Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1408/2021 14.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi , cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx/xx/2020 tarixə qeyd olunan borc məbləǧindən dövlət büdcəsinə ödənilməmiş 11699.25 manat, Dövlat Sosial Müdafia Fonduna ödənilməmiş 12435.0 və İşsizlikdan sıǧorta fonduna ödənilməmiş 0.01 manat məbləǧində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ******* manat məbləǧində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi V.Atalızadə vəsatət təqdim edərək, tərəflər arasında yaranan kommersiya mübahisələrinə dair hakim Fərrux Qasımovun icraatında olan 2- 2(113)-1334/2021 saylı və hakim Aytən Əliyevanın icraatında olan 2- 2(113)-1408/2021 saylı işlər üzrə digər hakimin icraatında olan iş üzrə iddia tələbi ilə hazırki iddia tələbi eyni olduğundan iddia tələblərinin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin hakimi X1 icraatında olan e-2-2(113)-1334/2021 saylı iş və hazırkı e-2-2(113)-1408/2021 saylı iş bir-biri ilə əlaqəli olduğundan, gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə xüsusi olaraq qeyd edir ki, məhkəmənin icraatında bir biri ilə əlaqədar olan işlərin tərəflər arasında qarşılıqlı hüquq münasibətlərinin hərtərəfli araşdırılması, prosessual qənaət mənafeyinə uyğun olaraq və qəbul ediləcək məhkəmə aktlarının birbirinə zidd olma riskini nəzərə alaraq bir məhkəmədə baxılmalı və bir qətnamə çıxarılmalıdır. Bu məhkəməyə imkan verir ki, işi düzgün həll etmək üçün mövcud sübutları və faktiki materialları bir icraatda toplasın və onlara birlikdə qiymət versin. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair e-2-2(113)-1408/2021 saylı iş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair e-2-2(113)-1334/2021 saylı işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair e-2-2(113)-1408/2021 saylı iş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair e-2-2(113)-1334/2021 saylı işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1408/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1408/2021
14.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver