Məhkəmə qərarları › İş №e-2-2(113)-1432/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1432/2020

08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1432/2020 08.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhmanov Elçin Natiq oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, , Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh3 («Cavabdeh3” MMC), , Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2017-ci il tarixli, 01/AS-17 saylıkredit müqaviləsinə əsasən Cavabdeh3 MMC-dən 137605,85 manat (bir yüz otuz yeddi min altı yüz beş manat səksən beş qəpik) əsas, 5470,68 manat (beş min dörd yüz yetmiş manat altmış səkkiz qəpik) faiz, 18189,80 manat (on səkkiz min bir yüz səksən doqquz manat səksən qəpik) cərimə olmaqla, cəmi 161266,33 manat (bir yüz altmış bir min iki yüz altmış altı manat otuz üç qəpik) məbləğində pulun, tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 93 (doxsan üç) manat məbləğində rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, həmin məbləğin xx xxxx 2017-ci il tarixli, 01/AS- 17-01 saylı ipoteka müqaviləsinə əsasən na məxsus olan (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmış, Reyestr **********44-05101- 093008, Qeydiyyat nömrəsi **********, seriya MA № ******* olan Çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 56,2 kv.m olan 2 otaqlı 5 saylı mənzilə, xx xxxx 2017ci il tarixli, 01/AS-17 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan (DƏDRX-nin X2 tərəfindən verilmiş Reyestr **********71-05101-093035, Qeydiyyat nömrəsi **********, Seriya RX № ******* olan xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən) ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 64.9 kv.m olan 3 otaqlı 108 saylı mənzilə, xx xxxx 2017-ci il tarixli, 01/AS-17-02 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş, Reyestr **********18-05301- 093005, Qeydiyyat nömrəsi **********, Seriya RX № ******* olan xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən) ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 104.1 kv.m olan 174 saylı mənzilə (yeni qaydalarla: ünvan 4, 67, M15, m 6) yönəldilərək, həmin əmlakların açıq hərracda satılmasından əldə edilən vəsait hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfdən iddia ərizəsinə əlavə barədə ərizə verilərək tərəflər arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 01/AS-17 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, xx xxxx 2017-ci il tarixli, 01/AS-17 saylıkredit müqaviləsinə əsasən Cavabdeh3 MMC-nin İddiaçı ASC-yə olan 137605,85 manat (bir yüz otuz yeddi min altı yüz beş manat səksən beş qəpik) əsas, 3336,54 manat (üç min üç yüz otuz altı manat əlli dörd qəpik) faiz, 18189,80 manat (on səkkiz min bir yüz səksən doqquz səksən qəpik) cərimə faiz borcu olmaqla, cəmi 159132,19 manat (yüz əlli doqquz min yüz otuz iki manat on doqquz qəpik) pul məbləğinin, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 93 (doxsan üç) manat məbləğində rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması, həmin məbləğin xx xxxx 2017-ci il tarixli, 01/AS-17-01 saylı ipoteka müqaviləsinə əsasən na məxsus olan (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmış, Reyestr **********44-05101-093008, Qeydiyyat nömrəsi **********, seriya MA № ******* olan Çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 56.2 kv.m olan 2 otaqlı 5 saylı mənzilə, xx xxxx 2017-ci il tarixli, 01/AS-17 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan (DƏDRX-nin X2 tərəfindən verilmiş Reyestr **********71-05101-093035, Qeydiyyat nömrəsi **********, Seriya RX № ******* olan xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən) ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 64.9 kv.m olan 3 otaqlı 108 saylı mənzilə, xx xxxx 2017-ci il tarixli, 01/AS-17-02 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr **********18-05301-093005, Qeydiyyat nömrəsi **********, Seriya RX № ******* olan xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən) ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 104.1 kv.m olan 174 saylı mənzilə (yeni qaydalarla: ünvan 4, 67, M15, m 6) yönəldilərək, həmin əmlakların açıq hərracda satılmasından əldə edilən vəsait hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin Cavabdeh3 MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 01/AS- 17 saylı kredit müqaviləsinə əsasən illik 7% olmaqla 60 (altmış) ay müddətinə 170000 (bir yüz yetmiş min ) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi Bankla (ipotekaqoyan) arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 01/AS- 17-01 saylı ipoteka müqaviləsinə əsasən na məxsus olan (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmış Reyestr **********44-05101- 093008, Qeydiyyat nömrəsi **********, seriya MA № ******* olan Çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 56.2 kv.m olan 2 otaqlı 5 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Həmçinin kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi Bankla Cavabdeh2 (ipotekaqoyan) arasında bağlanmış xx xxxx 2017-ci il tarixli 01/AS-17 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan (DƏDRX-nin X2 tərəfindən verilmiş Reyestr **********71-05101-093035, Qeydiyyat nömrəsi **********, Seriya RX № ******* olan xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən) ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 64.9 kv.m olan 3 otaqlı 108 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Həmçinin kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi Bankla Cavabdeh1 (ipotekaqoyan) arasında bağlanmış xx xxxx 2017-ci il tarixli 01/AS-17-02 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr **********18-05301- 093005, Qeydiyyat nömrəsi **********, Seriya RX № ******* olan xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən) ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 104.1 kv.m olan 174 saylı mənzil (yeni qaydalarla: ünvan 4, 67, M15, m6) ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmişdir. Belə ki, Cavabdeh3 MMC xx xxxx 2017-ci il tarixli № 01/AS-17 saylı kredit müqaviləsinə əsasən xx xxxxxx 2020-ci il tarixinədək əsas borcundan 67901,50 manat, faiz borcundan 32078,12 manat ödəməli olduğu halda, əsas borcundan 32394,15 manat, faiz borcundan isə 22486.63 manat ödəniş etmişdir. Hal-hazırda Cavabdeh3 MMC-nin Banka 137605,85 manat (bir yüz otuz yeddi min altı yüz beş manat 85 qəpik) əsas, 5470,68 manat (beş min dörd yüz yetmiş manat 68 qəpik) faiz, 18189,80 manat (on səkkiz min bir yüz səksən doqquz manat 80 qəpik) cərimə faiz borcu olmaqla, cəmi 161266,33 (bir yüz altmış bir min iki yüz altmış altı manat 33 qəpik) manat ödənilməmiş borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmişdir. Bununla əlaqədar cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 01/AS-17saylı kredit müqaviləsinin 2.6-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik müvafiq olaraq 21% olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-cı bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. İddiaçının nümayəndəsi məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli,01/AS-17 saylı kredit müqaviləsinə əsasən borcalana illik 7% olmaqla 60 (altmış) ay müddətinə 170000 (bir yüz yetmiş min) manat məbləğində kredit verilmişdir. Müqavilə hər iki tərəfin imzası ilə təsdiqlənmişdir. - Həmin müqaviləyə edilmiş 1 nömrəli Əlavədən görünür ki, qeyd olunan müqavilə üzrə Cavabdeh3 MMC xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əsas kredit məbləği üzrə 170000 manat, faiz üzrə 33220,84 manat olmaqla, ümumilikdə 203220,84 manat ödəniş etməlidir. - İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2017-ci il tarixli,01/AS-17 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyət hüququ əsasında ona məxsus olan “xxxxxxxxxxxxx” MMC tərəfindən 47000 manat məbləğində qiymətləndirilimiş ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 64.9 kv.m olan 3 otaqlı 108 saylı mənzili xx xxxx 2017-ci il tarixli, 01/AS-17 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. - İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialı ilə Cavabdeh4 arasında bağlanmış xx xxxx 2017-ci il tarixli,01/AS-17-01 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh4 mülkiyyət hüququ əsasında ona məxsus olan “xxxxxxxxxxxxx” MMC tərəfindən 130000 manat məbləğində qiymətləndirilimiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 56.2 kv.m olan 2 otaqlı 5 saylı mənzili xx xxxx 2017-ci il tarixli,01/AS-17 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. - İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2017-ci il tarixli,01/AS-17-02 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyət hüququ əsasında ona məxsus olan “xxxxxxxxxxxxx” MMC tərəfindən 130000 manat məbləğində qiymətləndirilimiş ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 104.1 kv.m olan 174 saylı mənzili (yeni qaydalarla: ünvan 4, 67, M15, m 6) xx xxxx 2017-ci il tarixli,01/AS-17 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsinə xx.xx.2019-cu il tarixli 368 nömrəli məktubla müraciət edilərək, tələbin Cavabdeh2 məxsus ipoteka müqaviləsi ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 64.9 kv.m olan 3 otaqlı 108 saylı mənzilə yönəldilməsinə dair bildirişin qeydə alınması xahiş olunmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X2 xx.xx.2019-cu il tarixdə **********25 nömrəli məktubla İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məlumat verərək, Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən, 108 saylı mənzilə tutmanın yönəldilməsinə dair bildirirşin dövlət qeydiyyatının aparıldığını bildirmişdir. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2019-cu il tarixli 367 nömrəli məktubla müraciət edilərək, tələbin Cavabdeh4 məxsus ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilə yönəldilməsinə dair bildirişin qeydə alınması xahiş olunmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2019-cu il tarixdə **********64 nömrəli məktubla İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məlumat verərək, Cavabdeh4 məxsus ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilə tutmanın yönəldilməsi barədə bildirirşin dövlət qeydiyyatına alındığını bildirmişdir. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2019-cu il tarixli 369 nömrəli məktubla müraciət edilərək, tələbin Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən, 174 saylı (yeni qaydalarla: ünvan 4 67, M15, m6) mənzilə yönəldilməsinə dair bildirişin qeydə alınması xahiş olunmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2019-cu il tarixdə **********12 nömrəli məktubla İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məlumat verərəkCavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən, 174 saylı mənzilə tutmanın yönəldilməsi barədə bildirirşin dövlət qeydiyyatına alındığını bildirmişdir. - xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışı ilə müəyyən edilir ki, Cavabdeh3 MMCninxx xxxx 2017-ci il tarixli, 01/AS-17 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx xxxxxx 2020-ci il tarixə kredit öhdəliyi üzrə əsas borcu 137605,85 (bir yüz otuz yeddi min altı yüz beş manat səksən beş qəpik) manat, faiz borcu 3336,54 (üç min üç yüz otuz altı manat əlli dörd qəpik) manat, cərimə faiz borcu 18189,80 (on səkkiz min bir yüz səksən doqquz manat səksən qəpik) manat olmaqla, cəmi 159132,19 (yüz əlli doqquz min yüz otuz iki manat on doqquz qəpik) manat təşkil edir. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2019-cu il tarixdə cavabdehlərə 345B nömrəli pretenziya məktubu göndərilərək müqavilənin xitam olunması və yaranmış borcun qısa müddət ərzində ödənilməsi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış adıçəkilən təminatlı kredit müqaviləsi əsasında Cavabdeh3 MMC-yə yuxarıda qeyd olunan müddətə və məbləğdə kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə digər cavabdehlər arasında yuxarıda qeyd olunan ipoteka müqavilələri bağlanmışdır. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyini və borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehdən borcun tutulmasını tələb etməkdə haqlıdır. Mülki qanunvericiliyin normalarına, tərəflər arasında bağlanmış müqaviləyə və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsas və faiz borcu hissəsində əsaslı olduğundan tam təmin edilməlidir. İddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə 18189,80 manatcərimənin cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1000 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı kredit müqaviləsinə əsasən borcun tutulması tələbi ilə yanaşı borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqavilələrinə əsasən digər cavabdehlərə məxsus yuxarıda qeyd edilən ünvanlarda yerləşən daşınmaz əmlaklar iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1ci, 11.2-ci maddələrinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. İpoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. “İpoteka haqqında” qanunun 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddian tələbi tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissəsində də əsaslı olduğundan təmin edilməli, tutma na məxsus olan (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmış, Reyestr **********44-05101-093008, Qeydiyyat nömrəsi **********, seriya MA № ******* olan Çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 56,2 kv.m olan 2 otaqlı 5 saylı mənzilə, xx xxxx 2017-ci il tarixli, 01/AS-17 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan (DƏDRX-nin X2 tərəfindən verilmiş Reyestr **********71-05101-093035, Qeydiyyat nömrəsi **********, Seriya RX № ******* olan xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən) ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 64.9 kv.m olan 3 otaqlı 108 saylı mənzilə, xx xxxx 2017-ci il tarixli, 01/AS-17-02 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş, Reyestr **********18-05301-093005, Qeydiyyat nömrəsi **********, Seriya RX № ******* olan xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən) ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 104.1 kv.m olan 174 saylı mənzilə (yeni qaydalarla: ünvan 4, 67, M15, m 6) yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, əmlakların satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ həmin cavabdehlərə qaytarılmalıdır. Bundan əlavə “İpoteka” haqqında Qanunun 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda qeyd olunan ipoteka müqavilələrində əmlakların dəyəri müvafiq olaraq 130000, 47000, 130000 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin əmlakların ilkin satış qiyməti müvafiq olaraq 130000, 47000, 130000 manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin bir hissəsini də ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin Cavabdeh3 MMC-dən tutularaq iddiaçıya ödənilməsi təşkil edir. Həmin tələbə münasibətdə qeyd edilməlidir ki, borcun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasının qət edilməsi ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə, qalan məbləğin Cavabdeh3 MMC-dən tutulmasını da əhatə edir. İddia tələbinin digər hissəsini İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 MMC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 01/AS-17 saylı kredit müqaviləsinə xitam verilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin tələbə münasibətdə qeyd edilməlidir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla da iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Ona görə də tələb həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. İddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 93 (doxsan üç) manat məbləğində rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, 93 (doxsan üç) manat məbləğində rüsumun ödənilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən tələb həmin hissədə təmin edilməməli, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 3 manat hissəsi iddiaçıya aid edilməli, qalan hissəsinin əvəzi olaraq 27 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 MMC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 01/AS-17 saylı kredit müqaviləsinə xitam verilsin. Cavabdeh3 MMC-dən 137605,85 manat (bir yüz otuz yeddi min altı yüz beş manat səksən beş qəpik) əsas borc, 3336,54 manat (üç min üç yüz otuz altı manat əlli dörd qəpik) faiz borcu, 1000 manat (on səkkiz min bir yüz səksən doqquz manat səksən qəpik) cərimə, ödənilmiş dövlət rüsumuna görə 27 (iyirmi yeddi) manat olmaqla, cəmi 141969,39 manat (yüz qırx bir min doqquz yüz altmış doqquz manat otuz doqquz qəpik) məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş 30 manat dövlət rüsumunun 3 manat hissəsi iddiaçıya aid edilsin. Tutma Cavabdeh4 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 56.2 kv.m olan 2 otaqlı 5 saylı mənzilə,Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 64.9 kv.m olan 3 otaqlı 108 saylı mənziləvə Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 104.1 kv.m olan 174 saylı mənzilə (yeni qaydalarla: ünvan 4, 67, M15, m 6) yönəldilsin. Həmin əmlaklar açıq hərracda satılsın. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinnə olan borc ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda həmin məbləğ müvafiq olaraq cavabdehlər , Cavabdeh2 və Cavabdeh1 qaytarılsın. Cavabdeh4 məxsus ünvan 1 ünvanında yerləşən, 56.2 kv.m olan 2 otaqlı 5 saylı mənzilin ilkin satış qiyməti 130000 (yüz otuz min) manat, Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 64.9 kv.m olan 3 otaqlı 108 saylı mənzilin ilkin satış qiyməti 47000 (qırx yeddi min) manat, Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 104.1 kv.m olan 174 saylı mənzilin (yeni qaydalarla: ünvan 4, 67, M15, m 6) ilkin satış qiyməti 130000 (yüz otuz min) manat məbləğində müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar