Məhkəmə qərarları › İş №e-2-2(113)-141/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-141/2020

10.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-141/2020 10.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi X5 iştirakı ilə X3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı xx xxxx 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən 488.84 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 226.66 ABŞ dolları faiz, 897.56 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 60.97 ABŞ dolları borc olmaqla, ümumilikdə 1674.03 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair iqtisadi işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə LPO İddiaçı ASC)Cavabdehnə (bundan sonra mətndə Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx xxxx 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən 488.84 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 226.66 ABŞ dolları faiz, 897.56 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 60.97 ABŞ dolları borc olmaqla, ümumilikdə 1674.03 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasıbarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,Cavabdeh MMC-yə xx xxxx 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən dövriyyə və əsas vəsaitlərin artırılması məqsədi ilə illik 27 faizlə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Lakin borclu təşkilat müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır.2019-ci il iyunun 24-dək "Cavabdeh” MMC-nin xx xxxx 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən banka 488.84 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 226.66 ABŞ dolları faiz, 897.56 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 60.97 ABŞ dolları borc olmaqla, ümumilikdə 1674.03 ABŞ dolları məbləğində borcu vardır.Xəbərdarlıq edilməsinə baxmayaraq borclu təşkilat borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7iddia tələbini müdafiə edərək,iddia tələbinin təmin edilməsibarədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəməişmateriallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, iddiaçının nümayəndəsininizahatınıdinləyərək hesab edir ki, iddia tələbiqismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC-nin Cavabdeh MMCarasında bağlanmış xx xxxx 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinin təsdiq edilmiş surətindəngörünür ki, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərti ilə 2000 ABŞ dolları məbləğində kredit verilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-cibəndinə əsasən, kredit borcalana dövriyyə vəsaitinin artırılması məqsədilə verilir. Müqavilənin 2.3-cü bəndinə əsasən, kredit 18 ay müddətinə verilir. Müqavilənin 2.4-cü bəndinə əsasən, kreditdən istifadəyə görə Borcalan illik 27% ödəməyi öhdəsinə götürür. Müqavilənin 5.4.2-ci bəndinə əsasən, ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri kreditora vaxtında ödəmək borcalanın vəzifəsidir. xx xxxx 2015-ci il ********* saylı kredit müqaviləsinə 01 saylıəlavədən görünür ki, Cavabdeh MMC-yə illik 27%2000 ABŞ dolları həcmində kredit xətti açılmışdır. İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xəbərdarlıqgörünür ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxx 2015-ci il ********* saylı müqaviləsinə əsasən qalıq 488.84 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 226.66 ABŞ dolları faiz, 897.56 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 60.97 ABŞ dolları borc olmaqla, ümumilikdə 1674.03 ABŞ dolları borcun qısa müddət ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq hüquqi tədbirlərin görülməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Cavabdeh MMC arasında xx xxxx 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, bank tərəfindən borcalan 18 ay müddətinə illik 27 faiz ödənilməsi şərti ilə 2000 ABŞ dolları məbləğində kredit verilməsi razılaşdırılmışdır. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliklər yerinə yetirilməmiş və bu səbəbdəndə xx xxxx 2015-ci il ********* saylı müqaviləyə əsasən qalıq 488.84 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 226.66 ABŞ dolları faiz, 897.56 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 60.97 ABŞ dolları borc olmaqla, ümumilikdə 1674.03 ABŞ dolları borcun qısa müddət ərzində ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx xxxx 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə cavabdeh öhdəliklərini tam icra etməmiş və banka borcu qalmışdır. xx xxxx 2015-ci il ********* saylı müqaviləsinə əsasən qalıq 488.84 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 226.66 ABŞ dolları faiz, 897.56 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 60.97 ABŞ dolları borc olmaqla, ümumilikdə 1674.03 ABŞ dolları borcun bankın xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində təmin edilməli və əsas borc kimi 488.84 ABŞ dolları, faiz borcu 226.66 ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, cərimənin 89 ABŞ dolları həddinədək azaldılmasını ədalətli hesab edir. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən xx xxxx 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə yaranmış 488.84ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 226.66ABŞ dolları faiz, 89 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 60.97 ABŞ dolları borc olmaqla, ümumilikdə 865.47 ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq iddiaçının xeyrinə ödənilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlaraəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən xx xxxx 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən 488 (dörd yüz səskən səkkiz) ABŞ dolları 84 (səksən dörd) sent əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 226 (iki yüz iyirmi altı) ABŞ dolları 66 (altmış altı) sent faiz, 89 (səksən doqquz) ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 60 (altmış) ABŞ dolları 97 (doxsan yeddi) sent borc olmaqla, ümumilikdə 865 (səkkiz yüz altmış beş) ABŞ dolları 47 (qırx yeddi) sent məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh MMC-dən 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar