Məhkəmə qərarları › İş №e-2-2(113)-1413/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1413/2021

08.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1413/2021 08.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X1 Fərzalı oglunun katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 oglunun iştirakı ilə İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "X-S Firması" məhdud məsuliyyətli cəmiyyətinə qarşı cavabdehin 16 oktaybr 2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 10292.71 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1153.88 manat və İşsizlikdən sıǧorta fonduna ödənilməmiş 20.15 manat məbləǧinda borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 123070 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehin 16 oktaybr 2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 10292.71 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1153.88 manat və İşsizlikdən sıǧorta fonduna ödənilməmiş 20.15 manat məbləǧinda borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 123070 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafıə Fonduna və İşsizlikdən sığorta fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafıq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 16.10.2020-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 16.10.2020-ci il tarixə yaranan 10353.11 manat borcuna görə 123070 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 20.10.2020-ci il tarixli **********2 saylı Protokol tərtib edilmişdir və protokola həmin əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 23.10.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 16.10.2020-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 10292.71 manat, Dövlət Sosial Müdafıə Fonduna 1153.88 manat və İşsizlikdən sığorta fonduna 20.15 manat ödənilməmiş borcu qalmışdır. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 oglu məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək izahatında bildirdi ki, şəxsi hesab vərəqəsindən müəyyən olunur ki, cavabdehin vergi borcu yoxdur, əksinə dövlət büdcəsinə artıq ödəməsi vardır. Dövlət Sosial Müdafıə Fonduna 1153.88 manat və İşsizlikdən sığorta fonduna 20.15 manat ödənilməmiş borcla baglı isə iddia müddəti ötürülmüşdür. Ona görə də iddia müddəti tətbiq olunmaqla iddia rədd edilməlidir. Sonda Nümayəndə2 oglu iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim edərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 20.10.2020-ci il tarixli **********2 saylı “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” qərarın surətindən görünür ki, vergi borclarını Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. Qərar əsasında vergi ödəyicisinin 16.10.2020-ci il tarixə yaranan dövlət büdcəsinə 10292.71 manat, Dövlət Sosial Müdafiə Fonduna 1153.88 manat və İşsizlikdən sığorta fonduna 20.15 manat məbləğində olan borcuna görə əmlakı siyahıya alınmış və bu barədə 20.10.2020-ci il tarixli **********2 saylı Protokol tərtib edilmişdir. 20.10.2020-ci il tarixli **********2 saylı “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” protokoldan və ona əlavə edilmiş siyahıdan görünür ki, cavabdehin 123070 manat məbləğində əmlakı siyahıya alınmışdır. "X-S Firması" məhdud məsuliyyətli cəmiyyətinin Şəxsi hesab vərəqəsindən görünür ki, cavabdehin dövlət büdcəsinə vergi borcu yoxdur lakin Dövlət Sosial Müdafiə Fonduna 1153.88 manat və İşsizlikdən sığorta fonduna 20.15 manat məbləğində borcu vardır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 1-ci hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1-ci və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya ala bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Cavabdehin 26.08.2020-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə vergi borcu yoxdur, lakin Dövlət Sosial Müdafıə Fonduna 1153.88 manat və İşsizlikdən sığorta fonduna 20.15 manat məbləğində ödənilməmiş borcu olmuş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 20.10.2020-ci il tarixli **********2 saylı “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” qərarı ilə vergi borclarını Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. Cavabdehin 123070 manat məbləğində əmlakı siyahıya alınaraq 20.10.2020-ci il tarixli **********2 saylı “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” protokol tərtib edilmişdir. Cavabdehin 16.10.2020-ci il tarixə ödənilməmiş borcu Dövlət Sosial Müdafıə Fonduna 1153.88 manat və İşsizlikdən sığorta fonduna 20.15 manat təşkil edir. Məhkəmə Cavabdehin 16.10.2020-ci il tarixə Dövlət Sosial Müdafıə Fonduna 1153.88 manat və İşsizlikdən sığorta fonduna 20.15 manat ödənilməmiş borc tələbi ilə baglı Cavabdehin nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd edir ki, şəxsi hesab vərəqəsindən müəyyən olunur ki, cavabdehin Dövlət Sosial Müdafıə Fonduna 1153.88 manat borcu 2018-ci ilin oktyabr ayından, İşsizlikdən sığorta fonduna 20.15 manat borcu isə 01.01.2019-cu il tarixdən yaranmışdır. Göründüyü kimi üç illik müddət ötürülməmişdir. Ona görə də, iddia müddətinin tətbiqi barədə ərizə təmin edilməməlidir. Qeyd olunanalara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Mcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehdən dövlət büdcəsinin nəfinə 10 manat məbləğində dövlət rüsumu tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "X-S Firması" məhdud məsuliyyətli cəmiyyətinin siyahıya alınmış 123070 (yüz iyirmi üç min yetmiş) manat məbləğində əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın. Əmlakın satılmasından əldə edilmiş məbləğdən Azərbaycan Respublikası dövlət büdcəsinin xeyrinə əmlakın satışı üzrə xərclər, "X-S Firması" məhdud məsuliyyətli cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna 1153 (min yüz əlli üç) manat 88 (səksən səkkiz) qəpik, İşsizlikdən sığorta fonduna 20 (iyirmi) manat 15 (on beş) qəpik və 1 (bir) manat 02 (iki) qəpik məbləğində dövlət rüsumu tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar