Məhkəmə qərarları › İş №e-2-2(113)-1393/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1393/2020

04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1393/2020 04.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızı iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin cavabdeh Pirallahı rayon İcra Hakimiyyəti Başçısının Gürgan qəsəbə nümayəndəliyinə qarşı icarə haqqının ödənilməsi tələbinə dair iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi cavabdeh Pirallahı rayon İcra Hakimiyyəti Başçısının Gürgan qəsəbə nümayəndəliyinə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən icarə haqqı borcu üzrə 161 manat məbləğində pul vəsaitinin Əmlak Məsələləri Dövlət Komitəsinin xeyrinə tutularaq Komitənin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesablaşma hesabına (kod 501004, AZ74NABZ********************, VÖEN **********, S.W.İ.F.T bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 629 nömrəli, xx.xx.1997-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Gürgan qəsəbəsi üzrə nümayəndəliyi arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 70.9 kv.metr olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2015-ci il tarixli, 7497/6198 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. Beləliklə, icarə müqaviləsi üzrə cavabdehin dövlət büdcəsinə ödənilməli olan 161 (yüz altmış bir) manat icarə haqqı borcu vardır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (icarəyə verən) ilə Pirallahı rayon İcra Hakimiyyəti Başçısının Gürgan qəsəbə nümayəndəliyi (icarəçi) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 7497/6198 saylı dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi barədə müqavilədən görünür ki, icarəyə verən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2012-ci il tarixli, 49 nömrəli Əmrinə əsasən ünvan 1 (registr № ***-*******4-000) ünvanında yerləşən, ümumi sahəsi 70,9 kv.m. təşkil edən ARDNŞ, X2, Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan qeyri-yaşayış sahəsini icarəçinin istifadəsinə vermişdir. Həmin müqavilənin 2-ci bəndində aylıq icarə haqqı 7,05 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda aylıq icarə haqqının 50%-i (ƏDV-siz) -3,23 manat, illik icarə haqqının 50%-i (ƏDV-siz) -38,78 manat, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin AR X1 idarəsindəki hesabına, aylıq icarə haqqının 50%-i (ƏDV-ilə) - 3,81 manat, illik icarə haqqının 50%-i (ƏDV-ilə) - 45,76 manat ARDNŞ, X2, Mənzil Kommunal Xidmətlər Departamentinin hesablaşma hesabına ödənilməli olması müəyyən edilmişdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Pirallahı rayon İcra Hakimiyyəti Başçısının Gürgan qəsəbə nümayəndəliyinin şəxsi hesab vərəqəsindən görünür ki, tərəflər arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 7497/6198 saylı icarə müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə icarəçinin icarə haqqı borcu 160,82 manat təşkil edir. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən cavabdeh Pirallahı rayon İcra Hakimiyyəti Başçısının Gürgan qəsəbə nümayəndəliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən xx xxxxxx 2015-ci il tarixli icarə müqaviləsi üzrə 160,82 manat məbləğində borcun ödənilməsi tələb edilmiş və borcun ödənilmədiyi halda qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə cavabdeh Pirallahı rayon İcra Hakimiyyəti Başçısının Gürgan qəsəbə nümayəndəliyi arasında xx xxxxxx 2015-ci il tarixdə 7497/6198 saylıqeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair standart müqaviləyəəsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən müqavilə üzrə verilmiş icarə obyektinin icarə haqqını ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Hal-hazırda Pirallahı rayon İcra Hakimiyyəti Başçısının Gürgan qəsəbə nümayəndəliyininAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qeyd olunan müqavilə üzrə olan borcu 160,82 manat təşkil edir. Mülki Məcəllənin: 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1-ci və 700.3-cü maddələrinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (Mülki Məcəllənin). Əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Belə olan halda məhkəmə hesab edir ki, icarə haqqı borcunun ödənilməsi tələbinə dair iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh Pirallahı rayon İcra Hakimiyyəti Başçısının Gürgan qəsəbə nümayəndəliyindən icarə haqqına görə yaranmış 160,82 manat məbləğində borc tutularaq iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Pirallahı rayon İcra Hakimiyyəti Başçısının Gürgan qəsəbə nümayəndəliyindən icarə haqqına görə yaranmış 160,82 manat məbləğində borc tutularaq iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verilyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar