Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-137/2022 08.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1 Firması, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh1 Firması, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 firmasından müştərək qaydada İddiaçı ASC-in xeyrinə 28 noyabr 2019-cu il tarixli 23-BİZ-1-0-2017-19 №li kredit müqaviləsi üzrə 431581.25 manat əsas, 54377.82 manat faiz və 511.18 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 486470.25 manat məbləğində borcun və 22 yanvar 2020-ci il tarixli 23-BİZ-2-0-115- 20 №li kredit müqaviləsi üzrə 76894.02 manat əsas, 8819.26 manat faiz və 43.05 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 86228.3 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 210 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 Firmasının mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2315-ci məhəllə, 64P ünvanında yerləşən 2709.8 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasına və 0.1333 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2315-ci məhəllə, 64P ünvanında yerləşən 2709.8 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasına və 0.1333 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, tutmanın Cavabdeh4 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 177.0 kv.m ümumi, 100.0 kv.m yaşayış sahədən ibarət 251a nömrəli evin 125 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 177.0 kv.m ümumi, 100.0 kv.m yaşayış sahədən ibarət 251a nömrəli evin 125 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, tutmanın Cavabdeh4 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 177.0 kv.m ümumi, 100.0 kv.m yaşayış sahədən ibarət 251a nömrəli evin 157 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 177.0 kv.m ümumi, 100.0 kv.m yaşayış sahədən ibarət 251a nömrəli evin 157 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, tutmanın Cavabdeh4 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsində yerləşən, 61.21 kv.m ümumi, 46.7 kv.m yaşayış sahədən ibarət 33/1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsində yerləşən, 61.21 kv.m ümumi, 46.7 kv.m yaşayış sahədən ibarət 33/1 nömrəli fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASCnə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 Firmasının mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2315-ci məhəllə, 64P ünvanında yerləşən 2709.8 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasına və 0.1333 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh4 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 177.0 kv.m ümumi, 100.0 kv.m yaşayış sahədən ibarət 251a nömrəli evin 125 nömrəli mənzilə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh4 və digər şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 177.0 kv.m ümumi, 100.0 kv.m yaşayış sahədən ibarət 251a nömrəli evin 125 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh4 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 177.0 kv.m ümumi, 100.0 kv.m yaşayış sahədən ibarət 251a nömrəli evin 157 nömrəli mənzilə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh5, X1, Cavabdeh7, Cavabdeh2 Güləhməd qızının və Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 177.0 kv.m ümumi, 100.0 kv.m yaşayış sahədən ibarət 251a nömrəli evin 157 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4, Cavabdeh5, X1, Cavabdeh7, Cavabdeh2 Güləhməd qızının və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh4 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsində yerləşən, 61.21 kv.m ümumi, 46.7 kv.m yaşayış sahədən ibarət 33/1 nömrəli fərdi yaşayış evinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh4 və digər şəxslərin Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsində yerləşən, 61.21 kv.m ümumi, 46.7 kv.m yaşayış sahədən ibarət 33/1 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh4 ilə İddiaçı ASC arasında bağlanmış 27 noyabr 2019-cu il tarixli Baş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu il 27 noyabr tarixli baş kredit müqaviləsinə əsasən Cavabdeh4 İddiaçı ASC-dən 120 ay müddətinə 700.000 AZN məbləğində kredit limiti ayrılmışdır. 2019-cu il 27 noyabr tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh4 illik 13%-lə 48 ay müddətinə 470.000 AZN məbləğində kredit götürmüşdür. 2020-ci il 22 yanvar tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh4 illik 13%-lə 48 ay müddətinə 80.000 AZN məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 Firmasının mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2315-ci məhəllə, 64P ünvanında yerləşən 2709.8 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binası və 0.1333 ha torpaq sahəsi 2019-cu il 28 noyabr tarixli ipoteka müqaviləsilə, Cavabdeh4 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 177.0 kv.m ümumi, 100.0 kv.m yaşayış sahədən ibarət 251a nömrəli evin 125 nömrəli mənzili 2020-ci il 21 yanvar tarixli ipoteka müqaviləsilə, Cavabdeh4 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 177.0 kv.m ümumi, 100.0 kv.m yaşayış sahədən ibarət 251a nömrəli evin 157 nömrəli mənzili 2020-ci il 21 yanvar tarixli ipoteka müqaviləsilə və Cavabdeh4 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsində yerləşən, 61.21 kv.m ümumi, 46.7 kv.m yaşayış sahədən ibarət 33/1 nömrəli fərdi yaşayış evi 2020-ci il 21 yanvar tarixli ipoteka müqaviləsilə yüklü edilmişdilər. Cavabdeh5 və Cavabdeh1 firması ilə 2019-cu il 27 noyabr tarixli zaminlik müqavilələri bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2021-ci il aprelin 16-dək Cavabdeh4 2019-cu il 28 noyabr tarixli kredit müqaviləsi üzrə banka 431581.25 manat əsas, 54377.82 manat faiz və 511.18 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 486470.25 manat borcu vardır. 2021-ci il aprelin 16-dək Cavabdeh4 2020-ci il 22 yanvar tarixli kredit müqaviləsi üzrə banka 76894.02 manat əsas, 8819.26 manat faiz və 43.05 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 86228.3 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh4 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh4, Cavabdeh5 və "xxxx" Firmasından müştərək qaydada İddiaçı ASC-in xeyrinə 27 noyabr 2019cu il tarixli 23-BİZ-1-0-2017-19 № li kredit müqaviləsi üzrə 55992.34 manat əsas, 109.673.02 manat faiz və 10711.05 manat cərimə borcu olmaqla ümumilikdə 176376.41 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 210 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh4 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 177.0 kv.m ümumi, 100.0 kv.m yaşayış sahədən ibarət 251 a nömrəli evin 125 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 177.0 kv.m ümumi, 100.0 kv.m yaşayış sahədən ibarət 251 a nömrəli evin 125 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh4 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 177.0 kv.m ümumi, 100.0 kv.m yaşayış sahədən ibarət 251 a nömrəli evin 125 nömrəli mənzilə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh4 və digər şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 177.0 kv.m ümumi, 100.0 kv.m yaşayış sahədən ibarət 251 a nömrəli evin 125 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh4 ilə İddiaçı ASC arasında bağlanmış 27 noyabr 2019-cu il tarixli Baş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər "TURAL-7” Firması, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsi və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: İddiaçı ASC “kreditor” Cavabdeh4 “borcalan” olmaqla imzalanmış 23-BİZ-1-0-2017-19 saylı “27” noyabr 2019-cu il tarixli baş kredit müqaviləsinə əsasən bu müqavilənin predmeti kreditorun bu müqavilənin əsasında və bu Müqavilənin ayrılmaz tərkib hissələri hesab edilən Kreditorla bağlanılacaq ayrıca razılaşmalar (bundan sonra - “Razılaşmalar”) üzrə verilməsi üçün borcalana 700 000 (yeddi yüz min) AZN məbəğində illik faiz dərəcəsi 24 (iyirmi dörd) faizdən, qaytarılması gecikdirildiyi halda ödəniləcək gündəlik faiz dərəcəsi 0.15 (sıfır tam yüzdə on beş) faizdən çox olmamaq şərti ilə, 120 (bir yüz iyirmi) ay müddətinə kredit limitinin (bundan sonra - Limit) ayırması, Borcalanın isə Razılaşmalar üzrə limit çərçivəsində Kreditor tərəfindən verilən kredit, kredit xəttindən (bundan sonra - Kredit) istifadə etməsi, habelə Razılaşmalarda nəzərdə tutulmuş şərtlər daxilində Krediti qaytarmasına dair pul öhdəliyidir. 2.1-ci bəndə əsasən borcalanın bu müqavilə, o cümlədən razılaşmalar üzrə öhdəliklərinin icrasının əsas təminatı aşağıdakılardır: 2.1.1. “27”noyabr 2019-cu il tarixli, 23-BİZ-1-0-2017-19(Z1) saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh5 tərəfindən verilən zəmanət. 2.1.2. “27”noyabr 2019-cu il tarixli, 23-BİZ-1-0-2017-19(Z2) saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 firması tərəfindən verilən zəmanət. 2.1.3. 23-BİZ-1-0-2017-19 (11) saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 firmasına məxsus olan və Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2315-ci məhəllə, 64 p ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasının ipotekası. Texniki göstəricilər: 0.1333 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 2709.8 kv.m olan fərdi yaşayış evi. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən “29”yanvar 2010-cü il tarixli Çıxarış, Seriya MA № 0036175. 2.1.4. 23-BİZ-1-0-2017-19(12) saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 məxsus olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən mənzilin ipotekası. Texniki göstəricilər: ümumi sahəsi 177 .0 kv.m olan fərdi yaşayış evi. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən “02”noyabr 2011-ci il tarixli Çıxarış, Seriya RX № 0267632. 1.1.1. 23-BtZ-1-0-2017-19(13) saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 məxsus olan ünvan 4 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən mənzilin ipotekası. Texniki göstəricilər: ümumi sahəsi 177 kv.m olan mənzil. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən “02”noyabr 2011-ci il tarixli Çıxarış, Seriya RX № 0305748. 2.1.6. 23-BlZ-l-0-2017-19(14) saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 məxsus olan və Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küç,ev 33/1 ünvanında yerləşən istifadədə olan torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin ipotekası. Texniki göstəricilər: 0.01031 ha torpaq sahəsinin üzərində yerləşən 46.7 kv.m yaşayış ,14.5 kv.m. köməkçi sahədən ibarıt olan fərdi yaşayış evi. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən “lT’oktyabr 2008-ci il tarixli Çıxarış, Seriya MH № 0164615. Cavabdeh5 “zamin”, İddiaçı ASC “kreditor”, Cavabdeh4 “borcalan” olmaqla imzalanmış “27”noyabr 2019-cu il tarixli, 23-BİZ-1-0-2017-19(Z1) saylı zaminlik müqaviləsinə əsasən bu müqavilənin predmeti “27” noyabr 2019-cu il tarixli, 23-BİZ-1-0-2017-19 saylı Baş kredit müqaviləsinə (bundan sonra - Kredit müqaviləsi) əsasən bankdan kredit götürmüş borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin və ya zaminlərin öz üzərinə götürməsidir. Cavabdeh1 Firması “zamin”, İddiaçı ASC “kreditor”, Cavabdeh4 “borcalan” olmaqla imzalanmış “27” noyabr 2019-cu il tarixli, 23-BİZ-1-0-2017-19(Z2) saylı zaminlik müqaviləsinə əsasən bu müqavilənin predmeti “27” noyabr 2019-cu il tarixli, 23-BİZ-1-0-2017-19 saylı Baş kredit müqaviləsinə (bundan sonra - Kredit müqaviləsi) əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin və ya zaminlərin öz üzərinə götürməsidir. İddiaçı ASC “kreditor”, Cavabdeh4 “borcalan” olmaqla imzalanmış 23-BİZ-2-0-115-20 saylı “21” yanvar 2020-ci il tarixli müqaviləsinə əsasən bu müqavilənin predmeti Kreditorun Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə və faizlər ödənilmək əsasında kredit verməsi, Borcalan isə bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti, kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri kreditora ödənilməsinə dair pul öhdəliyidir. 1.3-cü bəndə əsasən bu Müqavilə “27” Noyabr 2019-cu il tarixli, 23-BİZ-1-0-2017-19 saylı Baş kredit müqaviləsinə (bundan sonra - Baş Kredit Müqaviləsi) əsasən bağlanılır və onun ayrılmaz tərkib hissəsi sayılır. 2.1-ci bəndə əsasən Bu Müqaviləyə əsasən Kreditor Borcalana 80 000 (səksən min) AZN məbləğində kredit verir. 2.1.1-ci bəndə əsasən kredit Borcalana "xxxx" QSC-də olan xx.xx.2018-ci il tarixdə verilmiş 365 000 (üç yüz altmış beş min) AZN, xx.xx.2018 ci il tarixdə verilmiş 150 000(yüz əlli min) AZN, xx.xx.2019-cu il tarixdə verilmiş 60 000 (altmış min) AZN, xx.xx.2019-cu il tarixdə verilmiş 50 000 (əlli min) AZN kreditlər üzrə qalıq borc öhdəlikləri tam bağlandıqdan və Baş kredit müqaviləsinin 2.1.4, 2.1.5 və 2.1.6-cı yarımbəndlərində göstərilən əmlakların Kreditorun xeyrinə yüklü edildikdən sonra verilir. 2.2. Bu Müqaviləyə əsasən kredit Borcalana əsas və dövriyyə vəsaitlərinin artırılması məqsədilə verilir. 2.3-cü bəndə əsasən kredit 48 (qırx səkkiz) ay müddətinə verilir. 2.4-cü bəndə əsasən kreditin istifadəsinə görə Borcalan Kreditora kreditin ilk iki il üçün illik 13 (on üç) %, 3 və 4-cü illər üçün 14 (on dörd) faiz ödəyir. Kredit üzrə planlaşdırılmış ilk iki il üçün faktiki illik faiz dərəcəsi 13.30 (on üç tam yüzdə otuz) %, 3 və 4-cü illər üçün 14.31 (on dörd tam yüzdə otuz bir) faiz təşkil edir. İddiaçı ASC “ipoteka saxlayan”, Cavabdeh1 Firması “ipoteka qoyan” Cavabdeh4 “borcalan” olmaqa imzalanmış 28 noyabr 2019-cu il tarixli 23-BİZ-1-0-2017-19(İ1) saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı aşağıdakı tərəflər arasında Bakı şəhərində bağlanmış 27.11.19 tarixli, 23-BİZ-1-0-2017-19 saylı (bundan sonra - Kredit Müqaviləsi) əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana (ipoteka saxlayan həm də Kreditordur) ipotekaya verir: Kreditor: İddiaçı ASC, Borcalan: Cavabdeh4. 2.1-ci bəndə əsasən Cavabdeh1 Firmasına məxsus olan və Bakı şəhəri, Xətai rayonu,Babək prospekti, 2315-ci məhəllə, 64 p ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasının ipotekası. Texniki göstəricilər: 0.1333 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 2709.8 kv.m olan fərdi yaşayış evi. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən “29” yanvar 2010-cü il tarixli Çıxarış, Seriya MA № 0036175. 2.2-ci bəndə əsasən kredit müqaviləsi üzrə kreditin verilməsi məqsədilə müvafiq ölçmələrin və təminatın səviyyəsinin müəyyən edilməsi üçün əmlakın bazar dəyəri 4.000.000 (dörd milyon) maant dəyərində müəyyən edilmişdir. Tərəflər razılığa gəlirlər ki, qeyd edilən dəyər ilkin satış qiyməti deyildir və yalnız kreditin verilməsi və onunla bağlı müvafiq ölçmələrin həyata keçirilməsi üçün istifadə edilməsi üçün nəzərdə tutulmuşdur. İddiaçı ASC “ipoteka saxlayan”, Cavabdeh4 “ipoteka qoyan” “borcalan” Cavabdeh4 olmaqa imzalanmış 21 yanvar 2020-cı il tarixli 23-BİZ-1-0-2017-19(İ2) saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlak aşağıdakı tərəflər arasında Bakı şəhərində bağlanmış xx.xx.2019-cu il tarixli, 23-BİZ-1-0-2017-19 saylı baş kredi müqaviləsinə (bundan sonra - Kredit Müqaviləsi) əsasən yaranmış öhdəliyin təminatı kimi İpoteka Saxlayana (İpoteka saxlayan həm də kreditordur) ipotekaya verir: Kreditor: ‘‘Yelo Bank” ASC Borcalan: X4, ipoteka ilə təmin edilmiş kreditləşmənin mənbəyi İddiaçı ASC tərəfindən ayırılan vəsaitdir. 2.1.İpotekaya verilən əmlakın təsviri: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi,ev 251 a,mənzil 125 ünvanında yerləşən mənzilin ipotekası. Texniki göstəricilər:ümumi sahəsi 177 kv.m olan mənzil. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakır Dövlət Reyestrindən “25” avqust 2011-ci il tarixli Çıxarış, Seriya MA NA 0267632. 2.2. Kredit müqaviləsi üzrə kreditin verilməsi məqsədilə müvafiq ölçmələrin və təminatın səviyyəsinin müəyyər edilməsi üçün əmlakın bazar dəyəri 280 000 (iki yüz səksən min) AZN dəyərində müəyyən edilmişdir. Tərəflər razılığa gəlirlər ki, qeyd edilən dəyər ilkin satış qiyməti deyildir və yalnız kreditin verilməsi və onunla bağlı müvafiq ölçmələrin həyata keçirilməsi üçün istifadə edilməsi üçün nəzərdə tutulmuşdur. İddiaçı ASC “ipoteka saxlayan”, Cavabdeh4 “ipoteka qoyan” “borcalan” Cavabdeh4 olmaqa imzalanmış 21 yanvar 2020-cı il tarixli 23-BİZ-1-0-2017-19(İ3) saylı ipoteka müqaviləsinə əsasən ünvan 7 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC “ipoteka saxlayan”, Cavabdeh4 “ipoteka qoyan” “borcalan” Cavabdeh4 olmaqa imzalanmış 21 yanvar 2020-cı il tarixli 23-BİZ-1-0-2017-19(İ4) saylı ipoteka müqaviləsinə əsasən ünvan 8 ünvanında 0.01031 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC tərəfindən Cavabdeh4 göndərilən xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunda qeyd olunmuşdur ki, kredit müqaviləsinin şərtlərinə əsasən müqavilənin müddəaları borcalan tərəfindən yerinə yetirilmədikdə kreditor kredit müqaviləsinə vaxtından əvvəl xitam verə bilər və verdiyi kredit məbləğini bu müddətə qədər faizlərlə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. İddiaçı ASC tərəfindən AR ƏMDK DƏDRX-nin Bakı Ərazi İdarəsinə ünvananlanan xx.xx.2021-ci il tarixli ərizədə ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi haqqında bildirşin qeydə alınması üçün müraciət edilmiş, qeyd olunan ərizə ilə bağlı 10 manat dövlət rüsumu 30 manat xidmət haqqı, İddiaçı ASC tərəfindən AR ƏMDK DƏDRX-nin Bakı Ərazi İdarəsinə ünvananlanan xx.xx.2021-ci il tarixli ərizədə ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi haqqında bildirşin qeydə alınması ilə bağlı müraciə edilmiş, qeyd olunan ərizə ilə bağlı 10 manat dövlət rüsumu 120 manat xidmət haqqı, İddiaçı ASC tərəfindən AR ƏMDK DƏDRX-nin Bakı Ərazi İdarəsinə ünvananlanan xx.xx.2021-ci il tarixli ərizədə ipoteka predmeti ola əmlaka tutmanın yönəldilməsi haqqında bildirşin qeydə alınması ilə bağlı müraciət edilmiş, qeyd olunan ərizə ilə bağlı 10 manat dövlət rüsumu 30 manat xidmət haqqı, İddiaçı ASC tərəfindən AR ƏMDK DƏDRX-nin Bakı Ərazi İdarəsinə ünvananlanan xx.xx.2021-ci il tarixli ərizədə ipoteka predmeti ola əmlaka tutmanın yönəldilməsi haqqında bildirşin qeydə alınması ilə bağlı müraciət edilmiş, qeyd olunan ərizə ilə bağlı 10 manat dövlət rüsumu 30 manat xidmət haqqı ödənilmişdir. AR ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 Firmasının mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2315-ci məhəllə, 64P ünvanında yerləşən 2709.8 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binası və 0.1333 ha torpaq sahəsi, Cavabdeh4 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 177.0 kv.m ümumi, 100.0 kv.m yaşayış sahədən ibarət 251a nömrəli evin 125 nömrəli mənzil, Cavabdeh4 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 177.0 kv.m ümumi, 100.0 kv.m yaşayış sahədən ibarət 251a nömrəli evin 157 nömrəli mənzil, Cavabdeh4 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsində yerləşən, 61.21 kv.m ümumi, 46.7 kv.m yaşayış sahədən ibarət 33/1 nömrəli fərdi yaşayış evi İddiaçı ASC-nin 11 saylı Filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh4 məxsus hesabdan çıxarışa əsasən xx.xx.2019-cu il tarixində 470.000 manat qeyd olunan hesaba köçürülmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh4 55.992,34 manat əsas borc üzrə, 109.673,02 manat faiz borcü üzrə, 10.711,05 manat cərimə məbləği üzrə qalıq məbləğ hesablanmışdır. İş üzrə məhkəmə-mühasibatlıq ekseprtizası keçirilmiş, 25 oktyabr 2021-ci il tarixli 9/5364 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Cavabdeh4 xx.xx.2020-ci il tarixli, 23-BİZ-2-0-115-20 kredit müqaviləsi üzrə öhdəliyi tam icra olunmuş və borcu yoxdur. 23-BİZ-1-0-2017-19 saylı “27” noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə əsas borc üzrə 346,999.73 manat, faiz borcu üzrə 71,340.62 manat borcu mövcuddur. İş üzrə əmlakın qiymətləndirilməsi keçirilmiş, 31 may 2021-ci il tarixli, MB 15/0578 saylı qiymətləndirmə rəyində Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 251a nömrəli evin 125 nömrəli mənzilin 31 may 2022-ci il tarixinə bazar dəyəri 320.000 manat, likvid dəyəri isə 288.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, yaşayış sahədən ibarət 251a nömrəli evin 157 nömrəli mənzilinin bazar dəyəri 350.000 manat, likvid dəyəri isə 315.000 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında kredit müqavilələri bağlanmış, Cavabdeh5 və Cavabdeh1 Firması tərəflər arasında imzalanmış baş kredit müqaviləsi üzrə zamin olmuşdur. İddiaçı tərəf müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini icra etsə də cavabdehlər bağlanmış müqavilə üzrə öhdəliklərini tam və vaxtında yerinə yetirməmiş nəticədə cavabdehlərin iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinəvə bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəyə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424-cü maddəyə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə olan halda iş materiallarını, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarını, eləcə də iddiaçı tərəfin iddia ərizəsinə əlavəsini də əsas götürərək, məhkəmə hesab edir ki, Cavabdeh4 və İddiaçı ASC arasında imzalanmış 23-BİZ-1-0-2017-19 saylı “27” noyabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh4, Cavabdeh1 Firmasından və Cavabdeh5 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 23-BİZ-1-0-2017-19 saylı “27” noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 55.992,34 manat əsas borc, 109.673,02 manat faiz borc tutulmalıdır. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə cərimənin tutulmasına münasibətdə qeyd edir ki, iddia tələbi qeyd oluna hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə, Cavabdeh4, Cavabdeh1 Firmasından və Cavabdeh5 müştərək qaydada 23-BİZ-1-0-2017-19 saylı “27” noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 5.599,2 manat cərimə məbləğinin tutulmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. “İpoteka haqqında” AR Qanununun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə hesab edir ki, ipoteka müqavilələri ilə təmin edilmiş öhdəlik borclu cavabdehlər tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh4 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 177.0 kv.m ümumi, 100.0 kv.m yaşayış sahəsindən ibarət 251 a nömrəli evin 125 nömrəli mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ ipoteka qoyana qaytarılmalıdır. Göstərilən maddənin məzmunundan da göründüyü kimi ipoteka predmeti olan yaşayış sahəsi satıldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə həmin sahəni tərk etməyən ipoteka qoyan və onun ailə üzvlərinin həmin sahədən məcburi çıxarılaraq sahənin boşaldılması, eləcə də sözügedən şəxslərin qeydiyyatdan çıxarılması bu barədə məhkəmə qərarı olmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında həyata keçirilə bilər. Odur ki, ipoteka qoyanın və digər şəxslərin istifadə hüququnun itirilmiş hesab edilməsi, həmin şəxslərin ipoteka predmeti olan daşınmaz əmlaklardan çıxarılmaları, əmlakların boşaldılması barədə məhkəmə qərarının qəbul edilməsi həmin əmlakı açıq hərracda əldə edəcək şəxsin qanunla qorunan hüquqlarının müdafiəsi baxımından da zəruri hesab edilə bilməz. Belə bir qərarın qəbul edilməsi zərurəti mövcud olsa belə ipoteka saxlayanın əmlakı əldə edəcək şəxsin hüquqlarını müdafiə etmək üçün belə bir iddianı qaldırmağa dair subyektiv hüququ da yoxdur. Məhkəmə hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 177.0 kv.m ümumi, 100.0 kv.m yaşayış sahəsindən ibarət 251 a nömrəli evin 125 nömrəli mənzilin ilkin satış qiyməti 288.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsinə münasibətdə qeyd edir ki, borcun tutulmasının cavabdehin əmlakına yönəldilməsi yalnız məhkəmə qətnaməsinin icrası mərhələsində “İcra haqqında” qanunun tələblərinə uyğun olaraq keçirilə bilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Qeyd edilən tələb qətnamənin icra mərhələsi ilə bağlı olduğundan həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsum və 120 manat xidmət haqqı, Cavabdeh4, Cavabdeh1 Firmasından və Cavabdeh5 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh4 və İddiaçı ASC arasında imzalanmış 23-BİZ-1-0-2017-19 saylı “27” noyabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh4, Cavabdeh1 Firmasından və Cavabdeh5 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 23-BİZ-1-0-2017-19 saylı “27” noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 55.992,34 manat əsas borc, 109.673,02 manat faiz borcu, 5.599,2 manat cərimə məbləği, 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsum və 120 manat xidmət haqqı İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma Cavabdeh4 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 177.0 kv.m ümumi, 100.0 kv.m yaşayış sahəsindən ibarət 251 a nömrəli evin 125 nömrəli mənzilə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, satışdan artıq qalan vəsait ipoteka qoyana qaytarılmalı, Cavabdeh4 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 177.0 kv.m ümumi, 100.0 kv.m yaşayış sahəsindən ibarət 251 a nömrəli evin 125 nömrəli mənzilin ilkin satış qiyməti 288.000 manat müəyyən edilməli , iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə keçirilmiş 25 oktabr 2021-ci il tarixli 9/5364 saylı məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli olan 50 manat, əmlakların qiymətləndirilməsi ilə bağlı olaraq "xxxx" MMC Qiymətləndirmə Şirkətinə ödənilməli olan 400 manat, Cavabdeh4, Cavabdeh1 Firmasından və Cavabdeh5 müştərək qaydada tutulmalıdır. Məhkəmə Ekspertizası Mərkəzinin bank rekvizitləri aşağıdakılardır: Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************. "xxxx" MMC Qiymətləndirmə Şirkətinin bank hesabı rekvizitləri aşağıdakılardır: VÖEN: **********, Hesab AZN: AZ33İBAZ********************, Azərbaycan Beynəlxalq Bankı” ASC Yasamal Filialı, KOD:805562, SWİFT: İBAZAZ2X, Müxbir hesab AZ03NABZ013501**********2944 Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh4 və İddiaçı ASC arasında imzalanmış 23-BİZ-1-0-2017-19 saylı “27” noyabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh4, Cavabdeh1 Firmasından və Cavabdeh5 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 23-BİZ-1-0-2017-19 saylı “27” noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 55.992,34 manat əsas borc, 109.673,02 manat faiz borcu, 5.599,2 manat cərimə məbləği, 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsum və 120 manat xidmət haqqı İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh4 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 177.0 kv.m ümumi, 100.0 kv.m yaşayış sahəsindən ibarət 251 a nömrəli evin 125 nömrəli mənzilə yönəldilsin, həmin mənzil açıq hərrac vasitəsilə satılsın və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilsin. Satışdan artıq qalan vəsait ipoteka qoyana qaytarılsın. Cavabdeh4 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 177.0 kv.m ümumi, 100.0 kv.m yaşayış sahəsindən ibarət 251 a nömrəli evin 125 nömrəli mənzilin ilkin satış qiyməti 288.000 manat müəyyən edilsin. İş üzrə keçirilmiş 25 oktabr 2021-ci il tarixli 9/5364 saylı məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli olan 50 manat, əmlakların qiymətləndirilməsi ilə bağlı olaraq "xxxx" MMC Qiymətləndirmə Şirkətinə ödənilməli olan 400 manat, Cavabdeh4, Cavabdeh1 Firmasından və Cavabdeh5 müştərək qaydada tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-137/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-137/2022
08.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver