Məhkəmə qərarları › İş №e-2-2(113)-1407/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1407/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1407/2024 22.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə icarə haqqı borcu üzrə ƏDV daxil 19665 manat, gecikdirilmiş günlərə görə hesablanmış ƏDV daxil 2619,20 manat və hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 1500 manat, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödəmiş 161,50 manat dövlət rüsumunun, cəmi 23945 manat pul vəsaitinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh QSC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixində vəsatət ilə məhkəməyə müraciət edərək, icraatda baxılan e-2-2(113)-1407/2024 saylı kommersiya mübahisəsinin hakim Zeynəb Axundovanın icraatında baxılan e-2-2(113)-653/2024-026 saylı kommersiya mübahisəsi ilə bir icraatda birləşdirilərək baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə eyni tərəflər arasında eyni predmetə aid olduğundan (iddia və qarşılıqlı iddia eyni müqavilə öhdəliyi üzrə yarandığından), hazırkı işin həmin məhkəmənin digər hakiminin icraatında (hakim Z.Axundova) baxılan iddiaçı “TECHPRO DC" QSC-nin cavabdeh "xxxx" MMC-nə qarşı “Xidmət Müqaviləsi öhdəliklərin pozulması və vəzifəli şəxsin öz işinə etinasız münasibət bəsləməsi nəticəsində vurulmuş zərərə görə pul tələbinə dair” e-2-2(113)-653/2024-026 saylı kommersiya mübahisəsinə dair iş ilə bir icraatda birləşdirilərək baxılması barədə qərardad çıxarılmalıdır. Belə ki, İddiaçı direktoru Ceyhun Mustafayev vəzifə səhlənkarlığı edərək ona "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən etibar edilmiş milyonlarla manat dəyəri olan kompyuter avadanlıqlarının oğurlanmasına şərait yaratması azmış kimi, öz əməlinə də cinayət qanunvericiliyi ilə qiymət verilən zaman və iş üzrə istintaq getdiyi bir vaxtda cavabdeh barəsində əsassız iddiada çıxış etmişdir. Belə ki, tərəflər arasında bağlanan xx.xx.2022-ci il tarixli № LG/2022/113 Xidmət Müqaviləsi (Anbarda saxlamaya və sifarişlərin çatdırılmasına dair) müqaviləyə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Xocahəsən yolu 112 A ünvanında yerləşən “BAKİ LOQİSTİKA MƏRKƏZİ” adlanan ərazidə (qeyri-yaşayış sahəsində) “Tapşıran” "xxxx" QSC-nə məxsus olan 15.000.000 (on beş milyon) manat dəyərində kompyuter avadanlıqlarının təhlükəsiz (A+ kateqoriyaya uyğun şəkildə) şəraitdə saxlanması və s. xidmətlər göstərmək əvəzinə 2023- cü ilin iyul ayının sonundan sentyabr ayının ortalarına kimi "xxxx" MMC-nin məsuliyyət dairəsində olan ərazidə, axşam saat 18:00-dan (iş saatlarından) sonra olan müddətdə “TECHPRO DC" QSC-nə məxsus olan 146.382.74 (bir yüz qırx altı min üç yüz səksən iki min 74 qəpik) manat (ilkin maya dəyərində) külli miqdarda avadanlıqların oğurlanması halı baş vermişdir. Məlum olmuşdur ki, anbar ərazisindən malların davamlı şəkildə yəni 2023-cü ilin iyul – sentyabr ayları ərzində hissə-hissə oğurlanması cavabdeh "xxxx" MMC-nin direktoru X1 öz işinə etinasız münasibəti və birbaşa günahı nəticəsində yaranmışdır. Belə ki, ilkin istinaq zamanı isə məlum olmuşdur ki, "xxxx" MMC-nin direktoru Ceyhun Mustafayev tanışları olan əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməyən şəxsləri (elektrik qismində çalışdırdığı X5, fəhlə kimi çalışdırdığı X2 və X3) əmək müqaviləsi bağlamadan (qanunla onların bu kimi əraziyə buraxıla bilib - bilməmələrini araşdırılmadan) bu şəxslərin iş saatlarında və işdən sonrakı saatlarda milyonlarla manat dəyərində olan avadanlıqların saxlandığı qeyri-yaşayış sahələrinə maneəsiz keçmələrinə şərait yaratmış və bu şəxslərin son 3 ay ərzində gecə vaxtlarında anbar ərazisinə gəlmələrinə göz yumulmuş, vəzifə səhlənkarlığı etmişdir. Hazırda isə şirkətə vurulmuş 171.862.53 (bir yüz yetmiş bir min səkkiz yüz altmış iki manant 79 qəpik) manat pul vəsaitini qaytarmaq əvəzinə müqavilə öhdəliyi üzrə göstərməli olduğu xidmətləri göstərmədiyi təqdirdə (özü və əməkdaşları tərəfindən qanunsuzluqlar etdiyi və bizə maddi ziyan vurulduğu müddətdə) şirkətdən icarə haqqı və s. xidmət haqqı tələbində əsassız çıxış edir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi bildirdi ki, işlərin birləşdirilməsinə etiraz edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.1 və 43.2-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İş materiallarından isə görünür ki, hazırkı iş üzrə iddia ərizəsində iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən onun xeyrinə icarə haqqı borcu üzrə ƏDV daxil 19665 manat, gecikdirilmiş günlərə görə hesablanmış ƏDV daxil 2619,20 manat tələb edir. Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh QSC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə e-2-2(113)-653/2024 nömrəli iş üzrə iddia ərizəsinin məzmunundan isə görünür ki, cavabdeh İddiaçı MMC-dən "xxxx" DC QSC-nin xeyrinə 146382,74 manat maddi ziyan, 20000 manat əldən çıxmış fayda, 2808.2023-cü il tarixli 80 nömrəli “Sayım müqaviləsi” əsasında ödənilən 5000 manat, 400 manat mediasiya xərci, 10 manat poçt-kargüzarlıq xərci, 61,79 manat məhkəmə xərcinin, ümumilikdə 171862,53 manat pul vəsaitinin tutulmasına dair qətnamə çıxarılmasını edilməsini xahiş edir. Göründüyü kimi sözügedən iki iş üzrə iddia tələbləri tərəflər arasında bağlanmış eyni müqavilədən irəli gəlir, bundan əlavə hazırkı işlərdən biri üzrə iddianın təmin edilməsi digər iş üzrə iddianın tam və ya qismən təmin edilməsi imkanını aradan qaldırır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş və Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-653/2024 saylı iş eyni tərəflərin iştirak etdiyi eyni növlü işlər olduğundan həmin işlərə birgə baxılması ədalət mühakiməsinin düzgün və ağlabatan müddətə həyata keçirilməsi baxımından məqsədə müvafiqdir. Beləliklə, hazırkı iş ilkin olaraq məhkəmənin icraatında qəbul edilmiş iddiaçı Cavabdeh QSC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair e-2-2(113)-653/2024 saylı işə birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair e-2-2(113)-1407/2024 saylı iş iddiaçı Cavabdeh QSC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair e-2-2(113)-653/2024 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar