Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1359/2023 04.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X12 qızının katibliyi, iddiaçı "xxxx" QSCnin nümayəndəsi X5, cavabdeh “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsinin nümayəndəsi X2 və Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X10rşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC tərəfindən 2019-cu ilin yanvar, fevral, mart, aprel, may və noyabr aylarında Dövlət X3nə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 419948,74 manat və 800 manat ödənilmiş dövlət rüsumu, cəmi 420748,74 manatın cavabdehlər Azərbaycan Respublikasının Cavabdeh1 və “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X15 müştərək qaydada alınaraq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Cavabdeh1 Dövlət X1 (Dövlət X3) 2019-cu il tarixində göstərilmiş yükdaşıma və stansiya xidmətlərinə görə 2022-ci il 01 aprel tarixinə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (ADY) qarşısında 419948,74 manat məbləğində borc öhdəliyi yaranmışdır. Belə ki, ADY-nin Gəncə, Keşlə, Biləcəri, Hövsan stansiyasında göstərilmiş xidmətlərə (“ADY-yə məxsus vaqonların istifadəsi”, “vaqonların dalan yoluna verilib götürulməsi” və s.) görə Dövlət X3nə 419948,74 manat yığım hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” 2021-ci il 7 oktyabr tarixli 1456 nömrəli Fərmanı ilə Dövlət X3 ləğv edilmiş və onun əsasında “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxs (Agentlik) yaradılmışdır. Fərmanın 5.4-cü yarımbəndinə əsasən Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Dövlət X1 balansında olan dövlət əmlakı Agentliyin balansına verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlaka cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Fərmandan da göründüyü kimi Dövlət X1 balansında olan dövlət əmlakıAgentliyin balansına verildiyindən Mülki Məcəllənin yuxarıda qeyd edilən maddəsinə əsasən Dövlət X1 öhdəlikləri də verilmiş əmlaklar həddində Agentliyə keçmişdir. Bununla bağlı cavabdeh Agentliyə xx.xx.2022-ci il tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Agentlikdən daxil olmuş xx.xx.2022-ci il tarixli DEA-x/o-2022/03-285 nömrəli məktubda Dövlət X1 borcunun Agentliyə aid olmadığı bildirilmişdir. Bundan başqa bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh1 Dövlət X3 haqqında Əsasnamə”nin 22.10-cu bəndinə əsasən Agentliyin rəisi Agentliyin səlahiyyətlərinə aid edilən məsələlərlə bağlı məhkəmədə iddiaçı və cavabdeh qismində ona verilən səlahiyyətlər daxilində Cavabdeh1 təmsil edir. Qeyd edilən əsasnaməyə əsasən, Dövlət X3 Azərbaycan Respublikasının Cavabdeh1 fəaliyyəti üzrə onu iddiaçı və cavabdeh qismində təmsil etdiyindən Agentliyin fəaliyyəti ilə bağlı məsələlər üzrə nazirlik məsuliyyət daşıyır. Bununla bağlı cavabdeh Azərbaycan Respublikasının Cavabdeh1nə xx.xx.2022-ci il tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Göstərilənlərə əsasən, ADY pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin3.1-ci bəndinə əsasən Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikası iqtisadiyyatının, fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalara və dəmir yolu sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsindən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsindən və təkmilləşdirilməsindən, dəmir yollarında hərəkətin idarə edilməsinin təmin olunmasından, dəmir yolu nəqliyyat vasitələri parkının, maddi- texniki bazasının müasirləşdirilməsindən və səmərəli istifadə olunmasından və bu sahədə kadr hazırlığının aparılmasından ibarətdir. 3.2.4-cü yarımbəndinə əsasən sərnişin və yük daşımaları ilə əlaqədar xidmət göstərilməsinin həyata keçirilməsi; 3.2.25- c i yarımbəndinə əsasən dəmir yolu nəqliyyatı sahəsində rabitə, informasiya, marketinq, servis və digər xidmətlərin göstərilməsi; 3.2.26-cı yarımbəndinə əsasən ümumi istifadədə olan dəmir yolu infrastrukturundan istifadə ilə bağlı xidmətlərin göstərilməsi; 3.2.29-cu yarımbəndinə əsasən dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsi Cəmiyyətin fəaliyyət istiqamətlərindəndir. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin1.4-cü bəndinə əsasən magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərin istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahəsinə aiddir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin2013-cü il 19 iyul tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nın 19-cu qrafasında təbii inhisara aid edilən fəaliyyət növü kimi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin magistral və yerli dəmiryol xətlərinin, yol qurğu və tikililərinin istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmiryol stansiyaları və sərnişin vağzallarının xidmətləri göstərilmişdir. Göründüyü kimi stansiya xidmətlərinin göstərilməsi ADY-nin təbii inhisar fəaliyyətidir. Ölkə ərazisində bu xidməti göstərən alternativ bir qurum yoxdur. Nəqliyyat Nazirliyi tərəfindən 28 yanvar 2008-ci il tarixdə təsdiq edilmiş № 04/S Yük və baqaj qəbul-təhvilçisinin vəzifə təlimatının 3.1.2-ci bəndində qeyd olunmuşdur ki, vaqon və konteynerlərin qeyri-ümumi istifadə yerlərinə (və ya yerlərində) verilməsinin (və ya götürülməsinin) qeydiyyatı qəbultəhvilçinin vaqonların verilməsi və götürülməsinə dair QU-45 formalı yaddaş vərəqəsi üzrə aparılır. Eyni zamanda, Təlimatın 6 nömrəli əlavəsi ilə müvafiq olaraq vaqonların verilməsi və götürülməsi barədə QU-45 Formalı arayışın tərtib olunma qaydası göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş və cavabdeh təşkilatın nümayəndəsinin imzası ilə təsdiq olunmuş vaqonların verilməsi və götürülməsi barədə QU-45 Formalı arayış yuxarıda qeyd edilən təlimata uyğun tərtib edilmiş və həmin arayışlarla stansiya xidmətlərinin göstərilməsi tam təsdiq olunur. Hazırkı mübahisə ilə bağlı yazılı müqavilə mövcud olmasa da, tərəflər arasında şifahi xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. "Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsi iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddia ərizəsindən aydın olur ki, öhdəliyin yaranması əsası kimi müqavilə münasibətlərinə istinad edilir. MM-nin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Bildirmək istəyirik ki ADEA ilə ADY arasında iddia ərizəsində qeyd edilmiş öhdəliyin yaranmasına səbəb olmuş müqavilə bağlanmamışdır. MM-nin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Beləliklə ADY-nın müqavilə münasibətləri DMEA ilə olduğundan həmin müqavilə ADEA üçün hər hansı bir vəzifə yarada bilməz. Həmçinin qüvvədə olan normativ hüquqi aktlarda ADEA-nın DMEA-nın hüquq varisi olması və buna görə də onun öhdəliklərinin icrası vəzifəsi barədə qeyd mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli 1456 nömrəli Fərmanının (bundan sonra – Fərman) 5.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə DMEA-nın balansında olan dövlət əmlakının ADEAnın balansına verilməsini təmin etmək tapşırılmışdır. Sözügedən bəndin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 22 avqust tarixli 536s nömrəli Sərəncamına uyğun (bundan sonra – Sərəncam) DMEA-nın balansında olan dövlət əmlakı (daşınmaz və daşınar əmlaklar) ADEA-nın balansına verilmişdir. Sərəncamda ötürülən əmlakların siyahısında DMEA-nın öhdəliklərinin ADEAya verilməsi nəzərdə tutulmamışdır. 2. Bu Sərəncamın verilməsi onu təsdiq edir ki, ADEA DMEA-nın hüquqi varisi deyildir, əks halda sözügedən əmlaklar sərəncamın verilməsinə zəruriyyət olmadan ADEA-nın balansına keçməli idi. Əlavə olaraq onu da vurğulamaq lazımdır ki, DMEA icra hakimiyyəti orqanıdır və hüquqi şəxs statusuna malik deyildir. Bu səbəbdən MM-nin hüquqi şəxsin yenidən təşkili ilə bağlı 55-ci maddəsi (çevrilmə) ona şamil edilmir və belə olan halda ADEA-ya münasibətdə hüquqi varislik yaratmır. Bundan başqa nə Fərmanda nədə ki ADEA-nın nizamnaməsində ADEA-nın DMEAnın hüquqi varisi olması qeyd edilmir. Həmçinin bildirmək istəyirik ki, icra hakimiyyəti orqanlarının əsasında publik hüquqi şəxslərin yaradılması ilə bağlı qəbul edilmiş normativ-hüquqi aktların təhlili zamanı görmək olur ki, hüquqi varisliyin, o cümlədən hüquq və öhdəliklərin keçməsi zamanı bu məsələ normativ-hüquqi aktda xüsusi olaraq ayrıca qeyd edilir. ADY tərəfindən təqdim edilən iddia ərizəsində Mülki Məcəllənin 43.1.-ci maddəsinə istinadən bildirilir ki, DMEAnın ADEA-ya verilmiş əmlaklar həddində DMEA-nın öhdəlikləri üçün ADEA məsuliyyət daşıyır. Qeyd edilməlidir ki, 43.1-ci maddədə hüquqi şəxsin öz öhdəlikləri üçün onun mülkiyyətində olan əmlakla cavabdeh daşıdığı qeyd edilmişdir. Həmin maddədə əmlak verildiyi təqdirdə onunla birgə hansısa öhdəliklərin keçməsi barədə qeyd təsbit olunmamışdır. DMEA-nın öhdəlikləri üçün ADEA-nın məsuliyyət daşımadığını nəzərə alaraq bildiririk ki, ADY-nin gəldiyi bu nəticə də yanlışdır. Digər Cavabdeh1 sistemə iddia müddətinin tətbiqi barədə ərizə yükləmiş və ərizədə bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X8 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsinin nümayəndəsi X6 iddianı qəbul etməyərək etiraza uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiqinə dair ərizəyə uyğun izahat verərək tələbin rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 18 fevral 2019-cu il tarixli EAAQ seriyalı 526932 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 Dövlət X3nə 151248,74 manat məbləğində xidmət göstərmişdir. 14 mart 2019-cu il tarixli EAAR seriyalı 675378 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 Dövlət X3nə 21699,96 manat məbləğində xidmət göstərmişdir. 14 mart 2019-cu il tarixli EAAR seriyalı 675475 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 Dövlət X3nə 36119,49 manat məbləğində xidmət göstərmişdir. 16 aprel 2019-cu il tarixli EAAT seriyalı 161167 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 Dövlət X3nə 13946,88 manat məbləğində xidmət göstərmişdir. 16 aprel 2019-cu il tarixli EAAT seriyalı 161131 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 Dövlət X3nə 75642,95 manat məbləğində xidmət göstərmişdir. 10 may 2019-cu il tarixli EAAU seriyalı 256302 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 Dövlət X3nə 153635,95 manat məbləğində xidmət göstərmişdir. 10 may 2019-cu il tarixli EAAU seriyalı 256340 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 Dövlət X3nə 9354,66 manat məbləğində xidmət göstərmişdir. 13 iyun 2019-cu il tarixli EAAV seriyalı 749901 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 Dövlət X3nə 5020,12 manat məbləğində xidmət göstərmişdir. 13 dekabr 2019-cu il tarixli EBAD seriyalı 830146 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 Dövlət X3nə 64,19 manat məbləğində xidmət göstərmişdir. 07 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanından görünür ki, Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 əsasında “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsi yaradılmışdır. Fərmanın 5.4-cü maddəsindən görünür ki, Agentlik dövlət qeydiyyatına alındığı gündən 1 ay müddətində Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 balansında olan dövlət əmlakının, habelə X4 "xxxx" ASC-nin balansında olan və Agentliyin fəaliyyəti üçün zəruri olan dövlət əmlakının Agentliyin balansına verilməsi təmin edilmişdir. 22 avqust 2022-ci il tarixli 536s nömrəli Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 balansında olan dövlət əmlaklarının bir qisminin Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə verilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamından görünür ki, Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 balansında olan və bu sərəncamın 1 və 2 nömrəli əlavələrində göstərilən dövlət əmlakları Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin balansına verilmişdir. 29 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, 22 avqust 2022-ci il tarixli 536s nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Cavabdeh1 05 aprel 2022-ci il tarixli 018 nömrəli əmri ilə yaradılmış təhvil-təslim komissiyasının sədri və üzvləri Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 balansında olan dövlət əmlakının bir qismini əlavə olunmuş siyahı (1 və 2 nömrəli əlavələr) üzrə “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsi təhvil alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54.4 və 55.1 və 373.2-ci maddələrinə əsasən idarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, iş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Cavabdeh1 nəznində Dövlət X3 yaradılmış və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti agentliyə 2019-cu il ərzində yükdaşıma və stansiya xidmətləri göstərmişdir. Məhkəmə hesab edir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1 və “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsə qarşı tələbi təmin edilə bilməz, belə ki, Azərbaycan Respublikası Prezidentinin 07 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında Fərmanına əsasən Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 əsasında “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxs yaradılsa da, sözügedən Fərmanda “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsinin Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 hüquqi varisi olması və ya Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 hüquq, vəzifə və öhdəliklərinin publik hüquqi şəxsə keçməsi barədə müddəalar qeyd edilməmiş, sadəcə olaraq Azərbaycan Respublikası Cavabdeh1 05 aprel 2022-ci il tarixli 018 nömrəli əmri ilə yaradılmış təhvil-təslim komissiyası tərəfindən Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 balansında olan dövlət əmlakının bir qismi “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X14 təhvil verilmiş və sözügedən sənəddə də, öhdəliklərin (debitor, kreditor borclar və sair) keçməsi ilə bağlı heç bir müddəya qeyd edilməmişdir. Göründüyü kimi tələb “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsə qarşı irəli sürülsə də, sonuncu Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 hüquqi varisi deyil və onun hüquq, vəzifə və öhdəlikləri publik hüquqi şəxsə keçməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, hər iki qurumun təşkilatı-hüquqi forması fərqlidir, belə ki, biri nazirliyin nəznində fəaliyyət göstərmiş, digər isə publik hüquqi şəxs kimi fəaliyyət göstərir. Məhkəmə digər cavabdeh Fövqələdə Hallar Nazirliyinə münasibətdə isə iddia ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 54.4-cü maddəsinə əsasən, idarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Qeyd olunan maddi hüquq normasından göründüyü kimi, Cavabdeh1 yalnız hər hansı bir qurumu özü yaratdığı təqdirdə onun öhdəlikləri üzrə məsuliyyət daşıya bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli Fərmanı Dövlət X3 Azərbaycan Respublikası Cavabdeh1 nəznində fəaliyyət göstərsə də, sözügedən agentlik nazirliyin müvafiq aktına əsasən deyil, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli Fərmanı əsasında yaradılmışdır. Göründüyü kimi, Dövlət X3 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli Fərmanı əsasında yarandığından Azərbaycan Respublikası Cavabdeh1 həmin agentliyin öhdəliklərinə görə cavab verən qurum deyil. Məhkəmə həmçinin qeyd edir ki, hazırki tələbə Cavabdeh1 cavab verməli olsaydı belə, iddia iddia təmin edilə bilməzdir. Belə ki, iş materiallarına əlavə edilmiş elektron qaimələrdən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin agentliyə göstərdiyi xidmət 2019-cu ilin fevral ayından dekabr ayına qədər olan müddəti əhatə edir, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti isə məhkəməyə 2023-cü ilin 09 fevral tarixində müraciət edərək müqavilə tələbləri üçün qanunvericiliklə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür. Odur ki, iddiaçı "xxxx" QSC-nin cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1 və “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X10rşı 2019-cu ilin yanvar, fevral, mart, aprel, may və noyabr aylarında Dövlət X3nə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 419948,74 manat və 800 manat ödənilmiş dövlət rüsumu, cəmi 420748,74 manatın cavabdehlər Azərbaycan Respublikasının Cavabdeh1 və “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X15 müştərək qaydada alınaraq "xxxx" QSC-yə ödənilməsi tələbi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" QSC-nin cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1 və “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X10rşı 2019-cu ilin yanvar, fevral, mart, aprel, may və noyabr aylarında Dövlət X3nə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 419948,74 manat və 800 manat ödənilmiş dövlət rüsumu cəmi 420748,74 manatın cavabdehlər Azərbaycan Respublikasının Cavabdeh1 və “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X15 müştərək qaydada alınaraq "xxxx" QSC-yə ödənilməsi tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1359/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1359/2023
04.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver