Məhkəmə qərarları › İş №e-2-2(113)-142/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-142/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-142/2025 03.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Qanuni nümayəndə, Cavabdeh3 və Cavabdeh2nə qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və.s tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu, tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın hərracdan satılması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Qanuni nümayəndə, Cavabdeh3 və Cavabdeh2nə qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və.s tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı QSC) cavabdehlər Qanuni nümayəndə, Cavabdeh3 və Cavabdeh2nə (Cavabdeh2 MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 006R********** saylı krеdit razılaşması üzrə 222164,64 manat krеdit bоrcu, 26474,61 manat faiz bоrcu və 9180,68 manat cərimə olmaqla, cəmi 257819,93 manat (iki yüz əlli yeddi min səkkiz yüz on doqquz manat doxsan üç qəpik) məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 548 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsum və 240 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 məxsus ünvan 1 ünvanında 0.00518 ha torpaq sahəsində yerləşən 42.13 m2 ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına və Cavabdeh3 məxsus ünvan 2 ünvanında zirzəmidə yerləşən 92.2 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 257819,93 manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 548 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsum və 240 manat xidmət haqqının banka ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC-yə "xxxx" QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli, 006L**********80 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 10000000 (on milyon) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC "xxxx" QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli, 006R********** saylı krеdit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.375% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 250000 (iki yüz əlli min) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 MMC krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 MMC götürdüyü krеdit bоrcundan 27835,36 manat ödəmiş, onun 222164,64 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilmişdir ki, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 230 gün üçün hesablanmış faiz borcu 26474,61 manat təşkil edir. Krеdit razılaşmasının 4.1.3-cü bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.02% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 230 gün üçün hеsablanmış cərimə 9180,68 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3 və Qanuni nümayəndə bağladığı zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsi əsasında ona məxsus ünvan 1 ünvanında 0.00518 ha torpaq sahəsində yerləşən 42.13 m2 ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsi İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 56 №-li reyestr kitabının 5336 №-li vərəqində qeydiyyata alınmış və xx.xx.2023-cü il tarixli elektron çıxarışa əsasən ünvan 1 ünvanında 0.00518 ha torpaq sahəsində yerləşən 42.13 m2 ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin Cavabdeh2 MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh3 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmişdir. İpoteka haqqında Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İpoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2024-cü il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı ödəmişdir. Əmlak bank qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı X2 notariat ofisinə ərizə təqdim edərək əmlakın bank qarşısında ipoteka ilə yüklü edilməsinə razılığını bildirmiş və əmlaka tutma yönəldildiyi təqdirdə onu qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsi əsasında ona məxsus ünvan 2 ünvanında 92.2 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 65 №-li reyestr kitabının 6062 №-li vərəqində qeydiyyata alınmış və xx.xx.2023-cü il tarixli elektron çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 92.2 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin Cavabdeh2 MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh3 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2024-cü il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı ödəmişdir. Əmlak bank qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı X2 notariat ofisinə ərizə təqdim edərək əmlakın bank qarşısında ipoteka ilə yüklü edilməsinə razılığını bildirmiş və əmlaka tutma yönəldildiyi təqdirdə onu qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 317.1, 442, 442, 472.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 39.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.

5. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

7. İddiaçı QSC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 006L**********80 nömrəli uzunmüddətli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh2 MMC-yə bank tərəfindən 120 ay müddətinə, illik faiz dərəcəsi 28% olmaqla, 10000000 (on milyon) manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 1.4-cü maddəsinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. Həmin müqavilənin 1.6-cı maddəsinə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında müəyyən olunmuş qaydada və şərtlərlə, olduğu halda ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür.

8. İddiaçı QSC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 006L**********80 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh2 MMC arasında bağlanmış 14 fevral 2023-cü il tarixli, 006R********** saylı kredit razılaşmasının məzmunundan görünür ki, müvafiq razılaşma əsasında Cavabdeh2 MMC bankdan 30 (otuz) ay müddətinə, aylıq faiz dərəcəsi 1,375% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 250000 (iki yüz əlli min) manat məbləğində kredit götürmüşdür. Həmin razılaşmanın 2.3-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci maddəsi ilə müəyyən olunmuş aylıq faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Həmin razılaşmanın 4.1.3-cü maddəsinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02%-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq kredit alanın bankda olan hesabından birtərəfli qaydada akseptsiz şəkildə silir və ya həmin cərimə borcunun ödənilməsini kredit alandan tələb edir.

9. İddiaçı tərəfindən iş materiallarına ödəniş planı və hesabdan çıxarış əlavə edilmişdir.

10. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli kreditin verilməsiköçürmə adlı sənədin məzmunundan görünür ki, Cavabdeh2 MMC-nin **********134388 nömrəli hesabına 250000 manat kredit məbləği köçürülmüşdür.

11. İddiaçı QSC ilə Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 006S**********04 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Həmin müqavilənin 3.1.2-ci maddəsinə əsasən uzunmüddətli kredit müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0,1%-i məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zamin ödəməlidir.

12. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 006S**********03 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Həmin müqavilənin 3.1.2-ci maddəsinə əsasən uzunmüddətli kredit müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0,1%-i məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zamin ödəməlidir.

13. İpoteka saxlayan İddiaçı QSC, ipoteka qoyan Cavabdeh3 və borc alan Cavabdeh2 MMC arasında xx.xx.2023-cü il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən ipoteka qoyan öz mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində müqavilədə qeyd edilmiş şərtlərlə bağlanmış 006L**********80 saylı uzunmüddətli kredit müqaviləsi əsasında yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən ipoteka predmeti ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 92,2 m2 ümumi sahədən ibarət digər təyinatlı, mərtəbəsi zirzəmi olan qeyri-yaşayış sahəsidir.

14. İpoteka saxlayan İddiaçı QSC, ipoteka qoyan Cavabdeh3 və borc alan Cavabdeh2 MMC arasında xx.xx.2023-cü il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən ipoteka qoyan öz mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində müqavilədə qeyd edilmiş şərtlərlə bağlanmış 006L**********80 saylı uzunmüddətli kredit müqaviləsi əsasında yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən ipoteka predmeti ünvan 1 ünvanında dövlət istifadəsində olan 0.00518 ha torpaq sahəsində xüsusi mülkiyyətdə olan 42,13 m2 ümumi sahədən ibarət 1 mərtəbəli, qeyriyaşayış binasıdır.

15. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, İddiaçı QSC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 006R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixinə yaranmış əsas borc 222164,64 manat, faiz borcu 26474,61 manat, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış cərimə məbləği 9180,68 manat olmaqla, ümumilikdə borc 257819,93 manat təşkil edir (cərimə hesablanmış gecikdirilən günlərin sayı-230).

16. İddiaçı QSC tərəfindən Cavabdeh3 ünvanlanmış xx.xx.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin məzmunundan müəyyən edilir ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış ipoteka müqaviləsi əsasında ünvan 1 ünvanında dövlət isifadəsində olan 0.00518 ha torpaq sahəsində xüsusi mülkiyyətdə olan 42.13 m2 ümumi sahədən ibarət 1 mərtəbəli, xüsusi mülkiyyətli qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmiş, həmin ipoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli, 006L**********80 saylı uzunmüddətli kredit müqaviləsi üzrə verilmiş kredit üzrə əsas qalıq borc 222164,64 manat təşkil edir, kreditin qalıq məbləği üzrə faizlər hər gün üçün onun tam qaytarılmasınadək, cərimə isə ödənişin hər gecikdirilən günü üçün kredit qalığının 0,5 faizi məbləğində hesablanır. Cavabdeh3 tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdar edilmişdir.

17. İddiaçı QSC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, OUT-2024/02/12-112 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ərizənin məzmunundan müəyyən olunur ki, İddiaçı QSC tərəfindən Cavabdeh3 göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişin qeydiyyata alınması xahiş edilmiş, ərizə xx.xx.2024-cü il tarixdə qeydə alınmış və müvafiq olaraq 15 manat rüsum və 120 manat xidmət haqqı ödənilmişdir.

18. X2 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********915 nömrəli ərizənin məzmunundan müəyyən olunur ki, X1 Ağahəmid Tofiq oğluna məxsus olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasının İddiaçı QSC-yə və ya onun hər hansı bir filialına kreditin təminatı üçün sonrakı ipoteka (girov) qoyulmasına razıdır. Borc öhdəliyi yerin yetirilməzsə və bununla əlaqədar əmlaka tutma yönəldilərsə (yəni, notariusun icra qeydi vasitəsilə əmlakın iki ay müddətində açıq bazarda, bu baş tutmadıqda hərracda, habelə məhkəmə qərarının icrası çərçivəsində özgəninkiləşdirilməsi) hər hansı şərtsiz əmlakı, qeydiyyatdan çıxmaqla tərk edəcəyini və həmin əmlaka qarşı hüquqlarından imtina edəcəyini bildirmişdir. Ərizə notarial qaydada təsdiq edilmişdir.

19. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın məzmunundan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 006L**********80 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı QSC-nin xeyrinə yüklüdür (qeydiyyat nömrəsi- **********, qeydiyyat tarixi-xx.xx.2023).

20. İddiaçı QSC tərəfindən Cavabdeh3 ünvanlanmış xx.xx.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin məzmunundan müəyyən edilir ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış ipoteka müqaviləsi əsasında ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 92.2 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmiş, həmin ipoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli, 006L**********80 saylı uzunmüddətli kredit müqaviləsi üzrə verilmiş kredit üzrə əsas qalıq borc 222164,64 manat təşkil edir, kreditin qalıq məbləği üzrə faizlər hər gün üçün onun tam qaytarılmasınadək, cərimə isə ödənişin hər gecikdirilən günü üçün kredit qalığının 0,5 faizi məbləğində hesablanır. Cavabdeh3 tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdar edilmişdir.

21. İddiaçı QSC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, OUT-2024/02/12-108 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ərizənin məzmunundan müəyyən olunur ki, İddiaçı QSC tərəfindən Cavabdeh3 göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişin qeydiyyata alınması xahiş edilmiş, ərizə xx.xx.2024-cü il tarixdə qeydə alınmış və müvafiq olaraq 16 manat rüsum və 120 manat xidmət haqqı ödənilmişdir.

22. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın məzmunundan müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 006L**********80 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı QSC-nin xeyrinə yüklüdür (qeydiyyat nömrəsi- **********, qeydiyyat tarixi-xx.xx.2023).

23. İddiaçı QSC tərəfindən Cavabdeh2 MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, Cavabdeh2 MMC-dən xx.xx.2024-cü il tarixə olan 224438,48 manat əsas borcun, 21293,6 manat faiz borcunun, 7634,42 manat cərimə borcunun xx.xx.2024-cü il tarixinədək ödənilməsi təələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı, belə olan halda yalnız mövcud borcun deyil, həm də məhkəməyə müraciətlə bağlı çəkilən bütün xərclərin tələb ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

24. İddiaçı QSC tərəfindən Cavabdeh3 göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, Cavabdeh3 xx.xx.2024-cü il tarixə olan 224438,48 manat əsas borcun, 21293,6 manat faiz borcunun, 7634,42 manat cərimə borcunun xx.xx.2024-cü il tarixinədək ödənilməsi təələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı, belə olan halda yalnız mövcud borcun deyil, həm də məhkəməyə müraciətlə bağlı çəkilən bütün xərclərin tələb ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

25. İddiaçı QSC tərəfindən Qanuni nümayəndə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, Qanuni nümayəndə xx.xx.2024-cü il tarixə olan 224438,48 manat əsas borcun, 21293,6 manat faiz borcunun, 7634,42 manat cərimə borcunun xx.xx.2024-cü il tarixinədək ödənilməsi təələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı, belə olan halda yalnız mövcud borcun deyil, həm də məhkəməyə müraciətlə bağlı çəkilən bütün xərclərin tələb ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/41xx-xx/3921/2024 nömrəli ekspertizanın aparılmasından imtina edilməsi barədə məlumatın məzmunundan müəyyən olunur ki, həmin ərazi üzrə internet saytlarında və eləcə də mərkəzdə məlumat olmadığından tədqiqat aparmaqdan imtina edilmişdir.

27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4227 saylı ekspert rəyindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 14 fevral 2023-cü il tarixli, 006R********** saylı kredit razılaşmasında qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 MMC-nin İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə 227892,06 manat əsas borc, 24382,01 manat faiz borcu, xx.xx.2024-cü il tarixə 218197,3 manat əsas borc, 24555,77 manat faiz borcu, xx.xx.2024-cü il tarixə 218197,3 manat əsas borc, 26555,91 manat faiz borcunun olduğu müəyyən edilir.

28. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli, LP-004/2025 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında 0.00518 ha torpaq sahəsində yerləşən 42.13 m² ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının likvid dəyəri 152000 manat, bazar dəyəri 170000 manat təşkil edir.

29. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli, LP-005/2025 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında zirzəmidə yerləşən 92.2 m² ümumi sahədən ibarət qeyri-yaşayış binasının likvid dəyəri 185000 manat, bazar dəyəri 205000 manat təşkil edir. Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

31. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı nəzərdə tutulur. 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi

34. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı QSC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 006L**********80 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh2 MMC-yə bank tərəfindən 120 ay müddətinə, illik faiz dərəcəsi 28% olmaqla, 10000000 manat məbləğində kredit xətti açılmış və həmin müqavilə çərçivəsində İddiaçı QSC ilə Cavabdeh2 MMC arasında xx.xx.2023-cü il tarixli, 006R********** nömrəli kredit razılaşması bağlanmış və razılaşmaya əsasən Cavabdeh2 MMC-yə bank tərəfindən 30 (otuz) ay müddətinə 250000 manat məbləğində kredit verilmişdir. İpoteka saxlayan – İddiaçı QSC ilə ipoteka qoyan – Cavabdeh3, borc alan – Cavabdeh2 MMC arasında xx.xx.2023-cü il tarixli sonrakı ipoteka müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən İddiaçı QSC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 006R********** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 tərəfindən mülkiyyətində olan ünvan 2 və ünvan 1 ünvanlarında yerləşən qeyri-yaşayış sahələri İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

35. Həmçinin Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3 və Qanuni nümayəndə ilə zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən zaminlər bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Belə ki, zaminlər zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər.

36. Müəyyən olunmuşdur ki, kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.

37. İddia tələbinin bir hissəsini cavabdеhlər Cavabdeh2 MMC, Qanuni nümayəndə və Cavabdeh3 müştərək qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 222164,64 manat krеdit bоrcu, 26474,61 manat faiz bоrcunun tutulması təşkil edir.

38. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, ekspert rəyini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 MMC, Qanuni nümayəndə və Cavabdeh3 müştərək qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 218197,30 manat (iki yüz on səkkiz min yüz doxsan yeddi manat otuz qəpik) əsas bоrc, 24555,77 manat (iyirmi dörd min beş yüz əlli beş manat yetmiş yeddi qəpik) faiz bоrcu iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə təmin olunmamalıdr. Belə ki, ekspert rəyinə əsasən əsas borcun məbləği 218197,30 manat təşkil edir.

39. Məhkəmə qeyd etməyi lazım bilir ki, iddia tələbinin faiz borcunun tutulması hissəsinə münasibətdə yuxarıda qeyd edilən qənaətə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarını nəzərə almışdır. Belə ki, cavabdehlərə göndərilən xx.xx.2024-cü il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, Qanuni nümayəndə xx.xx.2024-cü il tarixə olan 224438,48 manat əsas borcun, 21293,6 manat faiz borcunun, 7634,42 manat cərimə borcunun xx.xx.2024-cü il tarixinədək ödənilməsi tələb olunmuş, həmin müddət ərzində borc ödənilməzsə, borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Həmin tarixdə bildirişlər cavabdehlərin elektron kabinetlərinə yerləşdirilmişdir. Verilmiş müddət ərzində cavabdehlər tərəfindən ödəniş edilmədiyindən kredit müqaviləsi bank tərəfindən həmin tarixdən etibarən birtərəfli qaydada ləğv edilmiş hesab edilməlidir. Məhkəmə tərəfindən ekspert qarşısında xx.xx.2024-cü il tarixə olan borcun müəyyən edilməsi ilə bağlı müvafiq sual qoyulmuş və həmin tarixə faiz borcunun 24555,77 manat təşkil etdiyi rəydə göstərilmişdir.

40. İddia tələbinin digər hissəsini cavabdеhlər Cavabdeh2 MMC, Qanuni nümayəndə və Cavabdeh3 müştərək qaydada xx.xx.2023-cü il tarixli krеdit razılaşması üzrə 9180,68 manat məbləğində cərimə borcunun tutulması təşkil edir.

41. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı QSC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 006R********** nömrəli kredit müqaviləsinin 4.1.3-cü maddəsinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02%-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir.

42. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən cəriməni tələb etməkə haqlıdır. Buna görə də iddia tələbi göstərilən hissədə tam təmin edilməli və cavabdehlər Cavabdeh2 MMC, Qanuni nümayəndə və Cavabdeh3 müştərək qaydada 9180,68 manat (doqquz min yüz səksən manat altmış səkkiz qəpik) cərimə məbləği tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

43. Eləcə də, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş ödənilmiş 30 manat rüsum və 240 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.

44. Məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 240 (iki yüz qırx) manat xidmət haqqı cavabdehlər Cavabdeh2 MMC, Qanuni nümayəndə və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

45. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür.

46. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus yuxarıda qeyd edilən ünvanlarda yerləşən daşınmaz əmlaklar iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilələr qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır.

47. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus olan ünvan 5 ünvanında 0.00518 ha torpaq sahəsində yerləşən 42.13 m² ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına və ünvan 6 ünvanında zirzəmidə yerləşən 92.2 m² ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh3 qaytarılmalıdır.

48. İddiaçının hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması tələbinə münasibətdə qeyd olunmalıdır ki, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilir və borcun cavabdehlərdən müştərək qaydada tutulmasının qət edilməsi hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmasını da özündə ehtiva edir.

49. Bundan əlavə “İpoteka” haqqında Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

50. Məhkəmə tərəfindən ipoteka predmetinin dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan, ünvan 5 ünvanında 0.00518 ha torpaq sahəsində yerləşən 42.13 m² ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının likvid dəyəri 152000 manat, ünvan 6 ünvanında zirzəmidə yerləşən 92.2 m² ümumi sahədən ibarət qeyri-yaşayış binasının likvid dəyəri 185000 manat təşkil etdiyi müəyyən edilmişdir.

51. Məhkəmə "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli, LP-004/2025 saylı mütəxəssis rəyi və xx.xx.2025-ci il tarixli, LP- 005/2025 saylı mütəxəssis rəyi əsas götürərək hesab edir ki, ipoteka predmeti olan, ünvan 5 ünvanında 0.00518 ha torpaq sahəsində yerləşən 42.13 m² ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 152000 manat, ünvan 6 ünvanında zirzəmidə yerləşən 92.2 m² ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 185000 manat müəyyən edilməlidir.

52. Eləcə də, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 548 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasının xahiş etmişdir.

53. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzində 535,31 manat (beş yüz otuz beş manat otuz bir qəpik) məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

54. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 97,70 manat hissəsi cavabdehlər Qanuni nümayəndə, Cavabdeh3 və Cavabdeh2ndən müştərək qaydada, 2,30 manat hissəsi isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Qanuni nümayəndə, Cavabdeh3 və Cavabdeh2ndən müştərək qaydada 006R********** saylı krеdit razılaşması üzrə 218197,30 manat (iki yüz on səkkiz min yüz doxsan yeddi manat otuz qəpik) əsas bоrc, 24555,77 manat (iyirmi dörd min beş yüz əlli beş manat yetmiş yeddi qəpik) faiz bоrcu, 9180,68 manat (doqquz min yüz səksən manat altmış səkkiz qəpik) cərimə olmaqla, cəmi 251933,75 manat (iki yüz əlli bir min doqquz yüz otuz üç manat yetmiş beş qəpik) məbləğində bоrc və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 240 (iki yüz qırx) manat xidmət haqqı, ödənimiş dövlət rüsumunun əvəzi olaraq 535,31 manat (beş yüz otuz beş manat otuz bir qəpik) olmaqla, ümumilikdə 252739,06 manat (iki yüz əlli iki min yeddi yüz otuz doqquz manat altı qəpik) məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma Cavabdeh3 məxsus olan ünvan 5 ünvanında 0.00518 ha torpaq sahəsində yerləşən 42.13 m² ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına və ünvan 6 ünvanında zirzəmidə yerləşən 92.2 m² ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilsin, həmin əmlaklar açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh3 qaytarılsın. İpoteka predmeti olan, ünvan 5 ünvanında 0.00518 ha torpaq sahəsində yerləşən 42.13 m² ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 152000 (yüz əlli iki min) manat, ünvan 6 ünvanında zirzəmidə yerləşən 92.2 m² ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 185000 (yüz səksən beş min) manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 97,70 manat hissəsi cavabdehlər Qanuni nümayəndə, Cavabdeh3 və Cavabdeh2ndən müştərək qaydada, 2,30 manat hissəsi isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar