Məhkəmə qərarları › İş №e-2-2(113)-1416/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1416/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1416/2024 29.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraatla bağlı kommersiya mübahisələrinə dair işə məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 sentyabr 2022-ci il tarixli, **********23092022 saylı Bank Xidmətlərinin Göstərilməsinə X1 14 mart 2023-cü il tarixli Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBSK 0206865B252 saylı Əlavəsinə əsasən 5222,52 manat əsas, 419,56 manat faiz və 203,31 manat cərimə olmaqla, ümumilikdə 5845,39 manat kredit borcu və iddia ərizəsini verilməsinə görə ödənilmiş 78,46 manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23 sentyabr 2022-ci il tarixli, **********23092022 saylı Bank Xidmətlərinin Göstərilməsinə X1 14 mart 2023-cü il tarixli Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBSK 0206865B252 saylı Əlavəsinə əsasən Cavabdeh 24 ay müddətinə illik 24% olmaqla 6300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən Cavabdeh hər ay ödəniş etməli olduğu halda, o bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Hazırda Cavabdeh 26 yanvar 2024-cü il tarixə olan maliyyə arayışına əsasən 23 sentyabr 2022-ci il tarixli, **********23092022 saylı Bank Xidmətlərinin Göstərilməsinə X1 14 mart 2023-cü il tarixli Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBSK 0206865B252 saylı Əlavəsinə əsasən 5222,52 manat əsas, 419,56 manat faiz və 203,31 manat cərimə olmaqla, ümumilikdə 5845,39 manat kredit müqaviləsi üzrə borcu vardır. Cavabdeh borcun qaytarılması haqqında tərəfimizdən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi borcun və hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, ödəniş qrafiki və kredit borcuna dair maliyyə arayışdır. Qanunla müəyyən edilmiş müddətdə Cavabdeh ünvanlarına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərildiyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədə müvafiq hesab edirəm. İİ.İşin halları İş materiallarına əlavə edilmiş: 23 sentyabr 2022-ci il tarixli, **********23092022 saylı Bank Xidmətlərinin Göstərilməsi X1 14 mart 2023-cü il tarixli Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBSK 0206865B252 saylı Əlavədən görünür ki, İddiaçı ASC Cavabdeh illik 24 faizlə 24 ay müddətinə 6300 manat məbləğində kredit ayırır. xx.xx.2024-cü il tarixli 15/00087 nömrəli İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh 5222,52 manat məbləğində əsas bоrcu, 419,56 manat məbləğində faiz bоrcu və 203,31 manat məbləğində cərimə borcu, cəmi 5845,39 manat borcu vardır. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, cavabdeh Kapital Bank ASC 78,46 manat məbləğində dövlət rüsumu ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 467-cı maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İV.Məhkəmənin gəldiyi nəticə İş materiallarından göründüyü kimi iddiaçı və cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilsə də, cavabdeh bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, hesab edirəm ki, iddiaçının 23 sentyabr 2022-ci il tarixli, **********23092022 saylı Bank Xidmətlərinin Göstərilməsi X1 14 mart 2023-cü il tarixli Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBSK 0206865B252 saylı Əlavə üzrə 5222,52 manat məbləğində krеdit bоrcu, 419,56 manat məbləğində faiz bоrcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 78,46 manat məbləğində dövlət rüsumu xərci tələbi əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edirəm ki, cərimə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 57,92 manat məbləğində müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddia qismən təmin edilməli, Cavabdeh 5222,52 manat məbləğində krеdit bоrcu, 419,56 manat məbləğində faiz bоrcu və 57,92 manat məbləğində cərimə, cəmi 5700 manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 78,46 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, Q Ə T E T D İ M: İddia qismən təmin edilsin. Cavabdeh 5222,52 manat məbləğində krеdit bоrcu, 419,56 manat məbləğində faiz bоrcu və 57,92 manat məbləğində cərimə, cəmi 5700 manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 78,46 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar