Məhkəmə qərarları › İş №e-2-2(113)-1397/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1397/2022

18.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1397/2022 18.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin hazırlıq iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçına xeyrinə 30998,18 manat məbləğində pulun və 13561,70 manat məbləğində faizlər, habelə iddianın verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi yardıma görə 250 manat məbləğində ödənilmiş vəkil haqqının iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər Məhkəməyə tərəflər arasında imzalanmış barışıq sazişini təqdim edərək, sazişin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini və bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi H.Əsədov, cavabdeh, onun nümayəndəsi və və vəkili Vəkil1 ayrı-ayrılıqda barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini və iş üzrə icraat xitam verilməsini xahiş etdilər. Barışıq sazişinin məzmununa görə:

1. Müqavilənin bağlanmasına səbəb kimi anlaşıldı ki, borclu Cavabdeh 06.04.2013cü il tarixdən 20.08.2014-cü il tarixədək İddiaçı MMC-dən (Keçmiş "xxxx" MMCdən) 139128 manat ümumi dəyərində gübrə və dərman preparatları almış və həmin borcun 101928 manatını ödəmiş, lakin hazırda 29.000 manat ödənilməyən debitor borc kimi qalmışdır.

2. Müqavilənin tələblərinə əsasən borclu Cavabdeh həqiqətən də İddiaçı MMC-yə 29000 manat borcunun debitor borc kimi qalıq qaldığını etiraf və təsdiq edərək öz üzərinə öhdəlik götürməklə, bu öhdəliyin pozulacağı təqdirdə qanuni məsuliyyət daşıması barədə xəbərdar olunur.

3. Bu müqavilənin şərtlərinə əsasən borclu Cavabdeh İddiaçı MMC-yə olan borcun ödənilməsi üçün müqaviləyə əlavə edilən “borcun ödəmə cədvəli” (1 saylı Əlavə) təqdim olunmaqla, tərəflər arasında qarşılıqlı razılaşma əldə olunur.

4. Razılaşma müqaviləsinə əsasən borclu tərəf borcun ödənilməsi üçün ona təqdim olunan cədvəl üzrə öz vəzifələrini vaxtında və layiqincə yerinə yetirmədiyi halda qarşı tərəf 2 ay müddətində aidiyyəti orqanlara müraciət etmək hüququnu özündə saxlayır. 12.03.2022-ci il tarixli 07 saylı barışıq müqaviləsinə 1 nömrəli Əlavəyə əsasən tərəflər razılaşdı ki, ödəmə 2022-ci ilin aprel ayından başlayaraq ayda 1000-1500 manat ödəmə etmə şərti ilə 29 ay müddətinə İddiaçı MMC-yə (Keçmiş "xxxx" MMC-yə) hər ay nağd pulla ödəniləcəkdir.

Məhkəmə barışıq sazişini müzakirə edərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış barışıq sazişinin aşağdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və iş üzrə icraata xitam verilsin:

1. Müqavilənin bağlanmasına səbəb kimi anlaşıldı ki, borclu Cavabdeh 06.04.2013cü il tarixdən 20.08.2014-cü il tarixədək İddiaçı MMC-dən (Keçmiş "xxxx" MMCdən) 139128 manat ümumi dəyərində gübrə və dərman preparatları almış və həmin borcun 101928 manatını ödəmiş, lakin hazırda 29.000 manat ödənilməyən debitor borc kimi qalmışdır.

2. Müqavilənin tələblərinə əsasən borclu Cavabdeh həqiqətən də İddiaçı MMC-yə 29000 manat borcunun debitor borc kimi qalıq qaldığını etiraf və təsdiq edərək öz üzərinə öhdəlik götürməklə, bu öhdəliyin pozulacağı təqdirdə qanuni məsuliyyət daşıması barədə xəbərdar olunur.

3. Bu müqavilənin şərtlərinə əsasən borclu Cavabdeh İddiaçı MMC-yə olan borcun ödənilməsi üçün müqaviləyə əlavə edilən “borcun ödəmə cədvəli” (1 saylı Əlavə) təqdim olunmaqla, tərəflər arasında qarşılıqlı razılaşma əldə olunur.

4. Razılaşma müqaviləsinə əsasən borclu tərəf borcun ödənilməsi üçün ona təqdim olunan cədvəl üzrə öz vəzifələrini vaxtında və layiqincə yerinə yetirmədiyi halda qarşı tərəf 2 ay müddətində aidiyyəti orqanlara müraciət etmək hüququnu özündə saxlayır. 12.03.2022-ci il tarixli 07 saylı barışıq müqaviləsinə 1 nömrəli Əlavəyə əsasən tərəflər razılaşdı ki, ödəmə 2022-ci ilin aprel ayından başlayaraq ayda 1000-1500 manat ödəmə etmə şərti ilə 29 ay müddətinə İddiaçı MMC-yə (Keçmiş "xxxx" MMC-yə) hər ay nağd pulla ödəniləcəkdir. İddiaçı MMC və Cavabdeh izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar