Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1352/2024 07.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, verilmiş mallara görə ödənilməmiş 19.774 manat borcun, mənəvi ziyana görə 1.000 manat, vəkil xərci üçün ödəniliş 500 manat və dövlət rüsumu olaraq ödənilmiş 154 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, O, sifarişləri “whatsapp” tətbiqi üzərindən Cavabdeh əməkdaşları olmuş, Elvira xanım, Mariya xanım, Məmməd müəllim, Anar müəllim adlı şəxslərdən almışdır. 2022-ci ilin dekabr ayınadək verilmiş olan mallara görə pulu almış, ancaq dekabr ayı və sonra verilmiş sifarişlərə görə, verilmiş malların pulunu almamışdır. O, cavabdehə 190 kub karbonat (dəyəri 3230 manat), 238 kub ballas (dəyəri 6426 manat), 69,5 kub atsep ( dəyəri 2085 manat), 103,7 kub şeben (dəyəri 2800 manat), 193,84 kub ballas (dəyəri 5233 manat) adlı mallar vermiş, ancaq dəyəri ödənilməmişdir. Ödənilməmiş borcun ümumi məbləği 19.774 manat təşkil edir.
3. Məhkəmə qeyd edir ki, iddianın dəyişdirilməsinə dair ərizədə, ilkin redaksiyada verilən ərizədən cəmi 4 manat fərq olmuş və iddianın əsası dəyişməmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf cavabdehə 190 kub karbonat (dəyəri 3230 manat), 238 kub ballas (dəyəri 6426 manat), 69,5 kub atsep ( dəyəri 2085 manat), 103,7 kub şeben (dəyəri 2800 manat), 193,84 kub ballas (dəyəri 5233 manat) adlı malların verildiyini, ancaq cavabdeh tərəfin verilmiş malların dəyərini ödəmədiyini bildirir.
10. Bundan başqa iddiaçı tərəf tərəflər arasında hər hansı bir yazılı alqı-satqı müqaviləsinin, təhvil-təslim aktının, elektron qaimənin olmadığını və daimi olaraq sifarişləri “whatsapp” tətbiqi üzərindən Cavabdeh əməkdaşları olmuş, Elvira xanım, Mariya xanım, Məmməd müəllim, Anar müəllim adlı şəxslərdən aldığını, pulları isə şirkətin kassasından götürdüyünü bildirmişdir.
11. Həmçinin iddiaçı tərəf əvvəllər malları nisbətən ucuz qiymətə verdiyini, sonradan isə qiymətin qalxdığını və bunu da, “whatsapp” tətbiqi üzərindən Cavabdeh əməkdaşları olmuş Elvira və Mariya xanıma bildirdiyini, onların isə razı olaraq, malları yeni qiymətlə aldıqlarını bildirdi.
12. Məhkəmənin ilk yəni, xx.xx.2024-cü il hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 “hələ ki, malların verilməsini inkar etmədiklərini, qiymətlə və ödənişlərlə bağlı dəqiqləşmə aparılması üçün müvafiq şöbəyə sorğu verildiyini və hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir.” (video 27:50)
13. Məhkəmənin sonrakı xx.xx.2024-cü hazırlıq iclasında iştirak edən cavabdehin digər nümayəndəsi X2 əvvəlki hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsinin “malların verilməsini inkar etmədiklərini” səsləndirdiyi qeyd edilmiş və cavabdehin digər nümayəndəsi X3 da, “Bəli” cavabı verməklə, malların verilməsini mübahisələndirməmiş, ancaq 2022-ci ilin dekabr ayında ödənişlər edildiyini bildirmişdir. (video 10:00-dan)
14. Məhkəmənin sonrakı xx.xx.2024-cü hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 xx.xx.2021-ci il tarixli müqavilə təqdim edərək malların dəyərinin iddiaçının bildirdiyi qiymət yox, “köhnə” qiymətlər olduğunu bildirmişdir.
15. Qeyd edilmiş müqavilə, imzanın iddiaçıya aid olub-olmamasının müəyyən edilməsi üçün iddiaçıya göstərilmiş, iddiaçı isə müqavilə və ona əlavələrdəki imzanın ona aid olmadığını bildirdi.
16. Cavabdeh tərəf imzanın iddiaçıya məxsus olmasını təkid etməmişdir.
17. Ona görə də, Məhkəmə hesab edir ki, qeyd edilmiş müqavilədəki imza iddiaçıya aid deyil.
18. Həmçinin xx.xx.2024-cü hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 maliyyə arayışı təqdim edərək, İddiaçı indiyədək 123.41,44 manatlıq mal aldıqlarını və 132.234,98 manat pul ödədiklərini, hətta iddiaçıya artıq pul ödədiklərini bildirdi.
19. Məhkəmə xüsusi olaraq qeyd edir ki, xx.xx.2024-cü hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 yenidən malın verilməsinin mübahisələndirilmədiyi bildirilmiş, cavabdehin nümayəndəsi də, yenidən “Bəli” kimi cavab vermişdir. (video 4:30) Qeyd edilmiş hazırlıq iclasında cavabdeh tərəf ancaq malların qiymətini mübahisələndirmişdir.
20. Sonradan Məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasında və sonradan cavabdeh tərəfin mövqeyi dəyişmiş və malların verilməsi ilə bağlı “təhvil-təslim aktları olmadığını”, “malların verilib-verilmədiyi barədə məlumatlarının olmadığını”, “əgər mallar verilibsə ödənişlərin də olduğunu, mallar verilməyibsə ödənişlərin olmadığı” kimi qeyrimüəyyən izahat vermişdir. (video 11:00-14:00).
21. Məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasında sədrlik edən tərəfindən konkret mal verilib ya verilməyib? Sualına “biz onu deyə bilmərik” kimi qeyri müəyyən cavab verilmişdir. (video 13:30-14:00)
22. Qeyd edilən hallardan sonra Məhkəmə hesab edir ki, hazırkı mübahisənin həlli baxımından iddiaçı tərəfindən, cavabdehə hansı malların, hansı qiymətə verilməsini müəyyən etmək üçün, iddiaçı tərəfindən işə əlavə edilmiş, cavabdehin işçiləri olmuş Elvira, Mariya, Məmməd, Anar adlı şəxslərlə aparılan “whatsapp” tətbiqi üzərindən aparılan yazışmalar tətqiq edilməlidir.
23. İddiaçı tərəf cavabdehə dəyəri 3230 manat olan 190 kub karbonat verildiyini bildirir.
24. İşə əlavə edilmiş iddiaçı ilə cavabdehin işçisi olduğu Mamed adlı şəxslə aparılan xx.xx.2023-cü il tarixli “whatsapp” tətbiqi üzərindən yazışmadan görünür ki, iddiaçı 190 kub karbonat verildiyini bildirir, cavabdehin işçisi olan Mamed adlı şəxs isə ona 18 saniyəlik səs yazısı göndərməklə 182 kub karbonat verildiyini qəbul edir. (səs yazısı məhkəmə iclasına dinlənildi).
25. İşdə olan iddiaçı ilə əvvəllər cavabdehin işçisi olmuş Elvira adlı şəxslə aparılan xx.xx.2022-ci il tarixli “whatsapp” tətbiqi üzərindən yazışmadan görünür ki, tərəflər həqiqətən də, karbonatın kub metrinin dəyərinin 17 manat olması barədə razılıq olmuşdur və hətta həmin tarixlərdə (yəni noyabrda) verilmiş, olan karbonatın dəyəri 17 manat hesablanmaqla ödənilmişdir.
26. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin işçisinin (Mamed) etiraf etdiyi 182 kub karbonat, iddiaçı tərəfindən cavabdehə verilmiş və hər kub metirinin dəyəri 17 manat olmuşdur.
27. Ona görə də, iddiaçı tərəfindən cavabdehə verilmiş karbonata görə sonuncunun 3.094 (182x17) manat borcu vardır.
28. Bundan sonra iddiaçı tərəf cavabdehə dəyəri 6.426 manat 238 kub ballas verildiyini bildirir.
29. İşə əlavə edilmiş iddiaçı ilə cavabdehin işçisi olduğu Mariya adlı şəxslə aparılan xx.xx.2023-cü il tarixli “whatsapp” tətbiqi üzərindən yazışmadan görünür ki, iddiaçı tərəf 381 ton Ballasın boşaldığını bildirir, Mariya adlı şəxs isə “tamam”, “təşəkkürlər” cavabını verir. Qeyd edilmiş malın sifarişi isə xx.xx.2022-ci il tarixdə Mariya adlı şəxs tərəfindən “whatsapp” tətbiqi üzərindən aparılmış yazışmadan görünür.
30. Məhkəmə iclasında iddiaçı tərəf ballastın tondan kub metrə çevirmənin əmsalının 1,6 olduğunu qeyd edir.
31. İşdə olan iddiaçı ilə əvvəllər cavabdehin işçisi olmuş Elvira adlı şəxslə aparılan xx.xx.2022-ci il tarixli “whatsapp” tətbiqi üzərindən yazışmadan görünür ki, tərəflər həqiqətən də, ballasın kub metrinin dəyərinin 27 manat olması barədə razılıq olmuşdur və hətta həmin tarixlərdə (yəni noyabrda) verilmiş, olan ballasın dəyəri 27 manat hesablanmaqla ödənilmişdir.
32. Məhkəmə qeyd edir ki, əmsal 1,6 olmaqla 381 ton ballas çevirməklə 238,1 (381/1,6) kub təşkil edir.
33. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 238 kub ballas verilmiş və hər kub metirinin dəyəri 27 manat olmuşdur.
34. Ona görə də, iddiaçı tərəfindən cavabdehə verilmiş ballasa görə sonuncunun 6.426 (238x27) manat borcu vardır.
35. İddiaçı tərəf cavabdehə dəyəri 2085 manat olan 69,5 kub atsep verildiyini bildirir.
36. Bununla bağlı, Məhkəmə qeyd edir ki, yazışmalarda məhz atsepin təhvili və ya çatdırılması ilə bağlı hər hansı bir yazışma mövcud deyildir.
37. Bundan sonra iddiaçı cavabdehə dəyəri 2800 manat olan 103,7 kub şeben (qırmadaş) verildiyini bildirir.
38. İşə əlavə edilmiş iddiaçı ilə cavabdehin işçisi olduğu Mariya adlı şəxslə aparılan xx.xx.2023-cü il tarixli “whatsapp” tətbiqi üzərindən yazışmadan görünür ki, iddiaçı tərəf 140 ton Ballasın boşaldığını bildirir, Mariya adlı şəxs isə “tamam”, “təşəkkürlər” cavabını verir. Qeyd edilmiş malın sifarişi isə xx.xx.2022-ci il tarixdə Mariya adlı şəxs tərəfindən “whatsapp” tətbiqi üzərindən aparılmış yazışmadan görünür.
39. Məhkəmə iclasında iddiaçı tərəf şebenin (qırmadaşın) tondan kub metrə çevirmənin əmsalının 1,35 olduğunu və qiymətinin dəyişmədiyini və daim kub metrinin dəyərinin 14 manat olduğunu qeyd edir.
40. Məhkəmə qeyd edir ki, əmsal 1,35 olmaqla 140 ton şeben (qırmadaş) çevirməklə 103,7 (140/1,35) kub təşkil edir.
41. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 103,7 kub şeben (qırmadaş) verilmiş və hər kub metirinin dəyəri 14 manat olmuşdur.
42. Ona görə də, iddiaçı tərəfindən cavabdehə verilmiş şeben (qırmadaşa) görə sonuncunun 1.451,8 (103,7x14) manat borcu vardır.
43. İddiaçı son olaraq cavabdehə dəyəri 5.233 manat olan 193,84 kub ballas verildiyini bildirir.
44. İşə əlavə edilmiş iddiaçı ilə cavabdehin işçisi olduğu Mamed adlı şəxslə aparılan xx.xx.2023-cü il tarixli və sonrakı tarixlərdə “whatsapp” tətbiqi üzərindən yazışmadan görünür ki, Mamed adlı şəxs iddiaçıya 193,84 kub ballasının 29.12.22-xx.xx.2023-cü il tarixlərində alınması halını etiraf etmiş və bu barədə, iddiaçıya cədvəl göndərmişdir.
45. Yuxarıda da, qeyd edildiyi kimi, ballasın kub metrinin dəyəri 27 manat olmuşdur.
46. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə kub metrinin dəyəri 27 manat olan 193,84 kub həcmində ballas verilmişdir.
47. Ona görə də, iddiaçı tərəfindən cavabdehə verilmiş 193,84 kub ballasa görə sonuncunun 5.233,68 (193,84x27) manat borcu vardır.
48. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin məhkəmə iclaslarında səsləndirdiyi, Elvira adlı işçilərinin müəssisəsə hər hansı bir yeyintinin etməsi və ona görə də, polis orqanlarına şikayət etməsi halının hazırkı işin həlli baxımından heç bir əhəmiyyəti yoxdur.
49. Belə ki, iddiaçı tərəf sifariş edilmiş məhsulları, cavabdehə məxsus olan Azvul zavoduna aparmışdır.
50. Həmçinin də, cavabdeh tərəfin iddiaya olan dəyişkən mövqeyini, uğursuz özünü müdafiə halı kimi qiymətləndirir.
51. Əlavə olaraq Məhkəmə cavabdehin “əvvəlki mövqeyinə” (verilən malların pulunun verilməsinə) münasibətdə qeyd edir ki, cavabdeh tərəf verilmiş olan sadalanmış malların dəyərinin ödənilməsi barədə hər hansı bir sübutu Məhkəməyə təqdim edə bilməmişdir.
52. Bundan başqa da, məhkəmə qeyd edir ki, bütün işin halları tətqiq edilərkən görünür ki, tərəflər arasında uzun müddət əməkdaşlıq olmuş və heç bir halda, yazılı müqavilə olmamış, tərəflər arasında təhvil-təslim aktı imzalanmamış və elektron qaimə göndərilməmişdir.
53. Belə olan halda, məhkəmə hesab edir ki, 16.205,48 (3.094+6.426+1.451,8 +5.233,68) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir.
54. Bundan başqa, hüquqi yardımın göstərilməsi ilə əlaqədar olaraq vəkilə çəkilmiş xərcin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir.
55. Həmçinin də, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138 (bir yüz otuz səkkiz) manat, 62 (altmış iki) qəpik məbləğində pul da,Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir.
56. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə ətnamə qəbul edilməlidir.
VI. Nəticə:
57. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 16.205 (on altı min iki yüz beş) manat, 48 (qırx səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138 (bir yüz otuz səkkiz) manat, 62 (altmış iki) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov