Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1418/2022 14.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh "xxxx" MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 17 aprel 2019-cu il tarixli 262772-1-32126 saylı “Bərpa olunan kredit xətti müqaviləsi” üzrə xx.xx.2021-ci il tarixə banka borclu olduğu 40.000 (qırx min) manat məbləğində əsas borc, 7.154,24 (yeddi min bir yüz əlli dörd, 24) manat məbləğində müqavilə müddəti bitdiyi tarixə, yəni xx.xx.2021-ci il tarixə kimi hesablanmış faiz borcu, 494,44 (dörd yüz doxsan dörd, 44) manat məbləğində müqavilə müddəti bitdiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək illik 5 % hesabı ilə hesablanmış faiz borcu, ümumilikdə isə 47.648,68 (qırx yeddi min altı yüz qırx səkkiz, 68) manat məbləğində pulun, həmçinin mediasiya prosesi ilə bağlı ödənilmiş 200 (iki yüz) manat məbləğində xərc, həmçinin 37,35 (otuz yeddi, 35) manat məbləğində məhkəmə üçün və 40 (qırx) manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumlarının müştərək qaydada cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə tutulması, cavabdehlərdən tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin ilkin satış qiymətinin 125.000 (bir yüz iyirmi beş min) manat məbləğində müəyyən etməklə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 14 saylı evin 6 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-yə ödənilməsi, mənzilə tutma yönəldildikdən və mənzil satıldıqdan sonra ipoteka qoyan Cavabdeh3 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh4 və Cavabdeh2 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda, onların mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 17 aprel 2019-cu il tarixli 262772-1-32126 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən Cavabdeh1 MMC-nə cari fəaliyyətin maliyyələşdirilməsi məqsədi ilə illik 19 (on doqquz) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 40.000 (qırx min) manat məbləğində kredit xətti açılmışdır. Bank ilə Cavabdeh3 arasında bağlanmış 17 aprel 2019-cu il tarixli 263854-NEDVİJ-4919 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nə əsasən kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən, 14 saylı evin 6 saylı mənzilini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni zamanda, kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4 17 aprel 2019-cu il tarixli 262769-7-11090 saylı “Zaminlik müqaviləsi” və Cavabdeh3 (bundan sonra mətndə Cavabdeh3) 17 aprel 2019-cu il tarixli 263854-7-11091 saylı “Zaminlik müqaviləsi” əsasında Cavabdeh1 MMC-nin bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərilərinə götürmüşlər. Lakin borclu Cavabdeh1 MMC üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2020-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 40.000 (qırx min) manat məbləğində əsas borc, 7.154,24 manat məbləğində müqavilə müddəti bitdiyi tarixə, yəni xx.xx.2021-ci il tarixə kimi hesablanmış faiz borcu, 494,44 manat məbləğində müqavilə müddəti bitdiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək illik 5 % hesabı ilə hesablanmış faiz borcu, ümumilikdə isə 47.648,68 (qırx yeddi min altı yüz qırx səkkiz, 68) manat məbləğində borcu qalmışdır. Bundan əlavə bank ilə Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrinin tələbinə görə “kredit alan” kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etmədikdə, “zamin” “kredit alan” ilə birlikdə Bank qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilələrinin və qanunvericiliyin tələblərinə əsasən Cavabdeh1 MMC, Cavabdeh4 və Cavabdeh3 Bank qarşısında birgə məsuliyyət daşıyırlar. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh1 MMC, Cavabdeh4 və Cavabdeh3 dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da, qeyd olunan kredit müqaviləsinin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Eyni zamanda, bank ilə Cavabdeh3 arasında bağlanmış 17 aprel 2019-cu il tarixli 263854-NEDVİJ4919 saylı ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, ipoteka saxlayanın ipoteka predmetlərinə ödəniş yönəltmək hüququ vardır. “FM Consulting” qiymətləndirmə şirkətinin qiymətləndirmə aktı əsasında tərtib olunmuş Bankın “Girovların qiymətləndirilməsi və monitorinqi” şöbəsinin 24 iyun 2021-ci il tarixli ekspert rəyinə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 14 saylı evin 6 saylı mənzilin dəyəri 125.000 (bir yüz iyirmi beş min) manat məbləğində müəyyən olunmuşdur. İpoteka predmetinin ilkin satış qiyməti ekspert rəyinə əsasən 125.000 manat məbləğində müəyyən olunmalıdır. İddiaçı tərəfindən 37,35 manat məbləğindən dövlət rüsumu ödənilmişdir. Belə ki, ödənilməli olan dövlət rüsumunun məbləğindən mediasiya xərcini çıxdıqda, yəni 237,35 manatdan 200 manat çıxdıqda 37,35 manat edir. Həmçinin bank tərəfindən mediasiya prosesi ilə bağlı ödənilmiş 200 (iki yüz) manat məbləğində xərc, həmçinin məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 37,35 (otuz yeddi, 35) manat məbləğində dövlət rüsumu, həmçinin, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumu da cavabdehlərdən tutulmalıdır. Belə ki, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4 və Cavabdeh3kredit müqaviləsi üzrə borcu qaytarmalı olduqlarına dair vəzifələrini icra etməmələri nəticəsində bank məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərci və dövlət rüsumları ödəməklə əlavə zərər çəkmişdir. Buna görə də, mediasiya xərci və dövlət rüsumları da cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4 və Cavabdeh3 tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 21 aprel 2022-cu il tarixli e-2-2(113)-1418/2022 saylı qərardadına əsasən İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və qərardadın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2022-ci il tarixli 9/3290 saylı ekspert rəyinə əsasən xx.xx.2019-cu il tarixli 262772-1-32126 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin İddiaçı ASC-nə olan kredit borcu kredit müqaviləsinin müddətinin bitdiyici il tarixə 39.814,69 manat məbləğində əsas borc və 6.443,37 manat məbləğində faiz borcunun, həmçinin maliyyə arayışı üzrə hesablandığı xx.xx.2021-ci il tarixə 39.814,69 manat məbləğində əsas borc və 7.532,75 manat məbləğində faiz borcunun müəyyən edildiyi qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixli 262772-1-32126 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin İddiaçı ASC-nə olan kredit borcu 40.000 manat məbləğində əsas borc, kredit müqaviləsinin müddətinin bitdiyi faiz hesabı ilə hesablanmış 494,44 manat məbləğində faiz borcu hesablanmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2022-ci il tarixli 9/3290 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyində həm əsas borc, həm də ki, faiz borcu hissəsində hesablamalar düzgün aparılmamış və nəticədə ekspert yanlış nəticəyə gəlmişdir. Hazırki ekspert rəyi Cavabdeh1 MMC-nin əsas və faiz borcu həqiqəti əks etdirmir. Belə ki, xx.xx.2019-cu il tarixli 262772-1- 32126 saylı kredit müqaviləsi üzrə müqavilə müddəti ərzində, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə kimi 14.271,11 manat məbləğində faiz borcu hesablanmışdır. xx.xx.2019cu il tarixli 262772-1-32126 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC tərəfindən Banka ümumilikdə 7.116,87 manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2019-cu il tarixli 262772-1- 32126 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC tərəfindən ödənilən vəsait, yəni 7.116,87 manat faiz borcundan silinmişdir. xx.xx.2019-cu il tarixli 262772-1-32126 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC tərəfindən əsas borca ödəniş olmamışdır. xx.xx.2019-cu il tarixli 262772- 1-32126 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nə hesablanmış 2.800 manat məbləğində cərimə İddiaçı ASC-nin İdarə Heyətinin xx.xx.2020-ci il tarixli protokoluna əsasən bağışlanmışdır. Daha əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh4 məhkəməyə izahatında qeyd etmişdir ki, “Bank VTB” ilə aralarında şəxsi kredit deyil, turzim işiylə bağlı kredit mövcuddur. Qarşı tərəf 3 il ərzində hər 3 aydan bir akt formasında fəaliyyətlərini yoxlamış və 1 gün gecikmədən belə bütün ödənişlər olmuşdur. Pandemiya olan zaman şirkətin də digər şirkətlər kimi iyun ayından fəaliyyəti dayandırıldı. Şirkət turizm şirkətidir və fəaliyyət göstərmədiyi halda ödəniş olunması mümkün deyil. 1 il ərzində dəfələrlə Bank VTB-nin risklər şöbəsi ilə görüşmüşdür. Bankdan götürdüyü məbləğlə müxtəlif ölkələrdə olub "xxxx" MMC adından müqavilələr bağlamışdır. Pandemiya dövründə ödəyə bilmədiyi məbləğlərlə bağlı bankın əməkdaşlarına, müqavilə biznes kredit müqaviləsi olduğundan bir illik yenidən müqavilə bağlamağı və borcu tam olaraq ödəməyi təklif etmişdir. Cavabdeh müqavilə müddətinin uzadılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsi və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: İddiaçı ASC və Cavabdeh1 MMC “kredit alan” olmaqla imzalanmış 17 aprel 2019-cu il tarixli 262772-1-32126 nömrəli bərpa olunan kredit xətti müqaviləsinə əsasən Bank Kredit alana 40000.00 (qırx min manat 00 qəpik) manat məbləğində bərpa olunan kredit xəlti açmağı və Kredit alanın tapşırığında göstərilən miqdarda kredit verməyi, kredit alan isə bərpa olunan kredit xətti üzrə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditə hesablanmış faizləri, o cümlədən, əlavə faizləri banka ödəməyi öhdəsinə götürür. 2.2-ci bəndə əsasən kredit cari fəaliyyətin maliyyələşdirilməsi (dövriyyə vəsaitlərinin artırılması, əsas vəsaitlərinin cari təmiri) məqsəd(lər) üçün verilir. İddiaçı ASC (kredit verən), Cavabdeh4 “zamin” olmaqla imzalanmış 17 aprel 2019-cu il tarixli 262769-7-11090 saylı zaminlik müqaviləsinə əsasən “Zamin” 2.2-ci bənddə göstərilən öhdəlik üzrə “kredit alanın” “Bank” qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tam icra edilməsini öhdəsinə götürür. 2.2-ci bəndə əsasən bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik Azərbaycan Respublikasının qanunları və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh1 MMC direktor Cavabdeh4 bundan sonra “Kredit alan” adlanacaq və “Bank” arasında bağlanmış 17 aprel 2019-cu il-ci il tarixli, 262772-1-32126 saylı “Kredit müqaviləsi”, “Bank qarantiyasının verilməsinə dair Razılaşması”, o cümlədən “Bərpa olun(may)an Kredit xətti müqavilələri” (bundan sonra “Kredit müqaviləsi” adlanacaq) və qeyd onun “Kredit müqaviləsi”nin ayrılmaz hissəsi olan onlara edilmiş və ediləcək əlavələrdən irəli gələn bütün pul tələbləridir (bundan sonra “zaminliklə təmin edilmiş öhdəlik” adlanacaq). İddiaçı ASC, Cavabdeh3 “zamin” olmaqla imzalanmış 17 aprel 2019-cu il tarixli 263854-7- 11091 saylı zaminlik müqaviləsinə əsasən bu müqaviləyə görə “zamin” 2.2-ci bənddə göstərilən öhdəlik üzrə “kredit alan”ın “bank” qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tam icra edilməsini öhdəsinə götürür. Bu Müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik Azərbaycan Respublikasının qanunları və öz nizamnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh1 MMC direktor Cavabdeh4 bundan sonra “Kredit alan” adlanacaq və “Bank” arasında bağlanmış 17 aprel 2019-cu il, 262772-1-32126 saylı “Kredit müqaviləsi”, “Bank qarantiyasının verilməsinə dair Razılaşması”, o cümlədən “Bərpa olun(may)an Kredit xətti müqavilələri” (bundan sonra “Kredit müqaviləsi” adlanacaq) və qeyd onun “Kredit müqaviləsi”nin ayrılmaz hissəsi olan onlara edilmiş və ediləcək əlavələrdən irəli gələn bütün pul tələbləridir (bundan sonra “zaminliklə təmin edilmiş öhdəlik” adlanacaq). "xxxx" ASC “ipoteka saxlayan”, Cavabdeh3 “ipoteka qoyan”, Cavabdeh1 MMC “borc alan” olmaqla imzalanmış 17 aprel 2019-cu il tarixili 263854-NEDVİJ-4919 nömrəli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 14 ünvanında yerləşən ümumi sahəsi 103.8 kv.m olan 6 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. 2.5-ci bəndə əsasən ipoteka predmeti 125.000 manat məbləğində qiymətləndirilmişdir. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 14 ünvanında yerləşən ümumi sahəsi 103.8 kv.m olan 6 nömrəli mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. "xxxx" ASC tərəfindən AR ƏMDK yanında DƏDRX-nin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 103.8 kv.m olan 6 nömrəli mənzilə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün müraciət edilmiş, qeyd olunan ərizə ilə bağlı xx.xx.2021-ci il tarixində 10 manat məbləğində dövlət rüsumu, 30 manat məbləğində xidmət haqqı ödənilmişdir. Cavabdeh1 MMC-yə məxsus hesabdan çıxarışa əsasən xx.xx.2019-cu il tarixində 20.000 manat, xx.xx.2019-cu il tarixində 10.000 manat, xx.xx.2019-cu il tarixində 10.000 manat qeyd olunan hesaba köçürülmüşdür. 21 iyun 2022-ci il tarixli maliyyə arayışında xx.xx.2021-ci il tarixinə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 17 aprel 2019-cu il tarixli 262772-1-32126 nömrəli bərpa olunan kredit xətti müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinə 40.000 manat əsas borc, 7.154,24 manat faiz borcu, xx.xx.2021-ci il tarixinə 40.000 manat əsas borc, 7.154,24 manat faiz borcu, xx.xx.2021-ci il tarixdən 5% hesabı üzrə 494,44 manat hesablanmışdır. İş üzrə əmlakın qiymətləndirilməsi keçirilmiş, 17 iyun 2022-ci il tarixli ƏEMİ/İ 40-447/22 saylı qiymətləndirmə rəyində 17 iyun 2022-ci il tarixinə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 14 ünvanında yerləşən ümumi sahəsi 103.8 kv.m olan 6 nömrəli mənzilin bazar dəyəri 135.000 manat, likvid dəyəri 128.000 manat qeyd olunmuşdur. Qeyd olunan rəy üzrə 300 manat xidmət haqqı hesablanmışdır. İş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş 26 may 2022-ci il tarixli /3290 saylı ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan təqdim olunmuş hesabdan çıxarış məlumatları və 17 aprel 2019-cu il tarixli 262772-1-32126 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan, maliyyə arayışında borcun hesablandığı xx.xx.2021-ci il tarixə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixlərə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2021-ci il tarixə əsas borcu 39.814,69 manat, faiz borcu 6443,37 manat. xx.xx.2021-ci il tarixə əsas borcu 39814,69 manat, faiz borcu 7532,75 manat. İddiaçı bank tərəfindən 17 aprel 2019-cu il tarixli 262772-1-32126 saylı kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmanı əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadı. Qeyd olunan rəy üzrə aparılmış tədqiqatın dəyəri 145 manat qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinəvə bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 MMC kredit müqaviləsi üzrə müəyyən olunan şərtlərlə və qaydada ödənişlər edilməsini öhdəsinə götürsə də müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, kredit məbləğini və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə iddiaçıya əsas və faiz borcu yaranmışdır. İddianın krеdit razılaşması üzrə əsas və faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə cavabdehin 17 aprel 2019-cu il tarixli 262772-1-32126 nömrəli bərpa olunan kredit xətti müqaviləsi üzrə iddiaçı cavabdeh qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini, kredit razılaşması üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı ASC Cavabdeh1 MMC-dən əsas və faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehdən tutulmalı olan əsas borcun məbləğinə gəldikdə qeyd edilməlidir ki, ekspert rəyi ilə Cavabdeh1 MMC tərəfindən İddiaçı ASC-yə müqavilənin bitdiyi tarixə əsas borcun 39.814,69 manat, faiz borcunun 6.443,37 manat təşkil etməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 MMC-dən əsas və faiz borcunun tutulması tələbinə dair hissədə iddia qismən təmin edilməli, Cavabdeh1 MMC dən 17 aprel 2019-cu il tarixli 262772-1-32126 saylı “Bərpa olunan kredit xətti müqaviləsi” üzrə 39.814,69 manat əsas borc, 6.443,37 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Kreditin verilmə müddətinin bitdiyi tarixdən sonrakı müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faizlərin tutulmasına dair iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, kreditin verilmə müddətinin bitdiyi tarixdən sonrakı müddət üçün mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış illik beş faiz üzrə 494,44 manat məbləğində vəsaitin tutulmasına dair hissədə İddiaçı ASC-nin iddiası əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 17 aprel 2019-cu il tarixli 262772-1-32126 nömrəli bərpa olunan kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC ilə Cavabdeh3, Cavabdeh4 zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh3, Cavabdeh4 oğlu kredit alan Cavabdeh1 MMC -nin 17 aprel 2019-cu il tarixli 262772-1-32126 nömrəli bərpa olunan kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşlar. Məhkəmə borc alan Cavabdeh1 MMC-nin kredit xətti müqaviləsi üzrə kreditor qarşısında götürdüyü öhdəlikləri lazımi qaydada icra etməyərək, ona verilmiş krediti və ya onun faizini ödəniş qrafiki üzrə ödəmədiyini, kredit verən İddiaçı ASC-nin kredit məbləğinin, faizlərin və dəbbə pulunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququnun yarandığını, eləcə də zaminlər Cavabdeh3, Cavabdeh4 həmin kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə kredit, faiz borcu daxil olmaqla borcun müştərək qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə haqlıdır. İddiaçının borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbi ilə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 17 aprel 2019-cu il tarixli 263854-NEDVİJ-4919 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nə əsasən kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən, 14 saylı evin 6 saylı mənzil ipoteka ilə yüklü etmişdir. Müqavilələr qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; Məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, ipoteka müqavilələri ilə təmin edilmiş öhdəlik borclu cavabdehlər tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 14 saylı evin 6 saylı mənzilinə yönəldilməli, mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə tərəfindən ipoteka predmetlərinin bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə şirkətinin rəyi alınmışdır. Beləliklə, məhkəmə qiymətləndiricinin müəyyən etdiyi ipoteka predmetləri olan əmlakların bazar qiymət və likvid dəyərlərini, eləcə də qanunvericilik normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 14 saylı evin 6 saylı mənzilin ilkin satış qiyməti 128.000 manat məbləğində müəyyən edilməlidir. “İpoteka haqqında” AR Qanununun 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. “İpoteka haqqında” AR Qanununun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Maddənin məzmunundan da göründüyü kimi ipoteka predmeti olan yaşayış sahəsi satıldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə həmin sahəni tərk etməyən ipoteka qoyan və onun ailə üzvlərinin həmin sahədən məcburi çıxarılaraq sahənin boşaldılması bu barədə məhkəmə qərarı olmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında həyata keçirilə bilər. Odur ki, ipoteka qoyanın və digər şəxslərin ipoteka predmeti olan daşınmaz əmlaklardan çıxarılmaları, əmlakların boşaldılması barədə məhkəmə qərarının qəbul edilməsi həmin əmlakı açıq hərracda əldə edəcək şəxsin qanunla qorunan hüquqlarının müdafiəsi baxımından da zəruri hesab edilə bilməz. Belə bir qərarın qəbul edilməsi zərurəti mövcud olsa belə ipoteka saxlayanın əmlakı əldə edəcək şəxsin hüquqlarını müdafiə etmək üçün belə bir iddianı qaldırmağa dair subyektiv hüququ da yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş əmlaklara tutma yönəldilməsi 37,35 manat dövlət rüsumu, ipoteka predmeti olan üçün ödənilmiş 40 manat rüsum, 200 manat mediasiya xərci Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İş üzrə keçirilmiş 26 may 2022-ci il tarixli 9/3290 saylı məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli olan 145 manat, əmlakın qiymətləndirilməsi ilə bağlı olaraq "xxxx" MMC-yə ödənilməli olan 300 manat, Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada qaydada tutulmalıdır. Məhkəmə Ekspertizası Mərkəzinin bank rekvizitləri aşağıdakılardır: Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************. "xxxx" MMC-nin bank hesabı rekvizitləri aşağıdakılardır: VÖEN:**********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT: GUNAAZ22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 17 aprel 2019-cu il tarixli 262772-1-32126 saylı “Bərpa olunan kredit xətti müqaviləsi” üzrə 39.814,69 manat əsas borc, 6.443,37 manat faiz borcu, illik 5% hesablanmaqla 494,44 manat, dövlət rüsumunun əvəzi 37,35 manat, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş rüsumun əvəzi 40 manat, 200 manat mediasiya xərci İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 14 saylı evin 6 saylı mənzilinə yönəldilsin, həmin mənzil açıq hərrac vasitəsilə satılsın və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilsin. Satışdan artıq qalan vəsait ipoteka qoyana qaytarılsın. Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 14 saylı evin 6 saylı mənzilin ilkin satış qiyməti 128.000 manat müəyyən edilsin. İş üzrə keçirilmiş 26 may 2022-ci il tarixli 9/3290 saylı məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli olan 145 manat, əmlakın qiymətləndirilməsi ilə bağlı olaraq "xxxx" MMC-yə ödənilməli olan 300 manat, Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada müvafiq olaraq, Məhkəmə Ekspertizası Mərkəzinin və "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1418/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1418/2022
14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver