Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1375/2020 17.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən iaşə obyektinə (kod: **********00520) əsassız olaraq hesablanmış 2199,60 manat cərimə borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən iaşə obyektini fərdi sahibkar olaraq işlədir. Qeyd edilən iaşə obyekti ilə bağlı təbii qazdan istifadəyə görə tərəfindən vaxtı-vaxtında ödənişlər aparılmışdır. İstifadəsində olan smart tipli qaz sayğacı xx.xx.2019-cu il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən yeni sayğacla əvəz edilmişdir. Köhnə sayğac çıxarılarkən sayğacın bütövlüyü pozulmamışdır. Belə ki, sayğacın üzərindəki bütün möhürlər yerində olmuşdur, lakin buna baxmayaraq ona sayğacın çıxış borusunun deşildiyini bildirdilər. Bir neçə gün yeni sayğac vasitəsi ilə təbii qazdan istifadə etdikdən sonra smart kartının bloka salındığını görmüş, bununla bağlı yerli qaz idarəsinə getdikdə ona bildirmişlər ki, istifadəsində olmuş qaz sayğacına guya tərəfindən müdaxilə olunduğu üçün ona 2199,60 manat məbləğində cərimə hesablanıb. Cavabdeh İB tərəfindən ona hesablanmış cəriməni tamamilə qanunsuz və əsassız hesab edir. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq sayğac iaşə obyektindən kənarda - yol tərəfdə quraşdırılmışdır. Sayğac çıxarılarkən bütün möhürləri üzərində olub və belə olan halda sayğacın daxilinə müdaxilə etmək mümkün deyildir. Qaz sayğacına hər ay baxış keçirilirmişdir. Onun tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə olunduğu təqdirdə bundan xəbərsiz olmaları mümkün deyildir. Abonent saldosundan da göründüyü kimi iddiaçı hər ay istehlak etdiyi qazın dəyərini artıqlaması ilə ödəmişdir. Buna görə də hesab edir ki, cərimə olunmağı heç bir məntiqə, qanuna, hüquqi akta əsaslanmadan həyata keçirilmişdir. Bundan başqa “dəymiş ziyanın bərpasına dair tələbnaməyə” nəzər yetirilsə, hesablanmış cərimənin qanunsuz olması bir daha öz təsdiqini tapar. Belə ki, adı çəkilən sənəddən görünür ki, iddiaçıya hesablanan cərimə 90 günlük, yəni 3 aylıq müddəti əhatə edir. Halbuki tərəfindən deşildiyi iddia edilən sayğac bu barədə akt tərtib edildiyi gündən 2 ay öncə quraşdırılmışdır. Həmçinin cərimənin hesablandığı ayların yay ayları olduğunu və “dəymiş ziyanın bərpasına dair tələbnamə”də qeyd edilən qaz cihazlarının yay aylarında istifadə olunmadığını nəzərə alsaq Cavabdeh İB-nin bu cərimənin hesablanmasında nə dərəcədə qanunsuzluğa yol verdiyi bir daha aydın şəkildə görünür. Bu da cavabdehin əməllərinin qanunsuz olması qənaətinə gəlməyə əsas verir. Bundan başqa abonentin saldosundan da göründüyü kimi iaşə obyektinə Smart G-6 İtron Diafraqma sayğacı quraşdırılmışdır. Yəni sayğac məişət qaz qurğusu hesab olunur. “Qazdan istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən məişət qaz qurğusu ümumi qaz sərfiyyatı saatda 10 kubmetrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusudur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, cavabdeh qurumun əməkdaşları tərəfindən yoxlama keçirilərkən, qanunvericiliyin tələbləri kobud pozulmuşdur. Belə ki, yoxlamanın aparılması heç bir yerdə qeydiyyata alınmamışdır. Odur ki, həmin akt əsasında hesablanmış borc silinməlidir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, xx xxxxxxxx 2019-cu il tarixli akta əsasəe sayğaca baxış keçirilərkən borunun kənar təsir nəticəsində deşildiyi aşkar olunmuş, bundan sonra qanunvericilik normalarının tələblərinə uyğun olaraq dəymiş zərər hesablanmışdır. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan: - xx.xx.2019-cu il tarixli ******* saylı akt ilə baxış keçirilən zaman sayğacın birbaşa qoşulma ilə təbii qazdan istifadə olunduğu, sayğac xəttin üzərində olmadığı və sayğacın yerinə quraşdırılması, dəymiş ziyanın hesablanaraq ödənilməsi tələb olunmuşdur. - xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən Bakı şəhəri, Xəzə rayonu, Binə qəsəbəsində yerləşən İddiaçı məxsus iaşə obyektinə sayğacdan kənar qeyri-qanuni qaz xətti ilə təbii qazdan istifadə olunduğu aşkar olunduğu və sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi və itirilmiş qazın bərpa edilməsi qeyd olunmuşdur. - xx.xx.2019-cu il tarixli, MS 29/1640-00687-11 saylı akta əsasən xx.xx.2019-cu il tarixində BRQÖQXS-dən Dövlət yoxlamasına aparılmış Almaniya istehsalı G6 markalı mexanika tipli qaz sayğaclaı xx xxxxx 2019-cu il tarixdə X1 müayinəsi laboratoriyasında baxış keçirildiyi və yoxlama nəticəsində yivli birləşmələr deformasiya uğradığı, sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi və xətaların normaya uyğun olmadığı müəyyən edilmişdir. - xx.xx.2019-cu il tarixli ******* saylı akt ilə 29/1640-00687-11 saylı rəyə sasən sayğacın 28260317 çıxış plastmas borusu kənar təsir nəticəsində deşildiyi və dəymiş ziyanın hesablanaraq ödənilməsi tələb olunmuşdur. - xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən Bakı şəhəri, Xəzə rayonu, Binə qəsəbəsində yerləşən İddiaçı məxsus iaşə obyektinə olan G-6 makalı 28260317 saylı sayğacın çıxış plastmas bousu kənar təsir nəticəsində deşildiyi və dəymiş ziyan 90 gün ərzində 10998 kub metr qeyd olunmuşdur. - vergi ödəyicisinin fəaliyyətini dayandırılması barədə mətubdan göründüyü kimi İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixinə kimi fəaliyyətinin dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir. - abonent saldosundan göründüyü kimi İddiaçı cəmi qaz sərfiyyatı borcu 2197,80 manat qeyd olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Cavabdeh əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən iddiaçıya məxsus iaşə obyektində yoxlama aparılmış və xx.xx.2019-cu il tarixli ******* saylı akt ilə 29/1640-00687-11 saylı rəyə sasən sayğacın 28260317 çıxış plastmas borusu kənar təsir nəticəsində deşildiyi və dəymiş ziyanın hesablanaraq ödənilməsi tələb olunmuşdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçıya hesablanan cərimə 90 günlük, yəni 3 aylıq müddəti əhatə edir. Halbuki tərəfindən deşildiyi iddia edilən sayğac bu barədə akt tərtib edildiyi gündən 2 ay öncə quraşdırılmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən hesablanmış 2199,60 manat borc silinməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (kod: **********00520) hesablanmış 2199,60 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1375/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1375/2020
17.09.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver