Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-135/2022 02.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdehnə (MMC) qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh MMC-dən iddia qaldırılan günə kredit müqaviləsi üzrə banka əsas borc ******* manat, 04 mart 2021-ci il tarixə faiz borcu üzrə 39012,22 manat olmaqla ümumilikdə 1039012,22 manat və 30 manat məbləğində dövlət rüsumunun tutulması və 15 fevral 2019-cu il tarixli, 57227-2/İPM №-li girov müqavilələrinə əsasən Cavabdeh MMCnin istismarında olan Salyan rayonu, Kürsəngi kəndi ərazisində yerləşən, 8 ha torpaq sahəsində yerləşən “İEP” tipli daşınar istixana kompleksinə yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 1039042,22 manat borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 28 noyabr 2016-cı il tarixli, 57227-1/SKMF №-li kredit müqaviləsinə əsasən illik 6 % olmaqla, Sahibkarlığla Kömək Milli Fondunun vəsaiti hesabına ******* manat məbləğində kredit ayrılmışdır və eyni tarixdə cavabdehə tranşla ******* manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kredit 18 noyabr 2026-cı il tarixə qədər verilmişdir. Kreditin təminatı olaraq 15 fevral 2019-cu il tarixli, 57227-2/İPM №-li girov müqaviləsinə əsasən Cavabdeh MMC-nin istismarında olan Salyan rayonu, Kürsəngi kəndi ərazisində yerləşən 8 ha torpaq sahəsində yerləşən "İEP” tipli daşmar İstixana kompleksi götürülmüşdür. Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən kredit 120 ay müddətinə verilir və həmin müqavilənin 4.3-cü bəndinə əsasən kreditin qaytarılması bu Müqaviləyə 1 saylı əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən 1 Saylı əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə ertəsi günündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 5.2-ci bəndində göstərilmiş faiz dərəcəsinin iki mislində cərimə faizi hesablanır. Cavabdeh MMC öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, nəticədə onun iddia qaldırılan günə kredit müqaviləsi üzrə banka əsas borcu ******* manat, 04 mart 2021-ci il tarixə faiz borcu üzrə 39012,22 manat, cəmi 1039012,22 manat məbləğində borcu yaranmışdır. Cavabdeh MMC öhdəliklərin icra edilmədiyi, gecikdirildiyi bütün hallar üçün cavabdehdir və banka dəymiş zərərin əvəzini ödəməyə borcludur. Kredit müqaviləsi üzrə öhdəliklər vaxtında icra edildiyi və əsas borc Banka qaytarıldığı halda, Bank kredit təşkilatı olaraq həmin vəsaiti yenidən kredit şəklində yerləşdirərək gəlir əldə etmiş olardı. Həmin kredit müqaviləsinin 8.1-ci bəndinə əsasən Bank bu müqaviləni vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi və bu müqavilənin 6.1-ci bəndində göstərilən cərimə faizinin ödənilməsini tələb edə bilər. 28 noyabr 2016-cı il tarixli, 57227-1/SKMF kredit müqaviləsi üzrə borc axırıncı dəfə 30 iyul 2020-ci il tarixdə cəmi 1654,96 məbləğində ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 28 noyabr 2016-cı il tarixli, 57227-1/SKMF №-li kredit müqaviləsinə əsasən İddiaçı ASC hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərlə Cavabdeh MMC-yə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına ******* manat məbləğində güzəştli kredit verir, cavabdeh isə bu müqaviləyə müvafiq olaraq alınmış krediti qaytarmağı, kredit məbləğinə hesablanmış faizləri ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdəsinə götürür. Kredit müqaviləsinin müddəti 18 noyabr 2026-cı il tarixinə qədər müəyyən edilmişdir. - 15 fevral 2019-cu il tarixli, 57227-2/İPM nömrəli girov müqaviləsinə əsasən kreditin təminatı olaraq Cavabdeh MMC-nin istismarında olan Salyan rayonu, Kürsəngi kəndi ərazisində yerləşən 8 ha torpaq sahəsində yerləşən "İEP” tipli daşınar istixana kompleksi girovla yüklü edilmişdir. - 04 mart 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin 28 noyabr 2016-cı il tarixli, 57227-1/SKMF №-li kredit müqaviləsinə əsasən əsas borc üzrə ******* manat, faiz borcu üzrə 39012,22 manat, gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 0, cəmi 1039012,22 manat məbləğində borcu yaranmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, tələb 2 hissədən ibarətdir: - tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi; - kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh MMC kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş və müqavilənin şərtlərini əsaslı dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia müqavilənin ləğv olunması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh tərəfindən kredit məbləği götürülsə də, kredit müqaviləsi üzrə ödənişlər həyata keçirilməmişdir, bununla da o, üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Həmçinin məhkəmə kredit borcuna görə tutmanın cavabdehə məxsus əmlaka yönəldilməsi ilə bağlı bir sıra məqamları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. - 295.1-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. - 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 15 fevral 2019-cu il tarixli, 57227-2/İPM nömrəli girov müqaviləsinin 2.2-ci bəndinə əsasən borcalanın öhdəliklərinin təminatı kimi Girovqoyana (Cavabdeh MMC) məxsus olan daşınar istixana kompleksi konstruksiyası və daxili avadanlıqlar Girovsaxlayanın (İddiaçı ASC) ödəniş anına tələblərini tam şəkildə əhatə edir və buna borcun əsas hissəsi, hesablanmış faizlər, borcalan tərəfindən öhdəliklərin yerinə yetirilməsi səbəbindən Girovsaxlayana dəyən zərər və həmçinin Girovsaxlayan tərəfindən pul vəsaitinə ödənişin yönəldilməsi ilə bağlı çəkilən əlavə xərclər habelə məhkəmə xərcləri də daxil edilir. Həmin müqavilənin 3.1-ci bəndində qeyd olunmuşdur ki, girov predmeti (Girovqoyanın) Cavabdeh MMC-nin istismarında olan, Salyan rayonu, Kürsəngi kəndi ərazisində yerləşən, "xxxx" MMC tərəfindən 06 sentyabr 2018-ci il tarixində 163/R-09-018/BK-02 saylı akta əsasən qiymətləndirilən, bazar dəyəri – 11010000 manat, likvid dəyəri – 990900 manat məbləğində olan, 8 ha torpaq sahəsində yerləşən “İEP” tipli daşmar istixana kompleksidir. Bakı Kommersiya Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, e-2-2(113)-2220/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 noyabr 2021-ci il tarixli, 9/4637 saylı rəyində cavabdehin istismarında olan Salyan rayonu, Kürsəngi kəndi ərazisində 8 ha torpaq sahəsində yerləşən “İEP” tipli daşınar istixana kompleksinin "xxxx" MMC-nin tərtib etdiyi aktında göstərilən ölçüləri və avadanlıqları nəzərə alınmaqla hazırkı orta bazar dəyəri təxminən 18542000 manat likvid dəyəri 16687800 manat müəyyən olunduğu qeyd olunmuşdur. Həmin ekspert rəyindən görünür ki, həmin sənəd ümumiyyətlə əsaslandırılmamış, rəyin tədqiqi hissəsində "xxxx" MMC-nin aktına istinad edilsə də, aktın məzmunun açıqlanmamış və akt rəyə əlavə olunmamışdır. Bakı Kommersiya Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, e-2-2(113)-135/2022 saylı qərardadına əsasən iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 aprel 2022-ci il tarixli, 9/693 saylı rəyində qeyd olunmuşdur ki, ”GP Alpha Greenhouse” MMC-nin istismarında olan, Salyan rayonu, Kürsəngi kəndi ərazisində 8 ha torpaq sahəsində yerləşən “İEP” tipli daşınar istixana kompleksinin "xxxx" MMC-nin tərtib etdiyi aktında göstərilən ölçüləri və avadanlıqları nəzərə alınmaqla illik 10% (2018-2021-ci illər üzrə) amortizasiya norması tətbiq edilməkə hazırki bazar dəyəri təxminən ******* manat (8390000,00-10%) x 3 dəfə, likvid dəyəri ******* manat müəyyən olunur. Girov predmeti olan “İEP” tipli daşmar istixana kompleksinin girov müqaviləsində bazar dəyəri – 11010000 manat, likvid dəyəri – 990900 manat qeyd olunmuşdur. Uzun illər istismar olunmasına baxmayaraq məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 noyabr 2021-ci il tarixli, 9/4637 saylı rəyində girov predmetinin orta bazar dəyəri təxminən 18542000 manat, likvid dəyəri 16687800 manat qeyd olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, həmin rəy reallığa uyğun olmadığından məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 aprel 2022-ci il tarixli, 9/693 saylı rəyi əsas görtürülərək girov predmetinin likvid dəyəri ******* manat müəyyən olunmalıdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 28 noyabr 2016-cı il tarixli, 57227-1/SKMF nömrəli kredit müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə ******* manat əsas borc və 04 mart 2021-ci il tarixə 39012,22 manat faiz borcu olmaqla, ümumilikdə 1039012,22 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq, iddiaçının xeyrinə ödənilməli, borcun ödənilməsi üçün tutma 15 fevral 2019-cu il tarixli, 57227-2/İPM №-li girov müqaviləsinə əsasən cavabdehin istismarında olan, Salyan rayonu, Kürsəngi kəndi ərazisində 8 ha torpaq sahəsində yerləşən “İEP” tipli daşınar istixana kompleksinə yönəldilməli, həmin əmlakın likvid dəyəri ******* manat müəyyən edilməklə açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına 1039012,22 manat məbləğində borc ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi barədə iddiası təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 noyabr 2016cı il tarixli, 57227-1/SKMF nömrəli kredit müqaviləsi ləğv edilsin. 28 noyabr 2016-cı il tarixli, 57227-1/SKMF nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc və 04 mart 2021-ci il tarixə 39012,22 manat faiz borcu olmaqla, ümumilikdə 1039012,22 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Borcun ödənilməsi üçün tutma 15 fevral 2019-cu il tarixli, 57227-2/İPM №-li girov müqaviləsinə əsasən Cavabdeh istismarında olan, Salyan rayonu, Kürsəngi kəndi ərazisində 8 ha torpaq sahəsində yerləşən “İEP” tipli daşınar istixana kompleksinə yönəldilsin, həmin əmlakın likvid dəyəri ******* manat müəyyən edilməklə açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına 1039012,22 manat məbləğində borc ödənilsin. Dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə – əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-135/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-135/2022
02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver