Məhkəmə qərarları › İş №e-2-2(113)-1389/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1389/2023

04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1389/2023 04.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh4 ilə bağlanmış KE/88799/71 saylı, xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh4 həmin Kredit müqaviləsi üzrə iddiaçının xeyrinə 26286.23 manat əsas, 8171.16 manat faiz borcunun, cəmi 34457.39 manat borcun və ödənilmiş 200 manat dövlət rüsumunun tutulması; qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin Cavabdeh4 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsində mülkiyyətində olan 0.00687 ha torpaq sahəsi və üzərində yerləşən 51 d fərdi yaşayış evi (50 kv.m ümumi sahədən ibarət) ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehlərin banka olan borcunun ödənilməsinə yönəldilməsi, eyni zamanda ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 mənzildən çıxarılması və əmlakı boşaldaraq banka təhvil verilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh4 ilə bağlanmış KE/88799/71 saylı, xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh4 həmin Kredit müqaviləsi üzrə iddiaçının xeyrinə 26286.23 manat əsas, 8171.16 manat faiz borcunun, cəmi 34457.39 manat borcun və ödənilmiş 200 manat dövlət rüsumunun tutulması; qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin Cavabdeh4 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsində mülkiyyətində olan 0.00687 ha torpaq sahəsi və üzərində yerləşən 51 d fərdi yaşayış evi (50 kv.m ümumi sahədən ibarət) ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehlərin banka olan borcunun ödənilməsinə yönəldilməsi, eyni zamanda ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 mənzildən çıxarılması və əmlakı boşaldaraq banka təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçı ərizəylə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməmələrini işin mahiyyəti üzrə baxılmasını tələb etməmələri kimi qəbul edir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddia ərizəsinin baxılmamış saxlanılmasını mümkün hesab edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.6, 263, 264, 267, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar