Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1343/2025 10.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı icarə haqqının tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, icarə haqqının ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı icarə haqqının tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi üzrə 2024-cü ilin aprel və may ayları üçün ödənilməli olan 1000 (min) manat məbləğində icarə haqqı və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan “Toyota Prius” 2007 markalı, 77-DF203 dövlət qeydiyyat nişanlı avtomobil icarəyə verilmişdir və aylıq icarə haqqı 500 (beş yüz) manat təşkil edirdi. Cavabdeh bir müddət müqavilə üzrə ödəməli olduğu icarə haqqını ödəsə də, son iki ayın, 2024-cü ilin aprel və may ayları üçün ödənilməli olan 1000 (bir min) manat məbləğində icarə haqqını ödəməmişdir. Cavabdehə xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə, həm də elektron məhkəmə portalı vasitəsilə xx.xx.2024-cü il tarixli pretenziya məktubları göndərilərək, 2024-cü ilin aprel və may ayları üçün ödənilməli olan 1000 manat icarə haqqının 5 gün ərzində ödənilməsi xahiş edilmiş, lakin cavabdeh pretenziya məktublarına cavab verməmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443-cü maddələrinə istinad edilmişdir.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
5. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı əlavə olaraq qeyd etdi ki, müqavilə cavabdehlə bağlanmış və maşın təhvil verilmişdir. Ona görə də həmin məbləğ cavabdedən tutulmalıdır.
6. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, sənəddəki möhürün ona aid olması o demək deyildir ki, pulu o ödəməlidir. Maşınlar 500 manata icarəyə götürülür, sonra yenidən icarəyə verilir və gəlirlər ona gəlirdi. Maşınların şəxslər arasında bölüşdürülməsini o həyata keçirmişdir. Nahid adlı şəxs də onunla bir yerdə işləyib. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icarəyə verən qismində İddiaçı ilə icarəçi qismində Cavabdeh arasında 02 sentyabr 2023-cü il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən icarəyə verən **-DF-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2007-ci il olan (ban: JTDKB20U6********) nəqliyyat vasitəsini icarəyə verir, icarəçi isə həmin nəqliyyat vasitəsini taksi fəaliyyəti üçün öz istifadəsinə qəbul edir. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən icarəçinin müqavilədə qeyd edilən nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə qəbul etmək, nəqliyyat vasitəsinin icarəsinə görə nəzərdə tutulan icarə haqqını müqavilədə qeyd edilən müddətdə və məbləğdə ödəmək öhdəliyi vardır. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən icarəçi müqavilədə qeyd edilmiş və icarəyə alınmış nəqliyyat vasitəsinin 1 aylıq müddətinə icarəsi üçün icarəyə verənə 500 manat məbləğində icarə haqqını ödəyir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən müqavilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək bağlanır. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi və ya lazım olan şəkildə yerinə yetirilməməsi hallarında təqsirli tərəf, Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyinə müvafiq olaraq, zərərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərəri ödəməlidir.
8. İddiaçı tərəfindən iş materiallarına icarəyə verilmiş nəqliyyat vasitəsinin fotoşəkilləri əlavə edilmişdir.
9. İddiaçı tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi
12. İddia tələbini cavabdehdən tərəflər arasında bağlanmış 02 sentyabr 2023-cü il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi üzrə 1000 manat icarə haqqının tutulması təşkil edir.
13. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında 02 sentyabr 2023-cü il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh icarə haqqının ödənilməsi ilə bağlı öhdəliklərini lazımi qaydada icra etməmişdir.
14. Müqaviləyə əsasən iddiaçı ona məxsus nəqliyyat vasitəsini cavabdehə icarəyə vermiş, müəyyən aylar üzrə icarə haqqı ödənilsə də, 2024-cü ilin aprel və may ayları üçün ödənilməli olan icarə haqqı ödənilməmişdir. Cavabdeh iddiaya etiraz edərək, icarə obyektinin Nahid adlı şəxsə icarəyə verildiyini, icarə haqqının da həmin şəxsin ödəməli olduğunu bildirmişdir.
23. Məhkəmə qanunvericilik normalarını, cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının icarə haqqının tutulmasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh 1000 (min) manat icarə haqqı tutularaq İddiaçı ödənilməlidir. Həmin icarə haqqı borcunun mövcudluğu işdə olan sübutlar və tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır. Cavabdeh iddianı qəbul etməmişdir. Onun mövqeyi belə olmuşdur ki, müqavilədəki möhürün ona aid olması o demək deyildir ki, pulu o ödəməlidir. Belə ki, maşınlar 500 manata icarəyə götürülür, sonra yenidən icarəyə verilir, gəlirlər ona gəlirdi. Maşınların şəxslər arasında bölüşdürülməsini o həyata keçirirdi. Nahid adlı şəxs də onunla bir yerdə işləmiş, iddiaçıya məxsus nəqliyyat vasitəsinə görə icarə haqqı da onun tərəfindən ödənilmişdir, ona görə də iki ayın icarə haqqı da həmin şəxsdən tutulmalı, ona münasibətdə iddia rədd olunmalıdır.
24. Məhkəmə cavabdehin etirazını əsassız hesab etmişdir. Belə ki, icarə münasibətləri hazırkı tərəflər arasında yaranmışdır və icarə haqqının ödənilməsi öhdəliyi də cavabdehə aid hesab edilməlidir.
24. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
25. Məhkəmə hesab edir ki, iddia tam təmin olunduğundan ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2024-cü ilin aprel və may ayları üçün 1000 (min) manat icarə haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, ümumilikdə 1030 (min otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova