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh1 MMC-yə illik 24 (iyirmi dörd) faiz dərəcəsiylə 42500 (qırx iki min beş yüz) manat məbləğində pul vəsaitini 18 (on səkkiz) ay müddətinə kredit vermişdir. Cavabdeh1 MMC hər iki əlavə üzrə son kredit ödənişini xx.xx.2022-ci il tarixində etmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin tarixdən indiyə kimi heç bir ödəniş etməmişdir. Bunun nəticəsində də Cavabdeh1 MMC-nin iddiaçı “X6 Olmayan Kredit Təşkilatı” MMC-yə 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsinin 18 fevral 2022ci il tarixli, 1 nömrəli əlavəsi üzrə 53832,63 manat əsas borc, 5490,92 manat faiz borcu, 5077,53 manat cərimə; 16 mart 2022-ci il tarixli, 2 nömrəli əlavəsi üzrə 29686,95 manat əsas borc, 3028,07 manat faiz borcu, 2602,99 manat cərimə borcu yaranmışdır. Hər iki əlavə üzrə Cavabdeh1 MMC-nin iddiaçı “X6 Olmayan Kredit Təşkilatı” MMC-yə 83519,58 manat əsas borc, 8518,99 manat faiz borcu, 7680,52 manat cərimə olmaqla, ümumilikdə 99719,09 manat məbləğində borcu var. Həmçinin “X6 Olmayan Kredit Təşkilatı” MMC (ipoteka saxlayan) ilə digər Cavabdeh2 (ipoteka qoyan) və Cavabdeh1 MMC (borc alan) arasında 18 fevral 2022-ci il tarixli, 01SME000122(İ) nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ipoteka qoyan xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 84 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin “X6 Olmayan Kredit Təşkilatı” MMC qarşısında yaranacaq öhdəlikləri üçün yüklü etmişdir. Qeyd olunan ipoteka müqaviləsi bağlandıqdan sonra həmin müqavilə ipoteka haqqında qanununun 10.4-cü maddəsinə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsinin 2.8.1-ci maddəsinə görə “kredit alan kredit və onun faizlərinin ödənilməsini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox gecikdirdikdə kredit verən müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və əlavə müqavilə üzrə verilmiş əsas borcun qalıq məbləği və hesablanmış kredit faizinin qalıq məbləğinin qaytarılmasını tələb edə bilər”.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin artırılması” barədə ərizə verərək, Cavabdeh1 MMC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş 18 fevral 2022-ci il tarixli, 1 nömrəli əlavə üzrə 53832,63 manat əsas borc, 5490,92 manat faiz borcu, 5077,53 manat cərimə borcu, 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş xx.xx.2022-ci il tarixli 2 nömrəli əlavə üzrə 29686,95 manat əsas borc, 3028,07 manat faiz borcu, 2602,99 manat cərimə borcu olmaqla, ümumilikdə 99719,09 manat borcun, 400 manat məbləğində ödənilmiş ekspertiza xərcinin, 400 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 84 kv/m ümumi sahədən ibarət qeyriyaşayış sahəsinə (reyestr nömrəsi **********09-05301-083016, qeydiyyat nömrəsi **********, seriya RX, № 0787363) yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 170000 manat olmaqla (ipoteka müqaviləsinin 3.3-cü bəndi), açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitin borc tələbinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 449.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası 34.1.1-ci maddələrinə istinad olunmuşdur.
5. Cavabdeh X1 nümayəndəsi və vəkili iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı qeyd edir ki, 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsinin 1 nömrəli Əlavəsi üzrə "xxxx" MMC Cavabdeh1 MMC-yə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 85000 (səksən beş min) manat məbləğində pul vəsaitini 18 (on səkkiz) ay müddətinə kredit vermişdir. Qeyd olunan əsas kredit müqaviləsinin 2 nömrəli əlavəsi üzrə "xxxx" MMC Cavabdeh1 MMC-ə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 42500 ( qırx iki min beş yüz) manat məbləğində pul vəsaitini 18 (on səkkiz) ay müddətinə kredit vermişdir. Bunun nəticəsində Cavabdeh1 MMC-nin "xxxx" MMC-ə qarşı 1 nömrəli Əlavə üzrə 64401,08 manat, 2 nömrəli əlavə üzrə 35318,01 manat olmaqla, ümumilikdə 99719,09 manat kredit borcu yaranmışdır. Tərəflər arasında 18 fevral 2022-ci il tarixli əsas kredit müqaviləsinin 3.2.1-ci maddəsinə əsasən kredit verən kredit alan tərəfindən kreditin məqsədli təyinatına uyğun istifadə edilməsini həyata keçirmək və bunu kredit alandan tələb etmək öhdəliyini düzgün yerinə yetirməmişdir. Belə ki, kredit verən kredit alan tərəfindən kreditin məqsədli təyinatına uyğun istifadə edilməsinə nəzarəti həyata keçirmək məqsədilə heç bir yoxlama (monitorinq) həyata keçirməmişdir. Kredit verənə bu yoxlamaları həyata keçirməsi üçün kredit alan tərəfindən heç bir maneçilik törədilməmişdir.
6. Digər Cavabdeh1 MMC tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.
Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
8. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi.
9. Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi.
10. "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh1 MMC-yə bank tərəfindən 60 (altmış) ay müddətinə, maksimal faiz dərəcəsi 28% olmaqla, əlavə müqavilələr bağlamaqla 170000 manat məbləğinədək kreditlər verilə bilər. Əlavə müqavilələr müqaviləyə əlavə olunur və onun ayrılmaz tərkib hissəsidir.
11. "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsinə 18 fevral 2022-ci il tarixli, 1 nömrəli əlavənin məzmunundan görünür ki, "xxxx" MMC 85000 manat məbləğində pul vəsaitini illik 24% dərəcəsi ilə kredit alana ("xxxx" MMC) verir, kredit alan isə krediti 18 ay müddətində əlavənin şərtlərinə uyğun olaraq geri qaytarmağı öhdəsinə götürür.
12. "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsinə 16 mart 2022-ci il tarixli, 2 nömrəli əlavənin məzmunundan görünür ki, "xxxx" MMC 42500 manat məbləğində pul vəsaitini illik 24% dərəcəsi ilə kredit alana ("xxxx" MMC) verir, kredit alan isə krediti 18 ay müddətində, 3 ay güzəşt müddəti ilə əlavənin şərtlərinə uyğun olaraq geri qaytarmağı öhdəsinə götürür.
13. İpoteka saxlayan – "xxxx" MMC ilə ipoteka qoyan – X3 və borc alan – Cavabdeh1 MMC arasında bağlanmış və Bakı şəhəri 53 nömrəli notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 01SME000122(İ) nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə X3 tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 84 kv/m ümumi sahədən ibarət qeyriyaşayış sahəsi "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 160 nömrəli reyestr kitabının 15000 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın məzmunundan görünür ki, ünvan 1 ünvanında yerləşən 84 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin "xxxx" MMCnin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.
15. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin 18 fevral 2022-ci il tarixli, 01SME000122-01 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka əsas borcu 53832,63 manat, faiz borcu 5490,92 manat, cərimə borcu 5077,53 manat olmaqla, ümumilikdə 64401,08 manat təşkil edir.
16. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin 16 mart 2022-ci il tarixli, 01SME000122-02 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka əsas borcu 29686,95 manat, faiz borcu 3028,07 manat, cərimə borcu 2602,99 manat olmaqla, ümumilikdə 35318,01 manat təşkil edir
17. "xxxx" MMC-nin X2 ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş 18 fevral 2022-ci il tarixli, 1 nömrəli və 16 mart 2022-ci il tarixli, 2 nömrəli əlavələr üzrə 99719,09 manat borc banka 5 gün ərzində ödənilməzsə, mülkiyyətində olan ipoteka predmetinə tutmanın yönəldiləcəyi ilə bağlı xəbərdar edilmişdir.
18. "xxxx" MMC-nin Cavabdeh1 MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş 18 fevral 2022-ci il tarixli, 1 nömrəli və 16 mart 2022-ci il tarixli, 2 nömrəli əlavələr üzrə 99719,09 manat borc banka 5 gün ərzində ödənilməzsə, məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar edilmişdir.
19. "xxxx" MMC-nin X2 ünvanladığı xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin məzmunundan görünür ki, 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş 18 fevral 2022-ci il tarixli, 1 nömrəli və 16 mart 2022-ci il tarixli, 2 nömrəli əlavələr üzrə 99719,09 manat borc banka 5 gün ərzində ödənilməzsə, mülkiyyətində olan ipoteka predmetinə məhkəmə qaydasında və ya notariusun icra qeydi əsasında tutmanın yönəldiləcəyi ilə bağlı xəbərdar edilmişdir.
20. "xxxx" MMC-nin Cavabdeh1 MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin məzmunundan görünür ki, 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş 18 fevral 2022-ci il tarixli, 1 nömrəli və 16 mart 2022-ci il tarixli, 2 nömrəli əlavələr üzrə 99719,09 manat borc banka 5 gün ərzində ödənilməzsə, X1 mülkiyyətində olan ipoteka predmetinə məhkəmə qaydasında və ya notariusun icra qeydi əsasında tutmanın yönəldiləcəyi ilə bağlı xəbərdar edilmişdir.
21. "xxxx" MMC xx.xx.2023-cü il tarixdə ərizə ilə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınmasını xahiş etmişdir.
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/6845/2023 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 MMC-nin 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş 18 fevral 2022-ci il tarixli, 1 nömrəli əlavə üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsinin 18 fevral 2022-ci il tarixli, 1 nömrəli əlavəsinin şərtləri əsas götürülməklə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 53840,25 manat, faiz borcu üzrə 5491,71 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 53840,25 manat, faiz borcu üzrə 7537,64 manat məbləğində müəyyən edilir. Cavabdeh1 MMC-nin 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş 16 mart 2022-ci il tarixli, 2 nömrəli əlavə üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsinin 16 mart 2022-ci il tarixli, 2 nömrəli əlavəsinin şərtləri əsas götürülməklə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 29692,29 manat, faiz borcu üzrə 3028,61 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 29692,29 manat, faiz borcu üzrə 4156,92 manat məbləğində müəyyən edilir.
23. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli, ƏEM/F 46-083/24 saylı ekspert rəyindən görünür ki, X2 məxsus ünvan 1 ünvanında yerləşən 84 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin xx.xx.2024-cü il tarixə likvid dəyəri 210000 manat, bazar dəyəri 250000 manat təşkil edir.
24. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən 400 manat məbləğində ekspert rəyi üzrə xidmət haqqı "xxxx" MMC-yə ödənilmişdir.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
26. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi nəzərdə tutulur. 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi
30. Beləliklə, işin müəyyən olunmuş hallarından göründüyü kimi, "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 MMC-yə bank tərəfindən 60 (altmış) ay müddətinə, maksimal faiz dərəcəsi 28% olmaqla, əlavə müqavilələr bağlamaqla 170000 manat məbləğinədək kreditlər verilə bilməsi razılaşdırılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq müqaviləyə əlavələrlə müəyyən olunur. "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsinə 18 fevral 2022-ci il tarixli, 1 nömrəli əlavə bağlanmış və həmin əlavəyə əsasən Cavabdeh1 MMC bankdan 18 ay müddətinə, illik faiz dərəcəsi 24% olmaqla, 85000 manat məbləğində kredit götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsinə 16 mart 2022-ci il tarixli, 2 nömrəli əlavə bağlanmış və həmin əlavəyə əsasən Cavabdeh1 MMC bankdan 18 ay müddətinə, 3 ay güzəşt müddəti ilə illik faiz dərəcəsi 24% olmaqla, 42500 manat məbləğində kredit götürmüşdür. İpoteka saxlayan – "xxxx" MMC ilə ipoteka qoyan – X3 və borc alan – Cavabdeh1 MMC arasında bağlanmış və Bakı şəhəri 53 nömrəli notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 01SME000122(İ) nömrəli ipoteka müqaviləsinə əsasən "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə X3 tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 84 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.
31. İddia tələbinin bir hissəsini cavabdеh Cavabdeh1 MMC-dən 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş 18 fevral 2022ci il tarixli, 1 nömrəli əlavə üzrə 53832,63 manat əsas borc, 5490,92 manat faiz borcu, 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş xx.xx.2022-ci il tarixli 2 nömrəli əlavə üzrə 29686,95 manat əsas borc, 3028,07 manat faiz borcunun tutulması təşkil edir.
32. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin (borcalan) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcunun tutulması və faiz borcunun tutulması hissəsində tam təmin edilməli, Cavabdeh1ndən 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş 18 fevral 2022-ci il tarixli, 1 nömrəli əlavə üzrə 53832,63 manat (əlli üç min səkkiz yüz otuz iki manat altmış üç qəpik) əsas borc, 5490,92 manat (beş min dörd yüz doxsan manat doxsan iki qəpik) faiz borcu, 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş xx.xx.2022-ci il tarixli 2 nömrəli əlavə üzrə 29686,95 manat (iyirmi doqquz min altı yüz səksən altı manat doxsan beş qəpik) əsas borc, 3028,07 manat (üç min iyirmi səkkiz manat yeddi qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.
33. Göstərilən qənaətə gələrkən nəzərə alınmışdır ki, iddiaçı borcla bağlı məhkəməyə maliyyə arayışları təqdim etmiş və arayışlarda hər iki Əlavə üzrə xx.xx.2023cü il tarixə hesablanan borclar öz əksini tapmışdır. İddia ərizəsində də məhz həmin tarixə hesablanan əsas, faiz və cərimə borclarının cavabdehdən tutulması xahiş olunmuşdur. Ona görə də məhkəmə tərəfindən həmin tarixə hesablanan borcun məbləği ilə bağlı ekspert qarşısında sual qoyulmuş və müəyyən edilmişdir ki, həmin tarixə əsas və faiz borcları tələbdə göstərilən məbləğlərdən bir az artıqdır. Verilən tələblər üzrə qətnamə çıxarıldığından məhkəmə iddia tələbindəki əsas və faiz borcunun tutulması hissəində iddianın tam təmin olunması qənaətinə gəlmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, pretenziya məktubları da cavabdehlərə xx.xx.2023-cü il tarixdə göndərilmişdir.
34. İddia tələbinin digər hissəsini cavabdеh Cavabdeh1 MMC-dən 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş 18 fevral 2022ci il tarixli, 1 nömrəli əlavə üzrə 5077,53 manat cərimə borcu və 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş 16 mart 2022-ci il tarixli, 2 nömrəli əlavə üzrə 2602,99 manat cərimə borcu borcunun tutulması təşkil edir.
35. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
36. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş 18 fevral 2022-ci il tarixli, 1 nömrəli əlavə üzrə 2500 (iki min beş yüz) manat və 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş 16 mart 2022-ci il tarixli, 2 nömrəli əlavə üzrə 1500 (min beş yüz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. 37 . İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür.
38. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən X2 məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmişdir.
39. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma xx.xx.2022-ci il tarixli, 01SME000122(İ) nömrəli ipoteka müqaviləsinə əsasən X2 məxsus olan ünvan 1 ünvanında yerləşən 84 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ X2 qaytarılmalıdır.
40. Bundan əlavə “İpoteka” haqqında Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
41. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 84 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin likvid dəyərinin 210000 manat olması müəyyən edilmişdir.
42. Belə olan halda məhkəmə hesab edir ki, X2 məxsus olan ünvan 1 ünvanında yerləşən 84 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 210000 manat məbləğində müəyyən edilməlidir.
43. Eyni zamanda qeyd olunmalıdır ki, Cavabdeh1 nümayəndəsi iddianın təmin olunmasına etiraz etsə də, etirazın əsaslarını göstərməmişdir. Digər cavadehin nümayəndəsinin etirazında göstərdiyi hallar isə iddianın təmin olunmaması üçün əsas ola bilməz.
44. Eləcə də, iddiaçı 400 manat mediasiya xərcinin Cavabdeh1 MMC-dən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, 400 manat mediasiya xərci Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
45. Həmçinin iddiaçı tərəfindən 400 (dörd yüz) manat məbləğində ekspert rəyi üzrə xidmət haqqı "xxxx" MMC-yə ödənilmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat pul Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə tutulmalıdır.
46. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul Cavabdeh1ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1ndən 18 fevral 2022- ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş 18 fevral 2022-ci il tarixli, 1 nömrəli əlavə üzrə 53832,63 manat (əlli üç min səkkiz yüz otuz iki manat altmış üç qəpik) əsas borc, 5490,92 manat (beş min dörd yüz doxsan manat doxsan iki qəpik) faiz borcu, 2500 (iki min beş yüz) manat cərimə, 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş xx.xx.2022-ci il tarixli 2 nömrəli əlavə üzrə 29686,95 manat (iyirmi doqquz min altı yüz səksən altı manat doxsan beş qəpik) əsas borc, 3028,07 manat (üç min iyirmi səkkiz manat yeddi qəpik) faiz borcu, 1500 (min beş yüz) manat cərimə olmaqla, cəmi 96038,57 manat (doxsan altı min otuz səkkiz manat əlli yeddi qəpik) məbləğində pul və 400 manat mediasiya xərci iddiaçı “X6 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh1ndən ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat məbləğində pul iddiaçı “X6 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş, X2 məxsus ünvan 1 ünvanında yerləşən 84 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə (reyestr nömrəsi **********09-05301- 083016, qeydiyyat nömrəsi **********, seriya RX, № 0787363) yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ X2 qaytarılsın. İpoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən 84 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin (reyestr nömrəsi **********09-05301-083016, qeydiyyat nömrəsi **********, seriya RX, № 0787363) ilkin satış qiyməti 210000 (iki yüz on min) manat məbləğində müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul Cavabdeh1ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova