Məhkəmə qərarları › İş №e-2-2(113)-140/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-140/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-140/2024 24.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, "xxxx" Firması, Cavabdeh3, Cavabdeh4nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəlməsi tələbinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMCdən Cavabdeh3 06 noyabr 2020-ci il tarixli, RB/KM/SİF-1325 saylı kredit müqaviləsinə görə 1747057,11 manat, faiz borcuna görə 40932,22 manat, dəbbə borcuna görə 35638,34 manat, cəmi 1823627,67 manat pulun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 270 manat rüsumun, dövlət rüsumu kimi ödənilmiş 1302 manat pulun və mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması, bütün tələblərin tam mülkiyyət hüququ ilə "xxxx" MTK-ya məxsus olan ünvan 1 ünvanında yerləşən 595,5 m2 ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası və tam mülkiyyət hüququ ilə "xxxx" Firmasına məxsus olan ünvan 2 ünvanında yerləşən 1781,1 m2 ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binasına (Bahar şadlıq evinə) yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi, bu əmlakların açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına "xxxx" MMC-nin 06 noyabr 2020-ci il tarixli, RB/KM/SİF-1325 saylı kredit müqaviləsi üzrə cəmi 1823627,67 manat borcunun, dövlət rüsumu, mediasiya xərci və xidmət haqqı kimi ödənilmiş cəmi 1972 manat məbləğində pulun ödənilməsi, İpoteka predmeti olan tam mülkiyyət hüququ ilə "xxxx" MTK-ya məxsus olan ünvan 1 ünvanında yerləşən 595,5 m2 ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası və tam mülkiyyət hüququ ilə "xxxx" Firmasına məxsus olan ünvan 2 ünvanında yerləşən 1781,1 m2 ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binasına (Bahar şadlıq evinə) tutma yönəldikdən və əmlaklar satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, İpoteka predmetləri açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada "xxxx" MMCdən və Cavabdeh3 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 06 noyabr 2020-ci il tarixli, RB/KM/SİF-1325 saylı kredit müqaviləsinə əsasən, avadanlıq alışı məqsədilə illik 5 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə ******* manat məbləğində AR SİF-nun vəsaiti vasitəsilə cavabdehə kredit kimi verilmişdir (kredit müqaviləsinin 1.1., 1.2. və 2.2., 2.3. maddələri). Həmin kredit müqavilələri üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq İddiaçı ASC ilə digər Cavabdeh3 arasında xx.xx.2022ci il tarixlizaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 06 noyabr 2020-ci il tarixli, RB/KM/SİF-1325saylı kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunana qədər borclu ilə birlikdə məsuliyyət daşıyır. 06 noyabr 2020-ci il tarixli, RB/KM/SİF-1325 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə "xxxx" MTK-ya məxsus olan ünvan 1 ünvanında yerləşən 595,5 m2 ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası və tam mülkiyyət hüququ ilə "xxxx" Firmasına məxsus olan ünvan 2 ünvanında yerləşən 1781,1 m2 ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası (Bahar şadlıq evi) İddiaçı ASC qarşısında xx.xx.2020-ci il tarixdə İpoteka ilə yüklü edilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. 06 noyabr 2020-ci il tarixli, RB/KM/SİF-1325 saylı kredit müqaviləsinin şərtlərinə görə cavabdehlər kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək, izahatında məhkəməyə müraciət edəndən sonra xx.xx.2023-cü il tarixdən sonra borclunun ödədiyi 105307,26 manat məbləğində vəsaitin əsas borcdan, 13983 manat məbləğində vəsaitin isə faiz borcundan silindiyini bildirərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişlər. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli RB/KM/SİF-1325 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Aqro İnvest və İstehsalat MMC arasında bağlanmış müqaviləyə əsasən illik 5% olmaqla 60 ay müddətinə ******* manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə borcalanın öhdəliklərinin icrasının əsas təminatı "xxxx" MTK-ya məxsus olan ünvan 1 ünvanında yerləşən 595,5 m2 ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası və tam mülkiyyət hüququ ilə "xxxx" Firmasına məxsus olan ünvan 2 ünvanında yerləşən 1781,1 m2 ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binasıdir (Bahar şadlıq evi). xx.xx.2022-ci il tarixli RB/KM/SİF-1325 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 Cavabdeh4 MMC-nin xx.xx.2020-ci il tarixli RB/KM/SİF-1325 saylı kredit müqaviləsi üzrə yaranan öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün zamin durur. xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, "xxxx" MTK-ya məxsus ünvan 1 ünvanında yerləşən 595,5 m2 ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, "xxxx" Firmasına məxsus ünvan 2 ünvanında yerləşən 1781,1 m2 ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası Bahar şadlıq evini ipoteka ilə yüklü edilmişdir. xx.xx.2023-ci il tarixli RB-02/PK-2025 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Aqro İnvest və İstehsalat MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli RB/KM/SİF-1325 saylı kredit müqaviləsi üzrə borcalanın xx.xx.2023-cü il tarixə banka əsas borc üzrə 1747057,11 manat, faiz borcu üzrə 40932,22 manat, cərimə borcu 35638,34 manat, cəmi 1823627,67 manat məbləğində borcu qalmışdır. xx.xx.2023-cü il tarixli 9/6743 nömrəli məhkəmə-mühasibat ekpertizasının rəyindən görünür ki, xx.xx.2020-ci il tarixli RB/KM\SİF-1325 saylı kredit müqaviləsi üzrə xx.xx.2023cü il tarixinə 1747057,11 manat əsas borc, faiz borcu üzrə 40438,37 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 1747057,11 manat, faiz borcu üzrə 42592,77 manat müəyyən edilir. Tədqiqatın dəyəri 100 manat təşkil edir. xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6682-9/6752 nömrəli tikinti-texniki obyektlərin tədqiqinə dair rəydən görünür ki, ünvan 1 ünvanında yerləşən 595,5 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının bazar dəyəri təqribən ******* manat, likvid dəyəri isə təqribən ******* manat məbləğində müəyyən edilir. ünvan 2 ünvanında yerləşən 1781,1 kv.m. ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binasının bazar dəyəri təqribən ******* manat, likvid dəyəri isə təqribən ******* manat məbləğində müəyyən edilir. Tədqiqatın dəyəri 50 manat təşkil edir. İddiaçı ASC-nin təqdim etdiyi ödənişlərin aparılması barədə cədvəldəndən görünür ki, borclu tərəfindən xx.xx.2023-cü il tarixdən ödənilmiş 105307,26 manat məbləğində vəsait əsas borcdan silinəndən sonra Cavabdeh4 MMC əsas borcu 1641749,85 manat təşkil etmiş, həmçinin xx.xx.2023-cü il tarixdə borclu tərəfindən ödənilmiş 13983 manat məbləğində vəsait faiz borcuna silinmişdir. RB/KM\SİF-1325 saylı kreditin tarixindən görünür ki, xx.xx.2023-cü il tarixə əsas borc 1641749,85 manat, faiz borcu 13983 manat təşkil edir. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki İddiaçı ASC 15 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki İddiaçı ASC 15 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki İddiaçı ASC 1302 manat məbləğində dövlət rüsumu ödəmişdir. ********** nömrəli müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, 120 manat xidmət haqqı ödənilib. ********** nömrəli müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, 120 manat xidmət haqqı ödənilib. xx.xx.2023-cü il tarixli MŞB/9/2023-00903 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ASC 400 manat mediasiya xərci ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386, 467 və 472.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit və ipoteka müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, xx.xx.2020-ci il tarixli, RB/KM/SİF-1325 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borc həm iddia tələbi üzrə, həmdə ekspert rəyinə əsasən 1747057,11 manat təşkil etsə də, hazırki işə məhkəmədə baxılarkən xx.xx.2023-cü il tarixdən sonra Cavabdeh4 MMC əsas borca görə 105307,26 manat məbləğində vəsait ödədiyinə görə həmin pul əsas borcdan silinəndən sonra sonuncunun əsas borcu 1641749,85 (1747057,11-105307,26) manat təşkil edir, həmçinin xx.xx.2020-ci il tarixli, RB/KM/SİF-1325 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə faiz borcu ekspert rəyinə əsasən 40438,37 manat (iddia tələbində azca çoxdur) təşkil etsə də, hazırki işə məhkəmədə baxılarkən xx.xx.2023-cü il tarixdə Cavabdeh4 MMC faiz borca görə 13983 manat məbləğində vəsait ödədiyinə görə və həmin vəsait faiz borcdan silinəndən sonra sonuncunun faiz borcu 26455,37 (40438,37-13983) manat təşkil edir. Bununla yanaşı məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 11794,78 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlər Cavabdeh4 MMC və Cavabdeh3 xx.xx.2020-ci il tarixli, RB/KM/SİF-1325 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borc 1641749,85 manat, 26455,37 manat məbləğində faiz borcu və 11794,78 manat cərimə, cəmi ******* manat, həmçinin ƏMDX DƏDKR Publik Hüquqi şəxsinin Bakı Ərazi İdarəsinə bildirişin qeydə alınması üçün ödənilmiş 270 manat, mediasiya xərci kimi ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 1302 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Tutma ilkin satış qiyməti ******* manat olan "xxxx" MTK-ya məxsus ünvan 1 ünvanında yerləşən 595,5 m2 ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına və ilkin satış qiyməti ******* manat olan "xxxx" Firmasına məxsus ünvan 2 ünvanında yerləşən 1781,1 m2 ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməli, həmin ipoteka predmeti olan daşınmaz əmlaklar hərracda satılmalı, daşınmaz əmlaklar satılandan sonra 1 ay ərzində boşaldılmalı, satışdan əldə olunan vəsaitin hesabına cavabdehlər Cavabdeh4 MMC-nin və Cavabdeh3 borcu ödənilməlidir. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borc cavabdehlər Cavabdeh4 MMC və Cavabdeh3 tutulmalıdır. 150 manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh4 MMC və Cavabdeh3 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4 MMC və Cavabdeh3 xx.xx.2020-ci il tarixli, RB/KM/SİF- 1325 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borc 1641749,85 manat, 26455,37 manat məbləğində faiz borcu və 11794,78 manat cərimə, cəmi ******* manat, həmçinin ƏMDX DƏDKR Publik Hüquqi şəxsinin Bakı Ərazi İdarəsinə bildirişin qeydə alınması üçün ödənilmiş 270 manat, mediasiya xərci kimi ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 1302 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma ilkin satış qiyməti ******* manat olan "xxxx" MTK-ya məxsus ünvan 1 ünvanında yerləşən 595,5 m2 ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına və ilkin satış qiyməti ******* manat olan "xxxx" Firmasına məxsus ünvan 2 ünvanında yerləşən 1781,1 m2 ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binasına yönəldilsin, həmin ipoteka predmetləri olan daşınmaz əmlaklar hərracda satılsın, daşınmaz əmlaklar satılandan sonra 1 ay ərzində boşaldılsın, satışdan əldə olunan vəsaitin hesabına cavabdehlər Cavabdeh4 MMC-nin və Cavabdeh3 borcu ödənilsin. İpoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmadığı halda, qalan borc cavabdehlər Cavabdeh4 MMC-nin və Cavabdeh3 ümumi qaydada tutulsun. 150 manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh4 MMC və Cavabdeh3 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar