Məhkəmə qərarları › İş №e-2-2(113)-142/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-142/2020

17.02.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-142/2020 17.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi İbrahimov Vüsal Eldar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: İddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçının nümayəndəsi X4 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh MMC-nin **********23 saylı icraat vərəqəsi üzrə vergi borcu ödənilmiş, icraat vərəqəsi bağlanmış və vergi borcu ödənilmişdir. Ona görə də iş üzrə xitam verilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair kommersiya mübahisəsinə dair işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar