Məhkəmə qərarları › İş №e-2-2(113)-139/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-139/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-139/2024 13.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik, ipoteka müqaviləsi, borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 274133,87 manat – bundan 100.LN.2004.250615.00001 saylı kredit müqaviləsi üzrə 51777,10 manat əsas, 4322,94 manat faiz, 66472,76 manat cərimə və kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 7441,65 manat faiz borcunun cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada, 100.LN.2004.290615.00001 saylı kredit müqaviləsi üzrə 56043,17 manat əsas, 6894,99 manat faiz, 73206,76 manat cərimə və kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 7974,50 manat faiz borcunun cavabdehlər Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada tutulması, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı iş üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xərcin və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 360 (üç yüz altmış) manat rüsumun və ödənilmiş 164,13 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh4, Cavabdeh5 və X1 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2008-ci il tarixli, 1) MH seriyalı ******* nömrəli çıxarışına əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.5054 ha torpaq sahəsinə, 2) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.640093 ha torpaq sahəsinə, 3) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.8403 ha torpaq sahəsinə, 4) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.129 ha torpaq sahəsinə, 5) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2418 ha torpaq sahəsinə, 6) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinə, 7) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.263499 ha torpaq sahəsinə, 8) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.516299 ha torpaq sahəsinə, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2008-ci il tarixli, 1) MH seriyalı ******* nömrəli çıxarışına əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.757582 ha torpaq sahəsinə, 2) MH seriyalı ******* nömrəli çıxarışına əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.120051 ha torpaq sahəsinə, 3) MH seriyalı ******* nömrəli çıxarışına əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2006-cı il tarixli, MH seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, x küçəsi, 131 saylı fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borclarına yönəlməsi və ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh4, Cavabdeh5 və X1 tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdən və əmlaklar satıldıqdan sonra cavabdehlər Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.250615.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh4 60 (altmış) ay müddətinə illik 6 (altı) faiz ödənilmək şərti ilə 60000 (altmış min) manat məbləğində kredit verilmişdir. Bundan əlavə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.290615.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh5 60 (altmış) ay müddətinə illik 6 (altı) faiz ödənilmək şərti ilə 60000 (altmış min) manat məbləğində kredit verilmişdir. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 kredit verilərkən 29 iyun 2015-ci il tarixdə bank ilə Cavabdeh1 arasında 100.CL.290615.00001/a və 100.CL.250615.00001/f saylı zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanlarla birlikdə cavabdehlik daşıyır. Tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 100.CL.250615.00001/c, 100.CL.250615.00001/d və 100.CL.250615.00001/e saylı ipoteka müqavilələrinə əsasən verilmiş kreditlərin təminatı kimi tam mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2008-ci il tarixli,1) MH seriyalı ******* nömrəli çıxarışına əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.5054 ha torpaq sahəsi; 2) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.640093 ha torpaq sahəsi; 3) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.8403 ha torpaq sahəsi; 4) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.129 ha torpaq sahəsi; 5) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2418 ha torpaq sahəsi; 6) MH seriyalı ******* Çıxarışına əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsi; 7) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.263499 ha torpaq sahəsi; 8) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.516299 ha torpaq sahəsi; tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2008-ci il tarixli,1) MH seriyalı ******* nömrəli çıxarışına əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.757582 ha torpaq sahəsi; 2) MH seriyalı ******* nömrəli çıxarışına əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.120051 ha torpaq sahəsi; 3) MH seriyalı ******* nömrəli çıxarışına əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsi; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2006-cı il tarixli, MH seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, x küçəsi, 131 saylı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Kredit müqavilələrinin 2-ci bəndinə əsasən cavabdehlər Cavabdeh4 və Cavabdeh5 müqavilələrdə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişlər. Kredit müqavilələrinin 2.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə xx.xx.2023-cü il tarixli, **********022 saylı və xx.xx.2023-cü il tarixli, **********068 bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər Cavabdeh4 və Cavabdeh5 həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışlarından göründüyü kimi, Cavabdeh4 və Cavabdeh5 tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixinə Cavabdeh4 kredit üzrə cəmi borcu 130014,45 manat (bir yüz otuz min on dörd manat qırx beş qəpik) təşkil edir. Bundan 51777,10 manat (əlli bir min yeddi yüz yetmiş yeddi manat on qəpik) əsas, 4322,94 manat (dörd min üç yüz iyirmi iki manat doxsan dörd qəpik) faiz, 66472,76 manat (altmış altı min dörd yüz yetmiş iki manat yetmiş altı qəpik) cərimə borcu və kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 7441,65 manat (yeddi min dörd yüz qırx bir manat altmış beş qəpik) faiz borcu təşkil edir. Eyni zamanda, xx.xx.2023-cü il tarixinə Cavabdeh5 kredit üzrə cəmi borcu 144119,42 (bir yüz qırx dörd min bir yüz on doqquz manat qırx iki qəpik) manat təşkil edir. Bundan 56043,17 (əlli altı min qırx üç manat on yeddi qəpik) manat əsas, 6894,99 (altı min səkkiz yüz doxsan dörd manat doxsan doqquz qəpik) manat faiz, 73206,76 (yetmiş üç min iki yüz altı manat yetmiş altı qəpik) manat cərimə borcu və kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 7974,50 (yeddi min doqquz yüz yetmiş dörd manat əlli qəpik) manat faiz borcu təşkil edir. İddiaçı tərəfindən cavabdehlərə 100.LN.2004.250615.00001 saylı və 100.LN.2004.290615.00001 saylı, 29 iyun 2015-ci il tarixli kredit müqavilələri üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdehlər təklifə cavab vermədiyi üçün iddiaçı tərəfindən Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən banka və cavabdehlərə mediasiyaya dəvət məktubu göndərilmişdir. Cavabdehlərə ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən faktiki qeydiyyatda olduğu ünvan üzrə məktub göndərilməsinə baxmayaraq, nəzərdə tutulan ilkin mediasiya sessiyasına gəlməmişlər. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmiş və bu barədə mediator tərəfindən müvafiq arayış verilmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7, 295, 317.1, 319.1, 385.1, 442, 445, 445.2.1, 445.2.2, 445.3, 445.7, 449.1, 449.4, 465, 470.1, 472.2, 474.2, 739.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.3, 36.2, 39.3, 59.3.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.

5. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin və ya nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

7. İş matariallarında olan, "xxxx" ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015ci il tarixli, 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh5 bankdan 60 (altmış) ay müddətinə, illik faiz dərəcəsi 6% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60000 (altmış min) manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq bank ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.CL.250615.00001/c saylı ipoteka müqaviləsi, Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.CL.250615.00001/d saylı ipoteka müqaviləsi, Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.CL.250615.00001/e saylı ipoteka müqaviləsi, Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.CL.250615.00001/a saylı zaminlik müqaviləsi qeyd edilmişdir. Sözügedən kredit müqaviləsini kreditr və borcalanla yanaşı, ipoteka qoyanlar Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 imzalamışlar.

8. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.290615.00001/a nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, "xxxx" ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

9. "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.250615.00001 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh4 bankdan 60 (altmış) ay müddətinə, illik faiz dərəcəsi 6% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60000 (altmış min) manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq bank ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.CL.250615.00001/c saylı ipoteka müqaviləsi, Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.CL.250615.00001/d saylı ipoteka müqaviləsi, Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.CL.250615.00001/e saylı ipoteka müqaviləsi, Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.CL.250615.00001/f saylı zaminlik müqaviləsi qeyd edilmişdir. Sözügedən kredit müqaviləsini kreditor və borcalanla yanaşı, ipoteka qoyanlar Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 imzalamışlar.

10. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.250615.00001/f nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

11. İpoteka saxlayan – "xxxx" ASC ilə ipoteka qoyan – Cavabdeh5 və borc alan – Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.CL.250615.00001/c nömrəli ipoteka müqaviləsinin və həmin ipoteka müqaviləsinə 1 saylı əlavənin məzmunundan görünür ki, "xxxx" ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.250615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh5 tərəfindən onun mülkiyyətində olan Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.5054 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.640093 ha torpaq sahəsi, Cavabdeh5 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.8403 ha torpaq sahəsi, Cavabdeh5 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.129 ha torpaq sahəsi, Cavabdeh5 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2418 ha torpaq sahəsi, Cavabdeh5 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsi, Cavabdeh5 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.263499 ha torpaq sahəsi, Cavabdeh5 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.516299 ha torpaq sahəsi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

12. İpoteka saxlayan – "xxxx" ASC ilə ipoteka qoyan – Cavabdeh3 və borc alan – Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.CL.250615.00001/d nömrəli ipoteka müqaviləsinin və həmin ipoteka müqaviləsinə 1 saylı əlavənin məzmunundan görünür ki, "xxxx" ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.250615.00001 nömrəli kredit müqavilələri üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, x küçəsi, 131 saylı fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

13. İpoteka saxlayan – "xxxx" ASC ilə ipoteka qoyan – Cavabdeh2 və borc alan – Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.CL.250615.00001/e nömrəli ipoteka müqaviləsinin və həmin ipoteka müqaviləsinə 1 saylı əlavənin məzmunundan görünür ki, "xxxx" ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.250615.00001 nömrəli kredit müqavilələri üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 tərəfindən onun mülkiyyətində olan Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.757582 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.120051 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 14 nömrəli reyestr kitabının 152 nömrəli vərəqində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli çıxarışın məzmunundan görünür ki, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.5054 ha torpaq sahəsi "xxxx" ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.250615.00001 nömrəli kredit müqavilələri üzrə Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 14 nömrəli reyestr kitabının 145 nömrəli vərəqində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli çıxarışın məzmunundan görünür ki, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.640093 ha torpaq sahəsi "xxxx" ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.250615.00001 nömrəli kredit müqavilələri üzrə Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 14 nömrəli reyestr kitabının 146 nömrəli vərəqində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli çıxarışın məzmunundan görünür ki, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.8403 ha torpaq sahəsi "xxxx" ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.250615.00001 nömrəli kredit müqavilələri üzrə Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 14 nömrəli reyestr kitabının 144 nömrəli vərəqində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli çıxarışın məzmunundan görünür ki, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.129 ha torpaq sahəsi "xxxx" ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.250615.00001 nömrəli kredit müqavilələri üzrə Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 14 nömrəli reyestr kitabının 154 nömrəli vərəqində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli çıxarışın məzmunundan görünür ki, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2418 ha torpaq sahəsi "xxxx" ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.250615.00001 nömrəli kredit müqavilələri üzrə Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

19. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 14 nömrəli reyestr kitabının 149 nömrəli vərəqində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli çıxarışın məzmunundan görünür ki, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.263499 ha torpaq sahəsi "xxxx" ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.250615.00001 nömrəli kredit müqavilələri üzrə Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

20. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 14 nömrəli reyestr kitabının 148 nömrəli vərəqində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli çıxarışın məzmunundan görünür ki, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.516299 ha torpaq sahəsi "xxxx" ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.250615.00001 nömrəli kredit müqavilələri üzrə Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

21. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 14 nömrəli reyestr kitabının 179 nömrəli vərəqində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli çıxarışın məzmunundan görünür ki, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.757582 ha torpaq sahəsi "xxxx" ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.250615.00001 nömrəli kredit müqavilələri üzrə Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

22. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 14 nömrəli reyestr kitabının 174 nömrəli vərəqində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli çıxarışın məzmunundan görünür ki, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.120051 ha torpaq sahəsi "xxxx" ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.250615.00001 nömrəli kredit müqavilələri üzrə Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

23. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 14 nömrəli reyestr kitabının 136 nömrəli vərəqində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli çıxarışın məzmunundan görünür ki, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsi "xxxx" ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.250615.00001 nömrəli kredit müqavilələri üzrə Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

24. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 13 nömrəli reyestr kitabının 1413 nömrəli vərəqində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, x küçəsi, 131 saylı fərdi yaşayış evi "xxxx" ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.250615.00001 nömrəli kredit müqavilələri üzrə Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

25. Cavabdeh-ipoteka qoyan Cavabdeh3 həyat yoldaşı Cavabdeh6 "xxxx" ASC-yə ünvanladığı müvafiq ərizənin məzmunundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, x küçəsi, 131 saylı fərdi yaşayış evini "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilərkən əmlakın ipoteka qoyulmasına razılığını bildirmiş, əmlaka tutma yönəldildikdə onu qeydşərtsiz tərk edəcəyi və qeydiyyatdan çıxacağı barədə öhdəlik götürmüşdür.

26. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin məzmunundan görünür ki, ipoteka saxlayan "xxxx" ASC tərəfindən cavabdehlər-ipoteka qoyanlara müvafiq bildirişlər göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizələr Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyində 5 saylı Quba Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixdə təqdim olunmuş və xx.xx.2023-cü il tarixdə, ********** nömrə, xx.xx.2023-cü il tarixdə, ********** nömrə, xx.xx.2023-cü il tarixdə, ********** nömrə, xx.xx.2023-cü il tarixdə, ********** nömrə, xx.xx.2023-cü il tarixdə, ********** nömrə, xx.xx.2023-cü il tarixdə, ********** nömrə, xx.xx.2023-cü il tarixdə, ********** nömrə, xx.xx.2023-cü il tarixdə, ********** nömrə, xx.xx.2023-cü il tarixdə, ********** nömrə, xx.xx.2023-cü il tarixdə, ********** nömrə, xx.xx.2023-cü il tarixdə, ********** nömrə, xx.xx.2023-cü il tarixdə, ********** nömrə ilə həmin idarədə qeydə alınmışdır. İddiaçı "AG Bank” Qapalı Səhmdar Cəmiyyəti ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyində 5 saylı Quba Ərazi İdarəsində qeydiyyata alınması üçün ümumilikdə 180 (yüz səksən) manat məbləğində dövlət rüsumu və 360 (üç yüz altmış) manat məbləğində xidmət haqqı ödəmişdir.

27. Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlərə ünvanladığı bildiriş (pretenziya) məktublarının məzmunundan görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin 3 (üç) gün ərzində icra olunması xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

28. Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, **********021 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh5 xx.xx.2015-ci il tarixli, 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka 56043,17 (əlli altı min qırx üç manat on yeddi qəpik) manat əsas, 6894,99 (altı min səkkiz yüz doxsan dörd manat doxsan doqquz qəpik) manat faiz, 73206,76 (yetmiş üç min iki yüz altı manat yetmiş altı qəpik) manat cərimə və kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 7974,50 (yeddi min doqquz yüz yetmiş dörd manat əlli qəpik) manat faiz borcu təşkil edir.

29. Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, **********109 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh4 xx.xx.2015-ci il tarixli, 100.LN.2004.250615.00001 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka 51777,10 manat əsas, 4322,94 manat faiz, 66472,76 manat cərimə və kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 7441,65 manat faiz borcu təşkil edir.

30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7815 saylı ekspert rəyindən görünür ki, birinci sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən borcalan Cavabdeh5 tərəfindən "xxxx" ASC-dən alınmış kredit vəsaiti üzrə ödənilməli olan borc məbləği aşağıdakı kimi müəyyən edilir: xx.xx.2020-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 56043,17 manat, faiz borcu üzrə 7643,26 manat. Ekspert qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü i! tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda, yəni 29 iyun 2020-ci il tarixdən sonrakı dövrdə illik faiz dərəcəsi 5%-lə hesablanmaqla Cavabdeh5 “AGbank" ASC-yə olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2023-cü il tarixə (maliyyə arayışında tələb olunan tarixədək) əsas borc üzrə 56043,17 manat, faiz borcu üzrə 15621,63 manat. xx.xx.2023-cü il tarixə (məhkəməyə müraciət olunan tarixədək) əsas borc üzrə 56043,17 manat, faiz borcu üzrə 15987,47 manat. İkinci sual üzrə: xx.xx.2020-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 51777,09 manat, faiz borcu üzrə 4318,71 manat. Ekspert qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ‘Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda, yəni 29 iyun 2020-ci il tarixdən sonrakı dövrdə illik faiz dərəcəsi 5 % ilə hesablanmaqla Cavabdeh5 "AGbank” ASC-yə olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2023-cü il tarixə (maliyyə arayışında tələb olunan tarixədək) əsas borc üzrə 51777,09 manat, faiz borcu üzrə 11732,90 manat. xx.xx.2023-cü il tarixə (məhkəməyə müraciət olunan tarixədək) əsas borc üzrə 51777,09 manat, faiz borcu üzrə 12027,74 manat.

31. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli, LP-072/2024 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh5 məxsus, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.5054 ha torpaq sahəsinin likvid dəyəri 18800 manat, bazar dəyəri 22000 manat; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.640093 ha torpaq sahəsinin likvid dəyəri 28000 manat, bazar dəyəri 26000 manat; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.8403 ha torpaq sahəsinin likvid dəyəri 37000 manat, bazar dəyəri 32000 manat; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.129 ha torpaq sahəsinin likvid dəyəri 50000 manat, bazar dəyəri 44000 manat; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2418 ha torpaq sahəsinin likvid dəyəri 54500 manat, bazar dəyəri 49000 manat; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinin likvid dəyəri 56000 manat, bazar dəyəri 49000 manat; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.263499 ha torpaq sahəsinin likvid dəyəri 56000 manat, bazar dəyəri 49000 manat; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.516299 ha torpaq sahəsinin likvid dəyəri 67000 manat, bazar dəyəri 61000 manat; Cavabdeh2 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.757582 ha torpaq sahəsinin likvid dəyəri 34000 manat, bazar dəyəri 29000 manat; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.120051 ha torpaq sahəsinin likvid dəyəri 50000 manat, bazar dəyəri 45000 manat; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinin likvid dəyəri 56000 manat, bazar dəyəri 49000 manat; Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, x küçəsi, 131 saylı fərdi yaşayış evinin likvid dəyəri 159000 manat, bazar dəyəri 177000 manat təşkil edir.

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

33. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi nəzərdə tutulur. 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 59.3-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

36. İşin faktiki hallarından göründüyü kimi, "xxxx" ASC ilə Cavabdeh5 arasında xx.xx.2015-ci il tarixli, 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh5 bankdan 60 (altmış) ay müddətinə, illik faiz dərəcəsi 6% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60000 (altmış min) manat məbləğində kredit götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli, 100.LN.2004.290615.00001/a nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh4 arasında xx.xx.2015-ci il tarixli, 100.LN.2004.250615.00001 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh4 bankdan 60 (altmış) ay müddətinə, illik faiz dərəcəsi 6% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60000 (altmış min) manat məbləğində kredit götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli, 100.LN.2004.250615.00001/f nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İpoteka saxlayan – "xxxx" ASC ilə ipoteka qoyan – Cavabdeh5 və borc alan – Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.CL.250615.00001/c nömrəli ipoteka müqaviləsinin və həmin ipoteka müqaviləsinə 1 saylı əlavənin məzmunundan görünür ki, "xxxx" ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.250615.00001 nömrəli kredit müqavilələri üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh5 tərəfindən onun mülkiyyətində olan Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən torpaq sahələri "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka saxlayan – "xxxx" ASC ilə ipoteka qoyan – Cavabdeh3 və borc alan – Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.CL.250615.00001/d nömrəli ipoteka müqaviləsinin və həmin ipoteka müqaviləsinə 1 saylı əlavənin məzmunundan görünür ki, "xxxx" ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.250615.00001 nömrəli kredit müqavilələri üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, x küçəsi, 131 saylı fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka saxlayan – "xxxx" ASC ilə ipoteka qoyan – Cavabdeh2 və borc alan – Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.CL.250615.00001/e nömrəli ipoteka müqaviləsinin və həmin ipoteka müqaviləsinə 1 saylı əlavənin məzmunundan görünür ki, "xxxx" ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.250615.00001 nömrəli kredit müqavilələri üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 tərəfindən onun mülkiyyətində olan Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.757582 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən torpaq sahələri "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalanlar və zamin kredit müqavilələri üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilənin şərtləri və mülki qanunvericiliyin normalarını pozmuşlar.

37. İddia tələbinin bir hissəsini 100.LN.2004.250615.00001 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 51777,10 manat əsas, 4322,94 manat faiz borcunun; 100.LN.2004.290615.00001 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada 56043,17 manat əsas, 6894,99 manat faiz borcunun tutulması təşkil edir.

38. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalanlar və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu və faiz borcunun tutulması hissəsində təmin edilməli, 100.LN.2004.250615.00001 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 51777,09 manat (əlli bir min yeddi yüz yetmiş yeddi manat doqquz qəpik) əsas borc, 4322,94 manat (dörd min üç yüz iyirmi iki manat doxsan dörd qəpik) faiz borcu; 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada 56043,17 manat (əlli altı min qırx üç manat on yeddi qəpik) əsas borc, 6894,99 manat (altı min səkkiz yüz doxsan dörd manat doxsan doqquz qəpik) faiz borcu ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, banka olan əsas borc və müqavilə müddətinin sonuna olan faiz borcunun həmin məbləğdə olması ekspert rəyi ilə öz təsdiqini tapır.

39. İddia tələbinin digər hissəsini 100.LN.2004.250615.00001 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 66472,76 manat cərimə borcu; 100.LN.2004.290615.00001 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada 73206,76 manat cərimə borcunun tutulması təşkil edir.

40. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

41. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulacaq cərimə məbləği azaldılaraq, 100.LN.2004.250615.00001 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutulacaq cərimə məbləği 2500 (iki min beş yüz) manat; 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada tutulacaq cərimə məbləği 2800 (iki min səkkiz yüz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

42. İddia tələbinin digər hissəsini 100.LN.2004.250615.00001 saylı kredit müqaviləsi kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 7441,65 manat faiz borcunun cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada; 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 7974,50 manat faiz borcunun cavabdehlər Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada tutulması təşkil edir.

43. Məhkəmənin qənaətinə əsasən iddia həmin hissədə də təmin olunmalı, 100.LN.2004.250615.00001 nömrəli kredit müqaviləsi üzrə müqavilə müddəti bitəndən sonra 5 faizlə hesablanmış 7441,65 manat faiz məbləği cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada; 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə müqavilə müddəti bitəndən sonra 5 faizlə hesablanmış 7974,50 manat faiz məbləği cavabdehlər Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, tələbdəki məbləğlər ekspert rəyi ilə təsdiqini tapır.

44. İddiaçı borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini irəli sürmüşdür.

45. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqavilələrinə əsasən Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz əmlaklar bankıç xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilələr qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır.

46. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetlərinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma xx.xx.2015-ci il tarixli, 100.CL.250615.00001/c nömrəli, xx.xx.2015-ci il tarixli, 100.CL.250615.00001/d nömrəli, xx.xx.2015-ci il tarixli, 100.CL.250615.00001/e nömrəli ipoteka müqavilələrinə əsasən Cavabdeh5 məxsus olan Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.5054 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.640093 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.8403 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.129 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2418 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.263499 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.516299 ha torpaq sahəsinə, Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, x küçəsi, 131 saylı fərdi yaşayış evinə, Cavabdeh2 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.757582 ha torpaq sahəsi, Quba rayonu, 2ci Nügədi kəndində yerləşən 1.120051 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, əmlakların satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ müvafiq olaraq Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qaytarılmalıdır.

47. Bundan əlavə “İpoteka” haqqında Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

48. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmetləri olan Cavabdeh5 məxsus, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.5054 ha torpaq sahəsinin likvid dəyəri 18800 (on səkkiz min səkkiz yüz) manat; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.640093 ha torpaq sahəsinin likvid dəyəri 26000 (iyirmi altı min) manat; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.8403 ha torpaq sahəsinin likvid dəyərinin 32000 (otuz iki min) manat; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.129 ha torpaq sahəsinin likvid dəyərinin 44000 (qırx dörd min) manat; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2418 ha torpaq sahəsinin likvid dəyərinin 49000 (qırx doqquz min) manat; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinin likvid dəyərinin 49000 (qırx doqquz min) manat; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.263499 ha torpaq sahəsinin likvid dəyərinin 49000 (qırx doqquz min) manat; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.516299 ha torpaq sahəsinin likvid dəyərinin 61000 (altmış bir min) manat; Cavabdeh2 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.757582 ha torpaq sahəsinin likvid dəyərinin 29000 (iyirmi doqquz min) manat; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.120051 ha torpaq sahəsinin likvid dəyərinin 45000 (qırx beş min) manat; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinin likvid dəyərinin 49000 (qırx doqquz min) manat; Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, x küçəsi, 131 saylı fərdi yaşayış evinin likvid dəyərinin 159000 (yüz əlli doqquz min) manat olması müəyyən edilmişdir.

49. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh5 məxsus, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.5054 ha torpaq sahəsinin ilkin satış qiyməti 18800 (on səkkiz min səkkiz yüz) manat; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.640093 ha torpaq sahəsinin ilkin satış qiyməti 26000 (iyirmi altı min) manat; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.8403 ha torpaq sahəsinin ilkin satış qiyməti 32000 (otuz iki min) manat; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.129 ha torpaq sahəsinin ilkin satış qiyməti 44000 (qırx dörd min) manat; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2418 ha torpaq sahəsinin ilkin satış qiyməti 49000 (qırx doqquz min) manat; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinin ilkin satış qiyməti 49000 (qırx doqquz min) manat; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.263499 ha torpaq sahəsinin ilkin satış qiyməti 49000 (qırx doqquz min) manat; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.516299 ha torpaq sahəsinin ilkin satış qiyməti 61000 (altmış bir min) manat; Cavabdeh2 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.757582 ha torpaq sahəsinin ilkin satış qiyməti 29000 (iyirmi doqquz min) manat; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.120051 ha torpaq sahəsinin ilkin satış qiyməti 45000 (qırx beş min) manat; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinin ilkin satış qiyməti 49000 (qırx doqquz min) manat; Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, x küçəsi, 131 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 159000 (yüz əlli doqquz min) manat məbləğində müəyyən edilməlidir.

50. İddia tələbinin bir hissəsini də ipoteka predmetlərinin boşaldılması təşkil edir.

51. İddia tələbin göstərilən hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia həmin hissədə də təmin edilməli, ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 həmin əmlakdan çıxarılmalıdırlar. Məhkəmə həmin qənaətə gələrkən ipoteka müqavilələrinin xx.xx.2018-ci il tarixdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsindən əvvəl bağlandığını nəzərə almışdır.

52. Eləcə də, iddiaçı 400 manat mediasiya xərci, 164,13 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 360 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh4, Cavabdeh5 və X1 müştərək qaydada tutulmasını xahiş etmişdir.

53. Məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 360 (üç yüz altmış) manat rüsum, ödənilmiş tələblərə mütənasib ödənilmiş mediasiya xərci və dövlət rüsmunun əvəzi olaraq 288 (iki yüz səksən səkkiz) manat cavabdehlər Cavabdeh4, Cavabdeh5 və X1 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

54. Həmçinin iş üzrə keçirilmiş keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (iki yüz) manat pulun 51 manat hissəsi cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 müştərək qaydada, 49 manat hissəsi iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

55. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 700 (üç yüz) manat pulun 357 manatı cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 müştərək qaydada, 343 manat hissəsi iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30AZRT********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ02NABZ********************, kod: 512565, SWİFT: AZRT AZ 22) köçürülməlidir.

56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 100.LN.2004.250615.00001 nömrəli kredit müqaviləsi üzrə 51777,09 manat (əlli bir min yeddi yüz yetmiş yeddi manat doqquz qəpik) əsas borc, 4322,94 manat (dörd min üç yüz iyirmi iki manat doxsan dörd qəpik) faiz borcu, 2500 (iki min beş yüz) manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra 5 faizlə hesablanmış 7441,65 manat (yeddi min dörd yüz qırx bir manat altmış beş qəpik) faiz məbləği olmaqla, cəmi 66041,68 manat (altmış altı min qırx bir manat altmış səkkiz qəpik) məbləğində pul ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə 56043,17 manat (əlli altı min qırx üç manat on yeddi qəpik) əsas borc, 6894,99 manat (altı min səkkiz yüz doxsan dörd manat doxsan doqquz qəpik) faiz borcu, 2800 (iki min səkkiz yüz) manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra 5 faizlə hesablanmış 7974,50 manat (yeddi min doqquz yüz yetmiş dörd manat əlli qəpik) faiz məbləği olmaqla, cəmi 73712,66 manat (yetmiş üç min yeddi yüz on iki manat altmış altı qəpik) məbləğində pul ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 müştərək qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 360 (üç yüz altmış) manat rüsum, ödənilmiş mediasiya xərci və dövlət rüsmunun əvəzi olaraq 288 (iki yüz səksən səkkiz) manat olmaqla, ümumilikdə 648 (altı yüz qırx səkkiz) manat məbləğində pul ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma Cavabdeh5 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.5054 ha torpaq sahəsinə; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.640093 ha torpaq sahəsinə; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.8403 ha torpaq sahəsinə; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.129 ha torpaq sahəsinə; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2418 ha torpaq sahəsinə; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinə; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.263499 ha torpaq sahəsinə; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.516299 ha torpaq sahəsinə; Cavabdeh2 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.757582 ha torpaq sahəsinə; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.120051 ha torpaq sahəsinə; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinə; Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, x küçəsi, 131 saylı fərdi yaşayış evinə yönəldilsin, həmin əmlaklar açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ müvafiq olaraq Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qaytarılsın. İpoteka predmetləri olan, Cavabdeh5 məxsus, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.5054 ha torpaq sahəsinin ilkin satış qiyməti 18800 (on səkkiz min səkkiz yüz) manat; Cavabdeh5 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.640093 ha torpaq sahəsinin ilkin satış qiyməti 26000 (iyirmi altı min) manat; Cavabdeh5 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.8403 ha torpaq sahəsinin ilkin satış qiyməti 32000 (otuz iki min) manat; Cavabdeh5 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.129 ha torpaq sahəsinin ilkin satış qiyməti 44000 (qırx dörd min) manat; Cavabdeh5 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2418 ha torpaq sahəsinin ilkin satış qiyməti 49000 (qırx doqquz min) manat; Cavabdeh5 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinin ilkin satış qiyməti 49000 (qırx doqquz min) manat; Cavabdeh5 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.263499 ha torpaq sahəsinin ilkin satış qiyməti 49000 (qırx doqquz min) manat; Cavabdeh5 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.516299 ha torpaq sahəsinin ilkin satış qiyməti 61000 (altmış bir min) manat; Cavabdeh2 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.757582 ha torpaq sahəsinin ilkin satış qiyməti 29000 (iyirmi doqquz min) manat; Cavabdeh2 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.120051 ha torpaq sahəsinin ilkin satış qiyməti 45000 (qırx beş min) manat; Cavabdeh2 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinin ilkin satış qiyməti 49000 (qırx doqquz min) manat; Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, x küçəsi, 131 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 159000 (yüz əlli doqquz min) manat müəyyən edilsinlər. İpoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 həmin əmlakdan çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (iki yüz) manat pulun 51 manat hissəsi cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 müştərək qaydada, 49 manat hissəsi iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 700 (üç yüz) manat pulun 357 manatı cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 müştərək qaydada, 343 manat hissəsi iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30AZRT********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ02NABZ********************, kod: 512565, SWİFT: AZRT AZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar