Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1384/2025 12.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi, uçot nöqtələri və sayğac nömrələrinin balansdan çıxarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: enerjisi itkilərinə (texnoloji sərfiyyata) görə hesablaşma, sayğac nömrələrinin və uçot nöqtələrinin balans mənsubiyyəti) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri Nümayəndə və X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X1 Agentliyi” X9) qarşı “borcun silinməsi, uçot nöqtələri və sayğac nömrələrinin balansdan çıxarılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MTK) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablaşmaların düzgün həyata keçirilməməsi səbəbindən 101 503,80 manat dəyərində artıq hesablanmış elektrik enerjisi sərfiyyatının silinməsi və cavabdehin hesab-ödəniş vərəqələrində qeyd olunan **********80000, **********00001, **********00002, **********400005, **********00006, **********00111 uçot nöqtələrinin və 3280198M647096, 3046493M339860, 0038938M2403010, 3055172M293106, 7585941M2090620, 3309671M699933 sayğac nömrələrinin iddiaçının adından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında 6 bloklu hündürmərtəbəli yaşayış kompleksi inşa edilmişdir. xx.xx.2007-ci il tarixli TX-11- 0364 saylı texniki şərtə əsasən bina elektirik təchizatı ilə təmin edilir. Binanı tikən iddiaçı olduğu üçün texniki şərt ona verilmişdir. Bu səbəbdən də həmin texniki şərtə əsasən binanın yaxınlığında quraşdırılmış 6/04 kv-lıq yarımstansiyada istehlak olunmuş elektrik enerjisinin uçotunu aparmaq üçün istismarda olan 13 ǝdǝd sayğac da iddiaçının adına rəsmiləşdirilmişdir. Enerji haqqı hesabatı həmin sayğacların göstəricilərinə müvafiq olaraq aparılır və bu hesabatlarda binada olan yaşayış mənzillərinin, qeyri-yaşayış obyektlərinin istifadə etdiyi elektrik enerjisinin miqdarı göstərilir. Eyni zamanda bu yaşayış mənzillərinin, qeyri-yaşayış obyektlərinin istifadə etdiyi elektrik enerjisinin miqdarı cavabdeh tərəfindən iddiaçıya təqdim edilən ümumi hesabdan çıxılır və qalan hissəyə görə iddiaçıya hesab verilir. 2.2. Bu cür qeyri-yaşayış obyektlərdən biri də “Bank VTB (Azərbaycan)” ASC-dir. Cavabdeh tərəfindən 6/04 kv-lıq yarımstansiyada quraşdırılan 13 ədəd elektrik sayğaclarından 3 dəsti, yəni 3123389M422887, 3123372M422839 və 3129573M422745 nömrəli sayğaclar bankın istehlak etdiyi enerjinin uçotu üçün quraşdırılmışdır. Bundan sonra cavabdeh texniki şərtdə göstərilən sayğaclardan əlavə, bank daxilində zirzəmidə xəbərdarlıq etmədən 3 ədəd sayğac quraşdırmışdır. Enerji yarımstansiyada quraşdırılan sayğaclardan bankın daxilində quraşdırılan sayğaclara birbaşa güc kabeli ilə verilir. Bankla yarımstansiya arasında olan məsafə təxmini 100-150 metr təşkil edir. İddiaçının baş sayğaclarının yerləşdiyi yarımstansiyadan ayrıca bir xətt bankı elektrik enerjisi ilə təmin edir. Cavabdeh bankın istifadə etdiyi enerjinin hesabatını baş sayğaclarla hesablaşmaq əvəzinə iddiaçıya xəbərdarlıq edilmədən quraşdırılan sayğaclarla aparmış və ötən müddət ərzində iddiaçıya verilən elektrik enerjisi qaimələrində bankın istifadə etdiyi elektrik enerjisi baş sayğacların göstəricilərinə əsasən hesablanmalı olduğu halda, yenə də xəbərdarlıq edilmədən bankın daxilində quraşdırılan sayğacların göstəricisinə görə çıxılmışdır. Lakin bu yaxınlarda iddiaçının mütəxəssisləri tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, bankın daxilində olan sayğacla yarımstansiyada olan sayğac göstəriciləri arasında fərq mövcuddur və ötən illər ərzində bu fərq 192 108 Kvt/s təşkil etmişdir. Yəni bu qədər elektrik enerjisinin banka ötürülməsinə baxmayaraq, həmin elektrik enerjisi ümumi hesablanmış elektrik enerjisindən daha az miqdarda çıxılmışdır və yaranmış fərq heç bir fəaliyyəti olmayan iddiaçının üzərində qalmış, nəticədə iddiaçıya maddi zərər vurulmuşdur. Bu qanunsuzdur və dəymiş zərər ödənilməlidir. Bu fakt cavabdeh tərəfindən verilmiş qaimə-fakturalarda da öz əksini tapmışdır. 2.3. Həmçinin iddiaçı tərəfindən mövcud problemin həlli ilə əlaqədar Azərbaycan Respublikası Energetika Nazirliyi X1 Agentliyi Bakı filialına müraciət olunmuş və həmin idarə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-15-2-1/2-2180/2024 nömrəli cavab məktubunda da konkret olaraq qeyd olunmuşdur ki, "xxxx" ASC ilə əsas istehlakçı olan MTK arasında quraşdırılmış hesablaşma elektrik sayğacları arasında elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyata) görə yaranmış fərq bankın hesabına aid edilməli və həmin enerjinin dəyəri "xxxx" ASC tərəfindən təqdim edilmiş hesablara uyğun olaraq bank tərəfindən ödənilməli idi. Bu barədə "xxxx"ASC-yə xx.xx.2024-cü il tarixdə 36 №-li məktubla müraciət də olunmuşdur. Həmin müraciət məktubu əsasında qeyd olunan məsələ araşdırılmış və uyğunsuzluğun aradan qaldırılması məqsədilə "xxxx" ASC tərəfindən yarımstansiyada İddiaçı MTK-ya aid, lakin banka xidmət göstərən 3 dəst sayğac götürülmüş və əvəzində bankın daxilində olan 3 dəst sayğac sökülərək yarımstansiyada olan həmin 3 dəst sayğacın yerinə quraşdırılmışdır. Bununla da bu cür uyğunsuzluğun mövcud olması faktı "xxxx" ASC-nin özü tərəfindən də təsdiq olunmuş və bundan sonra həmin uyğunsuzluq "xxxx" ASC tərəfindən aradan qaldırılaraq baş sayğacla hesablaşmalar aparılmağa başlanılmışdır. Bundan əlavə olaraq, istismarda olan 13 dəst sayğacın 6 dəsti cavabdeh tərəfindən iddiaçıya təqdim olunmuş hesab-ödəniş vərəqələrində də qeyd olunduğu kimi, uçot nöqtələri **********80000; **********00001; **********00002; **********400005; **********00006; **********00111 və sayğac nömrələri 3280198M647096; 3046493M339860; 3000229M18498; 3055172M293106; 3000430M257762; 3046383M340815 olan sayğaclar (binanın yaşayış mənzillərinə hər blok üçün bir ədəd sayğac olmaqla) istehlak olunmuş elektrik enerjisinin uçotunun aparılması üçün xidmət edir. 2.4. Bunlardan əlavə, sakinlərin yaşadıqları binanın bloku daxilində hər mənzil üçün istehlak olunmuş elektrik enerjisinin uçotunun aparılmasını təmin etmək məqsədilə cavabdeh tərəfindən həmin blokların daxilində abonentlər üçün hər bir abonentə ayrıayrılıqda kod açılmış və sayğaclar quraşdırılmışdır. Həmin sayğacların göstəricilərinə müvafiq olaraq elektrik enerjisinin haqları cavabdeh tərəfindən alınır. Bununla əlaqədar olaraq yarımstansiyada 6 blok üçün xidmət edən 6 ədəd baş sayğacın göstəricilərinin cəmi ilə hər blokda hər bir abonent üçün ayrıca quraşdırılmış 330 ədəd sayğacın göstəriciləri cəmi eyni olmalı olduğu halda, məlum olmuşdur ki, bu sayğacların göstəriciləri arasında da fərq yaranmış və bunun da nəticəsində heç bir fəaliyyəti olmayan iddiaçıya yenə də maddi zərər dəymişdir. Göründüyü kimi, istehlak olunmuş enerjinin uçotunun düzgün aparılmaması və ya elektrik enerjisi sərfiyyatı ilə əlaqədar cavabdeh ilə hesablaşmaların düzgün həyata keçirilməməsi səbəbindən bankın istifadə etdiyi elektrik sərfiyyatının itkisinə görə 192 108 kVt/s, əhali elektrik sərfiyyatının itkisinə görə 730 654 kVt/s, ümumi isə 922 762 kVt/s iddiaçıya əsassız olaraq maddi zərər vurulmuşdur. Bu səbəbdən cavabdehin hesab-ödəniş vərəqələrində qeyd olunan **********80000, **********00001, **********00002, **********400005, **********00006, **********00111 uçot nöqtələri və 3280198M647096, 3046493M339860, 0038938M2403010, 3055172M293106, 7585941M2090620, 3309671M699933 sayğac nömrələri iddiaçının adından çıxarılmalıdır. 2.5. Bundan əlavə, cavabdeh tərəfindən yol verilən nöqsanlar nəticəsində ötən müddət ərzində elektrik enerjisi sərfiyyatı ilə əlaqədar bir neçə dəfə problemlər yaranmış və nəticədə qəsdən əlavə süni borclar əmələ gəlmişdir. Belə ki, iddiaçının daxil olduğu şirkətlər qrupunun digər təsisçisi “X11 Stansiyası” MMC tərəfindən cavabdehə elektrik enerjisi sərfiyyatının əvəzləşdirilməsi ilə əlaqədar məktub göndərilmiş, lakin məktubda göstərilən əvəzləşdirmə qəsdən düzgün aparılmamış və heç bir razılıq olmadan şirkətlər qrupuna daxil olan digər təsisçilərdən (“X4 Əlaqələr” ASC, “X6” MMC) göstərilən elektrik enerjisi dəyərindən (kVt/s) az, iddiaçıdan isə göstərilən elektrik enerjisi dəyərindən (kVt/s) çox əvəzləşdirilmə aparılmışdır. Bununla bağlı həmin hallar üzrə “X4 Əlaqələr” ASC, “X6” MMC tərəfindən cavabdehə qarşı məhkəmə mübahisələri aparılmış və iddialar məhkəmə tərəfindən təmin olunmuşdur (Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-4600/2024 nömrəli və xx.xx.2024-cü il tarixli e-2-2(113)-4350/2024 nömrəli qətnamələri). Bundan başqa, hətta Xətai prospekti, 38 ünvanında bəzi qeyri-yaşayış obyektlərinə elektrik enerjisi sərfiyyatı cavabdeh tərəfindən iddiaçının hesabından çıxılan kimi nəzərdə tutularaq hər birinə ayrı-ayrılıqda kod verilmiş və yeni sayğaclar quraşdırılmışdır. 2.6. Mütəxəssislərin araşdırması nəticəsində məlum olmuşdur ki, xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən elektrik enerji sərfiyyatının haqqı həmin abonentlərdən alınmış, lakin iddiaçının hesabından silinməmişdir. Bu barədə cavabdehə müraciət olunmuş və cavabdehin özü tərəfindən aparılan araşdırmalar nəticəsində həmin nöqsanlar aşkar olunmuş və bu nöqsanlar onların özləri tərəfindən aradan qaldırılmış və ötən aylar üçün də əlavə olaraq 2106,83 manat iddiaçının elektrik enerji sərfiyyatı hesabından silinmişdir. Həmçinin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3001/2024 nömrəli qətnaməsindən də göründüyü kimi, cavabdeh tərəfindən elektrik enerjisindən istifadə qaydalarına riayət edilməməsi haqqında əsassız olaraq süni borc yaratmaq məqsədilə tərtib olunmuş NDQ017712, NDQ018030 nömrəli aktlara əsasən hesablanmış borcların silinməsinə dair iddia tələb təmin olunmuşdur. Ümumiyyətlə, cavabdeh tərəfindən elektrik enerjisi sərfiyyatı ilə əlaqədar dəfələrlə qəsdən əlavə borclar hesablanmış və nəticədə həmin borcların silinməsi ilə əlaqədar olan mübahisələrə məhkəmələrdə baxılaraq iddialar təmin olunmuşdur. Bu dəfə də elektrik sərfiyyatının itkisinə görə istər bank, istərsə də sakinlərlə bağlı cavabdehə pretenziyalar göndərilmiş, lakin heç bir müvafiq tədbir görülməmişdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə istinad edilmişdir.
4. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz təqdim edərək iddianın rədd edillməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, abunə kodu XXXX olan iddiaçı ilə elektrik enerjisinə görə hesablaşma 572 saylı TM-in 0,4 kV-luq paylayıcı qurğusundan çəkilmiş kabel xətlərinin əvvəlində quraşdırılmış hesabat sayğacları ilə aparılır. Əhali və qeyri-yaşayış sahələrinə məxsus elektrik sayğaclarının göstəriciləri oxunaraq aylıq sərfiyyatlar baş sayğacdan çıxılır və qalan sərfiyyat iddiaçıya təqdim olunur. Banka məxsus 73209367, 73209875, 73209366 nömrəli elektrik sayğaclarının aylıq sərfiyyatlarının iddiaçının hesablaşma elektrik sayğacının qeyd etdiyi sərfiyyatdan çıxılması dayandırılmışdır. İddiaçıya məxsus 2817013, 73129389 və 73129573 nömrəli balans elektrik sayğacları ləğv edilmiş və bankı elektrik enerjisi ilə təchiz edən xətlərin əvvəlində 572 saylı TM-in 0,4 kV-luq paylayıcı qurğusunda yeni 50040408, 50042459 və 50042452 nömrəli elektrik sayğacları quraşdırılmışdır. İddiaçının sayğacından çıxılan qeyri-yaşayış sahələrinə məxsus A211091652, **********7, **********5 nömrəli elektrik sayğacları ilə birbaşa hesablaşmanın aparılması üçün elektrik təchizat sxemində dəyişiklik edilməlidir. İddiaçının birinci mərtəbəsində mövcud 34 ədəd qeyri-yaşayış obyekti isə qeydiyyatsız olaraq iddiaçının baş sayğacından qidalanır. Həmin obyektlərə dəfələrlə abunə kodlarının açılması ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, tələb onlar tərəfindən icra olunmamışdır. Hal-hazırda həmin obyektlərin enerji sərfiyyatının dəyəri nağd olaraq iddiaçı tərəfindən yığılır. Bu səbəbdən yaşayış kompleksinin ümumi istifadə yerlərinə sərf edilən elektrik enerjisi həcmini dəqiqləşdirmək texniki cəhətdən mümkün deyildir. Belə ki, cavabdehdə heç bir qeydiyyatı olmayan və uçotu aparılmayan elektrik enerjisi istifadəçilərinin yaşayış kompleksinin daxilində olan qidalanma sxemi enerjitəchizatı müəssisəsinə məlum deyildir. Əlavə olaraq, yaşayış kompleksinin daxili təchizat sxemində yarana biləcək istehlak fərqləri, yəni texnoloji sərfiyyata aid olmayan elektrik enerjisi itkilərinə görə enerjitəchizatı müəssisəsi məsuliyyət daşımır. Göründüyü kimi, müəssisənin iddianı qaldırmaqda məqsədi özünə aid olan ödənişdən yayınmaqdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə “X1 Agentliyi” X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
II. İşdə iştirak edən şəxslərin mövqeləri:
6. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə və nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdilər və eyni zamanda göstərdilər ki, yarımstansiyada cavabdehə məxsus transformator mövcuddur və 13 sayğac quraşdırılmışdır. Həmin sayğaclardan 6-sı binanın mənzillərinə (hər bir blok üçün bir sayğac) verilən elektrik enerjisini, 3-ü “Bank VTB (Azərbaycan)” ASC-yə verilən elektrik enerjisini ölçür. İddiaçının üçüncü şəxsə şikayətindən sonra banka verilən elektrik enerjisini ölçən 3 sayğac iddiaçının balansından çıxarılmışdır. Lakin cavabdeh yaşayış binalarına (mənzillərə) gedən sayğacları iddiaçının balansından çıxarmaqdan imtina edir. Nəticədə həmin binalar üçün texnoloji sərfiyyat iddiaçıdan tutulur. Belə ki, baş sayğaclardan mənzillərdəki sağaca qədər olan itki iddiaçıya aid edilir. Həmçinin banka verilən elektrik enerjisini ölçən sayğaclar iddiaçının balansından çıxarılanadək iddiaçıya hesablanan sərfiyyat da silinməlidir. Belə ki, iddiaçının məlumatı olmadan cavabdeh zirzəmidə banka ayrıca sayğac quraşdırmış, həmin sayğaca elektrik xətti iddiaçının balansında olan sayğacdan verilmişdir. Beləliklə, bankın istifadə etdiyi elektrik enerjisinə görə sərfiyyat həmin sərfiyyat üçün enerji itkisi nəzərə alınmadan banka hesablanmış, zirzəmidə quraşdırılan sayğacla iddiaçıya məxsus sayğac arasında yaranmış fərq isə elektrik enerjisinin itkisi kimi iddiaçıya aid edilmişdir.
7. Cavabdehin nümayəndələri Nümayəndə və X5 məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdilər və eyni zamanda göstərdilər ki, yarımstansiyada quraşdırılan 6 sayğacın əhalini yoxsa qeyri-əhalini qidalandırdığı cavabdehə məlum deyildir. Daxili təchizatın iddiaçıya aidiyyəti yoxdur. Həmçinin banka məxsus abonent haqqında məlumatda qeyd edilən sərfiyyat iddiaçıya təqdim edilən hesab-fakturalarda çıxılan məbləğlərin cəmi ilə eyniyyət təşkil edir. Binada bütün mənzillər sayğacla təmin edilmişdir, əhali ilə hesablaşma həmin sayğac üzərindən aparılır.
8. Üçüncü şəxsin nümayəndəsi X3 əvvəlki məhkəmə iclaslarında iştirak edərək göstərdi ki, əhaliyə gedən sayğaclar iddiaçının balansında itkinin qarşısını almaq üçün saxlanılır. Əslində isə əhali obyektlərinə elektrik enerjisi itkisi hesablanmır. Sayğacların iddiaçının balansından çıxılması üçün texniki olaraq hər hansı bir məhdudiyyət yoxdur.
9. Üçünçü şəxs məhkəmənin sonuncu iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan baxış iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Əsassız hesablanmış borcun silinməsi və sayğacların (uçot nöqtələrinin) balansdan çıxarılması tələbi ilə bağlı
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, abunə kodu XXXX olan iddiaçı ilə elektrik enerjisinə görə hesablaşma 572 saylı transformator yarımstansiyasının 0,4 kV-luq paylayıcı qurğusundan çəkilmiş kabel xətlərinin əvvəlində quraşdırılmış 13 ədəd hesabat sayğacları ilə aparılmış, əhali və qeyri-yaşayış sahələrinə məxsus elektrik sayğaclarının göstəriciləri oxunaraq aylıq sərfiyyatlar baş sayğaclardan çıxılmış və qalan sərfiyyat iddiaçıya təqdim olunmuşdur. Eyni zamanda “Bank VTB (Azərbaycan)” ASC-yə verilən elektrik enerjisinin hesabatı həmin kabel xəttinin sonunda yerləşdirilən 73209366, 73209367 və 73209875 zavod nömrəli elektrik sayğacları (13 sayğacdan 3-ü) vasitəsilə aparılmış, daha sonra iddiaçının müraicəti əsasında həmin sayğaclar onun adından çıxarılmışdır.
14. İddiaçı 13 ədəd sayğacdan 6-nın mənzillərə verilən elektrik enerjisinin hesabatını apardığını bildirərək həmin sayğacların və uçot nöqtələrinin onun adından çıxarılmasını, adıçəkilən 6 sayğac və iddiaçının balansında olduğu dövr üçün banka aid 3 sayğac vasitəsi ilə əhali və “Bank VTB (Azərbaycan)” ASC tərəfindən istehlak olunan elektrik enerjisi itkisinə görə iddiaçıya hesablanan sərfiyyatının silinməsini tələb edir.
15. Cavabdeh iddiaya etiraz edərək, yarımstansiyada quraşdırılan 6 sayğacın əhalini yoxsa qeyri-əhalini qidalandırdığının cavabdehə məlum olmadığını, iddiaçıya hər hansı əlavə sərfiyyat hesablanmadığını bildirərək iddianın rədd edilməsini xahiş edir.
16. Məhkəmə kommersiya mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”da təsbit edilmiş elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyata) görə tətbiq edilən hesablaşma qaydaları aşağıdakı kimidir.
18. Qaydaların 8.10-cu bənində əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda istehlakçı ilə (məişət abonenti istisna olmaqla) elektrik enerjisi sərfinə görə hesablaşmada hər 1 kVts elektrik enerjisinə görə nəzərdə tutulmuş ödənişi müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulur. Bu halda baş transformatordakı elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və həmin elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə istehlakçıdan əlavə ödəniş tutulmur.
19. Qaydaların 8.11-ci bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatorunun yüksək tərəfinə onun balansında olan elektrik veriliş xətti qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatorun yüksək və ya orta (alçaq) tərəfində quraşdırıldıqda göstərilən elektrik veriliş xəttindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və onun dəyəri müəyyən edilmiş tarif üzrə istehlakçı (məişət abonenti istisna olmaqla) tərəfindən ödənilir.
20. Məhkəmə tərəfindən Bakı şəhəri, Nəsimi rayonu 787-ci məhəllədə iddiaçı tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış kompleksinin elektrik enerjisi təminatının həyata keçirildiyi 572 saylı yarımstansiyada yerləşən və məişət abonentlərinin (əhalinin) elektrik enerjisi sərfinə görə hesablaşmanın həyata keçirildiyi sayğacların aid olduğu uçot nöqtələrinin, həmin yarımstansiyada yerləşən və yaşayış kompleksində fəaliyyət göstərən “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin elektrik enerjisi sərfinə görə hesablaşmanın həyata keçirildiyi sayğaclar və onların aid olduğu uçot nöqtələrinin müəyyən edilməsi üçün müvafiq lisenziyaya malik olan "xxxx" MMC-dən mütəxəssis rəyi alınmışdır.
21. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki: – Bakı şəhəri, Nəsimi rayonu 787-ci məhəllədə İddiaçı MTK tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış kompleksinin elektrik enerjisi təminatı yaşayış kompleksinin yaxınlığında yerləşən "xxxx" ASC-nin 572 saylı yarımstansiyasından həyata keçirilir. Yaşayış kompleksinin mənzillərində yaşayan abonentlərin (əhali) elektrik enerjisi təminatı üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yarımstansiyasından, binanın 6 ədəd blokunun zirzəmisində 6 ədəd 0,4 kV-luq paylayıcı şitlərə, A blokuna uzunluğu L=160 metr, B blokuna uzunluğu L=135 metr, C1 blokuna uzunluğu L=112 metr, C2 blokuna uzunluğu L=102 metr, D1 blokuna uzunluğu L=136 metr, D2 blokuna uzunluğu L=116 metr üç fazalı müxtəlif markalı alüminium kabellər çəkilmiş və həmin paylayıcı şitlərdən mənzillərin sayğaclarına bir damarlı mis kabellərlə elektrik enerjisi verilmişdir. Binada olan mənzilləri elektrik enerjisi ilə təmin edən 6 ədəd kabel yarımstansiyada quraşdırılmış və aşağıda qeyd edilən uçot nöqtələrinə aid olan elektrik sayğaclarına qoşulmuşdur.
Sıra Binanın Uçot nöqtələrinin Mövcud olan Əvvəl quraşdırılmış №-si blokları nömrələri sayğacların nömrələri sayğacların nömrələri
1 A bloku **********00006 7585941M2090620 3000430M257762 2 B bloku **********00002 003893 8M2403 010 3000229M184983 3 C1 bloku **********00005 3055172M293106 - 4 C2 bloku **********00001 3046493M339860 - 5 D1 bloku **********80000 3280198M64 7096 - 6 D2 bloku **********00111 3309671M699933 3046383M340815 – Yarımstansiyada olan sayğacların üzərində onların nömrələri qeyd olunmuşdur. Sayğacın üzərində uçot nöqtələrinin nömrələri qeyd olunmamışdır, lakin "xxxx" ASC tərəfindən İddiaçı MTK-ya təqdim edilmiş elektron qaimələrdə hansı sayğacın hansı uçot nöqtəsinə aid olduğu göstərilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı MTK-ya aid olan uçot nöqtələrində quraşdırılmış sayğaclardan bəziləri müxtəlif vaxtlarda "xxxx" ASC tərəfindən dəyişdirilmiş və yenisi quraşdırılmışdır. Bu səbəbdən eyni bir uçot nöqtəsində əvvəllər başqa sayğaclar quraşdırılmış, hazırda isə başqa sayğaclar ilə əvəz edilmişdir. Kabellər yarımstansiyadan çıxışda 20 metr məsafədə binanın zirzəmisinə qədər yeraltı çəkilmiş, bundan sonra binanın zirzəmisinə daxil olaraq blokların paylayıcı şitlərinə qədər asma kabel kanalları vasitəsi ilə aparılmışdır. Binanın zirzəmisində müasir infrastruktura malik olan işıqlandırılan avtomobil qarajı yerləşdiyindən zirzəmidə olan hissədə bütün kabellər vizual olaraq müşahidə olunur. 6 ədəd kabelin hər birinə baxış keçirilmiş və həmin kabellərə heç bir kənar müdaxilə olunmadığı, həmin kabellərə blokların altında yerləşən elektrik şitlərinə daxil olana qədər və ya şitlərin daxilində mənzillərə gedən kabellərdən başqa heç bir qoşulmanın olmadığı müəyyən edildi. Kabellərdə heç bir zədələnmə aşkar olunmadı. Blokların zirzəmilərində əhali abonentləri üçün quraşdırılmış 6 ədəd paylayıcı şitlərə də baxış keçirilmiş, kənar qoşulmalar və müdaxilələr aşkar olunmamışdır. – Sonra xüsusi elektrik avadanlığı (“X10 UNİ-T”) vasitəsi ilə binaların zirzəmisində olan, binada yaşayan sakinlər üçun ayrılmış hər bir paylayıcı şitə gedən kabellərin başlanğıcında (yəni "xxxx" ASC-nin yarımstansiyada yerləşən 0.4 kV-luq şitdən) və sonunda, yəni binanın zirzəmisində hər bir blokun altında yerləşən 0.4 kV-luq şitdə (kabelin hər bir şitə daxil olduğu yerdə) eyni vaxtda, iki mütəxəssis tərəfindən kabellərdən keçən yükün miqdarı (amper-kleşlə) ölçülmüş və göstəricilər aşağıdaki kimi olmuşdur: A blokuna gedən kabeldə: "xxxx" ASC-nin yanmstansiyasında 0.4 kV-luq üç fazalı kabelin başlanğıc – 64.5kVt, binanın zirzəmisində 0.4 kV-luq şitdə kabelin sonunda – 65.6 kVt. B blokuna gedən kabeldə: "xxxx" ASC-nin yanmstansiyasında 0.4 kV-luq üç fazalı kabelin başlanğıc – 86.3 kVt, binanın zirzəmisində 0.4 kv-luq şitdə kabelin sonunda – 86.9 kVt. C- 1 blokuna gedən kabeldə: "xxxx" ASC-nin yarımstansiyasında 0.4 kV-luq üç fazalı kabelin başlanğıc – 43.8 kVt, binanın zirzəmisində 0.4 kV-luq şitdə kabelin sonuııda – 45.7 kVt. C-2 blokuna gedən kabeldə: "xxxx" ASC-nin yarımstansiyasında 0.4 kV-luq üç fazalı kabelin başlanğıc – 55.2 kVt, binanın zirzəmisində 0.4 kv-luq şitdə kabelin sonunda – 57.2 kVt. D-1 blokuna gedən kabeldə: "xxxx"ASC-nin yarımstansiyasında 0.4 kV-luq üç fazalı kabelin başlanğıc – 42.0 kVt, binanın zirzəmisində 0.4 kV-luq şitdə kabelin sonunda – 42.5 kVt. D-2 blokuna gedən kabeldə: "xxxx" ASCnin yarımstansiyasında 0.4 kV-luq üç fazalı kabelin başlanğıc – 72.1 kVt, binanın zirzəmisində 0.4 kV-İuq şitdə kabelin sonunda – 73.6 kVt. – Ölçmələrdən göründüyü kimi, kabellərin başlanğıcında və sonunda cüzi miqdarda fərqlər olmuşdur ki, bu da kabellərdə olan itkilər hesabınadır. – “Bank VTB (Azərbaycan)” ASC-ni elektrik enerjisi ilə təmin edən 572 saylı yarımstansiyada quraşdırılmış və İddiaçı MTK-nın adına qeydiyyata alınmış sayğaclar İddiaçı MTK-nın verdiyi məlumata əsasən 12 fevral 2024-cü il tarixdən onun şikayəti əsasında "xxxx" ASC tərəfindən sökülmüşdür. Bundan sonra həmin sayğacların yerinə “Bank VTB (Azərbaycan)” ASC-nin adına qeydiyyata alınmış 50042452, 50040408 və 50042459 nömrəli digər sayğaclar quraşdırılmışdır və hazırda mövcuddur. Lakin həmin sayğacların üzərində uçot nöqtəsinin nömrəsi qeyd olunmadığından və bununla bağlı “Bank VTB (Azərbaycan)” ASC tərəfindən əlavə məlumat verilmədiyindən hazırda mövcud olan hansı sayğacın hansı uçot nöqtəsinə aid olduğunu müəyyən etmək mümkün olmadı. – Həmin sayğacların yerində əvvəllər quraşdırılmış və İddiaçı MTK-nın adına qeydiyyata alınmış sayğaclar yerində olmadığından onların nömrəsini üstündə görmək mümkün deyildir. Lakin "xxxx" ASC tərəfindən İddiaçı MTK-ya təqdim edilmiş elektron qaimələrdən həmin sayğacların nömrəsi və aid olduğu uçot nöqtələrinin nömrəsini müəyyən etmək mümkündür və onlar aşağıdakı cədvəldə öz əksini tapmışdır:
Sıra Uçot nöqtələrinin Daha əvvəl quraşdırılmış Sayğacların nömrələri №-si nömrələri sayğacların nömrəsi
1 **********80008 817013M1129034 3129372M422899 2 **********80009 3129389M422887 - 3 **********80010 3129573M422745 - – Xüsusi elektrik avadanlığı (“X10 UNİ-T”) vasitəsilə kabellərin hər birindən keçən elektrik yükü kabellərin başlanğıcında və sonunda eyni vaxtda yoxlanılmış və kabellərin görünən hissələrinə və bloklarınn zirzəmilərində yerləşən 6 ədəd paylayıcı şitlərə tərəfimizdən baxış keçirilmiş və heç bir kənar müdaxilə, qoşulma və zədələnmələr aşkar olunmamışdır. "xxxx" ASC-nin 572 saylı yarımstansiyasında yerləşən 7585941M2090620; 0038938M2403010; 3055172M293106; 3046493M339860; 3280198M647096 və 3309671M699933 nömrəli 6 ədəd elektrik sayğaclarına qoşulmuş 6 ədəd elektrik kabellərinin hər biri birbaşa olaraq yalnız binada olan blokların zirzəmisində yerləşən, binada yaşayan əhaliyə xidmət edən 6 ədəd 0.4 kV-luq paylayıcı şitlərə daxil olur və oradan isə yalnız binada olan mənzillərin elektrik sayğaclarına gedir. Vizual müşahidə və hər bir kabeldən keçən elektrik enerjisinin xüsusi elektrik avadanlığı ilə ölçülməsi nəticəsində bu kabellərə mənzilləri elektrik enerjisi ilə təmin edən kabellərdən başqa digər hər hansı qoşulmanın olmadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, "xxxx" ASC-nin 572 saylı yarımstansiyasında yerləşən 7585941M2090620; 0038938M2403010; 3055172M293106; 3046493M339860; 3280198M647096 və 3309671M699933 nömrəli elektrik sayğaclarından keçən elektrik enerjisinin yalnız binada olan mənzillərin elektrik enerjisi ilə təminatına yönəldiyi və bu sayğaclara qoşulmuş kabellərdən heç bir qeyriyaşayış sahəsinə elektrik enerjisi verilmədiyi müəyyən edilmişdir. Sayğacların aid olduğu uçot nöqtələrinin nömrəsi rəydə olan cədvəldə oz əksini tapmışdır. Binanın sakinlərinə (abonentlərə) elektrik enerjisi təhcizatı "xxxx" ASC-nin yarımstansiyasından birbaşa verilir. “Bank VTB (Azərbaycan)” ASC-nin adına qeydiyyata alınmış hazırda mövcud olan 50042452, 50040408 və 50042459 nömrəli sayğacların hansı uçot nöqtəsinə aid olduğunu müəyyən etmək mümkün olmadı. “Bank VTB (Azərbaycan)” ASC-ni elektrik enerjisi ilə təmin edən əvvəllər 572 saylı yarımstansiyada quraşdınlan və İddiaçı MTK-nın adına qeydiyyata alınmış sayğacların nömrəsi və onların aid olduğu uçot nöqtəsinin nömrələri rəydə olan cədvəldə öz əksini tapmışır.
22. Göründüyü kimi, cavabdehin etirazlarının əksinə 3280198M647096, 3046493M339860, 0038938M2403010, 3055172M293106, 7585941M2090620, 3309671M699933 nömrələri sayğaclar və onlara müvafiq **********80000, **********00001, **********00002, **********400005, **********00006, **********00111 uçot nöqtələrindən hər hansı qeyri-yaşayış sahəsinin deyil, iddiaçının bildirdiyi kimi, mənzillərin istifadə etdiyi, hər hansı kənar müdaxilənin olmadığı aydın olur. Belə olan halda isə həmin sayğac nömrələrinin və uçot nöqtələrinin iddiaçının balansında qalması üçün əsas yoxdur.
23. Həmçinin 6 ədəd sayğac üzrə texnoloji sərfiyyatın mənsubluğu nöqteyinəzərindən göstərilməlidir ki, Qaydaların 7.13-cü bəndinə əsasən, hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisinin itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alqı-satqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır. Hesablaşma elektrik sayğacları quraşdırılmış yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər hissəsindəki elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə müvafiq olaraq müqavilə münasibətlərində olan dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsində göstərilir. Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Subabonentlərə elektrik enerjisinin verilişi ilə əlaqədar əsas istehlakçının elektrik şəbəkəsindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), subabonentlərin hesabına, onların istehlak paylarına mütənasib olaraq aid edilir.
24. Göründüyü kimi, Qaydalarda məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyatın) nəzərə alınmaması barədə göstəriş mövcuddur. Belə olan halda, qeyd edilən uçot nöqtələri və sayğac nömrələrinin iddiaçının balansında qalması zərurəti cavabdeh tərəfindən əsaslandırıla bilməmişdir. Həmçinin məişət abonentləri olmayan digər subabonentlərə münasibətdə isə Qaydaların tələbinə əsasən, subabonentlərə elektrik enerjisinin verilişi ilə əlaqədar əsas istehlakçının elektrik şəbəkəsindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), subabonentlərin hesabına, onların istehlak paylarına mütənasib olaraq aid edilməlidir. Belə olan halda aydın olur ki, nə məişət abonentlərinə, nə də digər subabonentlərə münasibətdə iddiaçı elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə məsuliyyət daşımır və həmin itkilərə görə sərfiyyat məbləği iddiaçının hesabına daxil edilməməlidir.
25. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə artıq hesablanmış sərfiyyatın silinməsi tələbinə münasibətdə göstərməyi zəruri hesab edir ki, məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) üçün ödəniş tutulmamalı, "xxxx" ASC-nin sərfiyyatı üçün isə 817013M1129034 (3129372M422899), 3129389M422887 və 3129573M422745 nömrəli sayğaclar üzrə texnoloji sərfiyyat sonuncuya aid edilməlidir. Bu səbəbdən cavabdeh tərəfindən qeyd edilən 9 sayğac və uçot nöqtəsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2025-ci il tarixədək əlavə sərfiyyatın hesablanması da düzgün olmamışdır.
26. Məhkəmə tərəfindən qeyd edilən sərfiyyatın məbləğinin müəyyən edilməsi məqsədilə xx.xx.2025-ci il tarixli e-2-2(113)-1384/2025 nömrəli qərardadla iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmışdır.
27. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin audit rəyinə əsasən, aparılmış hesablamalar nəticəsində binada yaşayan əhalinin və binada yerləşən “Bank VTB (Azərbaycan)” ASC-nin sayğacların göstəricisinə əsasən istifadə etdiyi elektrik enerjisinin miqdarının müvafiq olaraq İddiaçı MTK-dan çıxılan elektrik enerjisinin miqdarından bəzi aylarda çox, bəzi hallarda isə az olduğu müəyyən edilmişdir. Binada yaşayan əhalinin və binada yerləşən “Bank VTB (Azərbaycan)” ASC-nin sayğacların göstəricisinə əsasən istifadə etdiyi elektrik enerjisinin miqdarının müvafiq olaraq İddiaçı MTK-dan çıxılan elektrik enerjisinin miqdarından az olduğu zaman bu fərq qarşısında mənfi (-) işarəsi olmaqla göstərilmişdir. Yaranmış mənfi və müsbət fərqlər müvaqif olaraq toplanmış və çıxılmış 2014-cü ildən başlamaqla hər il üçün fərqin yekunu hesablanmışdır. Yekunda bütün illər üzrə fərqlərin yekun cəmi hesablanmışdır. xx.xx.2014-cü il tarixdən xx.xx.2025ci il tarixədək olan dövr ərzində İddiaçınə təqdim olunan hesab-ödəniş vərəqələrində (qaimələrdə) əhaliyə aid olan **********00006, **********00002, **********00005, **********00001, **********80000, **********00111 uçot nöqtələri üzrə MTK-nın abonent koduna daxil edilmiş sərfiyyat MTK-nın abonent kodundan **********00009 (əhaliyə görə) uçot nöqtəsi üzrə çıxılmış sərfıyyatdan 62448,52 manat çoxdur. xx.xx.2014-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr ərzində İddiaçınə təqdim olunan hesab-ödəniş vərəqələrində (qaimələrdə) “Bank VTB (Azərbaycan)” ASC-yə aid olmuş **********80008, **********80009, **********80010 uçot nöqtələri üzrə MTK-nın abonent koduna daxil edilmiş sərfiyyat MTK-nın abonent kodundan **********8002, **********80038, **********8003 (“Bank VTB (Azərbaycan)” ASC-yə görə) uçot nöqtələri üzrə çıxılmış sərfıyyatdan 8060,51 manat çoxdur.
28. Rəydən aydın olduğu kimi, əhali qrupuna aid abonentlər üçün xx.xx.2014-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr ərzində 62448,52 manat, “Bank VTB (Azərbaycan)” ASC üçün 8060,51 manat əlavə sərfiyyat hesablanaraq iddiaçıya aid edilmişdir. Halbuki qeyd edilən sərfiyyat məişət abonentlərinə münasibətdə cavabdehə aid edilməli, “Bank VTB (Azərbaycan)” ASC-yə münasibətdə isə sonuncuya aid edilməli idi.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı MTK-ya məxsus XXXX abonent koduna artıq hesablanmış 70509,03 manat dəyərində elektrik enerjisi sərfiyyatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməli, İddiaçı MTK-nın balansından **********80000, **********00001, **********00002, **********400005, **********00006, **********00111 uçot nöqtələri və 3280198M647096, 3046493M339860, 0038938M2403010, 3055172M293106, 7585941M2090620, 3309671M699933 sayğac nömrələri "xxxx"ASC tərəfindən çıxarılmalıdır.
b) Məhkəmə xərcləri ilə bağlı
30. İş materialları əsasında müəyyən edilir ki, iddiaçı tərəfindən **********61 nömrəli mədaxil qəbzi əsasında 100 manat, **********53 nömrəli mədaxil qəbzi əsasında 291 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
31. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
32. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Beləliklə, məhkəmə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 272 manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı MTK-ya ödənilməlidir.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçınə məxsus XXXX abonent koduna artıq hesablanmış 70509,03 manat dəyərində elektrik enerjisi sərfiyyatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. İddiaçı balansından **********80000, **********00001, **********00002, **********400005, **********00006, **********00111 uçot nöqtələri və 3280198M647096, 3046493M339860, 0038938M2403010, 3055172M293106, 7585941M2090620, 3309671M699933 sayğac nömrələri "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 272 manat məbləğində pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova