Məhkəmə qərarları › İş №e-2-2(113)-1369/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1369/2021

24.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1369/2021 24.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracdan satılaraq borcun ödənilməsi tələbinə dair kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdehin 18.11.2020 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1244.27 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 5774.13 va İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 386.5 manat məbləǧində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 6828.3 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan "xxxx" MMC Azarbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlat büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna va İşsizlikdən Sıǧorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödəilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Macallasinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 18/11/2020 tarixli qərar çıxarmışdır. Qərar asasında vergi ödəyicisinin 18/11/2020 tarixə yaranan 4101.61 manat borcuna görə 6828.3 manat mabləǧində əmlakı siyahıya alınmış va bu barədə 19/11/2020 tarixli **********6 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə va müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacaǧı barədə Vergi Məcəllasinin 70.2-ci maddəsinin tələblərinə uyǧun olaraq cavabdehə 02/12/2020 tarixli xəbardarlıq məktubu göndərilmişdir. Cavabdehin 18/11/2020 tarixə yuxarıda qeyd olunan borc məbləǧindən dövlat büdcəsinə 1244.27 manat, Dövlət Sosial Müdafia Fonduna 5774.13 manat va İşsizlikdan sıǧorta fonduna 386.5 manat ödənilməmiş borcu qalmışdır. İddiaçının nümayəndəsi məhkəməyə müraciət edərək məhkəmə iclasına iddiaçının iştirakı olmadan baxılaraq, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 məhkəməyə izahatında qeyd etdi ki, hesablanmış vergi borcunun bir hissəsini qəbul etsə də, cərimələrin hesablanmasını qəbul etmirlər. Belə ki, pandemiya səbəbi ilə vergilərin gecikdirilməsinə görə hesablanma tətbiq edilmir. Uzun müddətdir ki, bu sahədə fəaliyyət göstərirlər və fəaliyyət göstərdikləri sahə pandemiyadan əziyyət çəkən sahədir. Bununla bağlı olaraq, vergilərin ödənişində gecikmələr yaşanmışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş, **********1 saylı, 22.07.2020-ci il tarixli bildirişdən məlum olur ki, 22.07.2020-ci il tarixinə “Aqat-R" MMC-nin dövlət büdcəsinə ümumilikdə ödənilməmiş 12.805,75 (on iki min səkkiz yüz beş manat, yetmiş beş qəpik) manat olmaqla (o cümlədən, muzdlu və qeyri muzdlu işdən əldə edilən gəlirlər üzrə 11.812,53 manat, faizlər üzrə 993,22 manat,) manat borcun olması göstərilmiş, qeyd olunan borcun 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. İş materiallarına əlavə olunmuş sənədlərdən məlum olur ki, iddiaçı vergi öhdəliyini yerinə yetirməmiş, nəticədə vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 17.11.2020-ci il tarixli, **********6 saylı qərar ilə cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. Həmin qərara əsasən 17.11.2020-cu il tarixli, **********6 saylı protokolla 6.828,3 manat məbləğində əmlak siyahıya alınmış və 19.11.2020-ci il tarixli aktla ümumilikdə 6.828,3 manat dəyərində əmlak məsul saxlanmaya verilmişdir. Bununla yanaşı vergi ödəyicisinə 30 gün müdətində dövlət büdcəsinə borcların ödəmədiyi halda siyahıya alınmış əmlakın satılması haqqında məhkəmədə iddia qaldırılacağı barədə 02.12.2020-ci il tarixli xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, cavabdehin 18.11.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 1.244,27 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 5.774,13 manat və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 386,5 manat məbləğində borcunun ödənilməsini təmin edilməsi məqsədi ilə 6.828,3 manat məbləğində siyahıya alınmış əmlak ixtisaslaşdırılmış açıq hərracda satılmalı, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən vergi borcu tutularaq dövlət büdcəsinə ödənilməli, satışdan artıq qalan məbləğ cavabdehə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC-nin 6.828,3 (altı min səkkiz yüz iyirmi səkkizmanat, otuz qəpik) manat məbləǧində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın. Göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 18.11.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 1.244,27 (bir min iki yüz qırx dörd manat, iyirmi yeddi qəpik) manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 5.774,13 (beş min yeddi yüz yetmiş dörd manat, on üç qəpik) manat və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 386,5 (üç yüz səksən altı manat, əlli qəpik) manat məbləǧində borcun ödənilməsi təmin edilsin. Satışdan artıq qalan məbləğ cavabdehə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar