Məhkəmə qərarları › İş №e-2-2(113)-1392/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1392/2023

18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1392/2023 18.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli HX serialı 002/1218 saylı xidmət müqaviləsi üzrə 30.039,02 (otuz min otuz doqquz, 02) manat borcun, 3.504,55 (üç min beş yüz dörd, 55) manat ödəməni gecikdirdiyi 2 il 5 ay üçün borcun illik 5 faizini, xx.xx.2019-cu il tarixli Hİ serialı 026/0419 saylı icarə müqaviləsi üzrə 12.810,79 (on iki min səkkiz yüz on, 79) manat borcun və 2.135,12 (iki min bir yüz otuz beş, 12) manat ödəməni gecikdirdiyi 3 il 4 ay üçün borcun illik 5 faizini, 4.000 (dörd min) manat vəkil pulunu, ümumilikdə 52.489,48 (əlli iki min dörd yüz qırx doqquz, 48) manat pulun və 247 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" məhdud məsliyyətli cəmiyyəti ilə Cavabdeh arasında HX 002/1218 saylı, xx.xx.2018-ci il tarixli xidmət müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən sifarişçinin tapşırığı əsasında icraçı, sifarişçinin icrasını həyata keçirdiyi “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmərtəbəli yaşayış kompleksinin sahədaxili və sahə xarici sukanalizasiya təminatı işləri” layihəsi çərçivəsində su anbarlarının tikintisi ilə bağlı katlavan qazma işlərində bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1də göstərilən işləri yerinə yetirməyi, başa çatdırmağı və sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə icraçının gördüyü işin müqabilində bu müqavilədə razılaşdırılmış xidmət haqqı ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən bu müqavilənin qiyməti faktiki görülmüş işlərin aktların (Forma -2, Forma – 3) cəmi əsasında ödənilir. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən qruntun növünün müəyyən olunması barədə tərəflər arasında akt tərtib olunur və tərəflərin qanuni təmsilçiləri tərəfindən təsdiqlənir. Qruntun növü müəyyən olunduqdan sonra faktiki görülmüş işlərin aktları (Forma – 2, Forma – 3) hazırlanır. Faktiki görülmüş işlərin aktları (Forma – 2, Forma – 3) sifarişçi tərəfindən təsdiq olunduqdan sonra sifarişçi icraçıya ödəniş edir. Hazırda iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırır. Belə ki, xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC tərəfindən xx.xx.2018-ci il tarixli HX serialı 002/1218 saylı xidmət müqaviləsi üzrə 30.039,02 (otuz min otuz doqquz, 02) manat borc ödənilməmişdir. Eyni zamanda "xxxx" məhdud məsliyyətli cəmiyyəti ilə Cavabdeh arasında Hİ 026/0419 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin predmeti ondan ibarət olmuşdur ki, icarəyə verən ona məxsus ekskavatoru icarə məqsədi ilə icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə bu müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən texnika üçün nəzərdə tutulan aylıq icarə haqqı ƏDV daxil 4.720 (dörd min yeddi yüz iyirmi) manat təşkil edir. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən təhvil təslim aktı təsdiq olunduqdan sonra 5 (beş) iş günü ərzində icarəyə verən icarəçiyə hesab faktura təqdim edir. İcarəçi hesab fakturanı qəbul etdikdən sonra 30 (otuz) iş günü ərzində bank köçürmə yolu ilə icarəyə verənə ödəniş edir. Həmin müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliyi icra etməsinə baxmayaraq cavabdeh şirkət üzərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırır. Belə ki, xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC tərəfindən xx.xx.2019-cu il tarixli Hİ serialı 026/0419 saylı icarə müqaviləsi üzrə 12.810,79 (on iki min səkkiz yüz on, 79) manat borc ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı iddiaçının səyləri nəticəsiz olmuş və bu səbəbdən iddiaçı həmin borcun cavabdehdən alınaraq ona ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehin HX serialı 002/1218 saylı, xx.xx.2018-ci il tarixli xidməti müqaviləsi üzrə xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək ödəməni gecikdirdiyi 2 il 5 ay üçün 30.039,02 manat borcun illik 5 faizi (30.039,02 manatın 1 % = 300,39 manat x 5% = 1501,95 manat x 2 ilə = 3.003,90 + 5 ay (500,65)) 3.504,55 (üç min beş yüz dörd, 55) manat təşkil edir. Hİ 026/0419 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə xx.xx.2019-cu ildən xx.xx.2023-cü ilədək ödəməni gecikdirdiyi 3 il 4 ay üçün 12.810,79 manat borcun illik 5 faizi (12.810,79 manatın 1 % = 128,10 manat x 5% = 640,53 x 3 ilə = 1921,61 manat + 4 ay (213,51)) 2.135,12 (iki min bir yüz otuz beş,12) manat təşkil edir. Bundan əlavə iddiaçı öz hüquqlarını məhkəmədə müdafiə etmək məqsədi ilə “Faiq Nağıyev və Partnyorları” vəkil bürosu ilə hüquqi yardım göstərilməsi üçün müqavilə bağlamış və həmin müqaviləyə əsasən 4.000 (dörd min) manat büroya vəsait ödəmişdir. Həmin məbləğ də cavabdeh şirkətdən tutularaq iddiaçıya ödənilməlidir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli HX serialı 002/1218 saylı xidməti müqaviləsi üzrə 30.039,02 (otuz min otuz doqquz, 02) manat borcun, 3.504,55 (üç min beş yüz dörd, 55) manat ödəməni gecikdirdiyi 2 il 5 ay üçün borcun illik 5 faizini, xx.xx.2019-cu il tarixli Hİ serialı 026/0419 saylı icarə müqaviləsi üzrə 12.810,79 (on iki min səkkiz yüz on, 79) manat borcun və 1.547,94 (bir min beş yüz qırx yeddi, 12) manat ödəməni gecikdirdiyi 2 il 5 ay üçün borcun illik 5 faizini, 4.000 (dörd min) manat vəkil pulunun, ümumilikdə 51.902,3 (əlli bir min doqquz yüz iki, 30) manat pulun və 247 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, hazırki vaxta kimi cavabdeh ödənişlə bağlı vaxt verilməsini xahiş etmişdir. Bu tərəflərin neçə illər aralarında olan qarşılıqlı işgüzar adətlə bağlı olmuşdur. Qarşı tərəf isə vaxt istəməklə iddiaçı tərəfi aldadırmış. İlkin müqavilə olan 2018-ci il tarixli müqavilə üzrə ödəniş 2019-cu il sentyabr ayının 17-də ödənilib. 1-ci müqavilə üzrə 2022-ci ilin oktyabrında xəbərdarlıq göndərilmiş, mediasiyaya noyabrın 11-də müraciət edilmiş, 2-ci müqavilə üzrə isə son ödəniş 11 iyulda olmuşdur. Mediasiya təklifinin göndərilməsi barədə sənəd məhkəməyə təqdim edilmişdir. Tərəflə bağlanılan müqavilələrdən biri 2018-ci ildə digəri isə 2019-cu ildə bağlanılıb. Hər iki müqavilənin sonuncu ödəniş tapşırığı 2020-ci ildə verilib və göndərilən elektron qaimələri özləri təsdiq edib. Qaimələrdən ikisi sistem, digərləri isə iddiaçı tərəf özü təsdiqləyib. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianın mahiyyəti ilə bağlı heç bir etirazını bildirməmişdir. Çünki işlər görülüb xidmət göstərilib və icarə müqaviləsi əsasında cavabdehə texnika təqdim olunub və bunun qarşılığında işlər aparılıb lakin ödəniş olunmayıb. Sonuncu 2 hesab-faktura 15 iyun 2020-ci ilə təsadüf edir. Hər iki müqavilə üzrə cavabdehə pulun ödənilməsi ilə bağlı hesab-fakturalar göndərilib. Lakin hər dəfə vəziyyət ağırdır, hesabda pul yoxdur deyərək ödəniş gecikdirilmişdir. 2022-ci ilin oktyabrında cavabdeh tərəfə mediasiya təklifi göndərilib, 23 noyabr 2022-ci il tarixdə mediasiya arayışı alınıb. Sonuncu ödənişdən sonra da işlər görülmüşdür. İddia müddəti müqavilə üzrə ən son tələb olunandan sonrakı dövrdən başlıyaraq hesablanır. 15 noyabrda mediasiyaya müraciət edilmişdir. Dekabr ayına qədər vaxt olub və müddəti ötürməkdən söhbət gedə bilməz. Müqavilənin müddəti xx.xx.2019-cu ildə bitib. İddia müddəti xx.xx.2022-ci ildə başlıyır. İddia müddəti rəsmi olaraq pulun cavabdehdən tələb edildiyi andan hesablanmalıdır. Çünki 2020-ci ildə cavabdeh tərəfdən pulu tələb edilmişdir. Cavabdeh ilə 2 müqavilə, xidmət və icarə müqaviləsi bağlanılıb. İcarə müqaviləsi ilə bağlı ödənişlər olsa də sonuncu icarə haqqı ödənilməmişdir və bu əsasla da 12.810 manat borc yaranmışdır. Qarşı tərəf işin mahiyyyəti ilə bağlı heç bir sübut təqdim etməmişdir. Sadəcə müddətin ötürülməsini hesab edərək bu barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Vəsatət əsassızdır. Çünki iddiaçı tərəfindən müddət ötürülməmişdir. Artıq məlum oldu ki, cavabdeh tərəf müxtəlif bəhanələrlə ödənişlərdən boyun qaçırdaraq müddəti uzadaraq iddia müddətinin keçirilməsini istəmişdir. İkinci müqavilə üzrə də xidmətlər göstərilib. 2 hesabfaktura təqdim olunmuş, 1 hesab-faktura üzrə qismən ödəniş olunmuş, digər hesabfaktura üzrə heç bir ödəniş olunmamışdır. Bu müqavilə üzrə xidmətlərin göstərilməməsi ilə bağlı tərəf heç bir sübut məhkəməyə təqdim etməyib. Sadəcə müddətin ötürülməsi barədə eyni vəsatətlə çıxış etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, daha əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 məhkəməyə izahatında iddiaçıya borclarının olub-olmaması barədə hər-hansı məlumatının olmadığını bildirmiş, eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli HX002/1218 saylı xidməti müqaviləsi üzrə 30.039,02 manat borcun, 3.504,55 manat faiz borcun xx.xx.2019cu il tarixli Hİ 026/0419 saylı icarə müqaviləsi üzrə 12.810,79 manat borcun və 2.135,12 faiz borcun, həmçinin 4.000 manat vəkil pulunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıdakı səbəblərə görə həmin iddia tələbi rədd olunmalıdır: iddia tələbi əsassız olmaqla yanaşı, həmçinin iddiaçı iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan iş materiallarından da göründüyü kimi: HX002/1218 saylı xidməti müqaviləsi xx.xx.2018-ci il tarixdə imzalanmış, müqavilə üzrə son ödəniş isə xx.xx.2019-cu il tarixdə cavahdeh tərəfindən həyata keçirilmişdir, Hİ 026/0419 saylı icarə müqaviləsi xx.xx.2019-cu il tarixdə imzalanmış və cavahdeh tərəfindən sözügedən müqavilə üzrə son ödəniş xx.xx.2019-cu il tarixdə həyata keçirilmişdir. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan: “icarəçi” Cavabdeh MMC “icarəyə verən” "xxxx" MMC olmaqla imzalanmış 02 aprel 2019-cu il tarixli Hİ 026/0419 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən ona məxsus ekskavatoru icarə məqsədi ilə icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə bu müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür. 1.2 bənddə icarə müddəti xx.xx.2019-cu il tarixədək qeyd edilmişdir. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən texnika üçün nəzərdə tutulan aylıq (aylıq 28 gün) icarə haqqı ƏDV daxil 4.720 (dörd min yeddi yüz iyirmi) manat təşkil edir. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən təhvil təslim aktı təsdiq olunduqdan sonra 5 (beş) iş günü ərzində icarəyə verən icarəçiyə hesab faktura təqdim edir. İcarəçi hesab fakturanı qəbul etdikdən sonra 30 (otuz) iş günü ərzində bank köçürmə yolu ilə icarəyə verənə ödəniş edir. “sifarişçi” Cavabdeh MMC “icraçı” "xxxx" MMC olmaqla imzalanmış xx.xx.2018-ci il tarixli HX 002/1218 nömrəli xidmət müqaviləsinə əsasən sifarişçinin tapşırığı əsasında icraçı, sifarişçinin icrasını həyata keçirdiyi “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmərtəbəli yaşayış kompleksinin sahədaxili və sahə xarici sukanalizasiya təminatı işləri” layihəsi çərçivəsində su anbarlarının tikintisi ilə bağlı katlavan qazma işlərində bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1də göstərilən işləri yerinə yetirməyi, başa çatdırmağı və sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə icraçının gördüyü işin müqabilində bu müqavilədə razılaşdırılmış xidmət haqqı ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən bu müqavilənin qiyməti faktiki görülmüş işlərin aktların (Forma -2, Forma – 3) cəmi əsasında ödənilir. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən qruntun növünün müəyyən olunması barədə tərəflər arasında akt tərtib olunur və tərəflərin qanuni təmsilçiləri tərəfindən təsdiqlənir. Qruntun növü müəyyən olunduqdan sonra faktiki görülmüş işlərin aktları (Forma – 2, Forma – 3) hazırlanır. Faktiki görülmüş işlərin aktları (Forma – 2, Forma – 3) sifarişçi tərəfindən təsdiq olunduqdan sonra sifarişçi icraçıya ödəniş edir. 4.1 bəndə əsasən xidmətlərin təhvil verilməsi hər iki tərəfdən ən azı 2 (iki) nəfər səlahiyyətli şəxsin imzası ilə və tərəflərin möhürləri ilə təsdiq edilən təhvil-təslim aktına əsasən həyata keçirilir. 4.3 bəndə əsasən təhvil təslim aktı icraçının sifarişçidən ödəniş tələb etməsi üçün əsas sənəddir. "xxxx" MMC tərəfindən tərtib edilmiş HX 002/1218 nömrəli müqavilə üzrə xx.xx.2019xx.xx.2019 tarixlərini əhatə edən xx.xx.2019 tarixli Forma-3 sənədinə əsasən cəmi 7.099,59 manat ödəniş müəyyən edilmiş "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. xx.xx.2019 il tarixli Forma-2 sənədində 7.099,59 manat ödəniləcək məbləğ qeyd edilmiş, "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. İB seriyalı 816966 nömrəli xx.xx.2019 tarixli elektron vergi hesab fakturasına əsasən 7099,59 manat məbləğində göstərilmiş xidmətlər "xxxx" MMC tərəfindən Cavabdeh MMCyə ödənilməsi üçün təqdim edilmişdir. Hesab-faktura "xxxx" MMC tərəfindən təqdim edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş HX 002/1218 nömrəli müqavilə üzrə xx.xx.2019xx.xx.2019 tarixlərini əhatə edən xx.xx.2019 tarixli Forma-3 sənədinə əsasən cəmi 12.840,21 manat ödəniş müəyyən edilmiş, akt "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. xx.xx.2019 il tarixli Forma-2 sənədində 12.840,21 manat manat ödəniləcək məbləğ qeyd edilmiş, sənəd "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. İB seriyalı 797972 nömrəli xx.xx.2019 tarixli elektron vergi hesab fakturasına əsasən 12.840,21 manat məbləğində göstərilmiş xidmətlər "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Hesab-faktura "xxxx" MMC tərəfindən təqdim edilmişdir. İD seriyalı 157183 nömrəli xx.xx.2019 tarixli elektron vergi hesab fakturasına əsasən 19.739,51 manat məbləğində göstərilmiş xidmətlər "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Hesab-faktura "xxxx" MMC tərəfindən təqdim edilmişdir. EBAM seriyalı 416670 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 15.019,51 manat məbləğində göstərilmiş xidmətlər "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Hesab-faktura "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir. EBAM seriyalı 416161 nömrəli xx.xx.2020 tarixli Hİ 026/0419 saylı müqavilə üzrə tərtib edilmiş elektron qaiməyə əsasən 12.810,79 manat, İB seriyalı 816965 nömrəli xx.xx.2019 tarixli Hİ 026/0419 saylı müqavilə üzrə tərtib edilmiş xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 12.810,79 manat, İD seriyalı 157182 nömrəli xx.xx.2019 tarixli Hİ 026/0419 saylı müqavilə üzrə tərtib edilmiş xx.xx.2020 tarixli elektron vergi hesabfakturasına əsasən 9.440 manat "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Cavabdeh MMC-yə məxsus xx.xx.2019 tarixli aktda "xxxx" MMC-yə məxsus ekskovatorun xx.xx.2019 tarixindən- xx.xx.2019 tarixinədək, Cavabdeh MMC-yə məxsus xx.xx.2019 tarixli aktda "xxxx" MMC-yə məxsus ekskovatorun xx.xx.2019 tarixindənxx.xx.2019 tarixinədək, Cavabdeh MMC-yə məxsus xx.xx.2019 tarixli aktda "xxxx" MMCyə məxsus ekskovatorun xx.xx.2019 tarixindən-xx.xx.2019 tarixinədək, Cavabdeh MMCyə məxsus xx.xx.2019 tarixli aktda "xxxx" MMC-yə məxsus ekskovatorun xx.xx.2019 tarixindən-xx.xx.2019 tarixinədək iş günü olması qeyd edilmiş, aktlar Əliyev Rza (iş icraçısı), Nümayəndə (texniki şöbə rəisi), Abdiyev Ramiz (nümayəndə) qeyd edilməklə imzalanmış, "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir. "xxxx" MMC-yə məxsus bank hesabından çıxarışdan məlum olur ki, Cavabdeh MMC tərəfindən ayrı-ayrı tarixlərdə hesaba mədaxil olmuşdur. "xxxx" MMC tərəfindən tərtib edilmiş 28 oktyabr 2022 tarixli maliyyə arayışında xx.xx.2019-cu il tarixli Hİ 026/0419 saylı icarə müqaviləsi üzrə Cavabdeh MMC-nin 12.810,79 manat məbləğində borcunun olması qeyd edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 28 oktyabr 2022 tarixli maliyyə arayışında xx.xx.2018-cu il tarixli HX 002/1218 saylı icarə müqaviləsi üzrə Cavabdeh MMC-nin 30.039,02 manat məbləğində borcunun olması qeyd edilmişdir. "xxxx" MMC tərəfindən X1 Company” MMC-yə göndərilmiş xx.xx.2023 tarixi qeyd edilən xəbərdarlıq məktubunda 5 gün müddətində 42.849,81 manat məbləğində borcun ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Mediasiya Prosesinin tətbiqi barədə təklifdə xx.xx.2022 tarixində təklifin göndərildiyi qeyd edilmiş, xx.xx.2022 tarixində "xxxx" MMC mediasiya üçün müraciət etmişdir. 2023.01.11 tarixli 212OPXO230110534 nömrəli “A” formatlı ödəniş tapşırığına əsasən 200 manat Bakı “18 saylı” Mediasiya Təşkilatının bank hesabına köçürülmüşdür. "xxxx" MMC- “müraciət edən”/”hüquqi yardım göstərilən şəxs”, Vəkil olmaqla imzalanmış 30 yanvar 2023 tarixli hüquqi yardımın göstərilməsi haqqında 047 nömrəli müqaviləyə əsasən 4.000 manat hüquqi yardım haqqı tərəflər arasında razılaşdırılmışdır. EBCN seriyalı 832320 nömrəli xx.xx.2023 tarixli elektron qaiməyə əsasən “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosu "xxxx" MMC-yə hüquqi şəxsin hüquqlarının müdafiəsi ilə bağlı 4.000 manat ödənilməsi üçün təqdim etmişdir. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xidmətlərin göstərilməsi və icarə müqaviləsi imzalanmışdır. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri tam olaraq icra etdiyini, cavabdeh tərəf isə iddiaçının iddia müddətini ötürdüyünü qeyd etmiş, iddiaçı iddia müddətinə münasibətdə 2020-ci ilin 15 iyun tarixində hər iki müqavilə üzrə hesab-fakturanın təqdim edildiyini, lakin cavabdehin hesabfakturaları təsdiq etməkdən boyun qaçırdığını bildirərək, iddia müddətinin həmin dövrdən hesablanmalı olduğunu və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflər arasında daha əvvəl icarə müqaviləsi və eyni zamanda xidmət müqaviləsi üzrə işlərin görülməsi və bununla bağlı cavabdeh tərəfindən ödənişlərin olması işin mübahisəsiz halıdır. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. AR Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.2 maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.3 maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Həmin Məcəllənin 445.1 maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7 maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: İddiaçı iddia tələbində qeyd edilən məbləği tərəflər arasında imzalanmış iki müqavilə əsasında tələb etmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2018-ci il tarixli HX002/1218 saylı müqavilə üzrə 30.039,02 manat borcun olması ilə bağlı iddiaçı məhkəməyə birətərəfli qaydada tərtib edilmiş aktları, eyni zamanda qarşı tərəfə göndərilmiş birtərəfli qaydada təsdiq edilən elektron qaimələri təqdim etmişdir. Bundan başqa iddiaçı tərəf məhkəməyə tərəflər arasında imzalanmış icarə müqaviləsi üzrə borcun olması ilə bağlı birtərəfli qaydada təsdiq edilmiş hesab-faktura və aktları təqdim etmişdir. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş texnikaların istifadə edilməsi ilə bağlı tərtib edilmiş aktların surətindən məlum olur ki, həmin aktlar cavabdehə məxsus rekvizitləri olan sənədlərdə tərtib edilmişdir. Bununla belə məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsaslı olması sübuta yetirilmir. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında cavabdehə borclarının olub-olmaması barədə məhkəmənin sualına bu barədə məlumatı olmadığını qeyd etsə belə iddia tələbinə verilmiş etirazda iddia tələbinin əsassız olmasını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəf iddiaçının ona olan borcunun olmasını mübahisələndirir. Bununıa belə iddia tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar borcun olmasını təsdiq etməyə kifayət etmir. Eyni zamanda məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi borcun olması ilə bağlı maliyyə arayışının təqdim edildiyni qeyd etsə də məhkəmə hesab edir ki, sübut kimi məhkəməyə təqdim edilmiş digər sənədlərlə yanaşı maliyyə arayışı da birtərəfli qaydada tərtib edildiyindən iddia tələbinin təmin edilməsi üçün kifayət deyildir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyindən məkhəmə tərəfindən də ərizəyə münasibət bildirilməsi zəruridir. Cavabdeh iş üzrə iddia müddətinin tətbiqi barədə ərizəsini onunla əsaslandırmışdır ki, HX002/1218 saylı xx.xx.2018-ci il tarixli xidməti müqaviləsi üzrə son ödəniş xx.xx.2019cu il tarixdə olmuş, Hİ 026/0419 saylı xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə son ödəniş isə xx.xx.2019-cu il tarixdə həyata keçirilmişdir. İddiaçı tərəfindən məkhəməyə təqdim edilmiş maliyyə arayışlarından məlum olur ki, HX002/1218 saylı xx.xx.2018-ci il tarixli xidmət müqaviləsi üzrə xx.xx.2019-cu il və Hİ 026/0419 saylı xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə isə xx.xx.2019-cu il tarixində sonuncu ödəniş olmuşdur. Belə olan halda isə məhkəmə iddiaçı tərəfindən xx.xx.2023 tarixində məhkəməyə müraciət olunduğunu nəzərə alaraq hesab edir ki, iddia ərizəsi iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə verildiyindən hazırki iş üzrə iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Bundan başqa iddiaçı Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli HX seriyalı 002/1218 saylı xidməti müqaviləsi üzrə ödəməni gecikdirdiyi 2 il 5 ay üçün borcun illik 5 faizini, xx.xx.2019-cu il tarixli Hİ serialı 026/0419 saylı icarə müqaviləsi üzrə ödəməni gecikdirdiyi 2 il 5 ay üçün borcun illik 5 faizini də tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi öz təsdiqini tapmamışdır. Bundan başqa hazırki iş üzrə iddia müddəti də tətbiq edildiyindən iddiaçının tələbi qeyd edilən hissədə də təmin edilə bilməz. Vİİ. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş 247 manat dövlət rüsumu və 4.000 manat vəkil pulu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 200 manat mediasiya xərci və 47 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar