Məhkəmə qərarları › İş №e-2-2(113)-143/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-143/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-143/2025 15.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Qanuni nümayəndə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun tutulması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada DC00448737-01 saylı kredit müqaviləsinə əsasən 39246,64 manat (otuz doqquz min iki yüz qırx altı manat altmış dörd qəpik) əsas borc, 3368,61 manat (üç min üç yüz altmış səkkiz manat altmış bir qəpik) faiz borcu, 756,54 manat (yeddi yüz əlli altı manat əlli dörd qəpik) cərimə olmaqla, cəmi 43371,79 manat (qırx üç min üç yüz yetmiş bir manat yetmiş doqquz qəpik) məbləğində borcun, DC00448737-02 saylı kredit müqaviləsinə əsasən 16235,71 manat (on altı min iki yüz otuz beş manat yetmiş bir qəpik) əsas borc, 1226,70 manat (min iki yüz iyirmi altı manat yetmiş qəpik) faiz borcu, 224,23 manat (iki yüz iyirmi dörd manat iyirmi üç qəpik) cərimə olmaqla, cəmi 17686,64 manat (on yeddi min altı yüz səksən altı manat, altmış dörd qəpik) məbləğində borcun İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 274 (iki yüz yetmiş dörd) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli, 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC07801LE/2019 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixdə, DC00448737-01 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 94650 (doxsan dörd min altı yüz əlli) manat məbləğində avadanlıqların alınması məqsədi ilə birdəfəlik kredit verilmiş, xx.xx.2022-ci il tarixdə DC00448737-02 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 35443 (otuz beş min dörd yüz qırx üç) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Borclunun bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Qanuni nümayəndə arasında DC00448737-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2022-ci il tarixli, DG**********047 saylı, DC00448737-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2022ci il tarixli, DG**********281 saylı zaminlik müqavilələri bağlanmışdır. Borcalanın xx.xx.2024-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri, DC00448737-02 saylı kredit müqaviləsinə əsasən 16235,71 (on altı min iki yüz otuz beş manat yetmiş bir qəpik) manat əsas borc, 1226,70 (bir min iki yüz iyirmi altı manat yetmiş qəpik) manat faiz borcu, 224,23 (iki yüz iyirmi dörd manat iyirmi üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 17686,64 (on yeddi min altı yüz səksən altı manat altmış dörd qəpik) manat təşkil edir. Gecikmə günü:

132. DC00448737-01 saylı kredit müqaviləsinə əsasən 39246,64 (otuz doqquz min iki yüz qırx altı manat altmış dörd qəpik) manat əsas borc, 3368,61 (üç min üç yüz altmış səkkiz manat altmış bir qəpik) manat faiz borcu, 756,54 (yeddi yüz əlli altı manat əlli dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 43371,79 (qırx üç min üç yüz yetmiş bir manat yetmiş doqquz qəpik) manat təşkil edir. Gecikmə günü: 157. İddiaçı ASC iddia ərizəsinin məhkəməyə verilməsi üçün 274 (iki yüz yetmiş dörd) manat dövlət rüsumu ödəmişdir. Ümumi şərtlər toplusunun 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda ümumi şərtlər toplusuna əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikasının qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2, 470, 472-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdehlər tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianı müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixdə OnGTC- 07801LE/2019 saylı Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli, 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalanmışdır.

8. Ümumi şərtlər toplusunun “Müqavilənin predmeti” adlı hissəsində qeyd olunur ki, bu müqavilədə müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. Müqavilədə qeyd olunan xidmətlərdən hər hansı birinin bank tərəfindən bu müqavilənin şərtlərini qəbul etmiş müştəriyə təqdim olunması üçün müvafiq xidmətin təqdim olunmasını nəzərdə tutan ərizə formalarının banka təqdim olunması və ya bu müqavilə ilə müvafiq xidmətin göstərilməsi üçün ərizə formalarında qeyd edilməsi nəzərdə tutulan məlumatların https://Pashabank.digital və ya https://ib.pashabank.az internet səhifəsi üzrə müştəri üçün fərdi qaydada yaradılmış modullar vasitəsilə müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq təqdim edilməsi tələb olunur. Müştərinin təklifinin (sifarişi) qəbul edilməsi bankın yazılı məlumatı və ya xidməti təqdim etmək hərəkəti əsasında iradəsinin bəyanı ilə təsdiq olunur. Müştəriyə yalnız sifariş edilən və ərizədə qeyd edilən xidmət təqdim olunacaq. Ərizə bankın və müştərinin imza və möhürü ilə, yaxud gücləndirilmiş elektron imzası ilə təsdiqləndiyi halda bank tərəfindən icraya qəbul ediləcək. Hər bir bank xidməti üzrə həmin xidmətin başlama və bitmə tarixləri, faiz, xidmət haqqı, xidmətin göstərilmə yeri və sair şərtlər xidmətin sorğu edildiyi ərizədə öz əksini tapacaq. Bu müqavilə çərçivəsində təqdim olunan ərizə bu müqavilənin ayrılmaz hissəsini təşkil edir. Müvafiq ərizə ilə və müqavilə şərtləri arasında uyğunsuzluq olarsa, ərizə şərtləri üstünlük təşkil edəcək. Tərəflər arasında bu müqavilədə qeyd olunmuş xidmətlər üzrə daha əvvəl imzalanmış və xitam verilməmiş digər müqavilələr mövcud olduğu halda, bu müqavilənin şərtlərinin müştəri tərəfindən qəbul edilməsi əvvəlki müqavilə şərtlərini qüvvədən salır və hal-hazırda göstərilməkdə olan xidmətlərə də bu müqavilə şərtləri tətbiq olunur. Ümumi şərtlər toplusunun “Bank hesabı” adlı hissəsinin 1.1-ci maddəsinə əsasən bank, müştərinin müraciəti əsasında ona “Bank hesabının açılması üçün ərizə” formasında göstərilən valyuta(lar)da cari hesab açmağı, onun tapşırığı ilə Azərbaycan Respublikası qanunvericiliyi, Mərkəzi Bankın normativ sənədləri ilə nəzərdə tutulmuş bütün hesablaşma və kassa əməliyyatlarını həyata keçirməyi, yəni açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsi və verilməsi, hesab üzrə digər əməliyyatların aparılmasına dair Müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Müştəri isə bunun müqabilində Bankın qüvvədə olan tariflərinə uyğun olaraq müvafiq xidmət haqqını ona ödəməyi öhdəsinə götürür. Həmin hissənin 5.1ci maddəsinə əsasən müştərinin hesabından vəsait bankın təqsirindən gec, yaxud düzgün silinməməsi, eləcə də hesabın sahibinə veriləcək məbləğin gec ya da düzgün göstərilməməsi hallarında bank müştəriyə hər ötən gün üçün cərimə ödəyir. Həmin hissənin 5.2-ci maddəsinə əsasən bankın xidmətlərinin ödənilməsindən imtina etdikdə, yaxud bankın xidmətlərini vaxtında ödəmədikdə müştəri banka hər ötən gün üçün cərimə ödəyir. Ümumi şərtlər toplusunun 4-cü hissəsinin 3.1-ci maddəsinə əsasən kredit, bank tərəfindən kredit məbləğinin müştəriyə bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir (Overdraftlara şamil olunmur). Həmin hissənin 3.2-ci maddəsinə əsasən müştəri kreditdən istifadəyə görə banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir. Həmin hissənin 3.4-cü maddəsinə əsasən faizlər kreditin verildiyi günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır. Həmin hissənin 3.5-ci maddəsinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər müştəri tərəfindən banka nağd və ya köçürmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə həyata keçirilir (Overdraftlara şamil olunmur). Həmin hissənin 3.6-cı maddəsinə əsasən kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin ödəmə qrafiki müvafiq kredit müqaviləsinin ayrılmaz hissəsi olan qoşmada göstərilir və əgər belə qoşma mövcud deyilsə, bu məbləğlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan tarixdə ödənilir. Həmin hissənin 3.11-ci maddəsinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Həmin hissənin 3.12-ci maddəsinə əsasən müştəri tərəfindən banka ediləcək bütün ödənişlər heç bir qarşılıqlı hesablama aparılmadan, qarşılıqlı tələb təqdim edilmədən, mənbədə tutma tətbiq edilmədən həyata keçiriləcək, bu bir şərtlə ki, müştəri qanun ilə belə bir mənbədən tutmanı aparmağa dair öhdəlik daşımasın. Belə olan təqdirdə isə müştəri tərəfindən ödənilən məbləğ elə bir şəkildə aparılmalıdır ki, ona görə bankın faktiki alacağı məbləğ hər hansı mənbədə tutmanın mövcud olmadığı halda alacağı məbləğə bərabər olsun. Hər hansı bir anlaşılmazlığın aradan qaldırılması üçün kredit müqaviləsində göstərilmiş bütün faiz, komissiya haqları, yaxud digər ödəniş məbləğlərinə heç bir mənbədə tutulan vergi, rüsum və yaxud haqq daxil deyildir. Həmin hissənin 5.2-ci maddəsinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə, kreditdən “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan məqsədlər üçün istifadə edilmədikdə, kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı bankın əsaslı ehtimalları yarandıqda, müqavilənin İV.2.4. yarımbəndində göstərilən şərtlər, habelə Maliyyələşdirmə üçün Ərizə əsasında müştəri üçün müəyyən olunan öhdəliklər müştəri tərəfindən pozulduqda, qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulan digər hallarda bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və/və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər.

9. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli, 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə xx.xx.2022-ci il tarixli razılaşmanın məzmunundan görünür ki, Cavabdeh2 MMC bu razılaşmanı imzalamaqla, bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun bankın rəsmi internet səhifəsində https:/www.pashabank.az/gsa_addendum/lang.az/ link üzrə yerləşdirilən xx.xx.2022-ci il tarixli, 1.0.5 nömrəli versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir. Müştəri özü/hüquqi şəxs olduqda onun adından imzalayan şəxs “ASAN Finans” sistemi vasitəsilə şəxsiyyət vəsiqəsi və iş yeri üzrə müəyyən olunan məlumatların banka təqdim olunmasına özü tərəfindən razılıq geri götürülmədiyi təqdirdə, bank ilə müqavilə münasibətlərinə xitam verilənə və/və ya onun qarşısındakı öhdəlikəri tam icra olunan müddətədək təqdim olunmasına razılıq verir. Bank müqaviləyə edilən hər bir əlavə və dayişiklik haqqında müştəriyə yazılı xəbərdarlıq göndərməklə, müqavilənin yenilənmiş versiyasını link üzrə yerləşdirir. Müştəri isə əlavə və dəyişikliklərlə tanış olur və onlarla razı olmadığı təqdirdə bu haqda xəbərdarlığın ona göndərildiyi tarixdən etibarən 3 (üç) gün ərzində banka yazılı məlumat verir. Bu halda müştəri göstərilən xidmətlərdən istifadəni dayandıra və ya bank ilə müqavilə münasibətlərinə müqaviləyə uyğun olaraq xitam verə bilər. Müştəri təsdiq edir ki, onun banka təqdim etdiyi yeganə əlaqə vasitəsi mobil telefon nömrəsidirsə və SMS məlumatlandırma xidməti üçün müvafiq mobil nömrədə kütləvi xarakterli mesajların alınmasına məhdudiyyət qoyulmuşdursa, habelə banka təqdim etdiyi əlaqə vasitələrində dəyişiklik olmuş, lakin bu barədə banka yazılı məlumat verməmişdirsə, bank əlavə və dəyişikliklər barədə məlumatın müştəriyə çatımlı olması üçün heç bir məsuliyyət daşımır. Bu halda, müştəri daim bankın rəsmi internet səhifəsindən müqavilə üzrə yenilikləri özü izləməlidir. Razılaşmada izahı verilməyən anlayışlar müqavilədə ifadə olunduğu mənanı daşıyır. Razılaşma ilə müqavilə arasında hər hansı ziddiyyət və ya uyğunsuzluq aşkar olunduğu təqdirdə isə razılaşmanın müddəalarına üstünlük verilir. Razılaşma imzalandığı gündən qüvvəyə minir və müddətsiz olaraq bağlanır.

10. xx.xx.2022-ci il tarixli, DC00448737-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 94650 (doxsan dörd min altı yüz əlli) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir.

11. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında imzalanmış xx.xx.2022-ci il tarixli, DG**********047 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında razılaşdırılmış xx.xx.2022-ci il tarixli, DC00448737-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cəmiyyətin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

12. xx.xx.2022-ci il tarixli, DC00448737-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 35443 (otuz beş min dörd yüz qırx üç) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir.

13. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında imzalanmış xx.xx.2022-ci il tarixli, DG**********281 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında razılaşdırılmış xx.xx.2022-ci il tarixli, DC00448737-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cəmiyyətin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

14. xx.xx.2024-cü il tarixli, PB/PBL-OUT-00061-2024/5 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri – DC00448737-02 saylı kredit müqaviləsinə əsasən 16235,71 manat əsas borc, 1226,7 manat faiz borcu, 224,23 manat cərimə borcu olmaqla, ümumilikdə 17686,64 manat təşkil edir (gecikmə günü: 132); DC00448737-01 saylı kredit müqaviləsinə əsasən 39246,64 manat əsas borc, 3368,61 manat faiz borcu, 756,54 manat cərimə borcu olmaqla, ümumilikdə 43371,79 manat təşkil edir (gecikmə günü: 157).

15. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə xx.xx.2024-cü il tarixli, PB-OUT-00714-2024/12 nömrəli, xx.xx.2024-cü il tarixli, PB-OUT-00714-2024/13 nömrəli pretenziya qaydasında xəbərdarlıq məktubları göndərilərək, müqavilələr üzrə yaranmış borcun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

16. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış əlavə edilmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3607 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən və tərəflər arasında bağlanmış 09 iyun 2022-ci il tarixli, DC00448737-01 saylı və 05 iyul 2022-ci il tarixli, DC00448737-02 saylı maliyyələşdirmə üçün ərizədə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 MMC-nin İddiaçı ASC-yə olan borcu xx.xx.2022-ci il tarixli, DC00448737-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2024-cü il tarixə (maliyyə arayışında tələb olunan tarixə) 38176,05 manat əsas borc, 2755,52 manat faiz borcu; xx.xx.2024-cü il tarixə 38176,05 manat əsas borc, 3224,52 manat faiz borcu; xx.xx.2022-ci il tarixli, DC00448737-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2024-cü il tarixə 16126,42 manat əsas borc, 1188,81 manat faiz borcu; xx.xx.2024-cü il tarixə 16126,42 manat əsas borc, 1386,8 manat faiz borcu müəyyən edilir. Qeyd edilmişdir ki, iş materiallarına xx.xx.2022-ci il tarixli, DC00448737-01 saylı maliyyələşdirmə üçün ərizə və 05 iyul 2022-ci il tarixli, DC00448737-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırkı ekspertiza tədqiqatı ilə Cavabdeh2 MMC-yə cərimə hesablanmadı.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7151 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən və tərəflər arasında bağlanmış 09 iyun 2022-ci il tarixli, DC00448737-01 saylı və 05 iyul 2022-ci il tarixli, DC00448737-02 saylı maliyyələşdirmə üçün ərizədə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 MMC-nin İddiaçı ASC-yə olan borcu xx.xx.2022-ci il tarixli, DC00448737-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2024-cü il tarixə (maliyyə arayışında tələb olunan tarixə) 75502,08 manat əsas borc, 490,26 manat faiz borcu; xx.xx.2024-cü il tarixə 38176,05 manat əsas borc, 3224,52 manat faiz borcu; xx.xx.2022-ci il tarixli, DC00448737-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2024-cü il tarixə 26313 manat əsas borc, 57,12 manat faiz borcu; xx.xx.2024-cü il tarixə 16126,42 manat əsas borc, 1386,8 manat faiz borcu müəyyən edilir. Qeyd edilmişdir ki, iş materiallarına xx.xx.2022-ci il tarixli, DC00448737-01 saylı maliyyələşdirmə üçün ərizə və 05 iyul 2022-ci il tarixli, DC00448737-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırkı ekspertiza tədqiqatı ilə Cavabdeh2 MMC-yə cərimə hesablanmadı. Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən (Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.) Bank tərəfindən təqdim edilən hesabdan çıxarış məlumatlarında cəriməyə silinmə kimi göstərilmiş ödənişlər ekspertiza tədqiqatı ilə faiz və əsas borcuna yönəldilmişdir.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10457 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, və tərəflər arasında bağlanmış 09 iyun 2022-ci il tarixli, DC00448737-01 saylı və 05 iyul 2022-ci il tarixli, DC00448737-02 saylı maliyyələşdirmə üçün ərizədə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 MMC-nin İddiaçı ASC-yə olan borcu xx.xx.2022-ci il tarixli, DC00448737-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2024-cü il tarixə (maliyyə arayışında tələb olunan tarixə) 75502,08 manat əsas borc, 490,26 manat faiz borcu; xx.xx.2024-cü il tarixə 38176,05 manat əsas borc, 3224,52 manat faiz borcu; xx.xx.2022-ci il tarixli, DC00448737-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2024-cü il tarixə 26313 manat əsas borc, 57,12 manat faiz borcu; xx.xx.2024-cü il tarixə 16126,42 manat əsas borc, 1386,8 manat faiz borcu müəyyən edilir. Qeyd edilmişdir ki, iş materiallarına xx.xx.2022-ci il tarixli, DC00448737-01 saylı maliyyələşdirmə üçün ərizə və 05 iyul 2022-ci il tarixli, DC00448737-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırkı ekspertiza tədqiqatı ilə Cavabdeh2 MMC-yə cərimə hesablanmadı. Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən (Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.) Bank tərəfindən təqdim edilən hesabdan çıxarış məlumatlarında cəriməyə silinmə kimi göstərilmiş ödənişlər ekspertiza tədqiqatı ilə faiz və əsas borcuna yönəldilmişdir. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi

23. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2022ci il tarixdə OnGTC-07801LE/2019 saylı bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli, 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalanmışdır. xx.xx.2022-ci il tarixli, DC00448737-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 94650 (doxsan dörd min altı yüz əlli) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında xx.xx.2022-ci il tarixli, DG**********047 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında razılaşdırılmış xx.xx.2022-ci il tarixli, DC00448737-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cəmiyyətin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Əlavə olaraq, xx.xx.2022-ci il tarixli, DC00448737-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 35443 (otuz beş min dörd yüz qırx üç) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında xx.xx.2022-ci il tarixli, DG**********281 nömrəli zaminlik müqaviləsi bağlanmış və İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında razılaşdırılmış xx.xx.2022-ci il tarixli, DC00448737-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cəmiyyətin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər (borc alan və zamin) müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının həmin öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ yaranmışdır.

24. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə birgə qaydada DC00448737-01 saylı kredit müqaviləsinə əsasən 39246,64 manat əsas borc, 3368,61 manat faiz borcu, DC00448737-02 saylı kredit müqaviləsinə əsasən 16235,71 manat əsas borc, 1226,70 manat faiz borcunun tutulması təşkil edir.

25. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin (borcalan və zamin) müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və iş üzrə keçirilmiş ekspertizaların nəticəsində tərtib edilmiş ekspert rəylərini nəzərə alaraq hesab edir ki, iddia tələbi DC00448737-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas kredit borcu və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə birgə qaydada DC00448737-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 38176,05 manat (otuz səkkiz min yüz yetmiş altı manat beş qəpik) əsas borc, 490,26 manat (dörd yüz doxsan manat iyirmi altı qəpik) faiz borcu; DC00448737-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 16126,42 manat (on altı min yüz iyirmi altı manat qırx iki qəpik) əsas borc, 57,12 manat (əlli yeddi manat on iki qəpik) faiz borcu İddiaçı ASC-nin xeyrinə tutulmalı, qalan hissədə təmin edilməməlidir. Eyni zamanda faiz borcunun tutulması hissəsində hazırkı nəticəyə gəlinərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı hüquqi mövqe də əsas götürülmüşdür.

26. İddia tələbinin digər hissəsini cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə birgə qaydada DC00448737-01 saylı kredit müqaviləsinə əsasən 756,54 manat cərimə borcu, DC00448737-02 saylı kredit müqaviləsinə əsasən 224,23 manat cərimə borcunun tutulması təşkil edir.

27. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

28. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində tam təmin edilməli və cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə birgə qaydada DC00448737-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 756,54 manat (yeddi yüz əlli altı manat əlli dörd qəpik) cərimə borcu və DC00448737-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 224,23 manat (iki yüz iyirmi dörd manat iyirmi üç qəpik) cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.

29. Eləcə də, iddiaçı ödənilmiş 274 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.

30. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib formada ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 249,80 manat (iki yüz qırx doqquz manat səksən qəpik) məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

31. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pulun 274,30 manat hissəsi cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə birgə qaydada, 25,70 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə birgə qaydada DC00448737-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 38176,05 manat (otuz səkkiz min yüz yetmiş altı manat beş qəpik) əsas borc, 490,26 manat (dörd yüz doxsan manat iyirmi altı qəpik) faiz borcu, 756,54 manat (yeddi yüz əlli altı manat əlli dörd qəpik) cərimə borcu olmaqla, cəmi 39422,85 manat (otuz doqquz min dörd yüz iyirmi iki manat səksən beş qəpik); DC00448737-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 16126,42 manat (on altı min yüz iyirmi altı manat qırx iki qəpik) əsas borc, 57,12 manat (əlli yeddi manat on iki qəpik) faiz borcu, 224,23 manat (iki yüz iyirmi dörd manat iyirmi üç qəpik) cərimə borcu olmaqla, cəmi 16407,77 manat (on altı min dörd yüz yeddi manat yetmiş yeddi qəpik) manat məbləğində borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 249,80 manat (iki yüz qırx doqquz manat səksən qəpik) olmaqla, ümumilikdə 56080,42 manat (əlli altı min səksən manat qırx iki qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat pulun 274,30 manat hissəsi cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə birgə qaydada, 25,70 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar