Məhkəmə qərarları › İş №e-2-2(113)-1385/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1385/2025

06.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1385/2025 06.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həşimova Günay qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “materialların silinməsi və pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (VÖEN: **********) üzərinə “docterz” mobil tətbiqində istifadə olunan iddiaçının yaradıcısı olduğu səhifədən götürülmüş bütün materialların silinməsi vəzifəsinin qoyulması və baş vermiş hadisə nəticəsində iddiaçıya dəymiş 10000 (on min) manat məbləğində mənəvi zərərin və ödənilmiş 120 manat məbləğindəki dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı və cavabdeh məhkəməyə barışıq sazişi təqdim etməklə, aralarında bağlanmış sazişinin təsdiq edilməsini, işin icraatına xitam verilməsini xahiş etmişlər və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 28 oktyabr 2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Cavabdeh öhdəsinə götürür ki. iddiaçıya məxsus “ambulatoria.net" internet saytından əldə edərək özünə məxsus “doctcsf mobil tətbiqinə yüklənmiş məlumatları və həmin "doetest" mobil tətbiqinə yüklənmiş materialları dərhal siləcək.

2. Cavabdeh öz öhdəsinə götürür ki, “doetest” mobil tətbiqini tamamilə siləcək və yenidən yaratmayacaq.

3. Cavabdeh öz öhdəsinə götürür ki. tibb işçilərinin scrtifikasiyası ilə əlaqədar məlumatlardan başqa ad altında ümumiyyətlə istifadə etməyəcək və heç bir şəkildə 3-cü şəxsə verməyəcək.

4. https://doctest.az/categories.html saytında təqdim olunan tibb işçilərinin sertifikasiyası suallarını ləğv edəcək

5. Cavabdeh öz öhdəsinə götürür ki. iddiaçıya məxsus həmin məlumatlardan bir daha istifadə edərsə \ə ya 3-cü şəxsə təqdim edərsə, iddiaçıya bir dəfəlik 50000 (əlli min) manat məbləğində kompensasiya ödəyəcək

6. İddiaçı öz öhdəsinə götürür ki, cavabdehə qarşı mənəvi ziyan tələbindən imtina edir. Ona qarşı maddi və mənəvi ziyan tələbinə dair hər hansı bir iddia qaldırmır.

7. Tərəflərdən hər hansı biri gələcəkdə barışıq sazişinin şərtlərini icra etmədiyi halda tərə İlər barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilərlər. Tərəflər bu saziş üzrə öhdəliklərini vicdanla yerinə yetirəcəklər.

8. Bu saziş 3 (üç) nüsxədə tərtib olunur, bir nüsxəsi məhkəməyə təqdim olunur, digər nüsxələri isə məcburidir.

9. Bu saziş məhkəmə tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir və onun icrası tərəflər üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh qarşı “materialların silinməsi və pul” tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 28 oktyabr 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərdə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. 1 Cavabdeh öhdəsinə götürür ki. iddiaçıya məxsus “ambulatoria.net" internet saytından əldə edərək özünə məxsus “doctcsf mobil tətbiqinə yüklənmiş məlumatları və həmin "doetest" mobil tətbiqinə yüklənmiş materialları dərhal siləcək.

2. Cavabdeh öz öhdəsinə götürür ki, “doetest” mobil tətbiqini tamamilə siləcək və yenidən yaratmayacaq.

3. Cavabdeh öz öhdəsinə götürür ki. tibb işçilərinin scrtifikasiyası ilə əlaqədar məlumatlardan başqa ad altında ümumiyyətlə istifadə etməyəcək və heç bir şəkildə 3-cü şəxsə verməyəcək.

4. https://doctest.az/categories.html saytında təqdim olunan tibb işçilərinin sertifikasiyası suallarını ləğv edəcək

5. Cavabdeh öz öhdəsinə götürür ki. iddiaçıya məxsus həmin məlumatlardan bir daha istifadə edərsə \ə ya 3-cü şəxsə təqdim edərsə, iddiaçıya bir dəfəlik 50000 (əlli min) manat məbləğində kompensasiya ödəyəcək

6. İddiaçı öz öhdəsinə götürür ki, cavabdehə qarşı mənəvi ziyan tələbindən imtina edir. Ona qarşı maddi və mənəvi ziyan tələbinə dair hər hansı bir iddia qaldırmır.

7. Tərəflərdən hər hansı biri gələcəkdə barışıq sazişinin şərtlərini icra etmədiyi halda tərə İlər barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilərlər. Tərəflər bu saziş üzrə öhdəliklərini vicdanla yerinə yetirəcəklər.

8. Bu saziş 3 (üç) nüsxədə tərtib olunur, bir nüsxəsi məhkəməyə təqdim olunur, digər nüsxələri isə məcburidir.

9. Bu saziş məhkəmə tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir və onun icrası tərəflər üçün məcburidir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar