Məhkəmə qərarları › İş №e-2-2(113)-1403/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1403/2024

18.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1403/2024 18.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın yekununa dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: hərracın yekununa dair protokolun etibarsız hesab edilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs4 Ağamalı oğlunun nümayəndəsi və vəkili X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs6 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdeh tərəfindən tərtib olunmuş 134/23 saylı xx.xx.2023-cü il tarixli hərracın yekununa dair protokolun etibarsız hesab edilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehlərə qarşı cavabdeh tərəfindən tərtib olunmuş 134/23 saylı xx.xx.2023-cü il tarixli hərracın yekununa dair protokolun etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs1nə və üçüncü şəxslər Bakı şəhər Yasamal rayon İcra şöbəsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı “əmlakların yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edilmiş və Salyan Rayon Məhkəməsində 2(057)-1162/2023 saylı mülki icraat başlanmışdır. Qeyd olunan mülki icraat çərçivəsində əmlakların yenidən qiymətləndirilməsi həyata keçirilənədək müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizə verərək, "xxxx" MMC-ə məxsus torpaq sahələrinin hərracın təşkilatçısı "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixə, saat 11:00-a təyin olunmuş ilkin hərracın keçirilməsinin müvəqqəti dayandırılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 16(057)-22/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş və ərizəçi "Hilal Aqro” MMC-yə məxsus olan torpaq sahələrinin hərracın təşkilatçısı "Bakı Hərrac Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixə, saat 11:00-a təyin olunmuş ilkin hərracın keçirilməsi müvəqqəti dayandırılmışdır. Salyan Rayon Məhkəməsinin 16(057)-22/2023 saylı iş üzrə, xx.xx.2023-cü il tarixli qərardadından maraqlı şəxs kimi Maraqlı şəxs6 tərəfindən şikayət verilmişdir. Salyan Rayon Məhkəməsinin 16(057)-22/2023 saylı, 25 iyun 2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs6 tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayətə baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16(106)-32/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs6 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 16(057)-22/2023 saylı iş üzrə, 07 iyun 2023-cü il qərardadı ləğv edilmiş və materialın əlavə araşdırma aparılması məqsədilə birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Salyan Rayon Məhkəməsi tərəfindən 6(057)-22/2023 saylı xx.xx.2023-cü il tarixli müvəqqəti təminat tədbirinin rədd edilməsi barədə qərardad çıxarılmışdır. Lakin qeyd olunan qərardad elektron məhkəmə sistemi vasitəsilə iddiaçıya xx.xx.2023-cü il tarixində təqdim olunduğundan qərardaddan şikayət xx.xx.2023-cü il tarixdə verilmişdir. Daha sonra əmlakların yenidən qiymətləndirilməsi ilə bağlı iddia icraatı ərzində məhkəməyə vəsatətlə müraciət edərək, "xxxx" MMC-ə məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 8.6761 ha, 0.8 ha, 1.9258 ha, 0.16 ha, 3.07 ha, 2.4 ha , 0.4 ha, 10 ha, 5 ha və 1.9226 ha torpaq sahələri ilə yanaşı digər əmlakların da qiymətlədirilməsi üçün ekspertiza keçirliməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1162/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" MMC-yə məxsus torpaq sahələrinin real bazar və likvid dəyərinin müəyyən olunması məqsədi ilə likvid ekspertizasının keçirilməsi qərara alınmışdır. Həmin qərardad xx.xx.2023-cü il tarixdə rəsmi olaraq əldə edilmişdir. Bu da öz növbəsində hərraca çıxarılmış əmlakların dəyərinin tam müəyyən olunmadığının və hazırkı qiymətlərlə hərracda satıldığı təqdirdə "xxxx" MMC-nin hüquqlarının pozulması deməkdir. Lakin qeyd olunan hallara baxmayaraq İddiaçı MMC-yə məxsus torpaqlar barədə məhkəmə icraatı yekunlaşmamış, müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə Salyan Rayon Məhkəməsinin qərardadı qanuni qüvvəyə minmədən və iddiaçıya məlumat verilmədən, həmin torpaq sahələri "xxxx" MMC tərəfindən hərraca çıxarılmışdır. Həmin hərracın nəticələrinə dair protokolla Yasamal və Sabunçu rayon Məhkəməsinə verilmiş təqdimatın əlavələrində elektron məhkəmə sistemi vasitəsilə tanış olmuşdur. Belə olan halda İddiaçı MMC-yə məlumat verilmədən hərracın keçirilməsi "xxxx" MMC-nin hüquqlarını pozmuşdur və ona görə də hesab edir ki, hərracın nəticələrinə dair protokol etibarsız hesab edilməlidir. İddiaçı MMC-yə qarşı edilən haqsızlıqlarla bağlı ədalətli və düzgün məhkəmə qərarları çıxarılana qədər İddiaçı MMC bütün mümkün prosessual vasitələrdən istifadə edəcəyini və pozulmuş hüquqlarının bərpa edilməsi üçün beynəlxalq məhkəmələrə də müraciət etmək haqqından istifadə edəcəyini bildirir. Beləliklə, "xxxx" MMC-də xx.xx.2023-cü il tarixində keçirilən hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası barədə "Hilal Agro” MMC-yə məlumat verilməmişdir. Bundan başqa Salyan Rayon Məhkəməsinin icraatında olan İddiaçı MMC tərəfindən Maraqlı şəxs1 MMC-yə və üçüncü şəxslər Bakı şəhər Yasamal rayon İcra Şöbəsinə və "xxxx" MMC-yə qarşı “əmlakların yenidən qiymətləndirilməsi” tələbinə dair 2(057)-1162/2023 saylı mülki iş yekunlaşmadan, həmçinin "Hilal Agro” MMC-yə məxsus olan torpaq sahələrinin "Bakı Hərrac Mərkəzi” MMC tərəfindən satılmasına dair ilkin hərracın keçirilməsinin müvəqqəti dayandırılması barədə ərizə üzrə yekun qərar qəbul edilmədən hərrac keçirilərək, torpaq sahələri 3-cü şəxslər Maraqlı şəxs6, Maraqlı şəxs5, Maraqlı şəxs4 və Maraqlı şəxs2 satılmışdır. Həmçinin bununla yanaşı qeyd edilməlidir ki, icra sənədi üzrə tələbin borclunun əmlakına yönəldilməsi icra məmuru tərəfindən bu məqsədlə keçirilməli olan qiymətləndirmənin qanunvericiliyə uyğun təşkil edilməklə, həmin əmlakın hərraca qanunla nəzərdə tutulmuş satış qiyməti ilə çıxarılmasını tələb edir. İpoteka predmetinə və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlakın ipoteka haqqında qanunvericiliyə və ya digər qanunvericilik aktlarına analoji qaydada hərracdan bazar dəyərindən fərqlənən likvid qiymətlə satılması borclunun əmlak vəziyyətinin əsassız olaraq pisləşməsinə səbəb olur. Belə ki, həyata keçirilən məcburi icra tədbirləri borclunun mülkiyyət hüquqlarına ədalətsiz, qeyri-mütənasib müdaxiləyə rəvac verməməli, tələbkarın qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı ədalətli məhkəmə araşdırması hüququ ilə borclunun mülkiyyət hüquqlarının tarazlığı gözlənilməlidir. Beləliklə, qeyd olunan hallara əsasən hesab edir ki, Salyan Rayon Məhkəməsində davam edən icraatlar yekunlaşdırılmadan Yasamal rayon Məhkəməsinin 2(004)-1636/2017 saylı, xx.xx.2017-ci tarixli icra sənədinin icrasını təmin etmək üçün hərracın keçirilməsi qanunsuz olmuşdur.

II. Tərəflərin mövqeləri:

3. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs4 Ağamalı oğlunun nümayəndəsi və vəkili X4 iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, torpaq sahəsi Maraqlı şəxs6 tərəfindən hərrac yolu ilə alınmışdır. Hərrac tam qanuni yolla keçirilmişdir. Hərrac barədə hər kəsə lazımi məlumat verilmişdir. Hətta bir neçə dəfə vəkil dəyişiblər, iddiaçının təsisçisi özü hazırda axtarışdadır. Axtarışda ola ola vəkil tutub iddialar qaldırır. 2016-cı ildən həmin şəxs axtarışdadı. Bir dəfə Binəqədi Rayon Məhkəməsinə iddia qaldırıb, iddia rədd edilmişdir. Daha sonra eyni qayda da iddia X2rşı iddia qaldırmış, iddia yenidən rədd olunmuşdur. Hərracın dayandırılması barədə Salyan rayon Məhkəməsində də iddia qaldırmışdır. İddialarının hamısı boş iddialardır. Sonda müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsi və vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs6 iddia ərizəsinə etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

6. Cavabdeh ərizəylə məhkəməyə müraciət edərək, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir.

7. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1 MMC, Bakı şəhəri Yasamal rayon İcra şöbəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 319.5-ci maddəsinə əsasən Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. 415.2-ci maddəsinə əsasən Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. 416-cı maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

10. "İpoteka haqqında” Qanun: 42.1-ci maddə-hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1 -43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.- 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 48.1-ci maddəsinə əsasən ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

11. “İcra haqqında” Qanun: 61.2-ci maddəsinə əsasən İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. 62.1-ci maddəsinə əsasən İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir.

12. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

13. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

14. İş materiallarından göründüyü və məhkəmənin də müəyyən etdiyi kimi, Bakı şəhəri Yasamal rayon İcra şöbəsi Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-1636/2017 saylı icra vərəqəsinin icrası istiqamətində icra hərəkətlərinə başlamış, xx.xx.2023-cü il tarixdə hərracın keçirilməsi üçün "Bakı Hərrac Mərkəzi” MMC-yə sifariş vermiş, həmin MMC tərəfindən xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərində tələbkarlara və borclular İddiaçı MMC-yə və X5 bildirişlər ünvanlanaraq, İddiaçı MMC-yə məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən torpaq sahələrinin satılmaq üçün açıq hərraca çıxarıldığı, hərracların xx.xx.2023-cü il tarixdə, saat 11:00-də və xx.xx.2023-cü il tarixdə, saat 11:00-də keçiriləcəyləri göstərilmişdir.

15. "Market” qəzetinin xx.xx.2021-xx.xx.2021-ci il tarixli buraxılışının çıxarışından görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 8.6761 ha torpaq sahəsinin hərracdakı satış qiyməti 946000 manat, 0.8 ha torpaq sahəsinin hərracdakı satış qiyməti 92000 manat, 0.16 ha torpaq sahəsinin hərracdakı satış qiyməti 20800 manat, 3.07 ha torpaq sahəsinin hərracdakı satış qiyməti 345000 manat, 2.4 ha torpaq sahəsinin hərracdakı satış qiyməti 276000 manat, 0.4 ha torpaq sahəsinin hərracdakı satış qiyməti 48000 manat müəyyən edilməklə, açıq hərracın xx.xx.2023-cü il tarixdə, saat 11:00-da keçiriləcəyi barədə elan verilmişdir.

16. "Bakı Hərrac Mərkəzi” MMC-nin "Hərracın nəticələri haqqında” 134/23 nömrəli yekun protokolunun surətindən görünür ki, Yasamal rayon İcra şöbəsinin sifarişi, "Bakı Hərrac Mərkəzi” MMC-nin təşkilatçılığı ilə 18 sentyabr 2023-cü il tarixdə iddiaçıya məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 8.6761 ha, 0.8 ha, 0.16 ha, 3.07 ha, 2.4 ha və 0.4 ha torpaq sahələri ilə əlaqədar hərrac keçirilmiş, 8.6761 ha torpaq sahəsinin ilkin satış qiyməti 946000 manat və son qiyməti 946000 manat, 0.8 ha torpaq sahəsinin ilkin satış qiyməti 92000 manat və son qiyməti 92000 manat, 0.16 ha torpaq sahəsinin ilkin satış qiyməti 20800 manat və son qiyməti 20800 manat, 3.07 ha torpaq sahəsinin ilkin satış qiyməti 345000 manat və son qiyməti 345000 manat, 2.4 ha torpaq sahəsinin ilkin satış qiyməti 276000 manat və son qiyməti 276000 manat, 0.4 ha torpaq sahəsinin ilkin satış qiyməti 48000 manat və son qiyməti 48000 manat olmaqla Maraqlı şəxs6 satılmışdır.

17. "xxxx" MMC ilə Maraqlı şəxs6 arasında bağlanmış "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 18 sentyabr 2023-cü il tarixli müqavilənin surətindən görünür ki, alıcı Abşeron rayonu, Məmmədli kəndində yerləşən 8.6761 ha, 0.8 ha, 0.16 ha, 3.07 ha, 2.4 ha və 0.4 ha torpaq sahələrini 1.727.800 manata əldə etmişdir.

18. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-1636/2017 saylı icra sənədinin icrası ilə əlaqədar "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər-hansı hüquqi əsas yoxdur. Çünki hərracın etibarsızlığına səbəb hərracın keçirilməsi qaydalarının pozulması halının aşkar edilməsindən ibarətdir. Mülki Məcəllədə müəyyən edilmiş hərracın keçirilməsi qaydaları imperativ xarakter daşıyır və onların pozulması ilə keçirilmiş hərrac maraqlı şəxsin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Etibarsız sayılmış hərracda bağlanmış müqavilə də öz növbəsində etibarsız hesab olunur.

19. Hazırki iş üzrə tələbkar Maraqlı şəxs6 torpaq sahələrini hərracdakı satış qiyməti ilə almış, bununla da “İpoteka haqqında” Qanunun ilə müəyyən edilmiş subyektiv hüququnu həyata keçirmiş, "xxxx" MMC ilə Maraqlı şəxs6 arasında "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 18 sentyabr 2023-cü il tarixli müqavilə bağlanmışdır. Beləliklə, iddiaçının iddianın əsası kimi istinad etdiyi əsaslarla "Bakı Hərrac Mərkəzi” MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yoxdur.

20. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən iddia rədd edilməlidir.

VI. Nəticə:

21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdeh tərəfindən tərtib olunmuş 134/23 saylı xx.xx.2023-cü il tarixli hərracın yekununa dair protokolun etibarsız hesab edilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar