Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1408/2025 07.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili İddiaçı, Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı “X1 Holding Limited” Şirkətinin cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Holding Limited” Şirkəti (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASCyə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 80000 ABŞ dolları pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər Məhkəməyə tərəflər arasında xx.xx.2025-ci il tarixdə imzalanmış barışıq sazişini təqdim edərək, barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki:
1. Hazırkı iş üzrə tərəflər təsdiq edirlər ki, cavabdeh xx.xx.2019-cu il tarixində Səhmdarlar arasında borc müqaviləsi çərçivəsində iddiaçıdan 80000 USD (ABŞ dolları) məbləğində borc almışdır və bu borcun geri qaytarılması öhdəliyini qəbul edir.
2. Qeyd edilən borc saziş imzalanan tarixdən 1 (bir) ay ərzində cavabdeh tərəfindən ona məxsus aktivlərin satılması və ya hər hansı digər yolla geri qaytarılsın.
3. Cavabdeh məhkəmə (o cümlədən bütün hüquqi xidmət xərclərini) xərclərini borcun qaytarılması ilə birlikdə ödəməyi öz üzərinə götürür. Sazişin şərtləri yerinə yetirilmədikdə məcburi icraya yönəlmə üçün və ləğvetmə, müflis elan etmə ilə bağlı ediləcək məhkəməyə müraciət və digər hüquqi xərclər ("xxxx" MMC-yə ödənəcək xidmət haqları da daxil olmaqla) cavabdeh tərəfindən qarşılanacaq.
4. Tərəflərdən biri barışıq sazişinin şərtlərini yerinə yetirmədikdə, digər tərəf həmin şərtlərin yerinə yetirilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.
5. Bu barışıq sazişi məhkəməyə və tərəflərdən hər birinə bir nüsxə təqdim edilməklə, eyni hüquqi qüvvəyə malik 3 (üç) orijinal nüsxədə tərtib edilmiş və imzalanmışdır.
6. Bu barışıq sazişi onun notarial qaydada təsdiq edilməsi anından qüvvəyə minir və tərəflərin üzərinə götürdüyü öhdəlikləri tam icra edilənədək qüvvədədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili İddiaçı və cavabdehin nümayəndəsi Qanuni nümayəndə ayrı-ayrılıqda barışıq sazişini şəxsən imza etdiklərini, onun şərtləri ilə tanış olduqlarını, hüquqi nəticələrinin onlara aydın olduqlarını bildirmiş, məhkəmədən barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
İddiaçı “X1 Holding Limited” Şirkəti və cavabdeh "xxxx" ASC arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və hazırkı iş üzrə icraata xitam verilsin:
1. Hazırkı iş üzrə tərəflər təsdiq edirlər ki, cavabdeh xx.xx.2019-cu il tarixində Səhmdarlar arasında borc müqaviləsi çərçivəsində iddiaçıdan 80000 USD (ABŞ dolları) məbləğində borc almışdır və bu borcun geri qaytarılması öhdəliyini qəbul edir.
2. Qeyd edilən borc saziş imzalanan tarixdən 1 (bir) ay ərzində cavabdeh tərəfindən ona məxsus aktivlərin satılması və ya hər hansı digər yolla geri qaytarılsın.
3. Cavabdeh məhkəmə (o cümlədən bütün hüquqi xidmət xərclərini) xərclərini borcun qaytarılması ilə birlikdə ödəməyi öz üzərinə götürür. Sazişin şərtləri yerinə yetirilmədikdə məcburi icraya yönəlmə üçün və ləğvetmə, müflis elan etmə ilə bağlı ediləcək məhkəməyə müraciət və digər hüquqi xərclər ("xxxx" MMC-yə ödənəcək xidmət haqları da daxil olmaqla) cavabdeh tərəfindən qarşılanacaq.
4. Tərəflərdən biri barışıq sazişinin şərtlərini yerinə yetirmədikdə, digər tərəf həmin şərtlərin yerinə yetirilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.
5. Bu barışıq sazişi məhkəməyə və tərəflərdən hər birinə bir nüsxə təqdim edilməklə, eyni hüquqi qüvvəyə malik 3 (üç) orijinal nüsxədə tərtib edilmiş və imzalanmışdır.
6. Bu barışıq sazişi onun notarial qaydada təsdiq edilməsi anından qüvvəyə minir və tərəflərin üzərinə götürdüyü öhdəlikləri tam icra edilənədək qüvvədədir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ülkər Həsənova