Məhkəmə qərarları › İş №e-2-2(113)-1382/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1382/2025

10.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1382/2025 10.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış pul vəsaitinin silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: su borcunun silinməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən akt əsasında hesablanmış 2052 manat məbləğində pul vəsaitinin onun 690097 nömrəli hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanda da yaşayır. Yaşadığı evə gələn su xəttinə sayğac quraşdırılmış və istifadə etdiyi su sərfiyyatına görə də aylıq ödənişlər edir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən istifadəsində olmayan, mülkiyyət hüququ əsasında həyat yoldaşı X7 məxsus olan və X2 işlətdiyi, sahəsi təxminən 20 kv.metr olan çayxanada sudan qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatında görə 2052 manat cərimə onun adına olan sayğaca, yəni abonent hesabına yazılmışdır. Aktın yazılması barədə məlumat verilməmiş və akt tərəfindən imzalanmamışdır. Qeyd edilən çayxana səhər saat 08-dən axşam saat 17-yə kimi işləyir. Çayxananın aylıq su sərfiyyatı da təxminən 3-5 manat təşkil edir. Hətta çayxanada sudan qanunsuz istifadə edilsə də belə itirilmiş su sərfiyyatı 2052 manat təşkil edə bilməzdir. "xxxx" Aşıq Səhmdar Cəmiyyəti ilə aralarında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanılması nəzərdə tutulan müqavilə mövcud olmamış, hal-hazırda da yoxdur. Müqavilə mövcud olmadığından öhdəlik də yaranmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 5.1.1-ci bəndinə əsasən qanunsuz qoşulma ilə əlaqədar tərtib olunmuş akt və onun məzmunu barədə öz mülahizələrini, izahatlarını təqdim etmək, habelə aktı imzalamaqdan imtina etmək istehlakçının hüquqlarına aid edilmişdir. Həmin qaydaların 6.18-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar (su təchizatı və ya kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) halları müəyyən edildikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycab Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” olan xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələbinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o, cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamiledilir. Həmin Qanunun 2.3-cü maddəsinin tələbinə görə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olunmaqla) bu Qanunun 3.2-ci, 13cü,20.10-ci, 20.2-ci, və 34.1- ci maddələri şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinin tələbinə görə bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o, cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tədbirlər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqiaktların pozulması faktları ilə bağlıməsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15 fevral2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasənda sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, pyublik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o, cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada reyestrdə qeydiyyata alınmasını təmin etməlidir. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnızreyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər.Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüququ nəticəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, X13 Xidməti PHŞ və onun yerli X6 İstismarı İdarələri su tehcizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara verilən içməli suyun dəyərindən formalaşır. Müvafiq olaraq abonentlər tərəfindən həmin dəyərin vaxtında ödənilməməsi su təchizatı müəssisəsinin ahəng işləməsinə çətinliklər yaradır. İddiaçı qeyn-əhali kateoriyasına aid çayxananın sahibi İddiaçı istehlakçı olaraq, obyekt keçmiş "xxxx" ASC-nin Saatlı Sukanal İdarəsi ilə xx.xx.2001-ci il tarixdə 42580867 saylı müqavilə bağlanmaqla, 690097 abonent kodu açılmaqla içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edir. İddiaçı ‘Çayxana’nın sahibi X8 iddia ərizəsində qeyd edir ki, (keçmiş) “Azərsu" ASC tərəfindən istifadəsində olmayan, mülkiyyət hüququ əsasında həyat yoldaşı X7 məxsus olan və X3 işlətdiyi, sahəsi təxminən 20 m2 olan çayxanada sudan qeyri- qanuni istifadə nəticəsində itirilmiş su hesabatına gorə 2052 manat cərimə onun adına olan sayğaca, yəni abonent hesabına yazılmışdır. Həmçinin bildirir ki, yuxarıda qeyd edilən çayxana səhər saat 08-dən. axşam saat 17-yə kimi işləyir. Çayxananın aylıq su sərfıyyatı da, təxminən 3-5 manat təşkil edir. Hətta çayxanada sudan qanunsuz istifadə edilsə də belə itirlmiş su sərfıyyatı 2052 manat təşkil edə bilməzdi. Su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında qarşılıqlı münasibətləri və bununla əlaqədar yaranan digər məsələlər Azerbaycan Respublikasının “Su təchizatı və tullantı suları haqqında" Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi “Sudan istifadə Qaydaları" haqqında qərarı ilə tənzimlənir. Keçmiş “Azərsu" ASC-nın Saatlı Sukanal İdarəsinin əməkdaşları su xəttinə qanunsuz qoşulmaq və sudan qeyriqanuni istifadəni əsas götürərək xx/xx/2023-cü il tarixdə ********* saylı akt tərtib etmişlər. Cavabdehə aid obyekti işlədən su xəttindən istədiyi kimı istifadə edəcəyini bildirməklə akta imza atmaqdan imtina etmişdir. Daha sonra xx/xx/2023 tarixli ********* nömrəli akta əsasən su xəttinə qeyri-qanuni qoşulmuş d=20 mm-lik borunun su buraxma qabiliyyəti bir saatda 1.14 m3 təşkil etdiyini, obyektdə qeyri-qanuni birləşmə ilə sudan orta hesabla sutkada 5 saat istifadə edilməklə 12 ay ərzində 2052 m3 miqdarında su itkisinə yol verilmiş, nəticədə Azərsu ASC-yə 2052 manat məbləğində maddi ziyan vurulması haqqında hesabat tərtib olunaraq, dəymiş maddi ziyanın ödənilməsi bildiriş formasında cavabdehə təqdim olunmuşdur. İddiaçı məhkəməyə müraciət etdiyi iddia ərizəsində göstənri ki, istifadəsində olmayan, mülkiyyət hüququ əsasında həyat yoldaşı X7 məxsus olan və X4 işlətdiyi, sahəsi təxminən 20 m2 olan çayxanada sudan qeyri-qanuni istifadə nəticəsində onun adına cərimə məbləği yazılmışdır. Həmçinin müqavilə, abonent kodu ve su sərfiyyatının ölçülməsi məqsədilə quraşdırılmış sağyac bu günki günədək İddiaçı adınadır. İddiaçı "xxxx" ASC-nın Saatlı SKİ ilə bağlanmış müqavilə əsasında içməli su təhcızatı və kanalizasiya xidmətlərindən istifadə edir. Müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı istifadə etdiyi içməli suyun dəyərini su xəttinin üzərində quraşdırılmış sayğacın göstəricilərınə uyğun olaraq “Azərsu" ASC-yə ödəməlidir. Daha sonra iddiaçının məhkəməyə müraciətində qeyd edilir ki, Azerbaycan Respublikası Prezidentinin 15 fevral2011-cı il tanxlı fərmanı ile təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1 4-cu bəndinə əsasən qanun əsasenda sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra- yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin heyata keçmidiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu əsasnamə ile müəyyən edilmiş müddətdə və qaydada reyestrdə qeydiyyata alınmasını təmin etməlidir. Qeyd olunan qüvvədə olan qanunvericıliklənn tələblənnə uyğun olaraq sözügedən -"Çayxana" iaşə obyektinə aid su ölçən cihazı müəssisənin çöl-bayır hissəsində quraşdırılmışdır. Sayğaclara baxış vaxtı həmin müəssisənin əməkdaşlarının və obyektə məsul şəxsin iştirakı ilə birgə həyata keçirilir Həmçinin, suölçen cihazını onun texniki pasportunda göstərilmiş müddətdə və yaxud istehlakçının istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsi məqsədilə müəssisənin əməkdaşlarının iştirakı ile qeyd olunan ünvanda sayğaca baxış keçirilmişdir. Lakin həmin vaxtı “Çayxana”nın su təchizatı sayğacdan kənar qeyri-qanuni qoşulma vasitə ilə həyata keçirildiyi müəyyən olmuşdur. İddiaçı sahibkarlıq fəaliyyət ilə məşğul olsa da, mübahısələndırılən sudan sayğacdan kənar, qeyri-qanuni istifadəyə görə tərtib olunan Aktların və mübahisəli cərimə hesabatının tətbiqində mövcud qanunvericiliklərin tələblənnə uyğun olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınması mümükün olmamışdır. Sahibkarlıq fəaliyyəti ile məşğul olan fiziki şəxs olaraq İddiaçı və obyektə məsul, onu işlədən şəxs VÖEN təqdim etmədiyindən, Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınması mümükünsüz olmuşdur. Sahibkarlıq fəalıyətı ile məşğul olan “Çayxana” iaşə obyektinə idarənin əməkdaşları sərfıyyatın ölçülməsi məqsədilə sayğaca obyektin məsul şəxsi ilə birgə baxış keçirdikləri zamanı sayğacdan kənar sudan istifadə olunduğunu müəyyən etmişlər. Ancaq sayğaca baxış keçirilib. Obyektdə yoxlama aparılmayıb. Belə ki, kənar xəttin aşkarlanması, yerinin dəyişdirilməsi, kəsilməsi halları olmayıb. Sadəcə əməkdaşlar sayğacın işləmədiyini, sayğacdan kənar xəttdən istifadə olunduğunu və uzun müddət sudan istifadə olunsa da, obyekt sahibi tərəfindən ödənişlər olunmamasına görə cərimə tətbiq olunmuşdur. "xxxx" ASC tərəfindən iddiaçıya işlətdiyi su sərfıyyatı və çirkab suların axıdılması xidmətlərinə görə borcun ödənilməsi tələbi ilə onun ünvanına dəfələrlə bildiriş göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdehin 01 01.2025-ci il tarixinə keçmiş "xxxx" ASC-yə 2441,16 manat məbləğində ödənilməmiş pul borcu bu günə kimi ödənilməmişdir. 2017-ci il tarixdən 2024-cü iİ tarixinə qədər sözügedən ünvanda istehlakçıya su serfıyyatına görə hesabat getsə də, istehlakçı tərəfindən yalnız işlətdiyi su sərfiyyatına görə cəmi 4.00 manat pul məbləği ödənilmişdir. Kanalizasiya xidmətinə görə “Çayxana” iaşə obyektinə sərfiyyat hesablanmamışdır. “Azərsu" ASC-nin Saatlı Sukanal İdarəsinin əməkdaşları tərəfindən “Çayxana“ iaşə obyektinə baxış keçirilən zaman sayğacdan kənar su boru xətti ilə sudan qeyri- qanuni istifadə edilməsi aşkar edilmişdir. d=32 mm-lık birləşmənin daxili su sisteminə qoşulmuş hissəsinin d=20 mm olduğunu müəyyən etdikləri qeyd edilmişdir. Bununla yanaşı, abonentin qeyd olunan xəttlərin uzun müddətdir mövcud olduğu obyekti işlədən sahibkarın nəzərinə dəfələrlə çatdırılmışdır. Sudan qeyri-qanuni istifadə nəticəsində keçmiş "xxxx" ASC-yə maddi ziyan dəymiş və qanunvericiliyin tələblərinə uyğun aparılan hesablama həmin ziyanın məbləği tərtib edilmiş akta əsasən cəmi 2052 manat müəyyən edilmiş və ziyanın ödənilməsi iddiaçıya təklif olunmuşdur. Yaranmış 2052 manat məbləğində borc mülki hüquq pozuntusundan irəli gələn borcdur.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin müzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh qurum yenidən təşkil edildiyi üçün bəzi sübutları (iddiaçının qeyri-qanuni qoşulmasını təsdiq edən foto-video görüntülər və s.) əldə edib məhkəməyə təqdim edə bilməmişlər.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. xx.xx.2023-cü il tarixli 601913 saylı akta əsasən iddiaçı su xəttinə qeyri-qanuni qoşulmuş d=20 mm-lik borunun su buraxma qabiliyyəti bir saatda 1.14 m3 təşkil etdiyini, obyektdə qeyri-qanuni birləşmə ilə sudan orta hesabla sutkada 5 saat istifadə edilməklə 12 ay ərzində 2052 m3 miqdarında su itkisinə yol verilmişdir.

8. İddiaçıya məxsus abonent kartına əsasən cəmi borcunun 2052 manat olması qeyd olunmuşdur.

9. Abonent haqqında məlumatdan göründüyü kimi iddiaçının 2023-cü il tarixə borcu 2052 manat qeyd olunmuşdur.

10. Ətraflı abonetn kartasına əsasən İddiaçı xx.xx.2023-cü il tarixli, 601913 saylı akta əsasə su təchizatı və kanalizasiya xidmətlərindən qaunsuz istifadəyə görə yekun borcu 2052 manat qeyd olunmuşdur.

11. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

12. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

13. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2023-cü il tarixli 601913 saylı akta əsasən iddiaçı su xəttinə qeyri-qanuni qoşulmuş d=20 mm-lik borunun su buraxma qabiliyyəti bir saatda 1.14 m3 təşkil etdiyini, obyektdə qeyri-qanuni birləşmə ilə sudan orta hesabla sutkada 5 saat istifadə edilməklə 12 ay ərzində 2052 m3 miqdarında su itkisinə yol verilmişdir. İddiaçıya məxsus abonent kartına əsasən cəmi borcunun 2052 manat olması qeyd olunmuşdur. Abonent haqqında məlumatdan göründüyü kimi iddiaçı 2023-cü il tarixə borcu 2052 manat qeyd olunmuşdur. Ətraflı abonetn kartasına əsasən İddiaçı xx.xx.2023-cü il tarixli, 601913 saylı akta əsasə su təchizatı və kanalizasiya xidmətlərindən qaunsuz istifadəyə görə yekun borcu 2052 manat qeyd olunmuşdur. İddiaçı hal-hazırda 2052 manat məbləğində hesablanmış borcun silinməsini məhkəmə qaydasında mübahisələndirmişdir. Cavabdeh isə həmin aktın qanuni olduğunu və iddiaçı tərəfindən qeyri-qanuni qoşulma edərək qanunsuz sudan istifadə etdiyi üçün həmin 2052 manat borcun əsaslı yazıldığını bildirərək iddianın rədd edilməsini xahiş edir.

14. Məhkəmə əvvəla qeyd edir ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

15. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər.

16. İşin hallarından göründüyü kimi cavabdeh mübahisəli borcun hesablanmasını iddiaçı tərəfindən sayğacdan kənar su xəttindən istifadə edilməsi və bunun nəticəsində cavabdehə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçıya məxsus obyektdə kənar su xəttindən (qanunsuz qoşulma) istifadə edilməsini təsdiq edən mötəbər sübutları (video və foto çəkilişləri və s.) məhkəməyə təqdim edə bilməmişdir.

17. Belə ki, məhkəməyə sadəcə xx.xx.2023-cü il tarixli 601913 saylı akt təqdim olunmuş və buna görə də kənar xətdən istifadə edilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir.

18. Bundan əlavə cavabdeh tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən təqdim edilmiş çıxarış iddia tələbinin imtinası üçün əsaslı sübut hesab edilə bilməz. Belə ki, adıkeçən çıxarışda sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halı müəyyən edildiyi qeyd edilsə də, buna dair tərtib edilmiş akt və həmin aktın hansı tarixdə olması işin halları ilə müəyyən edilməmiş və cavabdeh tərəfindən də sübuta yetirilməmişdir.

19. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:

22. 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

23. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

24. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

25. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:

26. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

27. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

28. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

29. Göründüyü kimi cavabdeh PHŞ su ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.

30. Hazırkı işin hallarından isə görünür ki, yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır.

31. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.

32. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 2052 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir.

33. Göründüyü kimi cavabdeh qurum qanunsuz yoxlama aparmaqla iddiaçıya 2052 manat məbləğində su borcu hesablamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hesablanmış borc əsassız olduğundan silinməlidir.

34. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

37. Məhkəm xərclərinə gəldikdə isə iş materiallarından görünür ki, iddiaçı tərəfindən 41 manat dövlət rüsumu ödənilmişdir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün iş üzrə ödənilmiş 41 manat dövlət rüsumu xərci cavabdehə aid edilməlidir.

V. Nəticə:

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 601913 saylı akt əsasında İddiaçı hesablanmış 2052 manat məbləğində borc ona aid abunə hesabından (kod:690097) silinsin. Dövlət rüsumunun əvəzi olaraq 41 manat Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar