Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1374/2025 21.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X4 Cavabdeh MMC-yə (Maraqlı şəxs və "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: maneələrin aradan qaldırılması) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümyəndəsi/vəkili Nümayəndə iştirakı ilə, Cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı X4 Cavabdeh MMC-yə (Maraqlı şəxs və "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən 8 mərtəbəli mansardlı binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərdən (o cümlədən, pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq, istilik qazanxanası, işıq transformatoru, su xətti, kanalizasiya və şaxtaları (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtüklərindən, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olan sahələrdən İddiaçı X4 əvəzsiz istifadə etməsi üçün Cavabdeh MMC tərəfindən yaradılan bütün maneələr cavabdehə qadağan edilsin. 2. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən 8 mərtəbəli mansardlı binanın 7-ci mərtəbəsində X6 məxsus olan 755.5 kv.m olan (1, 2, 3, 4, 8, 9, 11, 13, 14, 15, 16, 17, 18 saylı) ofislərdə, Azərişıq ASC tərəfindən elektrik xəttinin çəkilməsi, sayğacın quraşdırılması, abonent kodunun verilməsi və elektrik enerjisinin birbaşa Azərişıq ASC-dən ala bilməyimiz üçün tələb olunan Cavabdeh MMC-nin razılıq məktubunu verməsindən imtina etməsi qanunsuz və əsassız hesab edilsin, razılıq məktubunun verilməsi Cavabdeh MMC-nin üzərinə qoyulsun, Azərişıq ASC tərəfindən elektrik xəttinin çəkilməsi, sayğacın quraşdırılması, abonent kodunun verilməsi və elektrik enerjisinin birbaşa Azərişıq ASC-dən ala bilməyimiz üçün Cavabdeh MMC tərəfindən yaradılan bütün maneələr cavabdehə qadağan edilsin. 3. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən 8 mərtəbəli mansardlı binanın 7-ci mərtəbəsində X6 məxsus olan 755.5 kv.m olan (1, 2, 3, 4, 8, 9, 11, 13, 14, 15, 16, 17, 18 saylı) ofislərdə, Azəriqaz İB tərəfindən qaz xəttinin çəkilməsi, sayğacın quraşdırılması, abonent kodunun verilməsi və qazın birbaşa Azəriqaz İB-dən ala bilməyimiz üçün tələb olunan Cavabdeh MMC-nin razılıq məktubunu verməsindən imtina etməsi qanunsuz və əsassız hesab edilsin, razılıq məktubunun verilməsi Cavabdeh MMC-nin üzərinə qoyulsun, Azəriqaz İB tərəfindən qaz xəttinin çəkilməsi, sayğacın quraşdırılması, abonent kodunun verilməsi və qazın birbaşa Azəriqaz İB-dən ala bilməyimiz üçün Cavabdeh MMC tərəfindən yaradılan bütün maneələr cavabdehə qadağan edilsin. 4. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən 8 mərtəbəli mansardlı binanın 7-ci mərtəbəsində X6 məxsus olan 755.5 kv.m olan (1, 2, 3, 4, 8, 9, 11, 13, 14, 15, 16, 17, 18 saylı) ofislərdə, İri Şəhərlərin Birləşmiş Su Təchizat Xidməti” Publik hüquqi şəxs tərəfindən su xəttinin çəkilməsi, kanalizasiya xəttinə qoşulması, sayğacın quraşdırılması, abonent kodunun verilməsi və suyun birbaşa İri Şəhərlərin Birləşmiş Su Təchizat Xidməti” Publik hüquqi şəxsdən ala bilməyimiz üçün tələb olunan Cavabdeh MMC-nin razılıq məktubunu verməsindən imtina etməsi qanunsuz və əsassız hesab edilsin, razılıq məktubunun verilməsi Cavabdeh MMC-nin üzərinə qoyulsunİ,ri Şəhərlərin Birləşmiş Su Təchizat Xidməti” Publik hüquqi şəxs tərəfindən su xəttinin çəkilməsi, kanalizasiya xəttinə qoşulması, sayğacın quraşdırılması, abonent kodunun verilməsi və suyun birbaşa İri Şəhərlərin Birləşmiş Su Təchizat Xidməti” Publik hüquqi şəxsdən ala bilməyimiz üçün Cavabdeh MMC tərəfindən yaradılan bütün maneələr cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixində ABB Bankdan 470.000 manat kredit götürüb, (1 kv.m-i 20 (iyirmi) manata icarəyə verərək krediti ödəmək məqsədilə) Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən 8 mərtəbəli mansardlı binanın 7-ci mərtəbəsində 755.5 kv.m olan (1, 2, 3, 4, 8, 9, 11, 13, 14, 15, 16, 17, 18 saylı) ofislərdən ibarət qeyri-yaşayış sahəsini notariat qaydasında alqı-satqı yolu ilə əldə etmişdir. Mülkiyyət hüquqlarını təsdiq edən çıxarış aldıqdan sonra isə əlavə olaraq ABB Bankdan 150.000 manat təmir üçün kredit götürmüşdür. Kommunal ödənişlərini ödəyib təmirə başladığı tarixdən etibarən Cavabdeh MMC və onun rəhbərliyi müxtəlif bəhanələrlə əmlakından istifadə etməyinə maneələr yaratmağa başladı. İşığı, suyu kəsib və ümumi giriş qapısını bağlayaraq mülkiyyətdə olan əmlaka girməyə icazə vermir, sanki əmlak adada yerləşir. İddisçı dəfələrlə izah etmişdir ki, binanın tərkib hissəsinin mülkiyyətçilərinə aid olan həmin binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə sahə mülkiyyətçilərinə məxsusdur. Cavab olaraq bildirirlər ki, “Bu binanı biz tikmişik, bunların hamısı bizim mülkiyyətimizdir. Heç kim bizim əlimizdən ala bilməz. Aldığınız sahə bizim əmlakımızdır və oradan sizi çıxaracağıq” deyə hədələyirlər. Heç bir kommunal xidmət olmadığı halda, Cavabdeh MMC tərəfindən kommunal haqq tələb edilir. İşığı və suyu özləri tərəfindən müəyyən edilmiş qiymətlərlə satırlar. Mülkiyyətdə olan qeyri-yaşayış sahələrinə ayrıca qaz, su, elektrik xətti çəkilməsi, abonent kodu verilməsi, sayğacla ödənişlərin edilməsi üçün müvafiq razılıq məktubları vermirlər. Qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdeh MMC tərəfindən hüquqları çatmadığı halda, əsassız olaraq tələb etdikləri kommunal ödənişlərin tərəfindən ödənilməsinə baxmayaraq, qanunsuz şəkildə əlavə ödənişlərin ödənilməməsi səbəbindən işığı və suyu kəsilir, mülkiyyətində olan əmlakdan istifadə hüququ məhdudlaşdırılır. Cavabdeh MMC faktiki olaraq idarəedici təşkilat kimi fəaliyyət göstərməsi, ödənişlər alması, işığı, suyu özləri tərəfindən müəyyən edilmiş taariflərlə satması anlaşılan deyil, əsassız və qanunsuzdur. İddiaçı artıq 1 ildir ki, 755.5 kv.m qeyri-yaşayış sahəsindən məhrum olmuş istifadə edə bilmir. Bu müddət ərzində əmlakı icarəyə verə bilmədiyi səbəbindən əldən çıxmış fayda olaraq 181.320 (yüz səksən bir min üç yüz iyirmi) manat məbləğindən real zərərə uğramışdır. Bank kreditini ödəyə bilmədiyindən məcbur olub digər əmlakını satmışdır. Ona qarşı törədilən qanunsuz hərəkətlər nəticəsində mənəvi və fiziki iztirab, sarsıntı keçirmişdir. Cavabdeh MMC tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və bu cür qanunsuz hərəkətlərin qadağan edilməsi vəzifəsi Cavabdeh MMC-yə həvalə edilməlidir. Həmin daşınmaz əmlakın mülkiyyətçisi olsa da, ondan sərbəst şəkildə istifadə edə və əmlak üzərində sərəncam verə bilmir. Buna görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh MMC və onun rəhbərliyi qanunsuz hərəkətləri və mülkiyyətindən istifadəyə dair maneləri bununla da bitmir. İşığın, suyun və qazın çəkilməsi və qeydiyyata alınması məqsədilə tərəfimdən müvafiq hərəkətlər görülsə də, Cavabdeh MMC-nin qanunsuz hərəkətləri nəticəsində bu prosesə maneələr törədilmişdir. Mülkiyyətdə olan qeyri-yaşayış sahələrinə işığın, suyun, qaz xəttinin çəkilməsi,özünə məxsus sayğacımın quraşdırılması, istifadə edilən kommunal xidmətlərin dəyərinin sayğaclara uyğun ödəmək istəyir. Bununla əlaqədar iş üzrə maraqlı şəxslər olan "xxxx" ASC, Maraqlı şəxs İB, İri Şəhərlərin Birləşmiş Su Təchizat Xidməti” Publik hüquqi şəxsinə rəsmi müraciətlər edilmişdir. Yazılı və şifahi qaydada ona bildirirlər ki, hər şey qaydasındadır, bütün sənədlər, texniki şərtlər tamamdır, bir Cavabdeh MMC-nin razılığını da gətirin xətləri çəkib sayğacları quraşdıraq. Amma iş üzrə Cavabdeh MMC əsassız olaraq, heç bir səbəb olmadan həmin razılıq məktublarını vermir. Cavabdeh MMC və onun rəhbərliyi açıq eyvanda quraşdırılacaq kombilərə Maraqlı şəxs 10 iyul 2024-cü il tarixli QYS000xx-xx-0147 №-li Texniki şərtinə əsasən, Fövqəladə Hallar Nazirliyinin X2 Görülməsi və X7 Agentliyinin Texniki təhlükəsizliyə dair ekspertiza rəyinin təsdiq edilməsi barədə qərarına, qaz təchizatı layihəsinə dair "xxxx" MMC-nin izahat cizgiləri, həmçinin AYMX-nin razılığı ilə qaz xəttinin qeyri-yaşayış sahəsinin fasad hissəsi ilə çəkilməsinə maneələr yaradır və əsassız olaraq buna razılıq vermir. Yəni dövlətin qurumları onun mülkiyyəti olan sahəyə qaz xəttinin çəkilməsini mümkün hesab edir, lakin Cavabdeh MMC buna razılıq verməyərək maneələr törədir. “ASAN Kommunal” mərkəzinə su sayğacının quraşdırılması və abonent kodunun açılmasına dair müraciət edilsə də, Cavabdeh MMC-nin maneələri səbəbindən müraciət təmin edilməmişdir. İşıqla bağlı yaranmış zərurət səbəbindən generator işlədir, bu isə qonşu ofislərdə işləyənləri narahat edir və onların iş prosesinə mane olur. Bununla bağlı "xxxx" ASC-nin çağrı mərkəzinə və Energetika Nazirliyinə müraciət edilmiş, lakin heç bir tədbir görülmür. Kabel xəttinin X3 (ETŞ) qoşulması üçün xx.xx.2024-cü il tarixində “ASAN Kommunal” mərkəzinə EQTSA**********7968 nömrəli ərizə ilə müraciət edilmiş, lakin "xxxx" ASC tərəfindən ETŞ-yə qoşulma, təmin edilməmişdir. Buna səbəb də Cavabdeh MMC razılıq məktubu verməməsidir. Beləliklə Cavabdeh MMC-nin və onun qanuni təmsilçilərinin razılıq məktublarını vermədiyindən və əsassız olaraq manelər yaratması səbəbindən mülkiyyəti olan qeyri-yaşayış sahələrinə kommunal xidmətlər olan işıq, qaz, su xətlərinin çəkilməsi və sayğaçlarının quraşdırılması mümkün olmur. Nəticədə iddiaçı ən təbii haqqından olur, əmlakından istifadə edə bilmir. Beləliklə, dövlət inhisarında olan mallarla bağlı göstərilən kommunal xidmətlərin qiyməti yalnız dövlət tərəfindən müəyyən edilir və göstərilən bu cür kommunal xidmətlərin həcmi müvafiq sayğacla hesablanır.
3. Daha sonar iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən 8 mərtəbəli mansardlı binanın 7-ci mərtəbəsində X6 məxsus olan 755.5 kv.m olan (1, 2, 3, 4, 8, 9, 11, 13, 14, 15, 16, 17, 18 saylı) ofislərin yerləşdiyi mərtəbənin koridoruna yeganə giriş qapısının bağlanması Cavabdeh MMC-yə qadağan edilsin. 2. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən 8 mərtəbəli mansardlı binanın 7-ci mərtəbəsində X6 məxsus olan 755.5 kv.m olan (1, 2, 3, 4, 8, 9, 11, 13, 14, 15, 16, 17, 18 saylı) ofislərə, sayğac üzrə hesablanmış sərfiyyat dəyəri vaxtında ödənildiyi halda digər əsassız səbəblər gətirilərək verilən elektrik enerjisinin (işığın) və suyun, kəsilməsi, verilişinin məhdudlaşdırılması Cavabdeh MMC-yə qadağan edilsin. 3. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən 8 mərtəbəli mansardlı binanın 7-ci mərtəbəsində X6 məxsus olan 755.5 kv.m olan (1, 2, 3, 4, 8, 9, 11, 13, 14, 15, 16, 17, 18 saylı) ofislərə, təsdiqlənmiş layihəyə uyğun qaz xəttinin çəkilməsinə maneələrin yaradılması cavabdehə qadağan edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir.
6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. ƏMDX DƏDK və RPHŞ-nin xx.xx.2024-cü il tarixli çıxarışına əsasən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən və 755,50 kv.m. sahədən ibarət 1, 2, 3, 4, 8, 9, 11, 13, 13, 14, 15, 16, 17, 18 saylı ofislər üzərində mülkiyyət hüquqları X4 adına hüquqi qeydiyyata alınmışdır.
9. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “iri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti” PHŞ-in xx.xx.2024-cü il tarixli məktubunda ünvan 3 ünvanında yerləşən AMAY Holding MMC-nin tərkibində olan və iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin PHŞ ilə fərdi qaydada müqaviləsi olmadığından kommunal xidmətlərə görə ödənişlərlə bağlı, həmçinin yaranmış digər nöqsanlarla bağlı AMAY Holding MMC-nin rəhbərliyinə və aidiyyaı üzrə X5 müraciət edilməsi tövsiyyə olunmuşdur.
10. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialının xx.xx.2024-cü il tarixli məktubunda qeyri-yaşayış sahəsinin ETŞyə qoşulması məsələsinə baxılması, həmçinin müvafiq texniki şərtin verilməsi üçün tərəflərindən göndərilmiş məktublara cavab olaraq "xxxx" ASC-nin məktublarında qeyriyaşayış sahəsinin ETŞ-yə qoşulma nöqtəsinin binanın ümumi istifadəində quraşdırılmış lövhədə təyin edildiyi, gün mənbəyinin "xxxx" TM-nin balansında olaması və müvafiq razılıq verilmədiyindən sifarişin icra edilməsinin mümkün olmadığı, sifarişçi tərəfindən binanın rəhbərliyindən razılıq alındıqdan sonra sifarişin icrasına yenidən baxıla biləcəyi bildirilmişdir.
11. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 035 saylı xəbərdarlıq məktubunda Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən 8 mərtəbəli mansardlı binanın 7-ci mərtəbəsində X6 məxsus olan 755.5 kv.m olan (1, 2, 3, 4, 8, 9, 11, 13, 14, 15, 16, 17, 18 saylı) ofislərdə, podratçı təşkilat "xxxx" MMC tərəfindən hazırlanmış və aidiyyatı qurumlar üzrə təsdiqlənmiş layihəyə uyğun qaz xəttinin çəkilməsi üçün "xxxx" Ticarət Mərkəzinin rəhbərliyi ilə dəfələrlə razılıq almaq üçün görüşlər keçirməyimizə baxmayaraq "xxxx" Ticarət Mərkəzinin rəhbərliyi tərəfindən qaz xəttinin çəkilməsinə qəti narazı olduqlarını bildirmiş və imkan vcrməyəcəklori barədə cavab almışıq. Bu səbəbdən də bu günə qədər "xxxx" MMC tərəfindən qaz xəttinin çəkilişi mümkün olmadığı qeyd olunmuşdur.
12. Bakı Kommersiya Məhkəməsinin e-16(113)-911/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə X4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən 8 mərtəbəli mansardlı binanın 7-ci mərtəbəsində 755.5 kv.m olan (1, 2, 3, 4, 8, 9, 11, 13, 14, 15, 16, 17, 18 saylı) ofislərə verilən elektrik enerjisinin (işığın) və suyun kəsilməsi, verilişinin məhdudlaşdırılması Cavabdeh MMC-yə qadağan edilmişdir (qərardaddan cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır).
13. MN2090964 saylı xx.xx.2025-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" Holding MMC barəsində Bakı Kommersiya Məhkəməsinin e-16(113)- 911/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadın icra edilməməsi ilə bağlı protokol tərtib edilmiş və İcra Şöbəsi tərəfindən protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilmişdir.
14. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
15. İddiaçı cavabdehə qarşı iddia tələbində ofislərin yerləşdiyi mərtəbənin koridoruna yeganə giriş qapısının bağlanmasının, elektrik enerjisinin (işığın) və suyun, kəsilməsinin, verilişinin məhdudlaşdırılmasının və təsdiqlənmiş layihəyə uyğun qaz xəttinin çəkilməsinə maneələrin yaradılmasının cavabdehə qadağan olunmasını xahiş etmişdir.
16. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, əgər uzlaşmırsa iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
17. Hazırkı işdə mübahisənin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi təşkil edir.
18. Mülki qanunvericilikdə sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia – neqator iddia vəsitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin normaya görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Neqator iddia dedikdə, əşyaya sahiblik edən mülkiyyətçinin, əmlaka sahiblik, ondan istifadə və ona sərəncam səlahiyyətlərinin həyata keçirilməsində maneələrin aradan qaldırılması haqqında üçüncü şəxsə yönəlmiş tələb başa düşülür. Neqator iddia mülkiyyətçi və üçüncü şəxsin mübahisəli əşya üzrə bir-biri ilə müqavilə münasibətlərində olmadığı və hüquq pozuntusunun subyektiv mülkiyyət hüququnun xitamına gətirmədiyi hallarda irəli sürülür. Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi malikdir. Cavabdeh qismində isə öz hüquqa zidd davranışı ilə mülkiyyət hüququnun (titul sahibliyinin) normal həyata keçirilməsinə maneçilik yaradan şəxs çıxış edir.
19. İlk olaraq tələblə bağlı mahiyyəti üzrə araşdırılma aparılan zaman qeyd olunan normanın birinci dispozisiya şərtini müəyyən edilməsi zəruridir. Həmin şərt iddiaçının əşyanın mülkiyyətçisi olmasıdır.
20. Göründüyü kimi iddiaçı Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən 8 mərtəbəli mansardlı binanın 7-ci mərtəbəsində və 755.5 kv.m olan (1, 2, 3, 4, 8, 9, 11, 13, 14, 15, 16, 17, 18 saylı) ofislərin mülkiyyətçisi olması işin mübahisəsiz halıdır.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
22. Məhkəmə ərizədə qeyd olunan xüsusatları iş üzrə toplanmış digər sübutlarla (iddiaçıya məxsus ofislərin yerləşdiyi mərtəbənin koridoruna yeganə giriş qapısının bağlı olmasına dair foto-şəkillər, müvafiq qurumların məktubları, cavabdeh tərəfindən Məhkəmənin qəbul etdiyi müvəqqəti təminat tədbiri barədə qərardadının icra edilməsindən yayınması və s.) yanaşı qiymətləndirilməsi məqsədilə cavabdehin hüquqa zidd davranışı ilə mülkiyyət hüququnun (titul sahibliyinin) normal həyata keçirilməsinə maneçilik yaradan şəxs olması halını araşdırmış və məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
24. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Beləliklə, məhkəmə işin faktiki hallarını qeyd olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən 8 mərtəbəli mansardlı binanın 7-ci mərtəbəsində X6 məxsus olan 755.5 kv.m olan (1, 2, 3, 4, 8, 9, 11, 13, 14, 15, 16, 17, 18 saylı) ofislərin yerləşdiyi mərtəbənin koridoruna yeganə giriş qapısının bağlanması, qeyd edilən ofislərə sayğac üzrə hesablanmış sərfiyyat dəyəri vaxtında ödənildiyi halda (borc olmadıqda) verilən elektrik enerjisinin (işığın) və suyun, kəsilməsi, verilişinin məhdudlaşdırılması, qeyd edilən ofislərə təsdiqlənmiş layihəyə uyğun qaz xəttinin çəkilməsinə maneələrin yaradılması Cavabdeh MMC-yə qadağan edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat Cavabdeh MMC-dən tutularaq iddiaçı X6 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova